Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə22/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   18   19   20   21   22   23   24   25   ...   97

Nizami Tağısoy
68
məsi müxtəlif ərazilərdə, regionlarda müxtəlif adlar altında get-
mişdir. Məsələn, Qaraçayda və Malkariyada «Erirey» adı altında 
keçirilən yaz tarla  mərasimi nəğmələrlə müşayiət olunmaqla bu 
respublikaların hər yerində keçirildiyi halda, «Xardar» və «Hıçı-
uman» kimi mərasimlər yalnız Çegem dərəsində bayram edilirdi. 
«Saban-toy» mərasimi isə Xulam-Bezengi və Cegem dərələrin-
də qeyd olunurdu. «Qollu» isə əsasən Böyük Malkariyada keçi-
rilməklə ən populyar yaz bayramı hesab olunurdu. Onu da qeyd 
edək ki, «Qollu» mərasimi yuxarıda adlarını çəkdiyimiz A.Xola-
yevin və H.Malkonduyevin tədqiqatlarında yetərincə ətraflı  təhlil 
olunmuşdur.
Beləliklə, «Qollu» mərasimi əsasən martın ortasında yaz-tar-
la işlərinin başlanması ilə bağlı hər il kütləvi şəkildə məhsul və 
bolluq allahı Qolluya həsr olunan yaz-təqvim bayramı kimi ke-
çirilərmiş.  «Qollu»  Böyük  Malkariyanın  Ştulu  adlı  geniş  vadi-
sində  təşkil olunarmış. Buraya yaxın aullardan başlayaraq, digər 
dərələrin sakinləri, o cümlədən Qaraçay ərazilərindən  gələnlər 
bayram  şənliklərinə  məhz  bu  yerdə    toplaşarmış.  Buraya  hətta 
digər  regionlardan  Kumuxıstandan,  Kabardadan,  Svanetiyadan, 
Diqoriyadan və başqa yerlərdən də qonaqlar axışıb gələrmişlər. 
H.Malkonduyevin informatorlardan aldığı məlumatlara görə bu 
bayram üç həftə davam edərmiş. Əlbəttə, belə mərasimdə bütün 
yaş qruplarından olan insanlar iştirak etsə də, ən başlıca rol, heç 
şübhəsiz ki, gənclərə verilirmiş. «Qollu» elə bir mürəkkəb məra-
sim idi ki, onun qaydalarına əməl edilməsi bütün iştirakçılar üçün 
vacib hesab edilirmiş.
«Qollu»nun ən qədim nəğmə variantlarından birində Qollu 
ilahəsinə  aşağıdakı  sözlərlə  müraciət  olunurmuş: 
Ойра, Голлу, сен берекетли къоллу!
Ойра, Голлу, сен мирзеy кёллю!
Будай гюттюле байлатхын!
Индыр тёбеле къалатхын! (3, 90)


Qaraçay  ədəbiyyatı
69
Bu bəndin tərcüməsi dilimizdə belə səslənir:
Oyra, Qollu, sən bərəkətli qollusan!
Oyra, Qollu, sən qəlbində məhsullusan!
İmkan ver buğda dərzlərin yığaq!
Xırmanı da taxıl ilə dolduraq!   
Bu mərasim bir neçə mərhələdən ibarət imiş: ritualın açılı-
şı, xor ifası, kütləvi rəqslər, - bunların hamısı haminin müqəddəs 
böyüklüyünü tərənnüm etməklə idman oyunları müsabiqəsi, ən 
gözəl qıza və ən sücaətli qoçaq oğlana mükafatlar təqdim olun-
maqla və s. müşayiət olunurmuş. Eyni zamanda bu oyunlar milli 
mübarizə güləş - («tutuş») - ip dartma («jip tartıu»), ən qaçağan 
atda  çapma  («çariş»  -  yarış)  və  s.  zənginləşdirilirmiş.  Əlbəttə, 
mərasimin  başlıca mahiyyəti, yuxarıda söylədiyimiz kimi, Qol-
lu ilahəsini şərəfləndirməkdən ibarət idi. Buna görə də bayramı 
daha təmtəraqlı təşkil etmək istəyirlərmiş. Eyni zamanda «Qollu» 
mahiyyətinə görə hər hansı qəbilə, icma mərasimi yox, ümum-
milli, yaz-tarla bayramı olmaqla, məhsuldarlıq və bolluq allahına  
həsr olunmuş mərasim idi. Mərasim başlamazdan öncə bütpərəst 
kahin  (sonrakı  dövrlərdə  islamın  qəbulundan  sonra  bunu  şeyx 
edirmiş), yaxud Xalq Törə məclisi sırasından olan ən nüfuzlu in-
sanlardan biri  tütək (sıbızqı) çalmaqla  Qollu ilahəsinin şərəfinə 
melodiya  ifa edirmiş. Bundan sonra digər kahin (şeyx, yaxud hər 
hansı nüfuzlu şəxs) darı, mərci, ya arpadan çəkilmiş o qədər də 
tünd olmayan içkini əlindəki qədəhdə tutmaqla bayram alqışla-
rı səsləndirirmiş. Əvvəl qocalar və qarılar, sonra isə gənclər bö-
yük halay vurub dairə təşkil etməklə  rəqs etməyə başlayırlarmış. 
«Qollu» rəqsi adətən on musiqi alətindən ibarət bir ansamblla ifa 
olunurmuş.  Onlar  Qaraçay-malkarlarda  aşağıdakı  kimi  adlanır-
mış: tuluq zurnası (qıbıt kobuz), qusli (barmaqla çalınan musiqi 
aləti),  kınqız  (kobuz),  sümsü  (müyüz  kobuz),  qaval  (daurbas), 
saz, sırıyna, sıbızqı, nunu, zurna, kaman (kıl kobuz), kaman yayı 
(jıya kıl kobuz), şax-şax (kars), qarmon (kobuz) və s..


Nizami Tağısoy
70
XIX əsrin ikinci yarısından başlayaraq, «Qollu» getdikcə qə-
bilənin toy mərasiminə çevrilmiş və diyarın bir sıra dərələrində  
qorunub saxlanılmışdır. XX əsrin əvvəllərində isə o artıq öz funk-
siyasını getdikcə itirməyə başlamışdır (3, 91).
«Qollu» bayramından söhbət açarkən, həm də Qaraçay-mal-
karların yaz mərasimi olan «Saban-toy»dan danışmamaq doğru 
olmazdı. «Saban-toy» hərfi mənada «Kotanın torpaqda açdığı iz 
(şırım)» kimi tərcümə olunur ki, bu nəğmə torpaq, tarla allahı Da-
ulenin (yaxud Dauletin, yəni Dövlətin) şərəfinə oxunan nəğmə ilə 
müşayiət olunurmuş. Çegem dərəsində «Saban-toy» mərasimini 
bütün  qəbilə bir  yerdə  bayram edirdi  və  bu  mərasim Çegemdə 
həm  də  «Qutan»  adlandırılırmış.  «Saban-toy»un  danılmaz  atri-
butu gopçu (yəni şəbih paltarı geymiş adam və keçi) imiş. Digər 
icma məhsuldarılq ayinləri və mərasimlərində olduğu kimi bura-
da da onun başlıca məqsədi Azərbaycandakı Bahar bayramında 
olduğu (kosa və keçəl) kimi insanlar arasında gülüş doğurma, on-
ları şənləndirməyə xidmət edirmiş. 
Yeri gəlmişkən söyləyək ki, bu mərasim də Çegem dərəsində 
daha  çox  populyar  olmuşdur.  Çegem  icmasının  ağsaqqalırndan 
biri bu torpaq-tarla-əfsun (alqış) himnini aşağıdakı kimi ifa et-
mişdir:
О Дауле, сабан, сабан.
Усталыгъы кёп Дауле
Деулеринги, жек Дауле
Ашлыгънгы сеп, Дауле. 
Къачха эсен, жет, Дауле  
Биз жиябыз, биз жиябыз
Бергенинги кюфге къуябыз
Ма кюлтеле – сен бересе
Бир кюлтенгде – бир кюф ашлык
Бир кюфюнгде – бир жыл монглукъ


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə