Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə16/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   12   13   14   15   16   17   18   19   ...   97

Qaraçay  ədəbiyyatı
49
İttifaqı respublikalarında, onların  hüdudlarından  kənarda  tanın-
mağa  başladı.  Kitabın  bu  xalqın yazılı  ədəbiyyatı  bölməsində  
siz onlar  haqqında  məlumat  aldıqda  bunun daha yaxşı şahi-
di olacaqsınız. Qaraçay-malkar ədəbiyyatının  nümunələri  oxu-
cunu  heç  zaman  laqeyd  qoymur, insanın  mənəvi  dünyasını  
özünəməxsus  şəkildə  zənginləşdirir. Məlumdur  ki,  son  illərdə  
türk  xalqlarının  siyasi,  iqtisadi,  hərbi, mədəni, mənəvi  birliyi  
məsələsi  söz  müstəvisindən  iş  kontekstinə  keçməkdədir. Və  
burada,  heç  şübhəsiz  ki,  ədəbi  kontekst  də  diqqət  mərkəzin-
də  dayanmalıdır.  Azərbaycanda  sayca  çox  olan  digər  türk  
xalqlarının ədəbiyyatları  haqqında müəyyən dərəcədə təsəvvür-
lər yaradılıb məqalələr, kitablar,  monoqrafik əsərlər,  tədqiqatlar,  
metodik  işləmələr  və s.  ortaya çıxsa da,  Qaraçay-malkar,  noğay,  
kumux,  qaramanlı, karaim,  Şimali Kipr türk, qaqauz ədəbi-bədii 
nümunələri  haqqında  məlumatlar  olduqca  azdır. Elə bu nöqte-
yi-nəzərdən də qısaca olsa  da,  onları  öyrənib  diqqət mərkəzinə 
çatdırmağı zəruri  hesab  edirik.  
1.5. Qaraçay-Çərkəz Respublikası və qaraçaylılar
Qaraçaylılar Qaraçay-Çərkəz Respublikasında Qərbi Qafqa-
zın  dağətəyi  və  dağ  hissəsində  yerləşmişlər.  Hazırda  Qara-
çay-Çərkəz  Rusiya  Federasiyasının  Cənub  Federal  Dairəsinə 
daxildir.  Respublikanın  ərazisi  14,3  min    kv.km,  əhalisi  434,5  
min  nəfərdir.  Əhalinin  38,5%    qaraçaylılar  təşkil  edir.
Qaraçay-Çərkəz Respublikası 12 yanvar 1922-ci ildə Qara-
çay-Çərkəz Muxtar Vilayəti kimi yaradılmışdır. O dövrdə elə bu 
prinsip əsasında Kabarda-Malkariya yaradılmışdır (indiyə qədər 
bütün Azərbaycandilli mənbələrdə “Malkariya” səhvən “Balka-
riya” kimi göstərilmişdir. Biz nədənsə bir halda rus transkripsi-
yasını  əsas  götürmüş,  digər  hallarda  isə  ondan  imtina  etmişik. 
Məsələn, ruslar “venqr”, biz “macar”, ruslar “Kitay”, biz “Çin”, 


Nizami Tağısoy
50
ruslar “kitaytsı”, biz “çinlilər” kimi tələffüz etmiş, müvafiq etno-
nimləri etimologiyaya uyğun demiş və yazmışıq. Malkarlara gəl-
dikdə isə onları nədənsə “balkar” kimi tələffüz etmiş və  yazmağı 
qərarlaşdırmışıq. Bizə belə gəlir ki, tarixi-etnoqrafik ədəbiyyatda 
xalqın adı necə daşlaşıbsa, onu o cürdə düzgün, yəni “malkar” 
kimi  yazmalıyıq).  Beləliklə,  məntiqsiz  ərazi  prinsipinə  əsasla-
naraq hər iki etnosun adı ilə bağlı qarışıq ərazi vahidi yaradıldı 
və haqsız olaraq qaraçaylılar çərkəzlərlə, malkarlar kabardalarla 
birləşdirildi və heç bir əsas olmadan qaraçaylılarla malkarlar ay-
rı-ayrı ərazi bölgüləri və respublikaların tərkibinə daxil edildilər. 
1957-ci  ildən  1992-ci  ilə  qədər  Qaraçay-Çərkəz  Stavropol 
ölkəsinin  tərkibində  Muxtar  Vilayət  statusunda  olmuşdur.
Son dövrlərin hesablamalarına görə qaraçaylıların sayı 223 
min  nəfərdir.  Onlardan  202  min  nəfəri  Rusiyada;  o  cümlədən 
Qaraçay-Çərkəzdə 176 min nəfər, Stavropol ölkəsində, Moskva 
şəhərində və digər yerlərdə yaşayır. Eyni zamanda qaraçaylılar 
Türkiyədə  (Konya,  Əskişəhr,  İstanbul,  Kayseri, Afyon-Qarahi-
sarda 3 min nəfər), Qırğızıstanda, Qazaxıstanda, Azərbaycanda, 
Suriyada, ABŞ-da  və  digər  ölkələrdə  yaşamaqdadırlar.
1990-cı  ilin  əvvəllərindən  müstəqil  Respublika  yaratmaq 
uğrunda genişlənən siyasi  hərəkat 1991-ci ildə Qaraçay-Çərkəz 
Respublikasının yaradılması ilə başa çatdı. Respublika Maloka-
raçayevsk, Zelençuk, Ust-Çequtinsk, Prikuban və Urub rayonla-
rını əhatə etməklə yaradıldı. Hazırda Respublika ərazisində Qa-
raçay Ümummilli Şurası adlanan ictimai-siyasi təşkilat fəaliyyət 
göstərməkdədir.
Qaraçaylılar  bu  gün  Böyük  Qafqazın  şimal  hissəsində, 
əzəmətli Elbrus dağının ətəklərində Qaraçay-Çərkəz Respublika-
sında kompakt yaşayırlar. Burada, bugünkü Rusiya Federasiyası-
nın bu ərazisində Kuban, Teberda, Kuma, Laba, Böyük Zelençuk 
və s. kimi həm də xeyli digər xırda çaylar vardır.
Qaraçaylılar  guya  Qafqaz  müharibəsində  fəal  iştirak  etmə-
diklərindən 1828-ci ildə general Emanuel tərəfindən məğlubiy-


Qaraçay  ədəbiyyatı
51
yətə uğradılaraq məcburən Rusiyanın tərkibinə birləşdirilmişlər. 
Lakin məsələ heç də bununla bitmir. Sovet dövrü mənbələrində 
səhvən qaraçaylıların guya yalnız Krım-türk feodallarının başqa-
larına  məruz  qaldıqları  və  əhalinin  bu  basqınlardan  müdafiəsi 
üçün  çıxış  yolu  kimi  onların  Rus  dövləti  ilə  ittifaqa  girdikləri 
qeyd olunur. Guya 1552, 1555, 1557-ci illərdə onlar Moskvaya 
elçi  göndərmiş  və  nəticədə  Rusiya  ilə  siyasi  ittifaq  bağlanmış, 
XIX əsrin ikinci yarısından isə Qaraçay-Çərkəz Rusiyaya birləş-
dirilmişdir  (1,67;  4,399).
Problemin kökü daha da dərinlərə gedib çıxır. Hələ 1207-ci 
ildə gürcü çariçası Tamara əvvəl osetinləri Qafqazda yaşayan di-
gər  xalqlarla  bərabər  qaraçaylıları  və  malkarları  da  özünə  tabe 
etmiş,  burada  yaşayan  müsəlman  dininə  qulluq  edən  xalqların 
xeyli  hissəsini  xristianlaşdırmışdır  (3,318).  Bundan  başqa  İme-
retiya  knyazı  II Aleksandr  hələ  XIX  əsrin  lap  əvvəllərində  rus 
çarına İmeretiyanın Rus İmperiyasının təbəəliyinə qəbul edilməsi 
ilə bağlı müraciət etdikdən sonra, Rus imperiyasının səfirləri bu 
ərazilərdən  daha  tez-tez  keçib  Gürcüstana  gedib-gəldiklərindən 
onlar Qaraçay torpaqlarını göz altına almışdılar. Əlbəttə, nə qara-
çaylılar, nə malkarlar belə vəziyyətlə heç də asan razılaşa bilmir-
dilər. Elə bu səbəb üzündən ruslarla münasibətlər  ciddi şəkildə 
kəskinləşmişdir. Yeri gəlmişkən qeyd edək ki, bu ədavət sonrakı 
mərhələlərdə də, hətta İkinci Dünya Müharibəsi dövründə daha 
da gərginləşmişdir. Bu barədə biz aşağıda xüsusi olaraq söhbət 
açacağıq.  
  1926-cı ilin oktyabr ayından 1943-cü ilə qədər ayrıca qurum 
olan Qaraçay Muxtar  Vilayəti SSRİ Ali Soveti Rəyasət Heyətinin 
qərarından sonra Gürcüstan SSR tərkibinə qatılmışdır. Bunun nə-
ticəsində hətta RSSFR ilə Gürcüstan arasında sərhədlər də dəyiş-
dirilmişdir. Qaraçay kəndləri Svanetiya və Raçidən olan əhali ilə 
doldurulmuşdur. Qaraçay – malkarların repressiya olunmasında 
və doğma vətəndən didərgin düşməsində Beriya fəal iştirak etmiş-
dir. Beriyanın Qaraçay-malkarların vətəndən qovulması təklifinə 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə