Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə8/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   4   5   6   7   8   9   10   11   ...   97

Qaraçay  ədəbiyyatı
25
I FƏSİL
Qaraçaylılar və malkarlar haqqında 
ümumi məlumat
1.1.Tarixi  -  etnoqrafik  mənbələr 
qaraçaylılar haqqında
Y
uxarıda qeyd etdiyimiz kimi, Qaraçay türkləri Şimali 
Qafqazın mərkəz hissəsində yaşamaqdadırlar. Onlar  
Elbrus dağının  qərbində, Kuban çayının  hövzəsin-
dən başlayan Hurzuk, Üçkulan, Kart-Yurt  kəndləri, qərbdə isə 
Davud, Teberda,  İshavat,  Urup  və  Laba    çaylarının  yuxarı  his-
sələrindəki  Mare,  Cögetey,  Zelençuk  vadilərindəki  kəndlərdə 
məskunlaşmışlar. Qafqazın ən yüksək zirvələri Qaraçay ərazilə-
rindədir. 2,2 min metr hündürlükdə olan bu ərazilərdəki dağlar 
şam, küknar və  s. meşələri ilə, sıldırım  hissələri isə buzlaqlarla 
örtülmüşdür.
Qaraçay türklərinin tarixi, demək olar ki, əsrlərin dolanbacla-
rında itib-batmışdır.  Çünki bu izi elə itirməyə çalışmışlar ki, onun 
əski bağlarını müəyyənləşdirmək heç də asanlıqla başa gələn de-
yildir. Eyni zamanda tarixdə  Şimali Qafqazda yaşayan türklərin 
birliyə can atıb yaşamaq istəyində olduğu da nəzərdən qaçırılma-
malıdır. Müxtəlif zaman kəsiklərində bu ərazilərdə məskunlaşmış 
boylar və soylar digərləri içərisində qaynayıb qarışmaq, əriməklə 
yanaşı, həm də təşkilatlanmağa səy göstəmişlər. Bu tipli birləş-
mə və yaxınlaşmalar zamanı boyların  bəziləri təmsil olunmamış, 
bir boyun yerinə digər boylar keşmişlər. Tayfalar bütün bunlara 
baxmayaraq,  heç də tamamilə yox olmamış, yenidən başqa ad 
altında ortaya çıxmışlar. 


Nizami Tağısoy
26
Nəinki keçmiş Rusiya imperiyasında, həm də Sovetlər ölkə-
sində onun daxilində yaşayan türklərə qarşı daim diskriminasiya 
siyasəti  yürüdülmüş,  onların  yaşadıqları  coğrafi  ərazilərə  həm-
lələr edilmiş, türklərin birgə çiyin-çiyinə yaşayıb fəaliyyət göstər-
mələrinə qarşı mənfur siyasət həyata keçirilmişdir. Qaraçaylılar 
və malkarlar tarixin bütün dönəmlərində bir yerdə yaşasalar da, 
torpaqları əvvəllər bir-birinə bitişik olub, birgə həyat sürsələr də, 
hər iki xalqın tarix, etnoqrafiya, dil, folklor və adət-ənənələrdə 
vahid kökə malik olmaları təsdiqlənsə də, yazılı ədəbiyyatlarının 
Qaraçay, baksan - çegem və malkar şivəsi əsasında formalışdığı 
göstərilib, əsrlər boyu hər iki xalq ərəb qrafikalı ədəbiyyatdan is-
tifadə etsə də, rus siyasət maşını onları daim bir-birindən tədric 
etməyə çalışmış, onların ayrı-ayrı xalqlar olduğunu təbliğ etmiş 
və türklərə qarşı aparılan belə mənfur, iyrənc siyasət nəticəsində 
malkarlara Nalçikdə, qaraçaylılara Çerkesskdə mədəni mərkəz-
lər yaradılmışdır. Qaraçaylılarla malkarların etnik kökü ilə bağlı 
tanınmış Azərbaycan ziyalısı, alimi, dissidenti Mirzə Bala Məm-
mədzadə hələ Türkiyədə mühacirət həyatı yaşayarkən “İslam An-
siklopedisi”ndə (10, 217) yerləşdirdiyi məqaləsində  onları XV 
əsrdən Qafqazda yaşayan qədim türk qəbiləsi kimi nəzərdən ke-
çirmişdir. Bununla belə məsələnin lap əski köklərinə gedib çıx-
saq, onda aşağıdakı mənzərəni görmək mümkündür.  
Ümumiyyətlə götürsək, qaraçaylıların əski kökləri kimmer, 
skif, hun, xəzər, bulqar,  alan və qıpçaq türklərinin minilliklər ər-
zində etnik birləşməsindən ortaya gəlmişdir. Tarixdən məlumdur 
ki, prototürk tayfaları hələ e.ə. 5000-ci illərdə Qafqaz  ərazilə-
rində yaşamışlar. Bu tayfalar müxtəif tarixi dönəmlərdə Qafqaz 
ərazilərini yüzilliklər və minilliklər boyu öz hakimiyyəti altında 
saxlamışlar. Bu da məlumdur ki, VIII ərdə Qafqaza soxulan ərəb-
lər İtil (Volqa) ərazilərinə qədər irəliləsə də,  xəzərlər qarşısında 
tablamayıb geri çəkilmək zorunda qalmışlar. Bir qədər sonra bu 
ərazilərdə erməni və gürcü nüfuzu artıb türklər zəiflədiyi halda, 
iranlıların və ərəblərin təsiri güclənmişdir. Bundan az sonra oğuz-


Qaraçay  ədəbiyyatı
27
lar və səlcuqlar Qafqaza daxil olmuş, bir müddət sonra, daha doğ-
rusu, XIII əsrdə moğollar Qafqazı ələ keçirmişlər.     Onlar burada 
həm nüfuz, həm də  əsgəri baxımdan elə bir gücə sahib olmuşlar 
ki,  dövlət başçıları məhz türkəsillilər tərəfindən seçilmişlər. 
Qafqazda türk varlığının əsasını kimmerlər və sakalar qoy-
muşlar. Bozqır  Kurqan mədəniyyətinin sahibi olan prototürk tay-
faları burada əsasən dağ ətəklərində yaşayan yerlilərlə qaynayıb 
qarışaraq “Maykop” və “Kuban”  mədəniyyətini yaratmışlar. On-
ların özəlliyi özünü Kurqan tipli məzarların saxlanmasında əks 
etdirməkdədir. Bunu da söyləməyə ehtiyac vardır ki, Kurqan tipli 
məzarlıqlar XVIII əsrə qədər türklər tərəfindən mühafizə olun-
muşdur.  Bu  məzarlıqların  kimmer  və  saka  tayfalarına  məxsus 
olması  tarixçilər  tərəfindən  etiraf  edilməkdədir.  Kurqan  mədə-
niyyətini yaradan qövmlər həm də yerli tayfalarla müxtəlif tipli 
əlaqələrdə  olmuşlar.  Təkcə  Qaraçayda  Novolabinsk,  Zubovski 
kəndləri və Cögetey şəhəri yaxınlığında bu mədəniyyət sahiblə-
rinə məxsus olan çoxsaylı arxeoloji tapıntılar ortaya çıxarılmışdır. 
Bozqır Kurqan mədəniyyəti sahiblərinin bir qismi e.ə. II mi-
ninci illərin əvvəllərindən e.ə. VIII yüzilliyə qədər Qara dənizin 
qərbində yaşayan Qafqaz ərazilərində kimmerlər kimi tanınmış 
qəbilələr olmuşlar. Kimmerlərlə bağlı aparılan araşdırmalar skif-
lərlə  paralel  getmiş  və  müəyyən  olunmuşdur  ki,  XVII  yüzilin 
çevrəsində Sibir ərazilərində  kurqanlarda olduqca qiymətli izlər 
və əsərlər qoymuşlar.  Bundan başqa həm də Sibirlə Cənubi Rusi-
yada təsadüfi   hesab edilən köçərilərlə onların arasında müəyyən 
bağlantılar olmuşdur. Şimali Qafqazda aparılan arxeoloji qazıntı-
lar zamanı kimmerlərə aid ovçuluqla  bağlı əşyalar, silahlar, tunc 
oraqlar və s. tapılmışdır. Bütün bunların böyük əksəriyyəti bu gün 
Qaraçay  türklərinin  sıx  yaşadığı  Kart-Yurt,  Üçkulan,  Teberda, 
Sarıdüz  kəndlərində  ortaya  çıxarılmışdır.  Bundan  başqa  şərqdə 
Volqa, qərbdə  Dnepr çayları, cənubda Azov dənizi sınırlarında 
da məzarlıqlarda bu tipli əşyalara rast gəlinmişdir (7, 14-15). 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə