Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə4/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   2   3   4   5   6   7   8   9   ...   97

Nizami Tağısoy
12
Qaraçay xalqının bağrından qopmuş, onun dilində yaranmış, po-
etik düşüncəsini, dilini, milli kimliyini yaşatmaqda davam edən 
zəngin poeziyadır. Qaraçay şeiri – Qaraçay ədəbiyyatının onurğa 
sütunudur. Folklordan süzülüb gələn bu şeir şifahi və yazılı  ədə-
biyyat vasitəsilə yaşadılaraq qaraçaylıları millət kimi tanıtmış, 
bu xalqın ədəbiyyatının digər janrlarını meydana çıxarmış, qara-
çaylılara ədəbiyyat sahibi olmağı bəxş etmişdir.           
Qaraçay  ədəbiyyatında  epik  ənənələrin  inkişafından  danı-
şarkən professor Nizami Tağısoy ədəbiyyatda nəsr janrına müra-
ciətin həyat həqiqətlərini daha real şəkildə əks etdirmək baxımın-
dan  əhəmiyyətli  olduğunu  vurğulamışdır.  Bu  mənada  Qaraçay 
nəsri əslində Qaraçay xalqının mənalı və ibrətamiz həyat hekayə-
sidir. Elə buna görə də qaraçaylıların həyat fəlsəfəsi və müba-
rizəsi Qaraçay nəsrində geniş planda əks etdirilmişdir.    
Nizami  Tağısoyun  “Qaraçay  ədəbiyyatı”  kitabında  Bö-
yük Vətən Müharibəsi dövründən Orta Asiyaya və Qazaxıstana 
sürgün  olunmuş  qaraçaylıların  öz  tarixi  vətənlərinə  qayıtması 
məsələsinə  yer  ayırması  da  maraq  doğurur.  Nizami  Tağısoyun 
tədqiqatda belə bir qənaətə gəlməsi də maraqlıdır ki, sürgün qa-
raçaylıların əzmini qıra bilməmiş, bu insanlar xalq və cəmiyyət 
qarşısında məsuliyyətlərini dərindən dərk etməklə yeni mühitdə 
mənəvi varlıqlarını qorumaq və yaşatmaq  haqqında daha çox 
düşünməyə diqqət yetirmişlər. Bu illərin sərt sınaq və mübarizə 
ruhu  da  Qaraçay  ədəbiyyatında  özünün  bədii  əksini  tapmışdır. 
Eyni zamanda, əsərdə 1990-2015-ci illər Rusiya Federasiyası tər-
kibində Qaraçay ədəbiyyatında milli özünəqayıdış və özünüdərk 
axtarışları dövrü kimi təhlil edilmiş, digər xalqlarla ünsiyyət və 
dostluğa diqqət yetirilmiş və mühüm elmi nəticələr çıxarılmışdır. 
Professor Nizami Tağısoyun “Qaraçay ədəbiyyatı” kitabı ta-
rixən  Rusiya  Federasiyasında,  Şimali  Qafqazda  məskunlaşmış, 
taleyin hökmü ilə Orta Asiyada yaşamalı olmuş bu xalqın folklo-
runu, eposunu və yazılı ədəbiyyatını öyrənmək baxımından oriji-
nal tədqiqat əsəridir. Nizami adına Ədəbiyyat İnstitutunun sifari-
şi ilə yazılan və nəşr edilən “Qaraçay ədəbiyyatı” kitabının mey-
dana  çıxması  zəngin  Qaraçay  ədəbiyyatı  haqqında  obyektiv  və 


Qaraçay  ədəbiyyatı
13
ümumiləşmiş elmi təsəvvür əldə etmək baxımından əhəmiyyətli-
dir. Bu, Azərbaycanda Qaraçay ədəbiyyatına həsr olunmuş birin-
ci monoqrafik tədqiqat əsəri kimi də özünəməxsus əhəmiyyət kəsb 
etməkdədir. Ümid edirik ki, təqdim olunan kitab Azərbaycan-Qa-
raçay ədəbi əlaqələrinin müasir dövrdə yenidən qurulmasında  və 
inkişaf etdirilməsində etibarlı bir körpü rolunu oynayacaqdır. 
   
 
 
    İsa  HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
 vitse-prezidenti, Nizami adına Ədəbiyyat 
İnstitutunun direktoru, akademik            
                                                       


Nizami Tağısoy
14
GİRİŞ
D
igər qədim yazılı zəngin poetik ənənələrə malik olan 
türk xalqları (Azərbaycan, özbək, Anadolu türkləri, 
türkmən, tatar, başqurd və s.) ədəbiyyatlarından fərq-
li olaraq Qaraçay türklərinin ədəbiyyatı  uzun əsrlər boyu şifa-
hi olaraq təşəkkül tapıb inkişaf etmiş, nəhayət XIX əsrin sonları 
XX əsrin əvvəllərindən yazılı şəkildə yaranıb formalaşmaqla  bu 
günümüzə  gəlib  çatmışdır.  Bu  isə  o  deməkdir  ki,  çeşidli  şifahi 
xalq yaradıcılığı  uzun müddət ərzində  Qaraçay türklərinin  (o 
cümlədən malkar, kumux, noğay  ədəbiyyatlarının)  ilkin mənbə-
yi kimi xidmət  etmiş, onların mənəvi tələblərini ödəmişdir. Xalq 
nəğmələri, iynarlar (bayatılar), Nart əfsanələri və hekayələri, be-
şik nəğmələri (laylalar), alqışlar, qarğışlar, mifoloji-mərasim və 
təqvim  poeziyası, adət-ənənə, “Nart” eposu, nağıllar, rəvayətlər, 
atalar sözü, zərbi məsəllər, andlar, qanadlı ifadələr, təkərləmələr, 
sayaçı sözlər və s. kimi nümunələr sonralar yazılı ədəbiyyatın ya-
ranmasına zəmin yaratmış, təkan vermişdir.
Qeyd etmək zəruridir ki, Şimali Qafqazda yaşayan digər türk 
xalqları (malkarlar, noğaylar, kumuxlar) kimi qaraçaylılar əsrlər 
boyu başqa xalqların – çərkəzlərin, gürcülərin, svanların, rusla-
rın ciddi təsirlərinə məruz qalmış, onların ucqar dağ silsilələrinə 
çəkilib gizlənməsi, pərakəndə şəkildə yaşaması digər neqativ hal-
larla yanaşı, həm də yazılı ədəbiyyat nümunələrinin araya-ərsəyə 
gəlməsinə əngəl törətmişdir. Lakin bütün çətinliklərə baxmaya-
raq, xalq öz  etnik mədəniyyət nümunələrini, xüsusən söz sənəti 
örnəklərini  qoruyub  saxlamağa  müvəffəq  olmuşdur.  Belə  möh-
təşəm  və  mükəmməl  epik  nümunələrdən  biri  ümumQafqaz  və 
türk-monqol ənənələrinin nüvəsində yaranıb formalaşan «Nart» 
eposunun Qafqaz xalqları arasında geniş  yayılmış  variantları, 
Qafqaz substratına söykənən və türk-monqol paralellərini özündə 
əks etdirən bu epos Orta Asiya, yaqut,  altay-sayan, buryat xalq-


Qaraçay  ədəbiyyatı
15
larının epik nümunələri ilə səsləşib mövzu, süjet, motiv, situasiya, 
mifoloji obraz və təsəvvürlər, üslubi uyğunluqları özündə daşısa 
da, “Nart” dastanın Qaraçay-malkar epik ənənəsində arxaik  ele-
mentlərin konservasiyası, Nart qəhrəmanlarının  təsvir spesifika-
sı, onların doğuluşunun mifoloji təsəvvürlərə söykənməsi, Kök 
Teyri  (Tanrı),  Jer Teyri  (Tanrı)  obrazlarının  eposda  yer  alması, 
oradakı  nəğmələrin  Nartiadanın  heç  bir  milli  versiyasında  tək-
rarlanmaması qaraçaylıları bu eposun müəlliflərindən birinə çe-
virmişdir. Cənubi Qafqaz, Anadolu, Orta Asiya və Balkanlarda 
«Koroğlu» dastanı türk xalqları arasında nə qədər populyardırsa, 
«Nart» dastanları da Şimali Qafqazda yaşayan nəinki türk xalq-
ları, həm də qeyri-türklər arasında geniş yayılmış epik örnəklər-
dəndir. Epik növün mühüm qolunu təşkil edən müxtəlif tipli na-
ğılların  da  Qaraçay  şifahi  söz  sənətinin  inkişafında  yeri  böyük 
olmuşdur.  Zaman keçdikcə mifoloji ünsürlü nağıllar, nəğmələr 
və s. kimi nümunələr yerini tarixi-qəhrəmanlıq nəğmələrinə, di-
gər səpkili epik örnəklərə, müxtəlif tipli və məzmunlu əhvalat  və 
hekayətlərə vermişdir. Sonrakı dövrlərdə Qaraçay xalq poeziya-
sının inkişafı yüksələn xətlə getmişdir. 
Yaz-yay  təqvim-mərasim poeziyası, bütpərəstlik   dövrünün 
izlərini özündə əks etdirən Totur, Coppa, Qollu, Eskertiu, Erirey, 
Xardar, Hıçıuman, Saban-toy və s. kimi mərasimlərin keçirilməsi  
daha çox fəallaşmış, Qaraçay –malkar mərasim  poeziyasının yo-
rulmaz tədqiqatçısı Həmid Malkonduyevin söylədiyinə görə XX 
əsrdə də geniş şəkildə mühafizə olunmaqla yaşamışdır. Bu mə-
rasimlərin çoxu yaz-tarla işlərində aparıldığı, təbiətin canlandığı 
vaxtda, məhsul  yığımı  dövründə keçirilmiş, insanlar allahların 
şərəfinə  nəğmələr oxumuş, onları xeyirxahlığa çağırmaqla, on-
lardan bolluq, səadət, xoşbəxtlik diləmişlər.
XIX  əsrin  sonuncu  rübünə  qədər  Qaraçay  mədəni  həyatı 
mühafizəkar ənənələrə söykənərək gedirdi. Məktəb, maarif, elm 
olduqca zəif inkişaf edirdi. XVIII əsrin əvvəllərindən Rus impe-
riyasından  tam şəkildə asılılığa düşən Qafqazda yaşayan digər  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə