Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə6/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   2   3   4   5   6   7   8   9   ...   97

Qaraçay  ədəbiyyatı
19
bəsinin qızğın çağında – 1942-ci ildə Qaraçay şairlərinin çoxları 
həyatda yox idilər. H.Urtenov və H.Appayev kimi istedadlı söz 
ustaları 1937-ci ildə repressiya qurbanı olmuşdularsa, İ.Qarage-
tov,  D.Bayqulov,  M.Urusov,  H.Bostanov, T.Borlakov  və  b.  dö-
yüşlərdə həlak olmuşdular. Bu dövrdə imzası daha çox görünən 
O.Xubiyev isə daha intensiv işləməyə meylli idi. 
50-60-cı illər Qaraçay ədəbiyyatının inkişafının ümumi mən-
zərəsini 40-cı illərdən ədəbiyyata gələn sənətkarlar – O.Xubiyev 
və H.Bayramukova müəyyənləşdirirdi. Bununla yanaşı, həm də 
Qaraçay yazıçılarının yeni nəsli  formalaşırdı ki, onların sırasın-
da Ə.Suyunçev, N.Xubiyev, D.Kubanov, H.Semyonov, B.Batça-
yev, H.Canıbəyov  və  başqaları vardı. 1957-ci ildə O.Xubiyevin 
işıq  üzü  görmüş  müharibədən  sonrakı  ilk  «Zaman»  adlı  şeirlər 
məcmuəsi ona böyük şöhrət gətirmişdi. Bundan sonra O.Xubi-
yevin  «And» (1963) fəlsəfi motivli məcmuəsində insanın insani, 
vətənpərvərlik duyğuları yer almışdır. O.Xubiyevin yaratdığı di-
gər nümunələrdə  mənəvi, əxlaqi, etnik problemlər (“Sən mənim-
lə də belə edərdin”, «Bərabər olmalıyıq», «Çovğun», «Ürək» və 
s.) əksini tapırdı.
Həlimət  Bayramukova  O.Xubiyevdən  fərqli  olaraq  epik 
təfəkkürlü bir lirik kimi öz yeni nəşr olunan məcmuələrində su-
byektiv  başlanğıcın,  yaradıcılıq  fərdiyyətinin  daha  dolğun  əks 
olunmasına    çalışırdı.  Onun  50-ci  illərin  sonlarında  qələmə  al-
dıqlarında və digərləri ilə birgə nəşr etdirdiyi məcmuələrdə «Hə-
yatı sevirəm», «Qığılcımlar», «Ürək oxuyur», «Birgə oxuyaq», 
«Sevimli dağlar», «Bizim anamız» və s. kimi örnəklərdə həyatın 
müxtəlif epizodları, insanlara  sevgi, onların yaşayış prinsipləri 
və s. təsvir obyektinə çevrilir. H.Bayramukovanın bir sıra əsərlə-
rində biz fəlsəfi düşüncələrlə yanaşı («Cəmilə Buxired»), insan-
ların xarakterik keyfiyyətləri, yüksək vətəndaşlıq idealları («Vic-
danlı insanlar», «Dosta», «Əsil dost») təsvir obyekti kimi çıxış 
edir. 1963-cü ildə qələmə aldığı «Zəlihət» poemasında isə müəllif 
Qaraçayda 1942-ci ildə gedən hadisələri mövcud olmuş faktlar 


Nizami Tağısoy
20
əsasında  işləmişdir.  Bu  əsər  Qaraçay  ədəbiyyatında  yeni  janrın 
– tarixi – qəhrəmanlıq poemasının əsasını qoymuşdur. Poema ge-
niş süjet detallarıyla  ilə yanaşı, həm də çoxsaylı fərdiləşdirilmiş 
obrazlar sistemi ilə zəngindir. Ümumiyyətlə, H.Bayramukova öz 
yaradıcılığı boyu Qaraçay ədəbiyyatının inkişafına bütün varlığı 
ilə xidmət etmişdir. Bu baxımdan onun insanın mənəvi aləmini 
təcəssüm  etdirməyə  istiqamətlənmiş  «Etiraf»  (Moskva,  1965) 
məcmuəsi əhəmiyyətlidir. Bununla belə  söyləməliyik ki, H.Bay-
ramukova Qaraçay ədəbiyyatında  heç də yalnız poeziyanın inki-
şafına öz töhfəsini verməmiş, həyat situasiyalarının, xarakterlərin 
yapılmasının, peyzaj təsvirlərinin, müəyyən fərdi üsluba yiyələn-
mənin  incəliklərinə  bələd  olmaqla  o,  həm  də  gerçəkliyin  ümu-
mi-bədiiləşdirilmiş mənzərəsini yaratmağa səyə göstərmişdir. Bu 
baxımdan onun 50-ci illərin sonu – 60-cı illərin ortalarında nəşr 
etdirdiyi hekayələr, xüsusən «Qara don», «İkinci həyat», «Eldar 
mənim oğlumdur», «Qadının hekayəsi» və s. maraq doğurur. Bü-
tün bu əsərlər öz humanizmi ilə seçilməklə, gerçəklikdə gedən  
proseslərin panoramını yaradırsa, «Ayran» və «Qırçın» hekayələ-
rində lirik manera özünü daha relyefli nümayiş etdirməkdədir.
60-cı illərdə yaranmış hekayələrlə yanaşı, Qaraçay ədəbiyya-
tında canlı danışıq dilini, nitq  üslubunu əks etdirən povest və ro-
manlar ortaya çıxır ki, bu janrda əsasən ədəbi və həyat təcrübəsinə 
yetərincə  malik  olan  O.Xubiyev,  H.Appayev,  H.Bayramukova, 
D.Kubanov və başqaları  «Əmanət», «Sakit dağlar», «Dağlarda 
səs» kimi nümunələr yaratmaqla nail ola bilirdilər. Qaraçay ya-
zıçıları müharibə mövzusunu 60-cı illərdə də ardıcıl olaraq hərbi 
oçerk, povest və roman janrlarında davam və inkişaf etdirirdilər. 
Bu baxımdan H.Boqatıryovun «Vətən uğrunda»,  S.Laypanovun 
«Qaraçay oğlu – Belarusiya qəhrəmanı», H.Ebzeyevin «Bıçağın 
ağzında», A.Suyunçevin «İnsanlıq», B.Biçiyevin  «Qəlbin səsi», 
O.Xubiyevin «Adamlar» və s. kimi povestlər nəzərdən keçirdiyi-
miz Qaraçay nəsrinin dəyərli nümunələrindəndir.


Qaraçay  ədəbiyyatı
21
Qaraçay yazıçıları 60-cı illərdə zahiri təmtəraqdan başqa öz  
əsərlərində Sovet dövrünün qorxunc şəraitini göstərməyə də  can 
atırdılar. Bu baxımdan həmin vahiməli  dövrün qəddarlığını  H.
Bayramukova «Qaraçay ailəsi» («Къapчaнын aилeси»)  kitabın-
da qorxub çəkinmədən təsvir etmiş, etnik-milli adətlərin yasaq-
lanmasına qarşı çıxmış, əsərinin köməyi və çıxışları ilə onların 
qorunub saxlanılması uğrunda mübarizə aparmışdır. Bu da əsassız 
deyildir.  Müharbənin  qızğın  çağında,  Qaraçay  oğulları  düşmən 
işğalına qarşı sinə gərdiyi  illərdə rus və erməni təbliğat maşını 
Qaraçay türklərinin bir qismini repressiyaya məruz qoymuşlarsa, 
digər hissəsini Orta Asiya və Qazaxıstanın müxtəlif ərazilərinə 
sürgün etmişdilər. Bu baxımdan sürgün dövrü Qaraçay ədəbiy-
yatının staqnasiyası dövrü - ölü mərhələsi kimi nəzərdən keçiril-
məlidir. Həmin dövrdə neçə-neçə Qaraçay ədəbiyyatı xadimləri 
və ziyalıları işgəncələrə məruz qalmışdılar. Sürgündə dözülməz 
həyat  şəraitində  yaşamağa  məcbur  edilən  Qaraçay  sənətkarları 
malkar şairləri ilə birgə bir neçə şeir antologiyaları, məcmuələr 
nəşr etdirib yaymağa müvəffəq oldular.
50-ci  illərin  sonlarından  sürgündən    Qaraçaya  qayıdan  H.
Bayramukova, O.Xubiyev və başqa bu kimi istedad daşıyıcıları  
doğma xalqın ədəbiyyatına öz töhvəsini verməklə onu yenidən 
yaratmağa çalışırdılar. Məhz bu zamandan  başlayaraq, Qaraçay 
ədəbiyyatı yeni inkişaf dövrünə qədəm qoymaqla müəyyən estetik 
təcrübə əldə etməyə səy göstərirdi. Çünki indi daha çox ənənəvi 
mövzular yeni rakursda təqdim olunurdu. Qaraçay ədəbiyyatın-
da bu dövrdə müharibəyə həsr olunan digər nümunələrlə yanaşı, 
oçerk və hekayələr yaranır, bədii axtarışlar aparılırdı. Bu müstə-
vidə H.Boqatıryovun «Vətən uğrunda» memuarı, S.Laypanovun 
«Qaraçay oğlu – Belarusiya qəhrəmanı», H. Ebzeyevin «Munir», 
«Bıçağın  ağzında»  povestləri,  H.Bayramukovanın  «Qara  don», 
«Eldar mənim oğlumdur», «Səfər», «Qocalar» və s. hekayələri 
müharibə mövzusu ilə yanaşı, həm də məişət, həyat və varlıqla, 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə