Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə3/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   2   3   4   5   6   7   8   9   ...   97

Nizami Tağısoy
8
4.5. Использование архивных документов в создании 
повести Сеида Лайпанова «Сын Карачая – герой 
Белоруссии» ..................................................................215
4.6. Тема войны в творчестве Ханафи Эбзеева .........220
4.7. Идейно-тематические искания в карачаевском 
романе в 1990-1960-ые годы .......................................228
Литература ....................................................................240
Глава V.  Художественные особенности 
карачаевской  прозы 1950-1980-ых годов ..............243
5.1. Ведущие жанры и темы карачаевской прозы 
1950-1980-ых годов. .....................................................245
5.2. Карачаевская проза в годы подъема ....................247
5.3. Новый тип героя в карачаевской прозе ...............255
5.4. Эпическое время в романном творчестве Даира 
Кубанова и мастерство образной характеристики 
писателя ........................................................................258
5.5. Изображение жизни абреков в роман-дилогии 
Корхмаза Корхмазова «Меч мести» ...........................265
5.6. Тема школы, просвещения и интеллигенции в 
карачаевской прозе (Х.Байрамукова «Годы и горы», 
О.Хубиев «Бессонные ночи» и «Месть») ..................268
5.7. Поэтика карачаевского романа 1950-1980-ых 
годов ..............................................................................275
Литература ....................................................................280
Глава VI. Искания национального  самопознания  
и самоутверждения современной карачаевской 
литературе ...................................................................283
Литература ....................................................................296
Карачаевская литература (Резюме) .............................299
Низами Мамедов –  Тагисой (на азерб.языке) ...........305 
Низами Мамедов –  Тагисой (на рус. языке) .............307


Qaraçay  ədəbiyyatı
9
Bu kitabı türkçülüyü ilə öyünən 
valideynlərimin əziz xatirəsinə bağışlayıram
Bütün türklərin həyat tərzini, dünyabaxış-
larını, folklorunu, mədəniyyətini, ədəbiyyatını 
öyrənməyə çalışın. Onlar hansı boya mənsub 
olmasından asılı olmayaraq soydaşlarımızdır.
Nizami Məmmədov-Tağısoy


Nizami Tağısoy
10
Qaraçay ədəbiyyatı Azərbaycan 
ədəbiyyatşünaslığında
Dünyanın müxtəlif regionlarında məskunlaşmış xalqların, o 
cümlədən türk xalqlarının çeşidli etnogenetik əlaqələrinin tarix, 
dil, folklor, etnoqrafiya, psixologiyası və həyat tərzinin mədəniy-
yət və ədəbiyyat kontekstində öyrənilməsi daim aktual olmuşdur.  
Keçmiş  Sovetlər  Birliyinə  daxil  olmuş  Qazaxıstan,  Qırğızıstan, 
Özbəkistan və Türkmənistanla yanaşı, Azərbaycan Respublikası 
da XX əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə öz müstəqilli-
yinə qovuşduqdan sonra ölkəmizin dünya birliyi, o cümlədən türk 
xalqları ilə ədəbi-mədəni əlaqələri daha da güclənməyə başla-
mışdır.  Bundan sonra respublikamızın nəinki Türkiyə Cümhuriy-
yəti və müstəqil türk respublikaları, bu gün Rusiya Federasiyası-
nın tərkibində yaşayan azsaylı türk xalqları ilə əlaqələri daha da 
intensivləşmişdir.  Müstəqillik dövründə  tatarların, qaraqalpaq-
ların, başqurdların, qaqauzların, Şimali-Kipr türklərinin folklo-
ru, onların yazıçı-şairlərinin yaradıcılığı geniş təhlil və tədqiqat 
obyektinə çevrilmişdir.  
 Filologiya elmləri doktoru, professor  Nizami Tağısoy son 
illər  ərzində  türk  xalqlarının  ədəbiyyatları  üzərində  daha  çox  
araşdırmalar  aparmış,  türkoloji  ədəbiyyatı    diqqətlə  öyrənmiş-
dir. Onun “Qaraqalpaq ədəbiyyatı” kitabı geniş elmi ictimaiyyət 
arasında  böyük  rəğbətlə  qarşılanmışdır.    Müəllifin    oxuculara 
və tədqiqatçılara təqdim olunan növbəti “Qaraçay  ədəbiyyatı”  
kitabı  da  Azərbaycan  türkoloji  ədəbiyyatşünaslığında  mövcud 
sahədə olan  ehtiyacı ödəmək və bu xalqın ədəbiyyatını ölkəmizdə 
tanıtmaq  baxımından  dəyərli mənbədir. 
Məlum olduğu kimi, qaraçaylılar Qafqazda yaşayıb, özünün 
milli-mənəvi  varlığını  qoruyub  saxlayan  və  inkişaf  etdirən  bir 
xalqdır. Qaraçay xalqı zəngin mədəniyyətə və ədəbiyyata malik-
dir. Qaraçay folkloru və yazılı ədəbiyyatı türk xalqlarının mədə-
ni-mənəvi irsinin qiymətli nümunəsidir.  


Qaraçay  ədəbiyyatı
11
Nizami Tağısoyun  tədqiqatında  qaraçaylılar və onların  ədə-
biyyatı ilə bağlı ətraflı və əsaslı məlumat vermək üçün bu xalqın 
tarixi-etnogenetik mənbələri, mifologiyası, adət-ənənələri, şifahi 
xalq yaradıcılığı, folklorunun müxtəlif janrları,   təqvim poeziyası 
diqqətlə öyrənilmişdir. Müəllif bu zəngin mənəvi miras üzərində 
XX əsərin əvvəllərindən etibarən təşəkkül tapıb inkişaf edən Qa-
raçay yazılı ədəbiyyatına geniş planda  nəzər salmışdır. O, ilk növ-
bədə Qaraçay şairlərinin poetik təcrübələrində xalq poeziyasının 
müxtəlif janrlarından istifadəni diqqət mərkəzinə çəkmişdir. Bun-
dan başqa, tədqiqatçı İslam bəy Krımşamxalov, İslam Xubiyev və 
başqaları kimi ilk Qaraçay ictimai xadimlərinin, maarifçilərinin 
və publisistlərinin yaradıcılığının səciyyəvi xüsusiyyətlərini araş-
dırmış,  İssa Qaragetov, Həzrət Urtenov, Davut Bayqulov, Həsən 
Appayev və digər müəlliflərin Qaraçay yazılı ədəbiyyatının for-
malaşmasındakı və inkişafındakı yerini və rolunu göstərmişdir.  
Monoqrafiyada  Qaraçay  ədəbiyyatının  inkişaf  problemlə-
ri xronoloji və tarixi-nəzəri planda izlənilməklə, XX əsrin 30-cu 
illərindən  başlayaraq daha sürətlə və ardıcıl inkişaf edən Qa-
raçay poeziyasının aparıcı nümayəndələrinin müxtəlif janrlarda 
təqdim etdikləri nümunələri tədqiq edilmiş, bu xalqın ədəbiyya-
tında sənədli oçerk, hərbi memuar, hekayə və povest janrlarının 
özünəxas cəhətlərinə xüsusi diqqət yetirilmişdir. Əsərdə Qaraçay 
romanının ideya, mövzu və problem axtarışlarına, bu ədəbiyyat-
da dram janrının özünəməxsus mənbələrinə, onun meydan tama-
şaları ilə sıx bağlılığına aydınlıq gətirilmişdir. 
Tədqiqat işində Qaraçay ədəbiyyatında milli-bədii ənənəyə, 
folklora, milli psixologiyaya və digər xalqların ədəbi təcrübəsinə 
yaradıcı münasibət vurğulanmaqla, bu ədəbiyyatda fərdi  bədii 
təfəkkürün, milli özünəməxsusluğun,  mental düşüncənin orijinal-
lığı nəzərə çarpdırılmışdır.   
Beləliklə,  Qaraçay  ədəbiyyatının  özünəməxsusluğu  elmi 
cəhətdən açılmış və ümumiləşdirilmişdir. Doğrudan da Qaraçay 
ədəbiyyatı, xüsusən poeziya Qafqazda mənsub olduğu xalqın mil-
li ruhunu, varlığını ifadə edən, əslində bu xalqı nəinki qoruyub 
saxlayan, həm də yaşadan  başlıca  faktordur. Qaraçay şeiri – 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə