Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə5/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   2   3   4   5   6   7   8   9   ...   97

Nizami Tağısoy
16
xalqlar kimi qaraçaylıların da bu dövrlərdə güzəranı o qədər yaxşı 
deyildi. İmperiya siyasətinə uyğun olaraq qaraçaylılar ruslar tərə-
findən sıxışdırılsa da, öz siyasi maraqlarını burada daha uğurla 
həyata keçirmək üçün onlar bu diyarda rus dilində məktəblər açır, 
qaraçaylı balalarını oraya cəlb edirdilər. Qaraçayda 1872-ci ildən 
başlayaraq Üçkulan, Teberda, Kart-Yurt, Xurzuk, Mare və Çoqut-
da açılan dünyəvi məktəblərdə yerlilərin  təhsil alması son dərə-
cə əlamətdar hadisə idi. Bu uşaqlar əsasən Qaraçay knyazlarının, 
uzdenlərinin  ailəsindən olanlar idi. Bunun müqabilində tədricən 
maariflənməyə  yön götürən Qaraçay xalqının həyatında inkişaf 
baş verirdi. Bu inkişaf öz növbəsində xalqın mütərəqqi yöndə irə-
liləməsi üçün şərait yaradır, ana dilində məktəblərin, teatrların və 
klubarın fəaliyyət göstərməsi gündəmə gəlir, nəticədə isə əlifba-
nın yaranma ehtiyacı zəruriləşirdi. 1928-ci ildə ərəb əlifbası latın 
qrafikalı əlifba ilə əvəz olundu. Yeni əlifbada işləyən fəhlə-gənc-
lər məktəbi, texnikumlar, daha sonralar müəllimlər və pedaqoji 
institutlar ziyalı kadrların yetişməsinə təkan  verdi.  Dövrü mət-
buat orqanları «Dağlı kasıbları», «Dağlı həyatı», «Dağlı carlılar» 
və s. kimi Qaraçay və rus dillərində çıxan qəzetlər yenicə bədii 
yaradıcılıq  fəaliyyətinə  başlayan  Qaraçay  şair,  nasir  və  drama-
turqlarının  ilk  qələm  təcrübəsi  üçün  sınaq  meydanına  çevrilir-
di.  İslam Teberdeçi  (Krımşamxalov),  İmmolat  Xubiyev, Toxtar 
Biçiyev,  İsmayıl  Akbayev  (Teberdeçi),  İssa  Qaragetov,  Abidət 
Botaşeva, Həzrət Urtenov, Davud Bayqulov və başqalarının şeir, 
felyeton, hekayə və povestləri əsasən xalqın maarifçi baxışlarının 
müxtəlif tərəflərini təsvir edib göstərmək baxımından maraq  do-
ğururdu. Qaraçayda baş verən mədəni-maarifçi baxışların inkişa-
fı xalq nəğməkarları Kasbot Koçkarov, Appa Canıbəyov, İbrahim 
Qozayev kimi maarifçi  insanların üzərinə düşürdü. Bütün o vaxt-
kı Sovetlər ölkəsində olduğu kimi burada da 20-ci illərdə əvvəl 
Qaraçay-Çərkəz (1927), sonra Qaraçay (1928) Proletar Yazıçıları 
Assosiasiyası yaradıldı və bu Assosiasiya Qaraçay yazıçılarının 
yaradıcılıq işlərinin plana salınmasında mühüm rol oynadı.


Qaraçay  ədəbiyyatı
17
1932-ci  ildə  «Ədəbi-bədii  təşkilatların  yenidən  qurulması» 
ilə bağlı ortaya çıxan sənəd Qaraçay ədəbiyyatının perspektivləri-
ni müəyyənləşdirməyə şərait yaratdı, bədii nümunələrin Qaraçay 
dilində  nəşr  olunmasına  impuls  verdi.  Milli  ədəbi  nümunələrin 
yaranmasına bədii özfəaliyyət dərnəkləri, Qaraçay mahnı və rəqs 
ansamblı kollektivi və s. öz təsirini göstərdi, yeni  kiçik həcmli 
nəsr nümunələri, pyeslər Qaraçay dramaturgiyasının təşəkkülün-
də öz rolunu oynadı. İlk ənənəvi səhnə nümunələri toylardakı və 
xalq tamaşaları formasındakı «gopçu» və «təkə» oyun element-
lərini özündə əks etdirirdi. Əvvəllər yaradılmış  dram əsərləri nü-
munələrində (A.Qorxmazov «Qırmızı komandir kadet əsrində», 
A.Batçayev  «Əhməd-Batır», A.Botaşeva  «Savadlı  qadın  və  sa-
vadsız qadın», G.Qebenov «Güc birlikdədir» və «Köhnə adət və 
qanunlar» və b.) professional aktyor kollektivi və dramaturqların 
yoxluğu ucbatından, bu əsərlər illüstrativlik, ritoriklik və dekla-
rativliklə müşayiət olunduğundan  müəyyən mənada janrın inki-
şafını ləngidirdi.
30-cu  illərdə  Qaraçay  poeziyası    İ.Qaragetov,  H.Urtenov, 
D.Bayqulov  və  digərlərinin  yaradıcılığına  əsaslanmaqla  inkişaf 
edirdi. Məhz bu dövrlərdə «Yeni nəğmələr», «Kolxoz nəğməsi» 
kimi məcmuələrdə yer almış  nümunələr Qaraçay poeziyasının 
özünəməxsus inkişafından xəbər verirdi. Şairlər öz yaradıcılığın-
da  sxematizm    və  mücərrədliyi    aradan  götürməyə  çalışırdılar. 
Realist tipikləşdirmə, doğma folklordan faydalanmaqla H.Urte-
novun, D.Bayqulovun və digərlərinin yaradıcılığında yeni təsvir 
vasitələrinin  köməyi  ilə  ortaya  çıxır,  poetik  nümunələrdə  epik 
başlanğıc özünü büruzə verir, süjetli şeirlər yaranır, canlı xarak-
terlər görünürdü. H.Urtenovun «Kasıb qadın», «Qaraçaylı toyu», 
«Bizim babamız», «Yadımdadır», «Ovçular» və s. kimi lakonik 
örnəklərlə yanaşı, liro-epik janrda qələmə aldığı poemalarda  - 
«Yadda saxla!», «Bəy və nökər», «Əfəndi və ölüm», «Süləmənin 
Surətə məktubu», «Safiyət» və s. şairin kompozisiya ustası olub, 
obrazlı poetik nitqdən bacarıqla istifadə etdiyini göstərdiyi hal-


Nizami Tağısoy
18
da, D.Bayqulovun «Şamay əvvəl və indi», «Məryəm və əfəndi», 
«İspan qızı», «Zəlihət» və digər poemalarında gerçəkliyin epik 
təsvirinə canatma özünü daha görümlü planda nümayiş etdirirdi.
Qaraçay  ədəbiyyatında  ilk  nəsr  nümunələri  sırasında  D.
Bayqulovun  «Həsənin  evlənməsi»,  «Bəymirzənin  həyatı»  və  s. 
kimi hekayələr dayanır. H.Urtenov xalq yaradıcılığı nümunələri, 
xüsusən Nəsr Xoca (Xoca-Molla Nəsrəddin lətifələrinə söykənən) 
pritçalarını işləyir. Həsən Appayev «Qara sandıq» və «Əmanət» 
romanları  və  s.-də  30-cu  illər  Qaraçay  realist  nəsr  imkanlarını 
folklordan  gələn  romantik  üslub  elementləri  ilə  birləşdirməklə, 
satirik  təhkiyə  ənənələrinə  söykənərək  şərq  novellalarının  ün-
sürlərini əks etdirməyə səy göstərirdi. Qeyd edək ki, bu dövrdən 
Qaraçay  sənətkarları  rus  ədəbiyyatından  nümunələrə,  xüsusən 
A.S.Puşkindən  tərcümələrə  daha  çox  yer  ayırırdılar.  Bütün  bu 
müstəvidəki irəliləyişlər Qaraçay ədəbiyyatının 30-cu illərdə öz 
bədii  simasına  yiyələnməyə  çalışdığını  sübut  etməkdədir.  Eyni 
zamanda  bu da qeyd edilməlidir ki, bu dövrdə Qaraçay ədəbiyya-
tının təşəkkülü və inkişafı A.S.Puşkinin, M.Y.Lermontovun, L.N.
Tolstoyun, A.R.Çexovun, M.Qorkinin və başqalarının əsərlərinin 
Qaraçay dilinə tərcümə olunması fonunda  gedirdi.
40-cı illərdə hələ də Qaraçay ədəbiyyatında xalq yaradıcılığı 
nümunələrinə söykənilməklə «Nart» dastanlarından, atalar sözü 
və zərbi məsəllərdən, nağıllardan, rəvayətlərdən hər hansı parça-
lar yazılı örnəklərin süjetinin əsasına qoyulur, sənətkarlar şifahi 
xalq yaradıcılığı janrlarını necə gəldi təkrarlayır, folklordan gələn 
mövzu və süjetləri heç də bütün hallarda ustalıqla öz əsərlərinin 
infrastrukturuna  daxil  edə  bilmirdilər.  Buna  baxmayaraq,  40-cı 
illərdə Qaraçay sənətkarları ideya-estetik baxımdan yaradıcı səy-
lərini birləşdirərək milli ədəbiyyatın inkişafına təkan verməkdə  
israrlıydılar. Belə olduğu halda həyat hadisələrinə daha operativ  
şəkildə müdaxilə edə bilən janrlar – oçerk, lirik şeir,  hekayə, bə-
dii publisistik əsərlər ön plana çıxırdı. Sənətkarlar  bütün səyləri-
ni vətənə xidmət ruhunda birləşdirirdilər.  Böyük Vətən Mühari-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə