Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə26/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   22   23   24   25   26   27   28   29   ...   97

Qaraçay  ədəbiyyatı
81
da  bu  günkü  Volqa  çayının  adıdır)  sahilində  qoyun  otararkən  
çayın o  biri  kənarında  Satanay  adlı  bir  kübar  gözəl  görür. 
Qız  paltar  yuyurmuş. Qızın  əllərinin  ağlığı Sosurukun gözü-
nü  qamaşdırır.  O,  göz  qırpmadan  özünü  daşa  sıxaraq  ona  
baxa-baxa  əsir, az  qalır  ki, bu qızın dərdindən ölsün.  Bəlkə  də,  
qız  çobanın düşdüyü vəziyyəti hiss edir.  Çoban  baxıb-baxıb, 
nəhayət, qoyunların dalınca gedir. Sosuruk buradan  aralandıqdan  
sonra    o    durub-dayandığı    daşda    uşaq    yaranmağa,  böyüyüb,  
inkişaf  etməyə  başlayır.  Satanayın  övladı  olmadığından buna  
çox  sevinir  və  daşın  nə  vaxt  uşaq  doğacağını  gözləmək  üçün  
günləri  sayır. Satanay  nart  dəmirçi  Debetə  altmış  külüng  si-
fariş  edir.  Gün  yetişir  ki,  daşdan  uşaq  doğulmalıdır.  Həmin  
gün  Satanay  yanına  altmış  gənci  dəvət  edib cəngavər  daşın  
(Soslan daşın)  yanına  yollanır.  Bu zaman  orada  geniş  süfrə  
hazırlanır.
Cəngavərlər  hazırlaşıb  daşı  dörd  tərəfdən  qaşımağa  baş-
layırlar.  Lakin  bunu  nə  üçün  etdiklərini  bilmirlər.  Satanay   
gördükdə ki  daşın   qaşınması   vacib  olan  hissəsi qurtarmağa  
yaxınlaşır  və  bir  az  da  davam  etsə  külüng  uşağa  toxuna  bilər,  
bu  zaman  Satanay  onları  yeyib-içməyə  dəvət edir. Yemək-iç-
mək  ləzzətli  və  nəşələndirici  olduğundan,  gənclər xoşhallanıb,  
bihuş  olub  yuxuya gedirlər.  Satanay    isə  bu  vaxt  əlində  külüng  
götürüb  sakitcə  daşa  yaxınlaşır, onun  üzərinə  əyilir  daşı  deşib  
körpəni  oradan  çıxarır.  Bu,  başında  xoruz  pipiyinə  oxşayan  
bir  oğlan  idi.  Onun  ayaqları  cəhrə  iyi  kimi  nazik  idi...(6, 66).  
Onun  belə  ikili  mənşəyi  onda  xüsusi  keyfiyyətlərin  olması  ilə  
izah  edilir: bu  sırada  məğlubedilməzlik, cəsurluq, cəldlik, cən-
gavərlik  və s.  vardır. Lakin  eposun  elə  qəhrəmanları  da  vardır  
ki,  onlar  tamamilə  ilahi  mənşəlidirlər.  Onların  sırasında  nart  
dəmirçi  Debetin  adı  ilk  növbədə  qeyd  etdirməlidir.  Debetin 
atası – od  allahıdır – Od  Tanrısı( Ot  Teyrisi),  anası   isə   yer  
allahı – Yer Tanrısıdır( Cer Teyrisi). Maraqlıdır  ki,  eposun  bu  
dastanında   hadisələrin  cərəyan  etdiyi  tarixi  dövr   konkret  ola-


Nizami Tağısoy
82
raq göstərilir.  Məsələn, qeyd olunur ki,  bütün  bunlar  insanlar  daş  
mağaralarda yaşadığı,  daş  tabaqlardan, taxta ələklərdən  istifadə  
etdiyi  dövrdə  baş  vermişdir. Nart  eposunun  qəhrəmanlarını  öz  
mənşəyinə  və  nartlarla  qarşılıqlı  münasibətlərinə  görə onları bir  
neçə  qrupa  bölmək  olar: birinci  qrupa  aid  edilənlər  allahlardır 
ki, onlar  nartların  üzərində  dayanmaqla, ya  onlara  kömək  edir, 
ya  da  bütün  hərəkətlərində  laqeyd  olmalarına  baxmayaraq,  on-
lara  doğru  yol  göstərirlər.  Ulu  Tanrı - allahlar  üzərində olduqca 
qəzbli,  yol  göstərici  allahdır  ki, o  birinci    nartı,  qızılsimalı  
Debeti, onunla  da birgə  insanı  yaratmışdır.  Ikinci  qrupa  yenə  
də  mənşəyi  etibari  ilə  allahlar  aiddirlər  (Debet,  Satanay)  ki,  
onlar  nartlara  yaxın  olmaqla, insanlar  içində  yaşayır və yüksək  
mövcudat  olmaqla,  bir-birinə  bərabər kimi  kömək  edir ( Debet  
ilk  nart  köməkçi kimi  ilk  dəfə  filizdən  dəmir  qayırır,  insanlara  
dəbilqələr  geyindirir,  silah  və  ox  düzəldir,  gəncləri  dəmirçi  
sənətinə  öyrədir,  insanların  bədəninə  dəmir  qüvvəsi  yeridir və 
s.).  Üçüncü  qrupa  öz  mənşəyi  etibarı  ilə  yarımallahlar  aiddir-
lər. Onların  sırasında  Sosurukun  adını  çəkə  bilərik. Dördüncü 
qrupa sadə  nartlar aiddirlər ki,  onların  mənşəyi  insanlarla,  yerlə  
bağlıdır.  Onların  sırasında  nart  və  emegen  oğlu  Şauay  xüsusi  
çəkiyə  malikdir. 
Bütün  bu  obrazlar  lap  qədim  dövrlərdə yaransa  da,  za-
man  keçdikcə  onların  mifoloji  nüvəsi  xeyli  dəyişiliklərə  mə-
ruz  qalmışdır.  Belə  ki, Sosuruk, Yeryüzmək  kimi  qəhrəmanlar  
xalq  düşüncəsində  mifik  xüsusiyyətlərini   itirir  və  xalq  idealı  
daşıyıcılarına  çevirilirlər, xalqın xarici  və  daxili  işğalçılardan  
qurtulması    uğrunda    azadlıq    mübarizəsinə    qoşulurlar. A.Qa-
rayevanın fikrincə, mifik, qəzəbli və  eybəcər  əjdahaların  ob-
razında əməkçi  xalqın  həyatda  mövcud  olan  düşmənləri öz 
əksini  tapmışdır (7, 101).Nart eposu  bütün  detal və  hissələri ilə 
sırf ümumQafqaz  xalqlarının  dastanı  olsa  da,  onun  məzmun  
və  ideyasında  oturan  xeyli  məqamlar  vardır  ki,  bu  eposu  
həm  də  digər  türk  xaqlarının, məsələn, qırğızların “Manas” və 


Qaraçay  ədəbiyyatı
83
“Canıl  Mırza”sı, özbəklərin “Alpamış”ı, qazaxların “Koblandı  
batır”ı, “Kız-Jibek”i, qaraqalpaqların “Qırx qız”ı ilə  müqayisəli  
öyrənib,  xeyli  oxşar, üst-üstə  düşən  halları müəyyənləşdirmək 
mümkündür.  Bu,  ilk  növbədə  adlarını  çəkdiyimiz  əsərlərdəki  
kimi  nartlarda  da  etnosun  mübarizə motivinin  ortaya  çıxması  
ilə  izah  edilməlidir.  Bu  isə  təbiidir.  Məsələn,  nartlarda  nart  
qəbiləsi  ilə  daim  düşmənçilikdə olan  böyük  fiziki  gücə  malik,  
lakin  öz  gicbəsərliyi  ilə şeçilən  emegenlərə  qarşı  mübarizə  
əksini  tapır. Eposun  məzmunundan  göründüyü  kimi,  emegen-
lər  öz  uzaqgörənliyi  ilə  seçilmədiklərindən  hər  dəfə  nartlarla  
mübarizələrdə  məğlub  olurlar.  Eposda onların  ağılsızlıqlarını,  
eybəcərliklərini  sübüt  edən  xeyli  məqamlar  vardır. Emengen-
lərin qadını da,  qızı da - hamısı nəhəng  və  eybəcərdir. Onların  
dişləri  o  qədər  böyükdür  ki,  aşağı  çənədəki  dişlər  buruna,  
yuxarı  çənədəkilər  boğazın  altına  qədər  çatır. Uşaqları  görən  
kimi emegenlər  onları  çeynəyib  udurlar. Emegenlər daha çox 
insanlar  olmayan  yerlərdə  yaşayırlar.
Eposda  hiperbolizə  edilmiş  düşmən  obrazları  ilə  yanaşı,  
həm  də  fantastik  xüsusiyyətləri  ilə  seçilən  real,  həyati  obraz-
lar  da  vardır.  Bu  obrazlar  onların  xalqın  mübarizə  tarixində-
ki  analogiyaları  axtarıb  tapmağa  imkan  verir.  Bu  baxımdan  
saqqalını  daim  xına  ilə  rəngləyən  Fuk  obrazı  səciyyəvidir. O,  
xalqı  hədsiz töycü  və vergi  ilə  yükləyən  yadelli  işğalçı  obra-
zının  konkret  təcəssümüdür.Nart qəbiləsinin  azadlığı  uğrunda  
mübarizə  aparan  nart  bahadırları (qəhrəmanları) eposda böyük  
fiziki  qüvvə,  hədsiz  ruh  yüksəkliyi, olduqca zəngin mənəvi  
keyfiyyət, doğma  torpağa  bağlılığı, dostluğa  sədaqəti  ilə( yeri  
gəlmişkən  bu  keyfiyyətləri  biz  “Kitabi-Dədə Qorqud”da “Ko-
roğlu”da, “Koblandı-batır”da, “Alpamış”da,  “Manas”da,  “Canıl 
Mırza”da , “Qırx qız”da  və digər  türk  dastanlarında  da  yaxşı  
görürük)  fərqlənirlər. Nartlarda  eposun  baş  qəhrəmanlarından 
biri Sxurtukun oğlu  Yeryüzmək - sadə insanlar içindən çıxan cən-
gavər məhz belə  keyfiyyətləri  ilə  fərqlənir.  Onun  bütün  dav-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə