Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə43/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   39   40   41   42   43   44   45   46   ...   97

Nizami Tağısoy
134
olar.  Bu  məqsədlə  A.Qarayeva  H.Appayevin  ”Qara  sandıq”, 
D.Qubanovun “Dağlarda səs”, O.Xubiyevin “Amanat” romanla-
rının məzmun, problematika və başlıca obrazlarını nəzərdən ke-
çirsə  də,  romanların  janr  özünəməxsusluğu  və  onların  Qaraçay 
romanın təşəkkülündə yerini və rolunu müəyyənləşdirməmişlər. 
A.Qarayevanın  və  N.Kaqiyevanın  kitablarında  H.Appayevin 
“Qara  sandıq”,  D.Kubanovun  “Dağlarda  səs”  və  “İki  zaman”, 
H.Bayramukovanın  “İllər  və  dağlar”,  O.Xubiyevin  “Amanat”, 
və “Yuxusuz gecələr” romanları təhlil olunmuşdur. S.Akaçiyeva-
nın “Qaraçay romanı. Janrın təşəkkülü və inkişafı” kitabında isə 
X.Bayramukovanın “Dan ulduzu”, M.Bayçorovun “Böyük Qara-
çayda”, Q.Qorxmazovun “Qisas qılıncı” dilogiyası geniş şəkildə 
nəzərdən  keçirilmişdir.  Qaraçay  ədəbiyyatının  təşəkkül  tarixini 
və inkişafını, onun janr özünəməxsusluğunu nəzərdən keçirmək, 
poetikasının  tipoloji  xüsusiyyətlərini  müəyyənləşdirmək  və  on-
lara milli bədii ənənələrin təsirini göstərmək üçün bu ədəbiyyatı 
bədii-tarixi planda nəzərdən keçirməyə ehtiyac vardır. 
Qaraçay  ədəbiyyatının  təşəkkülündən  danışdıqda  nəinki  bu 
xalqın,    həm  də  digər  Şimali  Qafqaz  xalqlarının  ədəbiyyatının 
təşəkkülü göz önünə gəlir. Bu ədəbiyyatların təşəkkülü, demək 
olar ki, eyni vaxta təsadüf edir.
3.1. Qaraçay poeziyası haqqında ümumi məlumat
Beləliklə, XX əsrin 20-ci illərindən başlayaraq Qaraçay ədə-
biyyatında  müxtəlif  janrlarda  –  poeziya,  nəsr,  dramaturgiya  və 
publisistik nümunələr yaranır və inkişaf etdirilir. Digər janrlara 
nisbətən lirik poeziya daha geniş planda İ.Qaragetov, A.Urtenov, 
D.Bayqulov və digərlərinin yaradıcılığında xüsusi ilə vüsət alırdı. 
30-cu illərdən başlayaraq nəsr nümunələri yaranırdı. Nəsr əsərlə-
rinin yaranması ilk növbədə folklordan qaynaq alıb gəlmiş milli 
bədii  ənənələrə  söykənirdi.  Əlbəttə,  folklora  belə  müraciət  heç 


Qaraçay  ədəbiyyatı
135
də yeknəsəq aparılmır, əksinə bəzi müəlliflər folklordan mövzu 
və obrazları, digərləri süjet və kompozisiya quruluşunu, başqaları 
isə təhkiyə manerasını və s. mənimsəyirdilər. 
XX yüzilliyin 20-30-cu illərində ədəbiyyata gələn gənc şair 
və yazıçılar yeni ədəbi üslublara, janrlara, metodlara diqqət yeti-
rirdilər. Sənətkarlığı arxa plana keçirərək onlar əsərlərində ideo-
logiyanı, həmin dövrün gerçək münasibətlərini, sosial emosiya-
larını təşviqat vasitələri ilə, çağırışlarla açıq bildirirdilər. Əlbəttə, 
buna bəzi digər amillər də  öz təsirini göstərirdi. Belə ki, estetik 
şüurun  səviyyəsi,  gələnək  gücünün  yetərsiz  olması  ilə  bərabər, 
yeni çağın özünəməxsus kəskinləşən tələbləri, sinfi, sosial duy-
ğuların mövcudluğu, ictimai münasibətlərdəki kəskin dəyişiklik-
lər də burada rol oynayır, özünün siyasi mübarizəsi ilə xarakterizə 
olunur, şəxsiyyəti bu prosesin iştirakcısına çevirirdi (28, 29).
H.Urtenovun  coxşaxəli  ictimai-bədii  fəaliyyəti  20-30-cu  il-
lərdə  doğma  xalq  mədəniyyətinin  mövcud  vəziyyəti  və  onun 
mənəvi tələbləri ilə bağlı idi. H.Urtenov poetik yaradıcılığa qə-
dəm qoyan zamanlarda (1926) Qaraçay ədəbiyyatı hələ yaranma 
mərhələsində idi. Qaraçaylıların incəsənətə, bədii sözə,  xüsusən 
poeziyaya ehtiyacı son dərəcə böyük idi. Müəllimlər, tibb işçiləri, 
çobanlar, əkinçilər, məktəblilər şeir yazmağa meylli  idilər. Qa-
raçayda ədəbi hərəkatın kütləviliyinə baxmayaraq, 20-ci illərdə 
yazarlar  son  dərəcə  məhdud  sayda  idi.  Məsələn,  1928-1929-cu 
illərdə  Qaraçay  Yazıçılar  Assosasiyasının  sıralarında  cəmi  15 
nəfər vardı. Bunlar oxşar taleli gənc yazıçılar olmaqla, əsasən dağ 
kəndlərindən, kəndli ailələrindən olan insanlar idi. Böyük Qara-
çay maarifçisi İslam Qaraçaylı yazırdı ki, Oktyabr inqilabı olma-
saydı onların əksəriyyəti gələcəkdə yalnız çobanlığa namizəd ola 
bilərdilər (13,57). Məhz bu dövrdən başlayaraq onlar geniş təhsil 
almaq  imkanı  əldə  etmişdilər.  Məsələn,  İ.Qaragetov  Şərq  Zəh-
mətkeşlərinin Kommunist Universitetini, X.Bostanov və M.Bor-
lakov Simferopol Pedaqoji Texnikumunu, Əsəd Biçiyev Moskva 


Nizami Tağısoy
136
Tibb İnstitutunu bitirmişdir və s. 
Az qala bütün yaşlı nəsildən olan Qaraçay yazıçı və şairləri 
komsomol və partiya fəalları, mühazirəçi və qəzet əməkdaşları 
idilər. Onların ictimai fəaliyyəti yeni həyat quruculuğunda işti-
rakı, insanların siyasi şüurunun inkişafında, mədəni səviyyəsinin 
yüksəldilməsində, əhali arasında savadsızlığın ləğv olunmasında 
mühüm rol oynayırdı. Belə şəraitdə, əlbəttə, bir qrup gənc Qa-
raçay    sənətkarları  xeyli  çəkinliklərlə  üzləşirdilər.  Çünki  onlar 
öz estetik baxışlarını lakonik və səmərəli şəkildə ifadə etməkdə 
çətinlik çəkirdilər. Qaraçay yazıçılarının belə vəziyyətini İ.Qara-
çaylı aşağıdakı kimi şərh edirdi: ”Fikrin ifadə edilmə bacarığının 
son dərəcə böyük olmasına baxmayaraq, belə vərdiş və bacarıq-
lar, təəssüf ki, yox idi” (13,56).İlk dövrlərdə Qaraçay yazıçıları 
folklordan heç də lazımınca yararlana bilmirdilər. Onun poetika-
sından, ideyasından, motivlərindən qidalanılmır, kohnənin aradan 
cıxmasından  çəkinərək  yeni  fikri  tətbiq  edə  bilmirdilər.  Lakin 
getdikcə bədii-təsviri axtarışlar yeni sözün yeni məzmunda ifa-
dəsi üçün daha münbit şərait yaradırdı. Bədii-təsvir vasitələrinin 
axtarışı eyni zamanda gənc Qaraçay ədəbiyyatının estetik prin-
siplərinin işlənib hazırlanması, onun mövzu, janr və üslub rən-
garəngliyinin zənginləşməsi üçün şərait yaradılma prosesi kimi 
qiymətləndirilməlidir.
Qaraçay ədəbiyyatının təşəkkülündə və formalaşmasında rus 
klassik ədəbiyyatının və digər ədəbiyyatların rolundan da danış-
mağa ehtiyac vardır. Bu istiqamətdə ilk növbədə A.S.Puşkinin, 
M.Y.Lermontovun, L.N.Tolstoyun, A.P.Çexovun və M.Qorkinin  
əsərlərinin Qaraçay dilinə tərcüməsi də inkişafa təkan verirdi.
Qeyd etdiyimiz kimi, 20-30-cu illərdə Qaraçay ədəbiyyatında 
aparıcı janr poeziya idi. Bu dövr poeziyasında əsasən ictimai-mə-
dəni  həyatda  baş  verən    müxtəlif  məsələlər  öz  əksini  tapır,  şa-
irlər  bilərəkdən  şəxsi,  intim,  sevgi-məhəbbət  motivlərini  təsvir 
predmetinə  cevirmirdilər.  Buna  gorə  də  20-30-cu  illər  Qaraçay 
poeziyasında, demək olar ki, məhəbbət lirikası yox dərəcəsində 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə