Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə40/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   36   37   38   39   40   41   42   43   ...   97

Nizami Tağısoy
124
12.  Малкондуев  Х.Х.  О  балкаро-карачаевском  Тёре//  Мир 
культуры,  Нальчик,  1990.
13.  Малкондуев Х.Х. Древняя песенная культура балкарцев 
и карачаевцев. Нальчик, 1990.
14.  Малкондуев Х.Х. Проблемы научного сбора, издания и 
изучения балкаро-карачаевского фольклора за 70 лет де-
ятельности КБНИИ, Нальчик, 1995.
15.  Малкондуев  Х.Х.  Обрядово-мифологическая  поэзия 
балкарцев  и  карачаевцев.  Нальчик.  Эль-Фа,  1996.
16.  Ортабаева  Р.А.  Карачаево-балкарские  народные  песни. 
Черкесск,  1977.
17.  Рахаев А.И. Песенная этика Балкарии. Нальчик, 1988.
18.  Tağısoy N. Qaraçay şifahi xalq yaradıcılığının janr təsnifatı// 
Müqayisəli  ədəbiyyat  və  mədəniyyət.  Ədəbiyyatın  və 
mədəniyyətin  başlanğıc  meyarları.  Bakı,  Bakı  Slavyan 
Universiteti.  Bakı,  27-28  noyabr  2015. 
19.  Толгуров  З.Х.  Движение  балкарской  поэзии.  Нальчик, 
1984.
20.  Урусбиева  Ф.А.  Карачаево-балкарский  фольклор.  Чер-
кесск,  1979.
21.  Хаджиева  Т.  М.Эстетическая  и  утилитарно-магическая 
функция календарных песен балкарцев и карачаевцев// 
Календарно-обрядовая поэзия  народов  Северного Кав-
каза. Махачкала, 1988.
22.  Холаев А.З. К вопросу о трансформации обрядовой пес-
ни-пляски  «Голлу»  у  балкарцев  и  карачаевцев//  Худо-
жественный язык фольклора  кабардинцев и балкарцев. 
Нальчик,  1981.
23.  Хубиев М.А. Карачаево-балкарские народные песни со-
ветского периода. Черкесск. 1968.
24.  Хубийланлы М. Къарачай-малкъар совет халкъ джырла. 
Черкесск, 1968.
 


Qaraçay  ədəbiyyatı
125
 III  FƏSİL 
QARAÇAY  YAZILI  ƏDƏBİYYATININ 
TƏŞƏKKÜLÜ
Y
azılı  ədəbi  ənənələri  qədim  zamanlardan  başlayan 
xalqların bədii yaradıcılıq nümunələrindən fərqli ola-
raq  Şimali  Qafqazda  yaşayan  türk  xalqlarının  (Qa-
raçay, malkar, noğay, kumux və s.) ədəbiyyat nümunələri uzun 
əsrlər boyu şifahi xalq yaradıcılığı bazasında inkişaf etmişdir. Elə 
buna  görə  də  Qaraçay  folklorunun  müxtəlif  növ  və  janrları  bu 
xalqın ədəbiyyatının inkişafında önəmli rol oynamışdır. Qaraçay 
yazılı  ədəbiyyatı  folklordan  çoxsaylı  süjet  və  motivlər  mənim-
səyərək irəliləmişdir. Belə təsir birbaşa, ya dolayısı ilə baş versə 
də, Qaraçay ədəbiyyatında bu proses daim davamlı olmuşdur. Qa-
raçay ədəbiyyatında belə hal əsasən  onun folklorla yazılı ədəbiy-
yat mərhələsi arasında olduğu dövrə daha çox təsadüf edir. 
Lakin  söylədiklərimiz  heç  də  bu  anlama  gəlməməlidir  ki, 
Qaraçay-malkar türklərinin yazılı ədəbiyyat tarixi öz qədim nü-
munələrinə tamamilə malik deyildir. Belə ki, tarixçilər, ədəbiyyat 
tarixini araşdıranlar son dövrlərdə onların Mikayıl Şəmsi Baştu 
(835-900),  Tramxan  (X-XII  əsrlər),  Zurum  Biyçə  (13...-1396), 
Qoşayax Biyçə (XV-XVI əsrlər – bizcə adlarını çəkdiyimiz bu şa-
irlərin yaradıcılığı bulqar və kumux ədəbiyyatı ilə daha çox bağlı-
dır), Kaltur Semyonov (1750-1850), Küçük Bayramukov (1772-
1862), Kasbot Koçkarov (1834-1940) və başqaları kimi bədii söz 
sahiblərinin olduğunu qeyd etmişlər. lakin XVIII əsrin ortalarına 
qədər yaranmış yazılı ədəbiyyat nümunələrinin qaraçaylılara nə 
dərəcədə  aid  olduğunu  da  dəqiqləşdirməyə  ehtiyac  vardır.  Əli-
mizdə isə XVIII əsrin ortalarında dünyaya göz açmış bir  Qaraçay 
şairi   Kaltur Semyonovun bu ədəbiyyatın nümayəndəsi olması 
isə heç kimdə şübhə doğurmamalıdır.
Belə  ki,  Kaltur  Semyonovun  2003-cü  ildə  Qaraçay-Çərkəz 


Nizami Tağısoy
126
Dövlət Universitetinin nəşr etdirdiyi həcmcə o qədər də böyük 
olmayan Kaltur (Къалтур) kitabını 2007-ci ildə Qaraçay ədəbiy-
yatşünası R.Ortabaeva Bakıda keçirilən  Beynəlxalq simpozium-
da bizə hədiyyə etmişdi. Bu, Kaltur yaradıcılığını əsk etdirən bi-
rinci kitabdır. Kitaba daxil edilmiş nümunələr Qaraçayın müxtəlif 
şəhər və kəndlərində yaşamış qoca sakinlər Abdulla Semyonov 
(1895-ci  il),  Həbib  Semyonov,  İsmayıl  Semyonovdan  (1891-
ci  il),  Soğay  Semyonovdan  (1910-cu  il),  Həzrət  Semyonovdan 
(1910-cu  il),  Alim  Semyonovdan,  Məhəmməd  Semyonovdan 
1970-1999-cu illər arasında qələmə alınmışdır. “Kaltur” kitabın-
da müəllifin şeirlərindən başqa, həm də 30 müxtəlif anlatmala-
rı təqdim olunmuşdur. Kitabda yer almış  əksər nümunələr özəl 
mövzusu və məzmunu ilə seçilməkdədir. Bununla belə onun bir 
“Къалтур санга ышанады Къарачай” şeirindən sətirlərə diqqəti 
cəlb etmək istərdik: 
Къалтур. Cанга ышанады
Къарачай.
Ышанныгылы болалсам эд,
Мен алай…
Къалтур, сезюнг болмаучан эд
Экили?
Сезюм бирди! Билеме
Кесими: (26,17)
Kalturun nəinki bu, həm də digər əsərlərində Vətən məhəbbə-
ti, elə-obaya sədaqəti, ailə-məişət həyatı və s. bağlı hiss və duyğu-
lar yer almışdır. Bununla belə Kalturun yaradıcılığının folklordan 
qaynaq alıb gəldiyini də açıq-aydın görmək mümkündür.
Yaradıcılığı  folklorla  yazılı  ədəbiyyat  müstəvisində  gedən 
sənətkarlar  sırasında  qaraçaylıların  istedadlı  bədii  söz  sahibləri 
Kasbot Koçkarov (Bağıroğlu), İslam bəy Krımşamxalov (Teber-
diçi) Appa Canıbəyov, İlyas Bayramukov, Xızır və Səid Xəlilov-
lar,  Toxtar  Biçiyev,  İmmolat  Xubiyev  və  başqalarının  adlarını 


Qaraçay  ədəbiyyatı
127
çəkmək olar. Onların yaradıcılığında adi dağlı həyatı, onun ma-
raqları,  haqsızlığa  qarşı  mübarizəsi  və  s.  mövzular  işıqlandırıl-
mışdır. Məsələn, əgər K.Koçkarov əsərlərində (“Qapalan”, “Can-
dar”,  “Deboş”  və  s.)  əzilən  xalqla  onu  əzənlərin  münasibətləri 
təsvir olunarsa, A.Canıbəyov bu insanlar arasındakı münasibətlə-
ri əsasən satirik planda təsvir etməklə (“Cörme”, “Qoş kögerle”), 
sosial deformasiyaları, həyatda yer almış eybəcərlikləri nəğmə-e-
piqramların köməyi ilə əks etdirmişdi. 
XVIII-XIX əsrlərdə Qaraçay mədəni həyatı köhnə gerilik və 
muhafizəkar  ənənələrə  soykənərək  davam  edirdi.  Elm,  maarif, 
məktəb  orta  əsrlərin  sxolastikasına  əsaslanmaqla,  yalnız  xalqın 
son  dərəcə  məhdud  hissəsinin  savad  almasını  mümkün  edirdi. 
Bununla  belə,  XIX  əsrin  sonlarına  yaxın,  daha  doğrusu,  onun 
sonuncu rubundən başlayaraq qaraçaylılar sırasından mutərəqqi 
rus mədəniyyəti ilə yaxından tanış olub, rus dilində təhsil alanlar 
ortaya cıxırdı. Məhz belə xadimlər doğma xalqın maariflənməsi, 
məktəblə unsiyyətdə olması işində mühüm rol oynayırdılar. 
Qaraçay ərazisində ilk dunyəvi məktəb 1878-ci ildə Ücqulan, 
1879-cu ildə Teberda kəndlərində acılmışdır. Məktəblərin tikil-
məsi, onların saxlanılması, maliyyələşməsi və müəllimlərə əmək 
haqqının odənilməsi ictimai vəsaitlər hesabına aparılırdı. Ücqu-
landakı  məktəbin  nəzdində  həm  də  internat  məktəb  fəaliyyət 
göstərirdi. Orada qonşu kəndlərdən olan uşaqlar oxuyur, təhsil, 
tərbiyə alır və yaşayırdılar. Məktəblərdə aparıcı fənlər sırasında 
«Quran», rus dili (izahlı oxu ilə), hüsnxət, yer haqqında anlayış,  
Rusiya  coğrafiyasından  muxtəsər  ocerk  və  s.  verilirdi.  Uşaqlar 
məktəbə rus dilini bilmədən daxil olduqlarından, onlar dərsə ətraf 
aləmlə tanışlıqla başlayır, yalnız dərs ilinin ikinci yarısında şifahi 
rus nitqinə yiyələnə bilirdilər. İkinci ildən (sinifdən) başlayaraq, 
onlar  rusca  oxumağa  və  yazmağa  öyrədilirdilər.  Artıq  1885-ci 
ildə Qaraçaydakı Kart-Yurt, Xurzuk, Mare və Cequt kəndlərində 
də birsinifli məktəblər acılmışdı. Lakin onlar da şagirdlərlə dolu 
idi. Bu dövrdə xalq təhsilə daha cox can atırdı. 1897-ci il siya-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə