Qaraçay ədəbiyyatı
111
“Ağüzlü Batay” və s. nəğmələri nümunə gətirə bilərik. Bu nəğ-
mələrdə sevgiyə inam, hisslərin gücü və s. cəhətlər xüsusilə qa-
barıq verilir. Sevgi nəğmələrində sosial bərabərsizlik motivləri öz
dramatizmi ilə fərqlənir. Bədii təsvir vasitələri burada sadəliyi,
aydınlığı və emosionallığı ilə seçilir. Bu nəğmlərdə həm lirik
hisslər, həm patetika, həm satira, həm də yumor uğurla çulğaşır.
Qaraçay şifahi xalq ədəbiyyatında sevgi-məhəbbət nəğmələri
kimi iynarlar (bayatılar) daha mühüm yer tutur. Gözəlliyi vəsf
edən «Kemisxan», «Tavkan», «Aktamak», «Kulina» və s. kimi
nəğmələrdə qızların öz sevgililərinə qovuşub qovuşmaması, qar-
şısız sevgi motivləri və s. səsləndirilir. Burada zəmanədən şikayət,
varlıların xalqa sitəm verməsi və s. daha görümlü təqdim olunur.
Xalq arasında «Eşq ağısı» (“Suymeklikküy”) adlanan nəğmədə
qızın zorla başqa birisinə – sevmədiyinə verilməsi təsvir edilir.
Qaraçay iynarlarını üç qrupa bölmək olar: qızların söylədiyi
iynarlar; igidlərin, gənclərin söylədiyi iynarlar; qızların və gənc-
lərin birgə söylədiyi iynarlar. İynarların üçüncü qrupu «aytış» ad-
lanır (digər türk xalqlarında olan «aytıs», «atışma», “müşayirə”
ilə müqayiə et). İynarlar alqışlar kimi bədahətən söylənən lirik
nəğmələrdir:
Cırımı aytayım sanna,
Nəğməmi söyləyim sənə,
Sen kerek edin manna,
Sən gərəkiydin mənə,
Sarı ayaklı kuşladan –
Sarı ayaqlı quşlardan -
Salam ciberdim men sanna.
Salam göndərdim sənə.
Suvuk, katı selkel gendi,
Soyuq, sərt ruzgar gəldi,
Subanlanı çaçara.
Sisləri dağıtmaqçün.
Allah karuv berse idi,
Allah mənə güc verəydi,
Seni alıb kaçara.
Səni alıb qaçmaqçün.
Kabkaradı qaşların,
Qapqaradır qaşların,
Kümüş miyala közlerin,
Gümüş piyalə gözlərin,
Qaraçay ədəbiyyatı
113
savka», «Umar» və digər nəğmələr səciyyəvidir. Məlum olduğu
kimi, XIX əsrdə ardı-arası kəsilməyən basqı və müharibələr nə-
ticəsində Qaraçay və malkar türkləri Türkiyəyə mühacirət etmək
zorunda qalmışlar. Bununla bağlı «İstanbula gedənlərin nəğməsi»
(«Stanbulğa ketkenleni cırları»), «Köçkünlər» («Mühacirle») və
s. bu insanların çəkdiyi əzab-əziyyətləri, fəlakətləri, ana yurddan
ayrılmağın ağırlığını, çətinliyini, vətənsizlik kimi dözülməz dərdi
dilə gətirmişlər. Qaraçaylıların başı əsrlər boyu min bir bəlalara
düçar olmuşdur. Bu, onların vətəninin yağmalanması və müha-
ribələri əks etdirən məqamlarda daha üzücüdür. Elə buna görə
də onlar belə vəziyyətlərlə bağlı neçə-neçə nəğmələr qoşmuş,
şərqilər söyləmişlər. Onların sırasında «Tatarxan», «Sarıbiylə Qa-
rabiy», «Candar», «Zaurbek», «Kobanların qoyun sürüsü», «Gü-
yerdi», «Bekmirzalar» və s. qeyd etmək olar.
ƏDƏBİYYAT
1. Başlanğıcından Günümüze Kadar Türkiye Dışındakı Türk
Edebiyatları Antolojisi (Nesir-Nazım). 22. Karaçay-Mal-
kar Edebiyatı. Ankara, T.C.Kültür Bakanlığı, 2002.
2.8.Qaraçay şifahi xalq yaradıcılığının janr
təsnifatı və tədqiqi problemləri
Qaraçay etnik-milli mənəviyyatının, həyat fəlsəfəsinin,
psixologiyasının, ədəbiyyatının gəlişməsində şifahi xalq yaradı-
cılığının rolu əvəzsizdir. Nəinki qaraçaylılar, həm də digər dağ-
lılar bütün zamanlarda xalq sözünə böyük dəyər vermişlər. Xalq
nəğmələri, Nart əfsanələri və hekayələri, beşik nəğmələri (layla-
lar), alqışlar, qarğışlar və s. Qaraçay türklərinin uzun əsrlər boyu
fikir və düşüncəsinin ifadəçisi kimi çıxış etmişdir. Bu müstəvidə
qaraçaylıların şifahi xalq poeziyasının zəngin nümunələrini və
janrlarını aşağıdakı kimi təsnifləndirmək olar: 1. Adət-ənənə, mə-