Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə34/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   30   31   32   33   34   35   36   37   ...   97

Qaraçay  ədəbiyyatı
105
Cokdan baretkenTeyri, 
Bardan çox etken Teyri
Harzat hakü çücetken  Teyri!... (1,58) 
Bu parçanın sətri tərcüməsi:
Yoxdan var edənTanrı,
Vardan yox edən Tanrı,  
Hər şeyə gücü yetənTanrı!...
Nəinki Qaraçaylılar, həm də malkarlar, kumuxlar, digər dağlı 
xalqları daim xalq həyatının yaxşılaşmasına kömək edə biləcək 
dualara,  alqışlara  meydan  açardılar.  Nişanlar,  toy-düyünlər,  əy-
ləncələr, ziyafətlər daim alqışlarla müşayiət olunardu. Alqışların 
gücü ilə onlar daim gözdən, nəzərdən, xəstəliklərdən, fəlakətlər-
dən, dərdlərdən qurtulmağa bel bağlayardılar.
ƏDƏBİYYAT
1.  Halk edebiyatı//Başlanğıcından Günümüze Kadar Türkiye Dı-
şındakı Türk Edebiyatları Antolojisi (Nesir Nazım). 22. Kara-
çay-MalkarEdebiyatı. Ankara. T.C. Kültür Bakanlığı, 2002.  
2.7. Xalq nəğmələri
Yuxarıda qeyd etdiklərimizlə yanaşı, nəzərdən keçirdiyimiz 
planda zəngin və özünəməxsus şifahi ədəbiyyat nümunələri kimi 
Qaraçay türklərinin «cır»lara («nəğmələrə») daha böyük yer ver-
diklərini görmək mümkündür. Xatırlatmaq yerinə düşər ki, Qara-
çay-malkar bədii söz ustaları xalqın nəğməsiz qalıb yaşamasını 
evsiz-eşiksiz olmaya bənzətmiş, belə dəyərləndirmişlər. Xalq yü-
zilliklər ərzində qoşduğu nəğmələrdə öz tarixini, dünyabaxışını, 
qəlbindəki duyğuları anlatmağa çalışmışdır. Bunların  sırasında 
«Erirey», «Dolay», «İnay», «Cütçü nəğməsi» və s. daha qədim 


Nizami Tağısoy
106
nəğmələr kimi ifa olunmaqdadır. Xalq düşüncəsində onlar mil-
li  tarixin  olaylarını və  qəhrəmanlığı əks  etdirməklə həm  də  iki 
yerə  bölünür.  Qəhrəmanlıq  nəğmələri  qaraçaylılarda  daha  çox 
öz çeşidliliyi ilə fərqlənir: basqınlar, döyüşlər və müharibələrlə 
bağlı nəğmələr; varlılara, xanlara, çar əsgərlərinə həsr olunmuş 
nəğmələr; Böyük Vətən Müharibəsi ilə bağlı düzülüb-qoşulmuş 
nəğmələr və s. 
Qaraçaylılarda  bədii  xalq  yaradıcılığının  ən  geniş  yayılmış 
növlərindən  -  əmək,  tarixi-qəhrəmanlıq,  sevgi-məhəbbət,  nəğ-
mə-ağılar, nəğmə-əzablar, zarafat nəğmələr və s. mühüm yer tu-
tur. Xalq düşüncəsində onların hamısı jır (yəni şeir, nəğmə) adı 
altında  birləşmişdir.
Yaranma tarixinə görə əmək nəğmələri daha qədimdir. Qara-
çay əmək nəğmələrindən günümüzə gəlib çatanların sayı o qədər 
də çox deyildir. Bu nəğmələrdən ən maraqlısı “Dolay”dır. Onu 
yağ hasil etmək, hazırlamaq, nehrə çalxalamaqla bağlı oxumuş-
lar. Bu nəğmə dağlılar heyvandarlıqla məşğul olduğu dövrdən ya-
ranmışdır. Yüksək dağ otlaqlarında çoxsaylı sürülər otarılmaqla 
bərabər, həm də eyni zamanda qoyunların südündən yaxşı ağartı,  
süd məhsulları hazırlayarmışlar. Onlar qatığı nehrələrə töküb yır-
ğalayar və yağ düzəldərlərmiş. Bu proses son dərəcə çətin, əzab 
və  zəhmət  dolu  iş  olmaqla  yağı  hazırlayanların  ifa  etdiyi  nəğ-
mələrlə müşayiət olunarmış. İfa olunan nəğmələrdə qatığı yağa 
çevirən sirli Dolay ilahəsinin şən obrazı yaranarmış. Bu ilahənin  
adı səs təqlidinə - “doy-doy-dol”aya əsaslanır.
 Zəngin olmaqla yanaşı, Qaraçay nəğmələri həm də konkret 
tarixi fon yaradır. Eyni zamanda  nəğmələr onları yaradanların 
dərin zəkasını təcəssüm etdirir. Bir qədər sonrakı dövrlərdə ya-
ranmış  nəğmələrdə  (“Qara  Musa”,  “Qanamat”)  milli  və  sosial 
köləliyə qarşı mübarizə səslənir Burada çar höküməti nümayən-
dələrinin dağlı bəyləri müdafiə etdiyi, onların xalqı polad qandal-
larla qandalladığı əks olunurdu. Həmin dövrlərdə qiyamçı abrek-
lərin azadlığı, istiqlal istəyi boğulur, insan ləyaqəti aşağı salınırdı. 


Qaraçay  ədəbiyyatı
107
Onların “gecələr canavar kimi, gündüzlər isə it kimi boş-boşuna 
gəzməyə məcbur edildiyi” göstərilir. Nəhayət, kasıblar çarizmin 
əzab-əziyyət  dolu  günlərinin  sonunun  nə  zaman  gələcəyini  və 
“qanunun,  ədalətin  zəfər  çalacağı  günü”  səbirsizliklə  gözləyir-
dilər. Buna görə də çar məmurlarının qurbanı olmuş Qanamat adlı 
xalq qəhrəmanın dilində:
Çar əzabından qurtulub,
Azad həyat görəydik.
Elə bir gün gələydi,
Qanun, zəfər çalaydı, –
nidası səslənirdi.
Keçmiş zamanlarda Qafqazda yaşayan digər xalqlar kimi qa-
raçaylıların da ən mühüm həyat və yaşayış mənbəyi ov olmuş-
dur.  Qaraçaylıların  bütpərəstlik  panteonunda  ən  nüfuzlu  yeri, 
yuxarıda bildirdiyimiz kimi,  ov allahı Apsatı tuturdu. Bu ilahəyə 
uğurlu ovla bağlı “Apsatını jır”ı nəğməsi həsr olunmuşdur. Apsatı 
ilahəsi insanların gözü önündə gah keçiyə, gah da iki sivri buy-
nuzlu, üç ayaqlı mifik marala çevrilir. Apsatının bir neçə qızı, o 
cümlədən, Fatimə adlı böyük qızı da olmuşdur. Tədqiqatçılar bu 
nəğmənin yaranmasını müsəlmanlıq dövrünə aid edirlər. Ovçular 
Apsatının qəzəbindən qorxaraq, onun dayandığı yeri axtarar, onu 
rəhmdilliyə dəvət etmək üçün dualar edər, qurbanlar kəsərlərmiş. 
Qaraçaylılar xahiş-nəğmə ilə ovdan öncə Fatiməyə müraciət edər, 
ondan  onlar  üçün  uca  dağlarda  otlayan  cüyür,  ceyran,  qaban  – 
yəni  qanlı  ov  qismət  etməni  diləyər  və  ovdan  sevinclə  dönmə 
arzulayarlarmış. Apsatıya  isə  növbəti  nəğmə-dua  dağlarda  olan 
var-dövlətdən – keçidən, çəpişdən yetirməyi təvəqqe edərlərmiş. 
Ovçular çox şeylər dilədikdə Apsatı və onun balaları nəinki nə isə 
qismət etməz, həm də ovçuları məhv edə bilərlərmiş. 
Məsələn,  Qaraçay  nəğmə-əfsanəsi  “Biynöger”də  tanınmış 
ovçunun  başına  gələnlər  də  təxminən  elə  bunlardan  ibarətdir. 
Xalq yaradıcılığının bu tipli bədii nümunəsində dramatizmlə dolu 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə