Nizami Tağısoy
114
rasim poeziyası (dua, arzu-dilək, ovçuluq və s.); 2. Adət - ənənə
və təqvimlərlə bağlı nəğmələr (ilin təzələnməsi, mövsüm, ev-e-
şik, fərdi həyat şəraiti və s.); 3. Nart dastanları (Nart eposu). Nart
nəğmələri, nart tauruxları (əfsanələri, hekayətləri və s.); 4.Nağıl-
lar (mifoloji nağıllar, çaşdırıcı nağıllar, sosial həyatla, heyvan-
larla bağlı nağıllar və s.); 5.Nağıla aid olmayan xalq ədəbiyyatı
nümunələri (mifoloji hekayələr, müdrik sözlər, nəsihətlər, das-
tanlar, rəvayətlər, təbiətlə, qədim dövrlə, fövqəlqüvvələrlə bağlı
hekayətlər və s.); 6. Əmək həyatı, tarixi qəhrəmanlıqla bağlı nəğ-
mələr (zənginlərə, əsilzadələrə, çar məmurlarına həsr olunmuş
nəğmələr, sevgi-məhəbbət şərqiləri, iynarlar (bayatılar), sarınlar,
ağılar, komik nəğmələr və s.); 7.Xalq ədəbiyyatının kiçik nəğ-
mələrini çevrələyən janrlar (alqışlar (dualar) və qarğışlar (bəddu-
alar), andlar, Nart sözlərlə (atalar sözü) bağlı hekayələr, qanadlı
ifadələr, təkərləmələr, sayaçı sözlər) və s. (18,72).
Lap qədim zamanlardan qaraçaylılar Teyriyə (Tanrıya) gö-
yün, yerin, suların, daşların, ayrı-ayrı varlıqların mövcudluğuna
inanırdılar. Onların əski inanclarında Tanrıya tapınmaq, müxtəlif
bədbəxtliklər, xəstəliklər, faciələr, quraqlıqlar, qıtlıqlar və s. kimi
çətin vəziyyətlərlə bağlı qurban kəsmək, dilək diləmək mövcud
olmuşdur. Bu adətlərin izləri qaraçaylıların müasir həyatında bu
gün də özünü əks etdirməkdədir:
Bir Teyrini atı bla başlayma
Ak koy başı, kara koy başı,
Culduz kütgen – kök başı.
Barından da Teyri aşhı,
Barından da Teyri aşhı!
Ak koy başı, kara koy başı,
Kalturavuk – çöp başı.
Barından da Teyri aşhı!
Barından da Teyri aşhı! (3, 64)
Qaraçay ədəbiyyatı
115
Bu bəndin tərcüməsi dilimizdə aşağıdakı kimi səslənir:
Bir Tanrının adı ilə başlayıram
Ağ qoyun başı, qara qoyun başı,
Ulduz gündən – göy başı.
Hamısından da Tanrı yaxşı,
Hamısından da Tanrı yaxşı!
Ağ qoyun başı, qara qoyun başı,
Titrək – çöp başı.
Hamısından da Tanrı yaxşı,
Hamısından da Tanrı yaxşı!
Qaraçaylılar Qurban üçün yandırdıqları ocağın üstündən at-
lanmaqla digər dünya xalqlarında olduğu kimi odun insanlara
güc-qüdrət verməsinə, onun köməyi ilə xəstəliklərdən, fəlakət-
lərdən hifz olunmaya, qorunmaya və s. kimi ayinlərə çox inanar-
dılar. Belə ayinlər icra olunan zaman qaraçaylılar qurban ətinin
qaynadığı qazan ətrafında halay vurub oynayar, özlərinin tox-
luğunu nümayiş etdirər, göy gurultusu, şimşək çaxması ilə bağ-
lı Tanrıların (Çoppanın, İliyanın, Sibilanın) şərəfinə nəğmələr
deyərdilər.
Bütpərəstlik dövründə qaraçaylıların əksəriyyəti ağaclara da
səcdə qılmışlar. Elə buna görə də Qaraçayda Ayterek və Canqız
Tereke (Yalqız Ağac) tapınma daha çox özünü göstərməkdədir.
İnsanlar bu ağacları Tanrılarla eyniləşdirər, onları toxunulmaz he-
sab edərdilər (3,49).
Qaraçaylılar Canqız Terekin ətrafına dolananda arzu-dilək-
ləri həyata keçsin deyə onun üstünə al-qırmızı parçalar, lentlər
bağlayar, dəmir parçalar taxar, dualar və nəğmələr oxuyardılar.
Toyu tutulmuş qızlar, gəlinlər və oğlanlar Canqız Terekin üstünə
öz cehizlik əşyalarından qoyardılar.
Qədim qaraçaylılar baharın gəlişi ilə bağlı yenə də Canqız Te-
rekə üz tutar, onu ziyarət edər, qurbanlar kəsib diləklər dilərdilər:
Nizami Tağısoy
116
Adamları ondurğan Terek!
Kesin kimgeda suydurgen Terek!
Adamlağa boluşhan Terek!
Hatalardan kaldırğan Terek!
Sabahları oldurğan Terek!
Canmırlanı cavdurğan Terek! (3,66)
Bu bəndin tərcüməsi dilimizdə aşağıdakı kimi səslənir:
Adamları gücləndirən ağac!
Özünü hər kəsə sevdirən ağac!
Adamlara yardım edən ağac!
Fəlakətlərdən hifz edən ağac!
Tarlaları biçdirən ağac!
Yağmurları yağdıran ağac!
Elə buna görə də qaraçaylılar Canqız Tereke məqsədsiz toxu-
nanların lənətlənəcəyinə, öləcəyinə inanırdılar. Onlar Canqız Te-
rekin ətrafında rəngarəng törənlər təşkil edər, həm birgə, həm
də ayrı-ayrılıqda ağaca yaxınlaşıb dərdini söylər, ondan kömək
dilərdilər. Qaraçaylılar əkin-biçin işlərinə başlamazdan əvvəl də
Yalqız Ağacın yanına gedər, rəqs edər, nəğmələr qoşar, kəsdikləri
qurbanlardan başqa, yeni qurbanlar kəsməyi vəd edər, ürəkdə ar-
zular tutardılar:
Biz sabanizğa çıxa bız!
Biz tarlaya çıxırıq!
Kalaçüknü sındırmayın,
Qarasabanı qırmadan,
Sabanъu bıznı sen sürdür, Tarlamızı sən sürdür,
Urluğubuznu sen bittir! (3,49) Toxumları yaxşı bitir!
Qaraçaylılarda daşlara və qayalara da tapınma ayrıca yer tu-
turdu. Onların inancına görə belə daşlar və qayalar sanki Tanrıla-
rın yerində durur, onları əvəz edirdi. Məsələn, qaraçaylılar hər
Qaraçay ədəbiyyatı
117
hansı məlum bir qayaya Tanrılardan birinin adını qoyar, xalq dü-
şüncəsinə görə həmin daşlar və qayalar da daim konkret Tanrının
xidmətində dayanırdı.
Qaraçaylılarda başlıca Tanrı Teyri idi. Elə buna görə də on-
lar öz diləklərini yalnız ondan dilərdilər. Teyrilərin arasında yağış
Teryisi də vardı ki, xalq məhz yalnız ondan yağış istəyərdi:
Ullu Teyri! CanTeyri!
UluTanrı! CanTanrı!
Bulutlanı iy Teyri!
Buludları göndərTanrı!
Cavunları cavdur Teyri! (3,50) Yağmurları yağdırTanrı!
Yuxarıda bəhs etdiyimiz kimi, qaraçaylıların etnoqrafik hə-
yatında ovçuluqla bağlı xeyli ayinlər də vardır. Elə buna görə də
xalq ədəbiyyatında dağların, ormanların, vəhşi heyvanların sahi-
bi, ovçuluq Tanrısı (Teyrisi) Absatıya tapınma və inanclar mühüm
yer tuturdu. Absatının surəti, görkəmi, siması xalq düşüncəsində
daim dəyişib yenilənirdi. Absatı qaraçaylılarda uzun ağsaqqallı,
qorxunc sifətli, ixtiyar yaşlı Tanrı kimi təsvir olunurdu. O, keyik-
lərin sahibi olaraq anılırdı. Qaraçay ovçuları həm də Absatının
qızı Badimat-Fatimata da tapınır, onun qarğışlarından qorxub çə-
kinirdilər.
Ovçular Absatıya qurbanlar kəsər, dualar edər, bu dualarla
onu öz tərəfinə çəkməyə çalışardılar. Təsadüfi deyildir ki, Qaraçay
şifahi xalq yaradıcılığında Absatı və onun övladlarıyla bağlı xeyli
qorxulu hekayətlər də mövcuddur. «Absatı qonağı» hekayəsi də
onlara nümunə ola bilər. Bundan başqa Absatıya həsr olunan ov-
çuluqla bağlı «Cantuvğan», «Biynögerin nəgməsi» və s. kimi nəğ-
mələr də qaraçaylılarda lap keçmişdən bu günə qədər qalmaqdadır.
Qaraçay – malkar mifoloji-mərasim poeziyası nümunələri bu
xalqların folklor baxışlarını tədqiq edən alimlər tərəfindən geniş
və dərin şəkildə təhlillərə cəlb edilmişdir. Bu baxımdan A.Qa-
rayevanın «Qaraçay-malkar xalqının folklor irsi» (4), M.Xubi-
Dostları ilə paylaş: |