Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə39/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   35   36   37   38   39   40   41   42   ...   97

Qaraçay  ədəbiyyatı
121
və materiallarla çıxışlar etmişdir. Biz yuxarıda H.Malkonduyevin 
xalq poeziyasının tədqiqi ilə bağlı əsərlərinin ümumi mənzərəsi-
ni verdik və həmin əsərlər malkar-Qaraçay folklorunun, xüsusən 
mərasim  poeziyasının  əsas  konturlarını  əhatə  etməkdə  olsa  da, 
tədqiqatçının bir əsərinin mühüm keyfiyyətlərini xüsusi şəkildə 
təqdim etməyə ehtiyac vardır. Çünki bu müəllifin «Malkarların və 
qaraçaylıların  mərasim-mifoloji    poeziyası»  adlı  monoqfrafiya-
sında «Giriş», və «Nəticə» hissəsindən başqa beş fəsildə «Magik 
poeziya» (15,15-48), «Ovçu poeziyası» (15,49-81); «Təqvim po-
eziyası» (15,82-116), «Lirik poeziya» (15,117-167), «Bədii-poe-
tik ənənələr» (15,168-228), ayrıca olaraq «Əlavə» («Poetikanın 
sistemli-analitik tədqiqi probleminə dair”) (15,229-263), yenə də 
ayrıca olaraq «Folklor nəğmə mətnlərinin mənbələri» (15,264) və 
«Lüğət» (15,269-271) fondunu əhatə edən məsələlər əsaslı tədqiq 
olunmuşdur.
Monoqrafiyanın  birinci  fəslində  əfsunların  janrdaxili  xü-
susiyyətləri  üç  yerə  bölunməklə  -  müalicə-magiyası  nəğmələri, 
Xalq Törə (Törən) Parlamenti üzvləri tərəfindən ifa olunan and 
formulları və təsərrüfat-məişət fəaliyyəti ilə bağlı olan əfsunların 
magik funksiyası təhlil olunub öyrənilmişdir. Müalicə əfsunları 
bir sıra növlərə – ilan sancması, taun, çiçək xəstəliyi, yuxusuz-
luqdan əziyyət çəkmə və s., sözlü andlar Xalq Törəsində parla-
mentarilər tərəfindən müqəddəs daşın yanında dayanmaqla şeir 
formasında və müxtəlif magik söz-formul funksiyası yerinə ye-
tirilməklə məhz qədim Xalq Törəsinin fəaliyyəti zamanı getdiyi 
göstərilmişdir.
Kitabın  «Təqvim  poeziyası»  hissəsində  nəğmə  təqvim  sil-
siləsinin yaz-yay və payız-qış dövrünün janr özünəməxsusluğu, 
bunların Qaraçay-malkarların dilində «taulunu jıl keziu sanauu» 
- «dağlının il hesabı (sanı)», «taulunu ay sanauu» – «dağlının ay 
hesabı (sanı)» adlanırdı. Bütün təqvim mərhələləri, dövrü Qara-
çaylı-malkarlarda əsasən əməklə bağlı olmuşdur. Onlar yazda tor-
pağı şumlayar, yayda biçər və samanı toplayar, payızda məhsulu 


Nizami Tağısoy
122
yığar, qışda heyvanları yedizdirər və hər bir dövrü şeir və nəğ-
mələrlə əhatələyərdilər. Bununla belə yaz daha böyük təmtəraqla 
qarşılanardı. Bu dövr üçün «Ozay», «Şərtmən», «Güppə» kimi 
nəğmə-rəqslər, «Qollu», «Teyri (Tanrı) toy», «Erirey», «Xardar», 
«Saban-toy», «Qutan» və s. kimi mərasimlər insanların yaz tor-
paq fəaliyyəti və düşüncəsi ilə bağlı idi.
Əsərin  «Ovçu  poeziyası»  fəslində  ovçu  ilahələri    və  meşə 
heyvanları Apsatı  və Toturla  bağlı  nəğmələr  nəzərdən  keçirilir, 
onların ilkin formaları, xalq arasında yayğınlığı və bu mətnlərin 
islamın təsiri altında transformasiyaya uğradığı göstərilir, bir sıra 
xarakterik  məqamlar  oxucuların  diqqətinə  çatdırılır.
Monoqrafik araşdırmanın «Lirik poeziya» bölməsində müəl-
lif lirik nəğmələrin janrdaxili təsnifatını aparmaqla, həm də on-
ların insanların emosional dünyagörünüşünü ifadə etdiyini söy-
ləyir,  oğlanla  qız  arasında  sevgi  yarışmaları  zamanı  ifa  olunan 
aytışları  diferensiasiya  edir.  H.Malkonduyev  burada  ovçuluq 
ilahəsinin monoloq-ağlayışının, meşə heyvanları Apsatı və onun 
qızı Fatimə və Totur,  balalarını su aparmış ana ayının ağlayışı və 
balaları ölmüş, keçinin monoloq ağlayışını nəzərdən keçirməklə, 
həm də onların beşik nəğmələri, satirik şeirlərdən və aytışlardan, 
sarınlardan fərqinə diqqət yetirir.
Həmid    Malkonduyevin  adını  çəkdiyimiz  monoqrafiyası-
nın  ən  maraqlı  məqamlarından  biri,  fikrimizcə,  «Bədii-poetik 
ənənələr»  adlanan  beşinci  fəsildir.  Çünki  müəllif  burada  xalq 
poeziyasının bədii-poetik dilinin mühüm vasitələrindən olan me-
tafora, təkrirlər, paralelizm və s. üzərində dayanmaqla onları in-
cələməyə səy göstərir, xalq poeziyasının süjet və kompozisiyası  
üzərində fikirlərini cəmləşdirir. Mərasim ağlayışları – sarınların, 
qeyri-mərasim ağlayışları – küy, sevgi  mərasim, satirik və qey-
ri-mərasim satirik nəğmələrlə poetik ənənədə funksional yaxın-
lıqlara nəzər salır, maraqlı müşahidələr ortaya qoyur. 
Qeyd  etdiklərimiz  bir  daha  təsdiq  edir  ki,  Qaraçay-malkar 
xalq poeziyasının müxtəlif səpkili problemləri (toplanması, nəşri, 


Qaraçay  ədəbiyyatı
123
janr diferensiasiyası və s.) folklorşünaslar, eposşünaslar və digər 
çoxsaylı tədqiqatçılar tərəfindən müxtəlif rakurslardan həm təh-
lil, həm tədqiq olunmuş, həm də uğurlu ümumiləşdirmələrə imza 
atılmışdır.
.   
ƏDƏBİYYAT
1.  Байчекуев  А.М.  Музыкантны  юсюнден  сёз.  Нальчик, 
1988. 
2.  Джуртубаев М.Ч. Древние верования балкарцев и кара-
чаевцев. Нальчик, 1991.
3.  Halk  edebiyatı//Baslanğıcından  Günümüze  Kadar  Türkiyə 
Dışındakı Türk Edebiyatları Antolojisi (Nesir-Nazım). 22c. 
Karaçay-Malkar  Edebiyatı.  Ankara,  T.C.Kültür  Bakanlığı, 
2002.
4.  Караева  А.И.  О  фольклорном  наследии  карачаево-бал-
карского  народа.  Черкесск,  1961.
5.  Кудаев  М.Ч.  Карачаево-балкарские  народные  танцы. 
Нальчик,  1984. 
6.  Кудаев  М.Ч.  Карачаево-балкарский  свадебный  обряд. 
Нальчик,  1988. 
7.  Малкондуев  Х.Х.  Семейно-обрядовая  поэзия  народов 
Северного  Кавказа.  Махачкала,  1985. 
8.  Малкондуев Х.Х. Охотничий миф и поэзия балкарцев и 
карачаевцев  // Aктуальные  вопросы  кабардино-балкар-
ской  фольклористики  и  литературоведения.  Нальчик, 
1986.
9.  Малкондуев Х.Х. Тюрко-монгольские культы в карачае-
во-балкарском фольклоре// V Международный конгресс 
монголоведов. Т.2. М., 1987.
10.  Малкондуев  Х.Х.  Мифология  балкарцев  и  карачаевцев 
//  Фольклор  народов  Карачаево-Черкессии.  Черкесск, 
1988.
11.  Малкондуев ХХ. Поэзия лечебной магии балкарцев и ка-
рачаевцев// Магическая поэзия народов Дагестана и Се-
верного Кавказа. Махачкала, 1989.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə