Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə42/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   38   39   40   41   42   43   44   45   ...   97

Qaraçay  ədəbiyyatı
131
son rübündən başlayaraq qaraçaylılar içindən də mütərəqqi rus 
və dünya mədəniyyəti ilə yaxından tanış olmaq istəyənlərin sayı 
sürətlə artırdı. Belə ziyalılar doğma xalqın maariflənməsində və 
məktəbə istiqamətlənməsində mühüm rol oynayırdılar. Bu yöndə 
K.Koçkarov, İ.Krımşamxalov, İ.Bayramukov, X. və S.Xəlilovlar, 
T.Biçiyev, İ.Xubiyev və başqalarının rolu danılmazdır.
Qaraçay-malkar yazılı ədəbiyyatının ilk nümunələrindən da-
nışdıqda mütləq 1909-cu ildə Dağıstanda Temirxan-Şurada (indi-
ki Buynaksk şəhəri) ərəb qrafikası ilə nəşr olunmuş Hacı Loğman 
Əsani əl-Balkarinin “Kitabü Mürşidin-Nisa” (“Qadının rəhbər ki-
tabı”) əsərinin adını çəkmək zəruridir. Bu əsər 2006-cı ilə qədər nə 
dil, nə məzmun, nə də kompozisiya baxımından heç bir halda öy-
rənilib incələnməmişdir. Yalnız XX əsrin  sonları – XXI əsrin  əv-
vəlllərindən başlayaraq, Ankara Universitetinin  məzunu Adilxan 
Adiloğlu adı çəkilən əsərin təhlili və araşdırılması  ilə yaxından  
məşğul olaraq bu nümunənin incələnməsini Hacı Loğman Əsani 
əl-Balkari və Hacı Kazım Möçülaninin (Kazım Meçiyevin) xa-
tirələrinə ithaf edərək onu fonetik, leksik, morfoloji və s., bir söz-
lə, həm də qrammatik baxımdan  təhlillərə cəlb etmişdir. Yeri gəl-
mişkən qeyd edək ki, Adilxan Adiloğlunun bu əsərinin araya-ər-
səyə gəlməsinə onun həm də  Qaraçay-malkarlar, onların tarixi, 
etnoqrafik  həyatı,  mədəniyyəti  və  ədəbiyyatı  haqqında  yazdığı 
“Qaraçay-Malkar  türkləri”,  “Sovet  dönəmində  Qaraçay-malkar 
ədəbiyyatı”, “Məqalələr və incələmələr-1” adlı kitabları da təkan 
vermişdir (1,162). Beləliklə də, əsər məhz bu tədqiqatdan sonra 
geniş elmi dövriyyəyə  daxil edilmişdir. “Kitabü Mürşidin-Nisa” 
əsərinin  özünün  tapılmasının    da  maraqlı  tarixçəsi  vardır.  Belə 
ki,  “Kitabü Mürşidin-Nisa” əsərinin Türkiyədəki nüsxəsi Ayfon 
Kocatəpə Universitesinin Türk Dili və Ədəbiyyatı müəllimi Ve-
dat  Balkan  tərəfindən  ortaya  çıxarılmış  Uçıhisar  Uçəsinə  bağlı 
Doğlat kəndində Kamil Barak adlı bir şəxsin  kitabxanasında ol-
muşdur. Adilxan Adiloğlu da məhz kitabın bu nüsxəsini  Vedat 
Balkandan  xahiş  edib  almış  və  onu  təhlil    etməyə  başlamışdır. 


Nizami Tağısoy
132
Bundan sonra müəllif əsərlə bağlı Kabarda-Malkar Respublika-
sının Elmi-Tədqiqat İnstitutunda çalışan prof.dr.Tamara Bittiro-
va ilə əlaqə yaradaraq bu əsər və onun  müəllifi haqqında ona 
məlumat vermişdir. Tamara Bittirova  Adilxan Adiloğluna əsərin 
bir  nüsxəsinin  bu  İnstitutda saxlanıldığını bildirmişdir. Adilxan 
Adiloğlu həmin nüsxənin də fotokopiyasını əldə etdikdən sonra 
onun hərtətəfli təhlilinə başlamışdır. 
“Kitabü Mürşidin-Nisa” 1909-cu ildə yuxarıda adını çəkdiyi-
miz şəhərdə Mühəmməd Mirzə Mavrayevə (1878-1964) məxsus 
olan “İslam mətbəəsi”ndə 1000 nüsxə  ilə nəşr olunmuşdur. “Ki-
tabü Mürşidin-Nisa” əsərində  qadınlardan bəhs edilməklə onla-
rın  islam  dini  baxımından  həyat  tərzi  anladılmaqdır.  Bu  əsərin 
Hacı Loğman Əsani  əl-Balkariyə aid olan hissə nəsrdə, sonu isə 
100 beyt olmaqla mənzumədən ibarətdir. Xalq arasında “İman-İs-
lam”    adıyla  tanınan  bu  mənzumənin  kitabın  42-ci  səhifəsinin  
15-ci  sətrində ifadə edilməklə bərabər,  həm də Qaraçay-malkar 
ədəbiyyatının banisi hesab edilən Kazım Möçülaniyə aid bir mən-
zumə olduğu anlaşılmaqdadır.
Dağıstanda mətbəə və nəşr işləri Qafqazlı avar Mühəmməd 
Mirzə Mavrayev və böyük alim Bəkir Çobanzadənin dediyi kimi 
kumux türklərinin “Birinci Hacc-i Əvvəli və Üsul-i Cədid”i Da-
ğıstana ilk gətirən  Əbusufiyan Akayev (1872-1931) olmuşdur. 
Əbusufiyan Akayev və Mühəmməd Mirzə Mavrayev 1929-cu ilə 
qədər adını çəkdiyimiz mətbəədə kumux türkcəsi ilə müxtəlif dil-
lərdə xeyli kitabların yayımlanmasına nail olmuşlar.
Hacı Loğman Əsani əl-Balkari (1874-1931) Kabarda-Malkar 
Respublikasının Çeqem (Yuxarı Malkariya) bölgəsindəki Muxol 
kəndində anadan doğulmuşdur.İlk təhsilini doğma kəndin məd-
rəsəsində aldıqdan sonra Vladiqafqazda Realnı məktəbində (yəni 
liseydə)  oxumuşdur.  Dağıstan  mədrəsələrində  İslam  elmlərini 
öyrəndikdən sonra Qahirədəki Əl-Əzhər Universistetində kurslar 
keçmişdir. 
O,  Qaraçay-malkar  türklərinin  ilk  aydınları  sırasında  yer 


Qaraçay  ədəbiyyatı
133
almaqla  bolşevik  və  sovet  rejiminin  təbliğatlarına  da  qatılmış, 
kolxoz  quruculuğunda  yaxından  iştirak  etmişdir. 
Hacı Loğman Əsani əl-Balkari dövrünün geniş təhsil görmüş 
ziyalılarından olmasına baxmayaraq, onun “Kitabü Mürşidin-Ni-
sa”dan başqa hər hansı bir əsəri olmamışdır. Eyni zamanda bunu 
da bildirək ki, adı çəkilən əsərin böyük bir bölümü (bu haqda ki-
tabın 31-ci səhifəsində məlumat vardır. “Mürşidül-Müteehhilin” 
adlı əsərdən tərcümə edilmişdir.  Bundan başqa müəllif Kazım 
Möçülanının şeirlərini də burada bir araya gətirib onu nəşr etdir-
mişdir. Həmin dövrdə dini və sosial səciyyəli şeirləri ilə məşhur 
olan Kazım Möçülanı ilə Hacı Loğman yaxın dost olmuşlar. Ho-
lamlı Yaqub Caba ilə Çöppelev Bözü Əfəndinin  maddi və mənə-
vi dəstəyi ilə Hacı Loğman Kazım Möçülanının şeirlərini topla-
yaraq onların adını çəkdiyimiz kitabda nəşrinə nail olmuşdur.   
Qaraçay yazılı ədəbiyyatı öz təşəkkülündə şifahi xalq poezi-
yası  ənənələrinin    mükəmməl  nümunələrindən  istifadə  etməklə 
ədəbi prosesə qoşula bilmişdir (3). Bəhs etdiyimiz Əl-Balkarinin 
“Kitabi Mürşidin-Nisa”nı nəzərə almasaq,  Qaraçay ədəbiyyatı-
nın  XX əsrin 20-ci illərinə qədər yazılı ənənələri (Kaltur istisna 
olmaqla) o qədər də göz önünə gəlmir.  Bununla belə 30-cu illərin 
əvvəllərindən başlayaraq, Qaraçay ədəbiyyatında müxtəlif janrlı 
nəzm və nəsr əsərləri yaranmağa başlamışdır. Qaraçay yazılı ədə-
biyyatının təşəkkülü ilk növbədə milli ziyalı kadrlarının, xalqın 
iqtisadiyyat  və  mədəniyyətinin  inkişafı,  Qaraçay  dilində  qəzet, 
jurnal  və  məktəblər  üçün  dərsliklərin  nəşri,  dörd  xalqın  (Qara-
çay, çərkəz, malkar, kabardin) nümayəndələrini birləşdirən Qara-
çay-Çərkəz Yazıçılar Təşkilatının yaranması ilə ortaya gəlmişdir. 
Bütün  bunlar  son  nəticədə  Qaraçay  ədəbiyyatının,  o  cümlədən 
bədii nəsrin formalaşmasına təkan vermişdir. 
Qaraçay ədəbiyyatının təşəkkülü məsələsi bir sıra müəlliflər 
tərəfindən  müxtəlif  aspektlərdən  tədqiqatlara  cəlb  edilmişdir. 
Onların  sırasında  A.İ.Qarayevanın  (14;15),  N.M.Kaqiyevanın 
(10;11), S.M.Akaçiyevanın (2) və başqalarının adlarını çəkmək 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə