Nizami Tağısoy
158
gerçəkliyindən zənginləşərək xüsusi bir zirvə fəth etmiş O.Xu-
biyev nəsri nəinki Qaraçay, həm də o dövrdə sovet cəmiyyətində
qabaqcıl və mütərəqqi olan əksər xüsusiyyətləri özündə birləşdirə
bilmişdir. Gələcəyə ümidlə baxan O.Xubiyev, hər şeydən öncə,
torpağın ətrini, yeni insan münasibətlərini diqqət mərkəzinə çək-
məyi əsərlərinin mahiyyətinə hopdurmuşdu. Sənətkarın fikrincə
hər şeydən öndə Vətən və onu taleyi məsələsi idi:
Vətən dara düşsə olmaram rahat,
Vətənsiz nəyimə gərəkdir həyat, –
fikrini təsdiqləyən O.Xubiyevin bu deyimini onun bütün ya-
radıcılığına şamil etmək olar.Lakin sənətkarın Vətənə olan bu
məhəbbəti tamamilə yeni bir emosional ovqatla onun oçerk və
hekayələrində, “Amanat” trilogiyasında, “Yuxusuz gecələr” və
“Qisas” romanlarında, “Abrek”, “Adamlar” povestində və s. daha
inamlı hiss olunur. O.Xubiyev nəsrində Qaraçay ədəbiyyatı, bir
tərəfdən, 30-40-cı illərdə yeni müsbət qəhrəman obrazlar qalere-
yasını, digər tərəfdən, xalqın mənəvi ruhunun rəngarəngliyi, yeni
həyatın iştirakçısı və yaradıcısı olan insanın təqdimatını diqqət
mərkəzinə çəkirdi. İctimai hadisələrin belə geniş şəkildə əhatə
olunması, müasir həyatın bədii fəlsəfi dərki Xubiyev əsərlərinin
novatorluğunu əks etdirirdi.
Məsələn, yazıçı “Abrek” povestində olduqca inandırıcı bə-
dii həqiqətlərin köməyi ilə Rusiyada yaşayan azsaylı xalqların
həyatını, taleyini, yaşam tərzini maraqlı bədii boyalarla oxucu-
nun gözü qrşısında canlandıra bilmişdi. Qeyd edək ki, “Abrek”
povesti onun roman yaradıcılığının geniş epik mənzərəsi üçün
etüd rolunu oynamışdır. O.Xubiyev əsərdə Vətəndaş müharibəsi
və İkinci Dünya Müharibəsinin qanlı-qadalı və qəhrəmanlıq ha-
disələrini bəzək-düzəksiz verə bilmişdi. Yeri gəlmişkən belə rel-
yefli təsvir nəinki O.Xubiyev yaradıcılığı, həm də digər xalqların
istedadlı yazıçıları üçün xarakterik idi. Belə ki, müharibənin lap