Nizami Tağısoy
162
İ. Krımşamxalovun publisistikasında irəli sürülmüş ideyalar
onun bədii əsərlərinin estetikasında da özünün bariz ifadəsini ta-
pırdı. Onun bu qəbildən olan əsərlərində - Qardaşı qızı Fatiməyə
unvanladığı «Albomdan», «Soyuq daşı dirildərkən», «Dəniz
kənarında» və digər şeirlərində (məsələn, «Canavar və pişik»
təmsilində), portret və peyzaj rəsmlərində (məsələn, «Uşaqlı qa-
dın», «Dastançı», «Qaraçaylı qoca», «Amanauz», «Ot yığımı»,
«Şeytan kilidi», «Dombay-Yelgen», «Camaqat vadisi», «Baduk
gölləri», «Qaragöl», «Küknar meşəsi» və s.) xalq həyatının bəzi
məsələləri özünu kifayət qədər relyefli əks etdirir.
İslam bəy Krımşamxalov yuksək ictimai-mənəvi idealların
əldə olunmasında, insan davranışında harmoniyanın zəruriliyini
xüsusi ilə qeyd edirdi. O, yazırdı: «Dağlıların qəlbində onların
baş əydiyi yaxşı insanın doğru-dürüst siması qərar tutmuşdur…
Məhz yalnız bu prinsiplərin daşıyıcısında dağlı maarif alovunu
sevinclə qəbul edir. Əgər bunu insanların daxili və zahiri simasını
hansı bir üsullasa dağlıya ekranda göstərmək olsaydı – Avropa-
nın mədəni sinfindən olan əsl ziyalı nümayəndəsinin siması gö-
rünsəydi, bu zaman dağlı onu ağuşuna alıb ucadan deyərdi: «Mən
o, kəslərə ehtiram edirəm ki, kimlərə siz ehtiram edirsiz, mən sizə
işığa və həqiqətə sadiq olduğunuz kimi sadiq olacağam». Qeyd
edək ki, elə İslam Krımşamxalov öz dövründə son dərəcə mə-
suliyyətli və məhsuldar işləməklə fərdi, ictimai ideal və davra-
nışlara sadiq qalmaqla, bütün şüurlu yaradıcılığı və fəaliyyəti ilə
doğma diyarın sosial-iqtisadi və mədəni-mənəvi inkişafına calış-
mışdır. Fəaliyyətində yer alan bu tipli proqramı o, qismən dövrü
mətbuatda nəşr olunmuş məqalələrində də geniş işıqlandırmışdı.
«Qaraçayın yeni zənginliyi» məqaləsində İslam Krımşamxalov
Qaraçayın yeraltı zənginliyi, oradakı faydalı qazıntılar və onlar-
dan istifadə olunmasının zəruriliyindən danışırdı. Digərlərindən
fərqli olaraq o, ilk dəfə yerli mərmərin sənayedə istifadə olunma-
sı ilə bağlı Qaraçayın təbii və iqlim şəraitinin unikallığını qeyd
Qaraçay ədəbiyyatı
163
etməklə Teberdada kurort yaradılması məsələsini ortaya qoymuş-
du (22,150).
İslam bəy Krımşamxalov 1895-ci ildə professor Muşketovun
ekspedisiyasının tərkibində Qaraçay ərazisində geoloji tədqiqat
işlərinin aparılmasında, «Teberda və Cxaltın»ın geoloji ocerki»
kitabının yazılmasında iştirak etməklə bu mənbəni maraqlı şəkil-
lərlə zənginləşdirmişdi.
İslam Krımşamxalov digər mütərəqqi ictimai xadimlərlə bir-
gə Qaraçay ərazisində dünyəvi məktəblərin açılmasında, bu mək-
təblərdə təlimin rus və ana dillərində aparılması uğrunda yorul-
madan calışmışdır. Ərəb əlifbasının öyrənilməsi xeyli çətinliklər
yaratdığından 1908-1910-cu illər ərzində o, hətta latın qrafika-
sı əsasında Qaraçay dili əlifbasını da tərtib etmişdi. Buna gorə
İ.Krımşamxalovu həm də Qaraçay yazılı ədəbiyyatının banisi he-
sab etmək mümkündür. Onun şeirlərindən bəzi numunələr 1915-
ci ildə İ.Akbayev tərəfindən dunyəvi məktəblər ücün nəzərdə tu-
tulmuş «Ana dili» (“Ana tili”) dərsliklərində də təqdim edilmişdi.
Teberdada İslam bəy Krımşamxalovun evi elə bir mədəniyyət
mərkəzi olmuşdur ki, bu mərkəzin köməyi ilə Qaraçayın qabaq-
cıl ziyalıları Rusiya demokratik mədəniyyətinin nümayəndələri
ilə daha yaxından əlaqə yaratmağa müvəffəq olurdular. İslam bəy
Krımşamxalov dövrunun tanınmış ziyalıları – rəssam N.Y.Yaroş-
şenko, şair K.İ.Xetaqurov, geoloq İ.V.Muşketov, mühəndis Kond-
ratyev, bəstəkar Alyabyev, artist Cuprinnikov və başqaları ilə sıx
əlaqələr saxlayırdı.
İslam bəy Krımşamxalovun yaradıcı şəxsiyyəti, onun ictimai
fəaliyyətinin məhsuldarlığı və universallığı, təbiət və mənəviy-
yatca bütövlüyü bu görkəmli insanın ətrafında dağlı ziyalılarının
böyük bir hissəsinin birləşməsi üçün münbit şərait yaratdı. On-
ların sırasında Toxtar Biçiyev, İlyas Bayramukov, İmmolat Xu-
biyev, Xızır Xəlilov və eyni zamanda B.Cekkuyev, K.T.Botaşev,
İ.X.Tokov, M.X.Koçkarov və b. kimi gələcək mütəxəssislər – hə-
kimlər, müəllimlər vardı.
Nizami Tağısoy
164
İslam bəy Krımşamxalov bütün yaradıcı fəaliyyəti dövründə
xalqın maariflənməsi, təhsilə cəlb edilməsi və doğma mədəniy-
yətin inkişafı istiqamətində dayanmadan çalışmaqla böyük fiziki
və mənəvi quvvə sərf etmişdi. İslam bəy Krımşamxalov 1940-cı
ildə Yaltada vəfat etmişdir.
3.5. İslam Xubiyevin (Qaraçaylının) publisistikası
«Musəlman» qəzetinin səhifələrində İslam bəy Krımşamxa-
lovla eyni vaxtda həm də on beş yaşlı gimnaziyaçı İslam Ab-
dulkərim oğlu Xubiyev (1896-1938) də cıxış edirdi. Sonralar so-
vet hakimiyyəti illərində o, həm də fəal ictimai xadim və jurnalist
kimi məşhurlaşmışdı. Əsərlərini Qaraçay və rus dillərində yazır-
dı. 20-ci illərdə o, vilayət qəzetlərində redaktor, redaksiya şurası
uzvu, «İnqilab və dağlı» jurnalının məsul katibi işləmişdi. Onun
qələminin məhsulu olan 200-dən artıq oçerk, məqalə və kor-
respondensiyalar Moskvada nəşr olunan («İzvestiya, «Molot»,
və yerli mətbuatda «Sovetski yuq», Sovetski Sever», «Qafqaz»
qəzetlərində və «Millətlər həyatı», «İnqilab və dağlı», «İnqilab və
yazı», «Yoxuşda») və s. jurnallarda işıq üzü görmüşdür (32,260).
İslam Xubiyev (Qaraçaylı) Qaraçaydakı Qart - Yurt kəndin-
də kəndli ailəsində doğulmuşdur. Dördsinifli məktəbdə təhsilini
başa vurduqdan sonra Stavropol Kişi Gimnaziyasına daxil ol-
muş və 1918-ci ildə onu müvəffəqiyyətlə başa vurmuşdu. Onun
1911-1912-ci illərdə mətbuatda yeniyetmələlik dövrundəki cıxış-
ları əsasən maarifçilik xarakteri daşıyırdı. Məsələn, «Qaraçayda
təbəqə anlaşılmazlıqları» məqaləsində o, ziyanlı ənənələrin və
adətlərin aradan qaldırılması və onların yerinin yeniyə və daha
faydalıya verilməsindən söhbət açmışdı. Belə ziyanlı adət və
ənənələrdən biri, onun fikrincə, Qaraçayda qadının vəziyyəti ilə
bağlı idi. Bu məqalədə qaldırılmış sosial problemlər sonra muəllif
tərəfindən onun «Qaraçayda qadının vəziyyəti» adlı məqaləsində
davam etdirilmişdir. İslam Qaraçaylı Qaraçay ailəsində və cəmiy-
Dostları ilə paylaş: |