Qaraçay ədəbiyyatı
153
sində dövr üçün son dərəcə aktual olan dağlı qadınının şəriətin
yabançı qayda və adətlərindən azad olmasını ortaya atır. Qadının
hüquqsuzluğunu göstərmək üçün müəllif bütün nəzər-diqqətini
dağlı ailəsinin məişətinin əks olunmasına həsr edir. Zuli “Al-
lah” sözünü hər şeydən müqəddəs hesab edən kasıb bir qızdır. On
yeddi yaşında onu tanımadığı şəhərdən gəlmiş bir varlı kişiyə ərə
vermişlər. Qız buna qarşı çıxmağı heç fikrinə belə gətirməmişdi.
Taleyinə baş əymə nəinki Zuli, həm də digərləri üçün öyrəşdikləri
vəziyyət idi. Təkcə ailə yaşasın deyə, Zuli kimilər hər çətinliyə
dözməyə razı idilər. Zülidə, demək olar ki, insana xas olan nə
varsa, hamısı boğulmuşdu, çünki o, lap əvvəllərdən insan ləyaqə-
ti ilə bağlı heç nəyə malik deyildi. Onun xarakteri feodal- patri-
arxal cəmiyyətinin mənfi adət-ənənlərindən gələn törəmə idi. Bu
cəmiyyətdə insan alqı-satqı predmerinə, mala çevrilmişdir. Zuli
şəxsiyyətinin təşəkkülü tədricən itaətkarlıqdan üsyankarlığa doğ-
ru və daha qətiyyətləşməyə istiqamətlənir. Zulinin baxışlarının
dəyişməsində tarixi şərait də az rol oynamır. Bu o dövr idi ki,
bütün Şimali Qafqazda olduğu kimi, Qaraçay-Çərkəzdə də qa-
dın azadlığı uğrunda qətiyyətli mübarizə gedirdi. Belə bir şəra-
itdə qadının sosial azadlıq əldə etmə imkanları daha da artırdı.
Zulinin fəallığı əri evə ikinci arvadı gətirəndə daha da güclənir.
Zulini əri evdən qovur, onu ikinci dəfə ərə verirlər, daha doğru-
su, satırlar. İkinci ər də onu evdən qovur və yalnız Cambota ona
kömək əlini uzadır. Cambota deyir: “Zuli, qadın şöbəsinə gedək.
Orada kasıbları, onların hüquqlarını müdafiə edirlər. Gedək, Zuli.
Orada köməklik göstərərlər. Gedək, bu yolda səni yeni həyat və
xoşbəxtlik gözləyir”.
Zuli hələ mübariz-insana çevrilməmişdi. O, heç bir qəhrəman-
lıq da etmir, folklor qəhrəman-bahadırları, türk qızları (məsələn,
“Qırx qız” dastanındakı qaraqalpaq qızı Gülayim) kimi zəngin
təfəkkürə də malik deyildir. Lakin yazıçı öz qəhrəmanının daxili
həyatının dərin və adekvat mənzərəsini yaratmaqla onun obrazını
inandırıcı ştrixlərlə zənginləşdirə bilmişdir.
Nizami Tağısoy
154
“Zuli” pyesi ilə tipoloji cəhətdən X.Bulatukovun “Fatimat”
(1932) pyesi və H.Urtenovun “Safiyət” (1934) poeması arasında
xeyli ümumi, oxşar məqamlar görmək mümkündür. Əgər X.Bula-
tukovun “Fatimat” pyesində noğay qadınının azadlıq, müstəqillik
mübarizəsi təsvir olunursa, H.Urtenovun “Safiyət” poemasında
dağlı-qadının faciəvi taleyi haqqında danışılır. Bütün bu əsərlə-
rin hamısında maraqlı insan xarakrerləri təsvir olunur. Onların bir
qismi tarixin qurbanı olmuşdursa, digərləri yeni azad insan kimi
öz həyat talelərini müəyyənləşdirmişlər. Qadının sosial, mənə-
vi inkişafı, hər şeydən öncə, onun öz taleyi uğrunda mübarizə
aparması, qətiyyətlə məqsədə doğru irəliləməsidir. X.Bulatuko-
vun pyesinin qəhrəmanı Fatimatın keçmiş mürtəce adətlərə qarşı
dönmədən çıxış etməsi, sevdiyi kişiyə ərə getməsi onun taleyini
Zulinin taleyindən fərqləndirir. X.Bulatukov tərəfindən qadın ob-
razının bu şəkildə verilməsi o dövr üçün əhəmiyyətli idi. Çünki
bu tipli əsərlər məhz bu cəhətinə görə böyük ictimai təsir gücünü
özündə əks etdirirdi.
Beləliklə, nəzərdən keçirdiyimiz dövrdə mühüm tarixi mey-
lləri ifadə edən sosial-fəal qəhrəman obrazının yaradılması gənc
türk və Şimali Qafqaz ədəbiyyatlarının mühüm vəzifələrindən
biri kimi ortaya gəlirdi. Çünki qəhrəmanın taleyi burada xalqın
gələcəyə aparan yolu ilə qırılmaz əlaqədə olduğu kimi nəzərdən
keçirilirdi. Yeri gəlmişkən qeyd edək ki, belə yanaşma nəinki
Şimali Qafqaz, həm də Orta Asiya və Qazaxıstan yazıçılarının
yaradıcılığında özünü büruzə verirdi. Dağlı qadının taleyi üzərin-
də düşüncələr müxtəlif istiqamətlərdə gedirdi. Əgər D.Bayqulov
“Məryəm və əfəndi” (1932) poemasında avamlığı və dini məh-
dudiyyəti ifşa edirdisə, “Zəlihət” (1935) poemasında o, köhnə
mənəvi-əxlaqi dəyərlərlə mübarizəni ön plana çıxarırdı. T.Tabu-
lov isə bir qədər başqa yolla getməyə üstünlük verirdi. Dağ au-
lundakı yüzbaşını, taciri, knyazı tənqid atəşinə tutmaqla, yazıçı
satirik komediyasında aul hakimiyyətindəki mənəvi şikəstliyi
qamçılayırdı. Kəndli qızı Zərilənin timsalında yazıçı əsasən əmək
Qaraçay ədəbiyyatı
155
adamının mənəvi təmizliyini tərənnüm edirdi. Komediyanın ma-
raqlı cəhəti ondan ibarətdir ki, müəllif əsəri folklor süjeti üzərində
yerləşdirməklə, qadın obrazını folklor motivləri əsasında əsərləri-
ni yazan digər sənətkarlardan fərqli olaraq tamamilə yeni şəkildə
ortaya qoymuşdu. Əgər H.Urtenov D.Bayqulov, A.Şogensukov
və başqaları əsərlərində tamamilə zəif, geridə qalmış qadın obraz-
ları yaratmışlarsa, T.Tabulov fəal, təşəbbüskar, azad dağlı qadını
obrazı ortaya qoymuşdur. Müəllif Zərilə obrazını yaradarkən qa-
dın-anaya sevgi və məhəbbət ifadə edən məqamlarda xalq-poetik
ənənələrindən istifadəyə üstünlük vermişdi. Lakin real həyatda
isə hər şey tamamilə mürəkkəb idi. Folklor süjeti əsasında əsərini
quran T.Tabulov onu yeni realist məzmunla doldururdu. Zərilə-
nin iyirmi yaşı var. O, ərdədir, ərini sevir. Lakin bu gənc qadının
gözəlliyi knyazın, yüzbaşının və tacirin də diqqətini cəlb edir.
Onlardan hər biri gizli olaraq Zəriləyə yaxınlaşmaq istəyir. Zərilə
isə məsələ barədə ərinə bildirir. Ərlə arvad aul başçılarının əsl
simasını açmaqla xalqın gözü qarşısında onları ifşa etmək istəyir
və bunu böyük ustalıqla həyata keçirirlər. Qaraçaylılarda olduğu
kimi abazalarda mövcüd olan ənənəvi folklor süjeti yazıçının belə
təsvirində mühüm sosial əks-sədaya səbəb olurdu.
XX əsrin 20-40-cı illərində Qaraçay-Çərkəz ədəbiyyatında,
xüsusən poeziyada yaradıcı pafos, romantik vüsət üstünlük təş-
kil edirdi. Nəzərdən keçirdiyimiz dövrdə yeni insan tipi ortaya
çıxır, humanizm probleminin məzmunu dəyişir, xəlqiliyə, haqqa,
ədalətə inam möhkəmlənir. Qəhrəmanlar ədəbiyyata öz fərdi bi-
oqrafiyaları ilə gəlirlər. Şimali Qafqaz yazıçılarının əsərlərində
azad əməyə, fabrik və zavod işçilərinə, yeni həyat mövzularına,
yeni məişət qayğılarına yer verilirdi. Bu kontekstdə İ.Tabulovun
“Cərəyanda”, P.Tsekovun ”Azad olmuşlar nəğməsi”, M.Malxozo-
vun “Xoşbəxtliyin doğulması”, İ.Qaragetovun “Kolxoz nəğmə-
si”, “Neftanası-Qaraçay”, “Həzrətdən nümunə götürün”, “Kolxoz
kollektivinə”, “Tereza aulunda kolxoz”, X.Karasovun “Taxıl uğ-
runda mübarizə”, A.Kazakovun “Zərbəçi və onun manqası” və s.
Dostları ilə paylaş: |