Qaraçay ədəbiyyatı
177
Suzmeyidi
Dəyərləndirir
…İşinden
Ağlı ilə qiymət qoyur
Başından…
Bolmedi
Dayanmadan, durmadan
Tort jılen
Dörd il daim, sərasər
Kolxozda işledi…
O, kolxozda işlədi
Likpunktnu
Likpuntu da o, açdı
Ol acdı
Bizim doğmaca kənddə
Biz elqe
Ürəyimizə o saldı
Okuunu
Biliklərə
Olsaldı
Curekge
Yol tutub,
Em kelge
Bizlərin canatmasın
Suydum men
Sevdim
Anı ol
Mən onun
Muskullu
Güclü əllərin,
Kolların
Həm də qolların
Yaratdım
Mən onun sevdim
Men am
Gözəl
Koşaksız
Dillərin,
Sozlerin
Nazın-qəmzəsin,
Barmaqın
İncə barmağın
Kozlerin
Sevdim
Yarata
Onda hər cəhəti,
Edim mən
Hər hərəkəti
Anı xar
Hər bir
Atlamın (33)
Addımı…
Gətirdiyimiz nümunədə publisistik pafos, deklarativlik əsə-
ri şairin ilk təşviqat xarakterli lirikasına yaxınlaşdırsa da, burada
həm də ideya-mövzu baxımdan dərinləşmə hiss olunmaqdadır.
Kompozisiya ustalığı və süjetqurma bacarığı, psixologizm, po-
etik dildəki obrazlılıq, epiforaya daha tez-tez müraciət poemaya
xüsusi liriklik və musiqililik gətirir. H.Urtenovun şəxsiyyətinə və
Nizami Tağısoy
178
yaradıcılığına yaxından bələd olan professor U.B.Əliyevin təbi-
rincə desək, «Sülemenin Surətə məktubu»nda şair qaraçaylıların
canlı sözünün ekspressiv güc və imkanını virtuozluqla nümayiş
etdirmişdir (19,135).
Qaraçay poeziyası H.Urtenovun yaradıcılığı timsalında özü-
nun yeni tarixi mərhələ ilə şərtlənmiş milli formasını əldə etmiş-
dir. Çünki Həzrət Urtenov yaradıcılığı sonralar onu əvəzləyən
istedadlı yaradıcı gənclərin əsil müəlliminə və yaradıcılıq məktə-
binə çevrilə bilmişdir.
3.8.Davud Bayqulovun orijinal və tərcumə yaradıcılığı
Davud Bayqulov (1902-1942) Qaraçayda Yuxarı Mare au-
lunda dünyaya göz açmış, ilk təhsilini kənd məktəbində almışdır.
Müəllimlik kurslarını bitirdikdən sonra (1925) məktəbdə şagird-
lərin təhsili ilə məşğul olmaqla, həm də «Taulu Caşau» qəzetinin
kənd müxbiri işləmişdir. 1929-cu ildən o, Rostovdakı Kommunist
Ali Məktəbinin Jurnalistika şöbəsinin dinləyicisi olmuş, təhsilini
başa vurduqdan sonra «Qızıl Qaraçay» qəzetinin redaksiyasın-
da işə başlamışdır. Qəzetlə yaranan bu əlaqə onun bütün ömrü
boyu davam etmişdir. Qəzetdə onunla birlikdə əməkdaşlıq edən
dostlarına şeirlər həsr etməklə («Müxbir - dostlarıma», «Mə-
nim», «Dağlı yazarlar», «Qəzetimə») şair həm orijinal yaradıcı-
lıqla məşğul olur, həm də tərcuməçi kimi də fəaliyyət gostərir.
D.Bayqulovun ilk əsəri və Qaraçay ədəbiyyatında ilk hekayə nü-
munəsi onun 1929-cu ildə qələmə aldığı «Həsənin evlənməsi»-
dir. Bu hekayə ailə və məişətdəki bəzi adət-ənənələrin tənqidinə
yönəlmişdir. İkinci «Bəymirzənin həyatı» hekayəsi 1931-ci ildə
yazılmışdır. Elə həmin ildəcə müəllifin «Yeni həyat uğrunda şeir-
lər» məcmuəsi işıq üzü görür. Bu məcmuə 30-cu illərdə (1933 və
1937) həm də əlavələrlə nəşr olunmuşdur. 1935-ci ildə isə onun
«Şeirlər» məcmuəsi oxuculara təqdim olunmuşdur. Onu da qeyd
Qaraçay ədəbiyyatı
179
edək ki, İssa Qaragetov və Həzrət Urtenov tərəfindən təşəkkül
tapıb işlənən poema janrı Davud Bayqulov yaradıcılığında son-
rakı inkişaf mərhələsinə yetişə bilmişdir. «Məryəm və əfəndi»
(1932), «Şamay əvvəllər və indi» (1934), «Zəlihət» (1935) və
s. kimi əsərlərin ideya-məzmun özəlliyi dediklərimizi yaxşı sü-
but etməkdədir. Məsələn, «Şamay əvvəllər və indi» poemasında
müəllif bəzən təsvirçilikdən kənarlaşa bilməsə də, o, bu əsərdə
ümumi şəkildə xalq içindən çıxmış insanın taleyində gedən pro-
sesləri təfərrüatı ilə qələmə almış, tarixi inkişafın məntiqini aç-
mağa müvəffəq ola bilmişdir.
D.Bayqulovun realist sənətkar kimi formalaşmasında onun
jurnalistlik fəaliyyəti də az rol oynamamışdır. Zaman kecdikcə
D.Bayqulov poeziyasında gercəkliyin epik təsvirinə meyl daha da
güclənmişdir. Belə yanaşma həm də onun tədricən nəsr yaradıcı-
lığına keçməsi üçün münbit zəmin hazırlamışdır.
Davud Bayqulov Qaraçay ədəbiyyatı tarixində həm də iste-
dadlı tərcüməçi kimi tanınmışdır. Belə ki, onun A.S.Puşkindən
etdiyi tərcumələr bu gun də öz təravətini itirməmişdir. Onların
sırasında «Baxçasaray fontanı», «Quldur-qardaşlar», «Bacı və
qardaşlar», «Caadayevə», «Sibirə», «Səs-küylü küçələrin kənarı
ilə veyllənirəmmi?», «Bülbül» və s. vardır.
Davud Bayqulov yaradıcılığının ümumi istiqamətlərinin və
əsərlərinin süjet xəttinin rəngarəngləşməsinə Qaraçay xalq folk-
loru ciddi təsir göstərmişdir. Onun 1940-cı ildə nəşr olunmuş
«Nəğmələr və nağıllar» məcmuəsinə «Ayı və qoca», «Kim daha
cox?», «Doğulmamış oğlan», «Hakim və kasıb» mövzulu nəzmlə
qələmə alınmış nağıllar daxil edilmiş və D.Bayqulovu Qaraçay
sənətkarları arasında məşhurlaşdırmışdır.
3.9. Həsən Appayevin nəsr yaradıcılığı
Qaraçay nəsrinin əsasını qoyanlardan biri Həsən Appayev
(1904- 1938) Qart-Yurt aulunda anadan olmuşdur. Novoçerkassk
Dostları ilə paylaş: |