Nizami Tağısoy
172
tının təşəkkülü və onun inkişafındakı ümumi proseslərlə birbaşa
əlaqədə olduğunu vurğulamaqla H.Urtenovun poetik üslubunun
başlıca xətlərini də onun yaşayıb yaratdığı mərhələ ilə xeyli dərə-
cədə şərtləndiyini göstərmək istəyirik. Odur ki, Qaraçay ədəbiy-
yatının təşəkkülündən danışdıqda biz H.Urtenovun yaradıcılıq
irsinin öyrənilməsini həm də Qaraçay poeziyasının təşəkkül döv-
rü, onun spesifik cəhət və xüsusiyyətləri, ədəbiyyatın özünun
təşəkkul etmə qanunauyğunluqları ilə bağlayırıq. H.Urtenovun
ömrü o, hələ mükəmməl sənətkar kimi formalaşmadığı
bir dövr-
də qırıldı, şair öz poetik «mən»ini kifayət qədər ifadə edə bilmə-
di. Təəssüf ki, elə buna görə onun çoxsaylı fikir və düşüncələri,
janr və üslub axtarışları sona qədər acılmamış qaldı. H.Urtenovun
ədəbi taleyinin yarımçıqlığı onun yaradıcılığının təhlilini də çə-
tinləşdirir. Bundan savayı H.Urtenovun poetik dili, onun obrazlı
təfəkkürü Qaraçay dili onun üslubi ənənələri, spesifik bənzət-
mələri, idiomatik ifadələri ilə üzvü surətdə bağlıdır. Butun bun-
larla yanaşı, Həzrət Urtenovun poeziyası Qaraçay ədəbiyyatının
təşəkkülü dövrünün maraqlı səhifələrindən biri olmaqla, bu gün
də araşdırılmağa tamamilə layiqdir. Fikrimizi davam etdirərək
H.Urtenovun «Taulu Casau» qəzetində nəinki şeirlərlə, həm də
publisistik məqalələrlə çıxış etdiyini söyləməliyik.
Satirik və jur-
nalist ruhlu felyetonlarda H.Urtenov mürtəce və avam cəmiyyə-
ti tənqid atəşinə tuturdu. «Taulu carlıla» qəzetində «Qolçomağa
inanma!», «Partiyanın siyasəti dönməzdir» kimi publisistik yazı-
larda o dövrün ideoloji-ictimai və siyasi-mədəni tələblərini təbliğ
edirdi. Bütün bunlarla yanaşı, H.Urtenov yazıçı kadrlarının inki-
şafı işinə də xeyli dərəcədə təkan verirdi. Vilayət qəzetində ədəbi
şöbənin müdiri kimi işləməklə, o, müəlliflərə konkret məsləhət
və tənqidi baxışları ilə himayədarlıq edirdi. 30-cu illərdə Mosk-
vada təhsilini başa vurub Qaraçaya qayıtmış M.Hazgeriyev qeyd
edirdi ki, «Qızıl Qaraçay» qəzetinin gənc əməkdaşlarıYunus Uru-
sov, Həzrət Baboyev, Əminət Urusova, Zəkəriyyə Caqarov və o,
Həzrət Urtenova qarşıya çıxan bütün çətinliklərlə bağlı müraciət-