Nizami Tağısoy
196
da şeirlər yaratmış, həm də qeyrət və vicdan səsinə qulaq asaraq
lirik şeirlərində yurd, millət, təbiət və s. kimi mövzuları ön plana
çəkmişlər. Belə ki, Qaraçay ədəbiyyatının o dövrdə daha çox ta-
nınan təmsilçisi Həlimət Bayramukova Sovet dönəminin qorxunc
şəraitinə baxmayaraq, «Qaraçay ailəsi» («Kърчаны аилеси»)
kitabında digər Qaraçay şairlərindən fərqli olaraq heç kimdən
qorxub-çəkinmədən etnik-milli adətlərin ortadan götürülməsinə
qarşı çıxmış, onların qorunulması uğrunda mübarizə aparmışdır.
Təəssüf ki, H.Bayramukova və O.Xubiyev kimi düşünən sənət
adamları poeziya və nəsr janrında xalq üçün aktual olan mövzu-
ları işlədikləri zaman 1943-cü ildə Qaraçay türklərini Orta Asiya-
nın müxtəlif ərazilərinə sürgün etdilər. Elə buna görə də qaraçay-
lıların sürgün dövründəki yazılı ədəbiyyatı onun ölü dönəmi kimi
nəzərdən keçirilməlidir. Çoxlu sayda Qaraçay ədəbiyyatı xadim-
ləri və ziyalıları müxtəlif bəhanələrlə həbs olunaraq işgəncələrə
məruz qaldılar. Bəziləri ölüm pəncəsindən xilas olsalar da, Orta
Asiyanın iqlim və iqtisadi baxımdan ən əlverişsiz regionlarında
dağınıq halda həyat uğrunda mübarizə aparmışdılar. Dözülməz
şəraitdə həyat tərzi keçirmələrinə baxmayaraq, Qaraçay şairləri
malkar şairləri ilə birgə bir neçə şeir antologiyaları – «Həyatımı-
zın bayrağı» («Çaşavuzun bayrağı»), «Bizim sözümüz» («Bizni
sözübüz»), «Birlikdə nəğmə oxuyaq» («Birge cırlayık») və s. ha-
zırlayıb yaymağa müvəffəq oldular. Bu dövrün tanınmış şair və
yazarları sırasında Umar Əliyev, Əbdulkərim Bayqulov, Şəhərbəy
Ebzeyev, Toktar Borlakov, Məhəmməd Urusov, Həlimət Bayra-
mukova, Osman Xubiyev, Həzrət Semyonov, Əzəmət Suyunçev,
Seyid Layranov, Məhəm məd Çotçayev, Məhəmməd Xubiyev,
Nasu Abayxanov və b. əsərlərində dövrün ideoloji möhürünü
daha çox əks etdirməyə səy göstərmişdilər (32, 226).
Qaraçaylılar 50-ci illərin ikinci yarısından sürgün həyatını
başa vurub doğma yurda qayıtdıqdan sonra H.Bayramukova və
O.Xubiyev kimi istedadlı söz sahibləri ana ədəbiyyatın inkişa-
Qaraçay ədəbiyyatı
197
fı uğrunda daha çox çalışdılar. Vətənə döndükdən sonra onların
əsərlərinin başlıca mövzusu doğma yurdla bağlı sevinc hisslərini
tərənnüm etmək istəyi üstünlük təşkil edirdi. Lakin bununla belə
Sovet ideoloji maşınının kifayət qədər ciddi işlədiyindən burada
şairlərin Sovetlər ölkəsinə minnətdarlıq və sədaqətlə yanaşmala-
rı da nəzərdən qaçmırdı. Sürgündən qayıtmış Qaraçay şairlərinin
birgə nəşrə hazırlayıb yaydıqları «Ürək nəğmə söyləyir» («Cürey
cırlaydı» - 1957) şeir antologiyasında bu tipli minnətdarlıq hissi
diqqəti cəlb edir. «Ədalət məhv olmur. Kommunist Partiyasının
köməyi sayəsində uzun müddətdən sonra Qaraçay qəzetləri yenə
ana dilində yayılmağa, uşaqlarımız öz doğma ana dillərində ün-
siyyətdə olmağa və nəğmələr söyləməyə başladılar. Qaraçay ədə-
biyyatı yenidən yaradıldı. Bu əminlik eyni zamanda bütün xalqın
ümidvarlığıdır» (32,226).
Heç şübhəsiz ki, bu tipli fikirlərin səsləndirilməsi həm də Qa-
raçay xalqının 15 ilə yaxın sürgün həyatı yaşadığı dövrdə rastlaş-
dığı məhrumiyyətlərlə bağlı ölüm-dirim mübarizəsi apardığı çətin
məqamlara görə ortaya atılırdı. Lakin bu da qeyd olunmalıdır ki,
bu dövrdə tanınmış söz sahibləri ilə yanaşı, Qaraçay ədəbiyyatına
yeni qüvvələr də qədəm qoyurdu. Onların sırasında Nazir Xubi-
yev, Gülinə Sılpağarova, Husey Cavbayev, Bilal Appayev, Musa
Batçayev, Nəzifə Kaqiyeva, Soslanbek Bayçorov, Həzrət Akba-
yev, Albert Uzdenov, Mediha Şormanova, Bəydimat Keçerukova
və başqalarının yaradıcılığı daha çox diqqət mərkəzinə düşür-
dü. Bu dövrdə Böyük Vətən Müharibəsi mövzusunda yazılmış
əsərlərin sayı kifayət qədər çoxdur. Bu müharibənin qan-qadası,
insanlara gətirdiyi bəlalar Qaraçay şairləri tərəfindən yetərincə
relyefli verilirdi.
***
Tanınmış Qaraçay şairi M.Batcayevin «Düşüncələr» (7) şe-
irlər toplusunda yer almış poetik nümunələr bir sıra keyfiyyətlə-
ri ilə diqqəti cəlb edir. İlk növbədə burada toplanmış nümunələr
Nizami Tağısoy
198
heç də yersiz deklamasiyadan ibarət olmayıb, həm də işıqlı poetik
fikirlərin təsvirindən ibarətdir. Ən başlıcası odur ki,bu şeirlərdə
ritorik ifadələr yox, fikirlərin özünəməxsus konkret məzmunu
mövcuddur. Elə bu da məcmuədə yer almış şeirlərin kompozisi-
ya nöqteyi-nəzərdən yüksək şəkildə təşkil olunmasını sübut edir.
Şair poetik fikrin təqdimində müstəqildir. Belə nümunələr sıra-
sında «Ağ durna tək…», «Kartof kolu», «Əgər çoban», «Əgər
qarmon…», «Mənim qoca babam», «Doğulmuş ölümdən yan
keçə bilməz», “Əgər həyatımı necə lazımdır qurmuşamsa…”,
“Mübarizə et, dəniz…”, «Heyifslənmirəm», «Moruq», «Xoş-
bəxtlik», «Mən gedərəm», «Dəniz mənim dostumdur», «Dur,
mənim Alaqaşım», «Əgər vicdanımı ləkələsəm», hətta bəzi yu-
moristik, məzhəkə və zarafat xarakterli «Ayı balası», «Qonşunun
aulu», «Buzov əmdi qurtardı» və s. bədii baxımdan öz həyatiliyi
ilə fərqlənir. Məsələn, M. Batçayevin «Əgər qarmon…» şeirinin
başlıca məzmunu Nazim Hikmətin «Mən yanmasam, sən yanma-
san…» şeirinin mahiyyətinə uyğun verilmişdir:
Ocaq qazanı qaynatmırsa,
Yanmalıdırmı ocaq?
Ulduz səmanı işıqlandırmırsa,
Məgər ulduzdurmu, bu?
Yol səni çağırmırsa,
De, bəs nə üçündür yol? –
kimi suallarla müəllif oxucusuna müraciət edirdi.
Nümunə gətirdiyimiz bu parçada şairin qoyduğu sual elə in-
sanın dünyada, cəmiyyətdə rolu məsələsi qədər aktualdır. Əlbəttə,
müəllifin istəyinə görə həyatda nə varsa, öz funksiyasını, təyina-
tını doğru-dürüst yerinə yetirməlidir. Lakin bununla belə şairin
deyim, ifadə tərzi heç də Nazim Hikmət deyimi səviyyəsinə çata
və qalxa bilməmişdi.
Dostları ilə paylaş: |