Nizami Tağısoy
176
dadır», «Ovçular» və digər şeirləri xüsusilə səciyyəvidir.
H.Urtenovun lirik-epik planda qələmə aldığı «Yadında sax-
la», «Bəy və muzdur», «Molla və ölüm» poemalarında Qaraçay
poeziyasının zənginləşdiyini görmək mümkündür. Bu əsərlər-
də şairin həyat gerçəklikləri ilə daha yaxından tanış olduğunu,
qələmə aldıqlarının xalq təfəkküründən qaynaqlandığını və əsər-
lərində folklor ənənələrindən daha gen-bol istifadəyə istiqamət-
ləndiyini görmək mümkündür.
Həzrət Urtenovun yaradıcılığı daim püxtələşir, inkişaf edir,
formalaşırdı. Bu cəhət onun «Süləmənin Surətə məktubu» poe-
masında daha aydın hiss olunur. Adı cəkilən poema, demək olar
ki, Qaraçay poeziyasında sevgi, məhəbbət mövzusunun təməlini
qoymuşdur. Burada müəllif özünü mükəmməl kompozisiya usta-
sı kimi göstərməklə poetik nitqin yüksək obrazlılığını da təmin
edə bilmişdir. Poemada Şərq poeziyası ənənələrindən yaradıcı
şəkildə istifadə olunma, Şərq pritçalarından bəhrələnmə, dövrün
estetik idealının forma ifadəcisi kimi cıxış etmişdir (16,156-157).
Poema epistolyar formada yazıldığından, həm də lirik qəh-
rəmanın sosial, psixoloji və mənəvi-əxlaqi simasını hərtərəfli aç-
maq üçün geniş imkanlar yaradır. Yeni ideologiya daşıyıcısı olan
Sülemenin sevgisi Surət adlı gözəl qıza istiqamətlənmişdir.
Məktubda Sülemenin Surətə muraciətində muəllif canlı danı-
şıq dilindən istifadəyə daha böyük üstünlük vermişdir:
Bugun da
Bü gün də
Yurekdedi
Ürəyimdə
Xoş kelqen
Sənin xoş
Sozlerinq
Sözlərin də
Bugun da közümde
Bü
gün də gözümdə
Oynaydıla
Yanır
Kozlerinq
Sənin
gözlərin
Bu yemyur
Bu anda
Adamnı
İnsan insanı
Cırayından
Zahirən