Nizami Tağısoy
180
Politexnik İnstitutunda təhsil aldıqdan sonra, o, 1936-1937-ci illər-
də Qaraçay Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində
çalışmışdır. 20-30-cu illərdə ardıcıl olaraq onun «Taulu carlıla»
qəzetinin səhifələrində ideya mövqeyini və baxışlarını əks etdirən
ictimai-siyasi mövzulu məqalələri dərc olunmuşdur. 1935-ci ildə
Həsən Appayevin «Qara sandıq» («Kaра kюбюр») romanının bi-
rinci kitabı, 1936-cı ildə isə ikinci kitabı nəşr olunmuşdur. Məhz
elə bu əsərlə Qaraçay ədəbiyyatında roman janrının bünövrəsi
qoyulmuşdur. Appayev nəsrinin təşəkkülünə və formalaşmasına
Həzrət Urtenovun («Nəsr Xocanın lətifələri»), Davud Bayqulo-
vun («Bəymirzənin həyatı» hekayəsi), İslam Qaraçaylının bədii
və publisistik nəsrinin güclü təsiri olmuşdur. Bununla belə Həsən
Appayev Qaraçay ədəbiyyatında həm də özünəməxsus yaradıcı-
lıq dəst-xətti olan ilk romançı kimi tanınmaqdadır.
«Qara sandıq» romanı Qaraçayın keçmişinə, daha doğrusu,
onda XIX əsrin 90-cu illərinin sonu - XX əsrin əvvəllərində ge-
dən hadisələrinə həsr olunmuşdur. Qeyd etməliyik ki, bu əsər heç
də tarixi roman səciyyəsi daşımır. Müəllif üçün ən mühümu bu-
rada dağlı kasıbların həyatını əks etdirmək, onların həyat uğrun-
da apardıqları mübarizəni təsvir etməkdən ibarət idi. Bəzi tarixi
gercəkliklər romanda təhrif olunsa da, ümumən müəllif qarşıya
qoyduğu məqsədə nail ola bilmişdir. Romanın «Qara sandıq» ad-
landırılması folklorla bağlı olub, umumiləşmiş simvolik xarakter
daşıyır. Əsərin başlıca konflikti xalqla onu talayanlar arasındakı
ziddiyyətlər onun kompozisiyasını, çoxplanlı süjetini və obrazlar
sistemini müəyyənləşdirir. Romanın zavyazkası gənc-muzdur qo-
çaq Qənimətlə aul rəhbərliyinin toqquşması ilə başlayır. Kulmi-
nasiyası isə rus fəhləsi Semyonun və onun bir qrup dağlı yoldaş-
larının varlılara və mürtəce ruhanilərə qarşı çıxışı ilə nəticələnir.
Romanın ikinci hissəsində süjet haçalanır. Müəllif xalq içindən
çıxmış müxtəlif qəhrəmanların taleyi üzərində (Həmd-coban,
Feyruz, Candəmir, Daycan və s.) qurulduğunu, varlıların bütün
insani hədləri aşdıqlarını və vəziyyətin dözülməzliyini göstərir.
Qaraçay ədəbiyyatı
181
«Suyu bulandıran» kasıbların bir hissəsi qaçıb gizlənib, digər his-
səsi qazamatlara atılsa da, onların ideyaları əksər kasıbları özünə
cəlb edir və, beləliklə, onlar mübarizəyə qalxırlar. Romanda Ap-
payev üçün Qaraçay kasıblarının istismarçılara qarşı çıxış etmə-
sində mübarizənin müxtəlif mərhələlərini və formalarını göstər-
mək məsələsini ortaya qoymaqla, onların fəaliyyətinin yeknəsəq-
likdən kütləviliyə yüksəldiyini və təşkili xarakter aldığını əks
etdirmək başlıca məqsəd idi. Bununla belə romanın süjet xəttində
kütlələrin şüurunun çətin, həm də sürətli inkişafı, milli, sosial və
siyasi köləlik məsələləri qabardılırdı.
Personajların xarakteristikasında H.Appayev müxtəlif və
çoxsaylı bədii təsvir vasitələrindən ustalıqla istifadə etmişdir.
Burada, demək olar ki, hər şey var: interyer, portret, vasitəsiz
nitq, qəhrəmanların qarşılıqlı səciyyəsi, müəllif xarakteristika-
sı, etnoqrafik detallar, ayrı-ayrılıqda təqdim olunmuş folklor
nümunələrindən istifadə, peyzaj, xalq nəğmələri və s. romanda
kütləvi səhnələr realist və aydın olmaqla böyük ideya gücünə
malikdir. Belə kütləvi səhnələrdə xalq şüurunun təkamülünü və
dirçəlişini aydın görmək mümkündür. Məsələn, əgər romanın ilk
səhifələrində kütlə zahirən passiv təsir bağışlayırsa (toy səhnəsi),
romanın sonunda o zahiri fəallığı ilə seçilir. Belə təsvir həm də
kütlə içindən çıxmış insanların daxili aləmini açmağa, ümumi
əhval-ruhiyyəni nümayiş etdirməyə, fikrin başlıca səmtini, gedi-
şini müəyyənləşdirməyə və eyni zamanda zəhmətkeşlərin ümumi
maraqlarının təmin edilməsinə kömək edir. Belə bir fonda oxucu
ayrı-ayrı fəal mübarizələrin ideyalarının hamının malına çevril-
diyini görür. Bu isə öz növbəsində romanın perspektivli planda
keyfiyyətinin artmasına xidmət edir.
Realist təhkiyə romanda həm də romantik üslub elementləri
ilə çulğaşır. Bu isə, məlum olduğu kimi, Qaraçay ədəbiyyatında
folklordan, satirik təhkiyə ənənələrindən gələn məqamlardır.
Müəllif sənətkarlığı burada nəinki janr və məişət detalları,
psixoloji xarakteristika, həm də çoxsaylı peyzaj mənzərələri ilə
Nizami Tağısoy
182
zəngin olmaqla, romanın milli koloritini artırır. Peyzaj burada
xalq həyatının və əməkçi-insan obrazının poetizasiyasına xid-
mət edir. Folklorla muqayisədə ədəbi əsərin belə sosial-psixoloji
oriyentasiyası, həm də Qaraçay yazıçılarının digər inkişaf etmiş
ədəbiyyatların təcrübəsindən bəhrələnməklə yaradıcı ustalığının
yüksəlişi ilə bağlı olduğunu sübut etməkdədir.
Romanda sosial-psixoloji problematikanın özünəməxsuslu-
ğu, müxtəlif təbəqələrdən olan insanların xarakter və davranış-
larının ustalıqla təsviri, dil-üslub elementlərindən orijinallıqla is-
tifadə, xalq təsəvvürlərinin geniş təqdimatı H.Appayev romanın
milli xarakter daşıdığını təsdiq edir. Qeyd etdiyimiz cəhətlərinə
gorə Appayevin «Qara sandıq» romanı Qaraçay ədəbiyyatının
təşəkkülündə və inkişafında mühüm rol oynaya bilmişdir .
ƏDƏBİYYAT
1. Adiloğlu A. Kitabü Mürşidin – Nisa. Ankara, “Birlik MatM
-
baası”, 2006.
2. Акачиева С. Карачаевский роман. Становление и раз-
витие жанра. Черкесск, 1980.
3. Алиев У. В.И.Ленин в карачaeвской поэзии. Газ. «Крас-
ный Карачай», 1935, №18.
4. Балтин П. Из истории карачаевской поэзии. Черкесск,
1961.
5. Бекизова Л.А. Черкесская советская литература. Чер-
кеcск., 1964.
6. Бекизова Л.А. Слово о ногайской литературе. Чер-
кесcк, 1971.
7. Бекизова Л.А., Караева А.И., Тугов В.Б. Жизнь, герой,
литература. Черкесcк, 1978.
8. Борлаков Б.К. Карачаево-балкарская довоенная драма-
тургия. Черкесск, 1975.
Dostları ilə paylaş: |