Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə86/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   82   83   84   85   86   87   88   89   ...   97

Qaraçay  ədəbiyyatı
267
ları öz əksini tapmışdır.  Q.Qorxmazovun «Qisas qılıncı» romanını 
təhlilə cəlb edən Sofya Akaçiyeva «Qaraçay romanı» adlı sanballı 
monoqrafiyasında  bu  romanın  osetin  yazıçısı  Y.Uruymaqovanın  
«Həyata kömək» («Osetinlər») (39)  romanı ilə xeyli məqamlarının 
səsləşdiyini qeyd edir (1,54-55).
Qeyd etmək yerinə düşər ki, Qaraçay və Osetin yazıçılarının 
əsərlərində özünü büruzə verən mövzu və problem yaxınlığı bu 
xalqların tarixi, iqtisadi və mədəni həyatındakı yaxınlıqlarla bağ-
lıdır. Bundan başqa burada epik  ənənələrin də müəyyən dərəcədə 
yaxınlığı nəzərə çarpmaqdadır. Bu əsərlərdəki süjet yaxınlığı hər 
iki romanda təsvir obyektinə cəlb edilmiş müxtəlif sosial  qrup-
lara məxsus iki ailənin tarixi və onlar arasındakı sosial konflik-
tin işlənməsi ilə bağlıdır. Eyni süjet xəttini biz həm də kabardin 
yazıçısı X.Teunovun «Şoqemokovlar tayfası» romanında da görə 
bilərik (38). 
Qorxmaz Qorxmazovun «Qisas qılıncı»nın birinci kitabının 
süjeti kasıb Aslankirlə kasıblaşmış zadəgan varlı İsmayıl bəy ara-
sında olan qarşılıqlı münasibətlərinin tarixi üzərində qurulmuş-
dur.  Romanın  birinci  kitabı  nəinki  süjetin  ustalıqla  qurulması, 
həm də əsərdə iki aparıcı süjet xəttinin bir-birini qarşılıqlı şəkildə 
tamamlaması ilə bağlıdır. Yazıçı İsmayıl obrazını xüsusilə yaxşı 
yapmışdır. İsmayılın xarakteri müxtəlif insanlarla ünsiyyətdə açı-
lır. İnsanlarla münasibətdə onların əməyinin ödənilməsində və s. 
məqamlarda onun əsil siması göz önünə gəlir.
D.Kubanovun  «Dağlarda  səs»  romanında  olduğu  kimi 
Q.Qorxmazovun  «Qisas  qılıncı»  romanında  da  «ağsaqqal», 
«təkə», «şapa» kimi ənənəvi folklor obrazlarından geniş istifadə 
olunmuş,  Şimali  Qafqaz  ədəbiyyatları  üçün  ənənəvi  olan  dağlı 
qadınlar  obrazlarına  geniş  yer  verilmişdir.
İkinci kitabın da süjetində birinci kitabda olduğu kimi inqila-
baqədərki Qaraçayda olan bir sıra ailələrin xronikası verilir. Ob-
razlar sistemində iki düşmən düşərgə təsvir olunur. İkinci kitab-


Nizami Tağısoy
268
da iştirakçı personajların sayı kifayətqədər çoxdur. Xalq içindən 
çıxmış Temircan, onun arvadı Ulduz, qızı Nalcan, Daycan, İlxıçı, 
çoban Aysandır, Uğurlu, dəmirçi Aslan, xidmətçi qoca qadın Kur-
manqız və başqaları bu qəbildəndir. Varlı İsmayıl obrazı romanın 
ikinci kitabında da yer almışdır. Burada müsəlman ruhaniləri nü-
mayəndəsinin obrazı da qeyd edilməlidir. Eyni zamanda romanda 
aul nəzarətçisi, qanun «keşikçisi» Soltan obrazı realist boyalarla 
verilməklə onun iç üzü yetərincə ustalıqla və dolğun açılmışdır.
Q.Qorxmazovun «Qisas qılıncı»nda istismarçılar tərəfindən  
kasıbların alçaldılmasını, incidildiklərini, ac-yalavac yaşadıqları-
na görə qisas aldıqları təsvir olunur. Yazıçının burada başlıca xid-
məti dağlıların  XX əsrin əvvəllərində necə çətin və ağır vəziyyət-
də yaşadıqlarını, xalqın milli şüurunun dirçəlməsini, onun işıqlı 
həyat uğrunda mübarizəsini uğurlu şəkildə əks etdirməsindədir.
5.6. Qaraçay nəsrində məktəb, maarif və ziyalı mövzusu
(H.Bayramukovanın «İllər və dağlar», O.Xubiyevin 
«Yuxusuz gecələr» və «Qisas» əsərləri) 
Təhlilə cəlb etdiyimiz illərdə Qaraçay ədəbiyyatında roma-
nın ideya-bədii cəhətdən həm rəngarəngliyi, həm də xarakterlərin 
təqdim olunması nöqteyi-nəzərdən yeni mərhələyə qədəm qoydu-
ğu hiss olunur. Qaraçay nasirləri bu janra müraciət etməklə xalq 
həyatının  əvvəlki  mərhələlərini  nəzərdən  keçirir,  bununla  bağlı  
çoxsaylı tarixi materiallar toplayır, onlara özlərinin uşaqlıq təəs-
süratlarını əlavə edib bədii təxəyyülün gücü ilə maraqlı əsərlər 
ortaya qoymağa çalışırdılar. Məhz belə bir sənətkarlıq priyomun-
dan Həlimət Bayramukova «İllər və dağlar» romanında istifadə 
etmişdir. Bu roman həm də tarixi-bioqrafik janrda yazılmış əsər 
kimi nəzərdən keçirilə bilər. Əsərdə sovet ədəbiyyatına daxil olan 
digər xalqlar üçün səciyyəvi  olan «ziyalı və inqilab» mövzusu öz 


Qaraçay  ədəbiyyatı
269
əksini  tapmışdır.
Nəzərdən  keçirdiyimiz  illərdə  ortaya  qoyulmuş  nəsr  nü-
munələri  içərisində  H.Bayramukovanın  «İllər  və  dağlar»  ro-
manından başqa, həm də Osman Xubiyevin «Yuxusuz gecələr» 
romanını qeyd etmək lazımdır. Bu əsərlərin hər ikisinin başlıca 
mövzusu  tarix  və  inqilabdır.  Çünki  burada,  bir  tərəfdən,  Qara-
çay  xalqının  ictimai  şüurunun  dirçəlişi  ön  plana  çıxırsa,  digər 
tərəfdən,  yeni həyat qurulucu ğuna başlıca yer verilir. Milli ziyalı 
problemini özünəməxsus şəkildə əks etdirən bu roman, həm də 
müasir  dövrün  problemlərinin  təsviri  ilə  yaddaşlara  çökür.  Hər 
iki romanda Qaraçay dağlarının aullarında xalq maarifi uğrunda 
can qoyan müəllimin ümumiləşdirilmiş obrazı dayanır. S.Akaçi-
yeva yazır: «H.Bayra mu ko vanın romanında inamlı və əyani ola-
raq qaraçaylıların əsas kütləsinin  avam və küt olduğu göstərilir. 
Aullarda yaşayanlar düşünürdülər  ki, onların uşaqlarını Çinə sat-
mağa hazırlaşırlar, elə buna görə də uşaqları məktəbə buraxma-
ğa qorxurdular. Bundan da betəri o idi ki, kolxozu onlar «böyük 
adeyal»  altında  yatan  adamların  yığışdığı  yer  kimi  düşünür  və 
elə hesab edirdilər ki, ailə ləğv olunacaqdır» (1,72-73). Həlimət 
Bayramukovanın adını çəkdiyimiz romanının mühüm cəhəti on-
dan ibarətdir ki, o, əsərin qəhrəmanlarını idealizə etmir, əksinə 
olduqları kimi avam, dindar və müxtəlif gözəgörünməz qüvvələrə 
inananlar kimi təsvir edir. Romanda cərəyan edən hadisələr Qa-
raçay aullarından birində yaşayan bir ailənin ətrafında baş verir. 
Dul kəndli qadını Kəminət varlı Bəymirzə ilə digər kasıblar kimi 
qarşılıqlı  münasibətlər  müstəvisində  göstərilir.  Kəminətin  dün-
yagörüşündə  gedən  dinamikanı  müəllif  uğurla  açıb  göstərə  bi-
lir. Əvvəllər yalnız öz fərdi təsərrüfatı barədə düşünən Kəminət 
gərəkli  təkamül  yolu  keçərək  yeni  həyat  uğrunda  mübarizənin 
fəallarından biri olmağa meyllənir. H.Bayramukovanın «İllər və 
dağlar»  romanının  başlıca  obrazları  N.Kaqiyevanın  «Həlimət 
Bayramukova» monoqrafiyasında (19) daha ətraflı şəkildə nəzər-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə