Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə88/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   84   85   86   87   88   89   90   91   ...   97

Qaraçay  ədəbiyyatı
273
mənəvi-etik məsələlər müəllif tərəfindən müxtəlif estetik və bədii 
mövqelərdən açılır və yazıçı burada qəhrəmanlarının cəmiyyət-
dəki mənəvi simasına nəzər salmaqla, müasirlərin daxili aləminin 
hərtərəfli açılmasına can atmaqla onları şəxsi və ictimai sferada 
göstərməyə  meyllənir.
O.Xubiyev «Qisas» povestində digər Qaraçay yazıçıları kimi 
müsbət  və  mənfi  personajların  sərt  şəkildə  kontrastlaşdırılması 
yolu  ilə  getmir.  O,  realist  yazıçı  kimi  mürəkkəb  və  ziddiyyətli 
canlı insanlarla bədii ünsiyyətə girdiyini yaxşı başa düşür. Bu po-
vestdəki müsbət personajlar bütün xüsusiyyətləri ilə təqdim olu-
nur. «Qisas» povestinin  episentrində şəxsi və ictimai, borc və hiss 
kimi mənəvi-əxlaqi keyfiyyətlərin toqquşması əsərin konfliktinin 
əsasını təşkil edir. Povestdə hadisələr iki istiqamətdə gedir. Birin-
ci xətti əsərin ötərgi qəhrəmanlarından biri aul məktəbinin direk-
toru Çamur və həmin məktəbin fizika müəllimi Domalay arasında 
mövcud olan münasibətlər, ikinci xətt isə Xorlamla Daum arasın-
da gedən münasibətlər təşkil edir ki, kitabda bu məsələ həm də 
ictimai dəyər kəsb edir. 
Çamurun  şəxsi  və  fərdi  daxili  gərginlikləri  onu  faciəvi  nə-
ticələrə gətirir. O, təsadüfən özünə qəsd etməklə, eyni zamanda 
böyük qardaşının arvadı Daumu da öldürür. Lakin əsərdə gedən 
sonrakı hadisələr bu hadisənin faciəviliyini örtərək onu arxa pla-
na  keçirir  və  belə  hal  faciəvilikdən  daha  çox  ağır  bir  itki  kimi 
qiymətləndirilir. Çamurun timsalında oxucu  vətənpərvərlik hiss-
lərindən məhrum olan, vətənindən, elindən, obasından, xalqından 
uzaq düşənlərin taleyinin sonda necə ağır nəticələndiyi göstərilir. 
Eyni zamanda müəllif haqlı olaraq belələrinin  dramatik vəziyyət-
lərini ortaya çəkməklə məktəb direktoru və fizika müəlliminin şər 
qüvvə daşıyıcıları olduğunu ortaya  qoyur.
Xorlam  obrazı  isə  yazıçı tərəfindən tamamilə fərqli  planda  
qələmə alınmışdır. O, Daum kimi özünə nəzarət etməyi, hisslərini 
ağılına tabe etdirməyi bacarır. Onun üçün sevgi nəinki təbii hiss-


Nizami Tağısoy
274
lərin ortaya çıxması, həm də insanı xeyirxah və güclü, qoçaq və 
zərif edən möhtəşəm bir  qüvvədir. Xorlam obrazını yazıçı əsasən 
lirik-vətənpərvərlik planında təqdim edir. Burada obraz bir qədər 
ənənəvi və stilizasiya fonunda ortaya qoyulsa da, O.Xubiyev onu 
əsasən müsbət personaj, yeni həyat ideallarına sadiq, sevgi uğrun-
da mübarizə aparmağı bacaran obraz kimi təsvir etməyə müvəf-
fəq olmuşdur. Lakin O.Xubiyev bəzi hallarda Xorlam obrazına 
onun qardaşından daha az diqqət yetirir. Yəqin elə buna görə də 
bəzi hallarda Xorlam obrazı quru və bəsitləşmiş təsir bağışlayır. 
Yazıçı iki qardaşı bir-biri ilə üz-üzə qoyub qarşılaşdırmaqla, on-
ların müxtəlif siyasi - əxlaqi qütblərdə dayanması ilə onlardan hər 
birinin mənəvi keyfiyyətlərini açmağa çalışmışdır.
O.Xubiyev Daum obrazını da bədii nöqteyi-nəzərdən böyük 
məhəbbətlə yaratmağa səy göstərmişdir. Əsərdə o, bir qədər ləng, 
tənbəl, asta tempera mentli olmasına baxmayaraq, ondakı bu key-
fiyyətlər heç də onun süstlüyü kimi dərk edilməməlidir. Ona la-
zım olduqda hisslərini cilovlamağı bacarır, o, sevginin, şənliyin, 
inam və arzunun, qorxunun nə olduğunu yaxşı bilir. Bütün bunlar 
onu daxilən gözəl,  mənəviyyat etibarı ilə zəngin edə bilir.
O.Xubiyev müsbət tipləri ustalıqla yarada bildiyi kimi onun 
yaradıcı təcrübəsində mənfi tipləri yapmanın da öhdəsindən ba-
carıqla gəlir. Onların sırasında Çamur və Xorlamın bacısı Nanık, 
Məhsudə və onun anası Zurum, Gökgə və başqalarıdır. O.Xubi-
yev Nanıkın meşşan naturasını əsərdə gedən dramatik hadisələr 
fonunda kifayət qədər uğurlu aça bilmişdir. «Qisas» povestinin 
bu cəhətinə vaxtı ilə N.Kaqiyeva da lazımınca diqqət yetirmişdir 
(20,212).
Povestdə Çərkəz qızı Fatimə obrazı da mühüm çəkiyə ma-
likdir. Qaraçay aullarından birində yaşayan bu qadının əri cə-
bhədə həlak olmuşdur. Aulda hamı ona hörmətlə yanaşır. Ümu-
miyyətlə,  Fatimə  yazıçı  tərəfindən  hər  hansı  yersiz,  lüzum-
suz detallardan kənarda təsvir olunur. Onun simasında yazıçı 


Qaraçay  ədəbiyyatı
275
çərkəzlərlə qaraçaylılar arasındakı dostluğu diqqət mərkəzinə 
çəkir. «Qisas» povestindəki maraqlı obrazlardan biri Səfərdir. 
Yazıçı bu obrazı elə şəkildə təsvir etmişdir ki, bütün əsər boyu 
oxucunun ona rəğbəti hiss olunur. 
Beləliklə, O.Xubiyevin «Qisas» povestinin eksklüziv təhlili 
bu əsərin nəzərdən keçirdiyimiz illər Qaraçay nəsrindəki yerini 
və  rolunu  göstərməyə  bizi  sövq  etdiyindən  düşünürük  ki,  «Qi-
sas» povestinin milli Qaraçay nəsrinin inkişafında rolu böyük ol-
muş, bu əsərin əksər tərəfləri yazıçının bədii metodunun ortaya 
qoyulmasında,  onun  müəllif  fərdiliyinin  özəl  xüsusiyyətlərinin 
müəyyənləş diril məsində  aparıcı  rol  oynamışdır.  Bunu  da  qeyd 
etməyə ehtiyac vardır ki, «Qisas» povestinə qədər Qaraçay nəsri 
yalnız ümumi – hamıya məlum və hər hansı mübahisə doğurma-
yan həqiqətləri çatdırırdı. Qaraçay ədəbiyyatında əksər hallarda 
kəskin konfliktli vəziyyət və halların üstündən sükutla keçilirdi. 
Osman Xubiyev isə yeni məzmunlu əsər ortaya qoymaqla Qara-
çay ədəbiyyatına yeni nəfəs gətirməyə müvəffəq oldu. Əsərin ək-
sər müddəaları, obrazları və onların müəllif traktovkası yetərincə 
polemik və mübahisəlidir. Bu əsərin polemikliyi ilə O.Xubiyev 
ilk növbədə ictimai-həyatın xeyli qatlarını təsvir mərkəzinə çək-
məklə Qaraçayın və qaraçaylıların müasir aktual sosial problem-
lərinin ortaya qoyulmasını və həll edilməsini diqqətə çatdırmağı 
özünün vətəndaşlıq və yazıçılıq borcu hesab etmişdir. 
5.7. 1950-1980-ci illər Qaraçay romanının poetikası
Qeyd edək ki, 1950-1980-ci illər də bütün bu dövrki çoxmil-
lətli sovet ədəbiyyatında olduğu kimi Qaraçay nəsrində də BVM 
mövzusuna maraq səngimirdi. Artıq 60-cı illərin sonlarına doğru 
Şimali  Qafqaz,  o  cümlədən  Qaraçay  ədəbiyyatında  müharibə-
nin bədii dərki ilə bağlı xeyli təcrübə əldə edilmişdi. Bu möv-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə