Nizami Tağısoy
84
ranış və hərəkətlərində cəngavər rəşadəti vardır. Onun bütün
fəaliyyəti işğalçılarla, zülmkarlarla qızğın döyüşlərdə və müba-
rizələrdə gedir. Öz fantastik xüsusiyyətləri ilə möcüzəli emegen-
lər dəfələrlə onun həyatını təhlükə altında qoyurlar. Təsadüfi
deyil ki, qəbiləsi onu nart hərbiçilərinin atası, arvadını və onun
köməkçisi Satanayı nartların anası adlandırır. Yeryüzmək heç
zaman dilinə yalan gətirmir, o, elə nart qəhrəmanları arasında
böyüyür ki, onlar onun doğrudanda böyük cəngavər olacağına
inanırlar. Məsələn, Yeryüzmək hələ uşaq vaxtı nartların “qır-
mızı saqqal, lakin qorxaq Fuka böyük məbləğdə töycü verdiyini
gördükdə and içir ki, öz qəbiləsini
onun cəngindən xilas et-
sin. Belə də olur. Satanaydan məsləhət alan Yeryüzmək Fuku
göydə öz şüşəli sarayında qətlə yetirir. Fuk öldükdən sonra
isə yeddi həftə bir üzünün üstündə qanlı yağışlar yağmaqla,
yerə bərəkət gəlir. Elə nartlar arasında ən sərrast ox atan ol-
duğundan onun tayı – bərabəri yox idi. Onda olan böyük gücü
nəinki nartlar, həm də onların düşmənləri olan emegenlər
yaxşı bilirdilər.Sosuruk eposun ikinci mühüm qəhrəmanıdır.
Onun obrazı ilə nartın möcüzəli doğuluş motivi bağlıdır. O,
həddi-buluğa çatdıqdan sonra Yeryüzməyi ölümdən, qaraçaylı-
ları beşbaşlı emegendən xilas edir, Sosuruk insanları gücdən çox
ağlının və düşüncəsinin köməyi ilə emegenlərdən qoruya bilir.
Sosurukun emegenlərlə mübarizəsi bu sözlərlə sona çatır:
“Bax, Sosuruk Qaraçay xalqını emegenlərdən azad etdi”.
Biz həm Yeryüzmək, həm də Sosuruk dastanlarında eposdakı
obrazların təkamülünü görürük. Onlar konkretləşməklə və real
məzmunla doldurulmaqla öz şərtiliklərini itirirlər. Bu das-
tanların aparıcı motivi nartların düşmənlərə qarşı vuruşunun,
qəhrəmanların mübarizələrinin əksər hallarda ölümlə nəticələnə
biləcəyinə baxmayaraq, onların xalqın xoşbəxtliyi uğrunda
mübarizə apardıqları fəaliyyət ilə bağlıdır.
Maraqlıdır ki, Qaraçay-malkar nart dastanlarının sonrakı