Qaraçay ədəbiyyatı
131
son rübündən başlayaraq qaraçaylılar içindən də mütərəqqi rus
və dünya mədəniyyəti ilə yaxından tanış olmaq istəyənlərin sayı
sürətlə artırdı. Belə ziyalılar doğma xalqın maariflənməsində və
məktəbə istiqamətlənməsində mühüm rol oynayırdılar. Bu yöndə
K.Koçkarov, İ.Krımşamxalov, İ.Bayramukov, X. və S.Xəlilovlar,
T.Biçiyev, İ.Xubiyev və başqalarının rolu danılmazdır.
Qaraçay-malkar yazılı ədəbiyyatının ilk nümunələrindən da-
nışdıqda mütləq 1909-cu ildə Dağıstanda Temirxan-Şurada (indi-
ki Buynaksk şəhəri) ərəb qrafikası ilə nəşr olunmuş Hacı Loğman
Əsani əl-Balkarinin “Kitabü Mürşidin-Nisa” (“Qadının rəhbər ki-
tabı”) əsərinin adını çəkmək zəruridir. Bu əsər 2006-cı ilə qədər nə
dil, nə məzmun, nə də kompozisiya baxımından heç bir halda öy-
rənilib incələnməmişdir. Yalnız XX əsrin sonları – XXI əsrin əv-
vəlllərindən başlayaraq, Ankara Universitetinin məzunu Adilxan
Adiloğlu adı çəkilən əsərin təhlili və araşdırılması ilə yaxından
məşğul olaraq bu nümunənin incələnməsini Hacı Loğman Əsani
əl-Balkari və Hacı Kazım Möçülaninin (Kazım Meçiyevin) xa-
tirələrinə ithaf edərək onu fonetik, leksik, morfoloji və s., bir söz-
lə, həm də qrammatik baxımdan təhlillərə cəlb etmişdir. Yeri gəl-
mişkən qeyd edək ki, Adilxan Adiloğlunun bu əsərinin araya-ər-
səyə gəlməsinə onun həm də Qaraçay-malkarlar, onların tarixi,
etnoqrafik həyatı, mədəniyyəti və ədəbiyyatı haqqında yazdığı
“Qaraçay-Malkar türkləri”, “Sovet dönəmində Qaraçay-malkar
ədəbiyyatı”, “Məqalələr və incələmələr-1” adlı kitabları da təkan
vermişdir (1,162). Beləliklə də, əsər məhz bu tədqiqatdan sonra
geniş elmi dövriyyəyə daxil edilmişdir. “Kitabü Mürşidin-Nisa”
əsərinin özünün tapılmasının da maraqlı tarixçəsi vardır. Belə
ki, “Kitabü Mürşidin-Nisa” əsərinin Türkiyədəki nüsxəsi Ayfon
Kocatəpə Universitesinin Türk Dili və Ədəbiyyatı müəllimi Ve-
dat Balkan tərəfindən ortaya çıxarılmış Uçıhisar Uçəsinə bağlı
Doğlat kəndində Kamil Barak adlı bir şəxsin kitabxanasında ol-
muşdur. Adilxan Adiloğlu da məhz kitabın bu nüsxəsini Vedat
Balkandan xahiş edib almış və onu təhlil etməyə başlamışdır.
Nizami Tağısoy
132
Bundan sonra müəllif əsərlə bağlı Kabarda-Malkar Respublika-
sının Elmi-Tədqiqat İnstitutunda çalışan prof.dr.Tamara Bittiro-
va ilə əlaqə yaradaraq bu əsər və onun müəllifi haqqında ona
məlumat vermişdir. Tamara Bittirova Adilxan Adiloğluna əsərin
bir nüsxəsinin bu İnstitutda saxlanıldığını bildirmişdir. Adilxan
Adiloğlu həmin nüsxənin də fotokopiyasını əldə etdikdən sonra
onun hərtətəfli təhlilinə başlamışdır.
“Kitabü Mürşidin-Nisa” 1909-cu ildə yuxarıda adını çəkdiyi-
miz şəhərdə Mühəmməd Mirzə Mavrayevə (1878-1964) məxsus
olan “İslam mətbəəsi”ndə 1000 nüsxə ilə nəşr olunmuşdur. “Ki-
tabü Mürşidin-Nisa” əsərində qadınlardan bəhs edilməklə onla-
rın islam dini baxımından həyat tərzi anladılmaqdır. Bu əsərin
Hacı Loğman Əsani əl-Balkariyə aid olan hissə nəsrdə, sonu isə
100 beyt olmaqla mənzumədən ibarətdir. Xalq arasında “İman-İs-
lam” adıyla tanınan bu mənzumənin kitabın 42-ci səhifəsinin
15-ci sətrində ifadə edilməklə bərabər, həm də Qaraçay-malkar
ədəbiyyatının banisi hesab edilən Kazım Möçülaniyə aid bir mən-
zumə olduğu anlaşılmaqdadır.
Dağıstanda mətbəə və nəşr işləri Qafqazlı avar Mühəmməd
Mirzə Mavrayev və böyük alim Bəkir Çobanzadənin dediyi kimi
kumux türklərinin “Birinci Hacc-i Əvvəli və Üsul-i Cədid”i Da-
ğıstana ilk gətirən Əbusufiyan Akayev (1872-1931) olmuşdur.
Əbusufiyan Akayev və Mühəmməd Mirzə Mavrayev 1929-cu ilə
qədər adını çəkdiyimiz mətbəədə kumux türkcəsi ilə müxtəlif dil-
lərdə xeyli kitabların yayımlanmasına nail olmuşlar.
Hacı Loğman Əsani əl-Balkari (1874-1931) Kabarda-Malkar
Respublikasının Çeqem (Yuxarı Malkariya) bölgəsindəki Muxol
kəndində anadan doğulmuşdur.İlk təhsilini doğma kəndin məd-
rəsəsində aldıqdan sonra Vladiqafqazda Realnı məktəbində (yəni
liseydə) oxumuşdur. Dağıstan mədrəsələrində İslam elmlərini
öyrəndikdən sonra Qahirədəki Əl-Əzhər Universistetində kurslar
keçmişdir.
O, Qaraçay-malkar türklərinin ilk aydınları sırasında yer
Qaraçay ədəbiyyatı
133
almaqla bolşevik və sovet rejiminin təbliğatlarına da qatılmış,
kolxoz quruculuğunda yaxından iştirak etmişdir.
Hacı Loğman Əsani əl-Balkari dövrünün geniş təhsil görmüş
ziyalılarından olmasına baxmayaraq, onun “Kitabü Mürşidin-Ni-
sa”dan başqa hər hansı bir əsəri olmamışdır. Eyni zamanda bunu
da bildirək ki, adı çəkilən əsərin böyük bir bölümü (bu haqda ki-
tabın 31-ci səhifəsində məlumat vardır. “Mürşidül-Müteehhilin”
adlı əsərdən tərcümə edilmişdir. Bundan başqa müəllif Kazım
Möçülanının şeirlərini də burada bir araya gətirib onu nəşr etdir-
mişdir. Həmin dövrdə dini və sosial səciyyəli şeirləri ilə məşhur
olan Kazım Möçülanı ilə Hacı Loğman yaxın dost olmuşlar. Ho-
lamlı Yaqub Caba ilə Çöppelev Bözü Əfəndinin maddi və mənə-
vi dəstəyi ilə Hacı Loğman Kazım Möçülanının şeirlərini topla-
yaraq onların adını çəkdiyimiz kitabda nəşrinə nail olmuşdur.
Qaraçay yazılı ədəbiyyatı öz təşəkkülündə şifahi xalq poezi-
yası ənənələrinin mükəmməl nümunələrindən istifadə etməklə
ədəbi prosesə qoşula bilmişdir (3). Bəhs etdiyimiz Əl-Balkarinin
“Kitabi Mürşidin-Nisa”nı nəzərə almasaq, Qaraçay ədəbiyyatı-
nın XX əsrin 20-ci illərinə qədər yazılı ənənələri (Kaltur istisna
olmaqla) o qədər də göz önünə gəlmir. Bununla belə 30-cu illərin
əvvəllərindən başlayaraq, Qaraçay ədəbiyyatında müxtəlif janrlı
nəzm və nəsr əsərləri yaranmağa başlamışdır. Qaraçay yazılı ədə-
biyyatının təşəkkülü ilk növbədə milli ziyalı kadrlarının, xalqın
iqtisadiyyat və mədəniyyətinin inkişafı, Qaraçay dilində qəzet,
jurnal və məktəblər üçün dərsliklərin nəşri, dörd xalqın (Qara-
çay, çərkəz, malkar, kabardin) nümayəndələrini birləşdirən Qara-
çay-Çərkəz Yazıçılar Təşkilatının yaranması ilə ortaya gəlmişdir.
Bütün bunlar son nəticədə Qaraçay ədəbiyyatının, o cümlədən
bədii nəsrin formalaşmasına təkan vermişdir.
Qaraçay ədəbiyyatının təşəkkülü məsələsi bir sıra müəlliflər
tərəfindən müxtəlif aspektlərdən tədqiqatlara cəlb edilmişdir.
Onların sırasında A.İ.Qarayevanın (14;15), N.M.Kaqiyevanın
(10;11), S.M.Akaçiyevanın (2) və başqalarının adlarını çəkmək
Dostları ilə paylaş: |