Nizami Tağısoy
134
olar. Bu məqsədlə A.Qarayeva H.Appayevin ”Qara sandıq”,
D.Qubanovun “Dağlarda səs”, O.Xubiyevin “Amanat” romanla-
rının məzmun, problematika və başlıca obrazlarını nəzərdən ke-
çirsə də, romanların janr özünəməxsusluğu və onların Qaraçay
romanın təşəkkülündə yerini və rolunu müəyyənləşdirməmişlər.
A.Qarayevanın və N.Kaqiyevanın kitablarında H.Appayevin
“Qara sandıq”, D.Kubanovun “Dağlarda səs” və “İki zaman”,
H.Bayramukovanın “İllər və dağlar”, O.Xubiyevin “Amanat”,
və “Yuxusuz gecələr” romanları təhlil olunmuşdur. S.Akaçiyeva-
nın “Qaraçay romanı. Janrın təşəkkülü və inkişafı” kitabında isə
X.Bayramukovanın “Dan ulduzu”, M.Bayçorovun “Böyük Qara-
çayda”, Q.Qorxmazovun “Qisas qılıncı” dilogiyası geniş şəkildə
nəzərdən keçirilmişdir. Qaraçay ədəbiyyatının təşəkkül tarixini
və inkişafını, onun janr özünəməxsusluğunu nəzərdən keçirmək,
poetikasının tipoloji xüsusiyyətlərini müəyyənləşdirmək və on-
lara milli bədii ənənələrin təsirini göstərmək üçün bu ədəbiyyatı
bədii-tarixi planda nəzərdən keçirməyə ehtiyac vardır.
Qaraçay ədəbiyyatının təşəkkülündən danışdıqda nəinki bu
xalqın, həm də digər Şimali Qafqaz xalqlarının ədəbiyyatının
təşəkkülü göz önünə gəlir. Bu ədəbiyyatların təşəkkülü, demək
olar ki, eyni vaxta təsadüf edir.
3.1. Qaraçay poeziyası haqqında ümumi məlumat
Beləliklə, XX əsrin 20-ci illərindən başlayaraq Qaraçay ədə-
biyyatında müxtəlif janrlarda – poeziya, nəsr, dramaturgiya və
publisistik nümunələr yaranır və inkişaf etdirilir. Digər janrlara
nisbətən lirik poeziya daha geniş planda İ.Qaragetov, A.Urtenov,
D.Bayqulov və digərlərinin yaradıcılığında xüsusi ilə vüsət alırdı.
30-cu illərdən başlayaraq nəsr nümunələri yaranırdı. Nəsr əsərlə-
rinin yaranması ilk növbədə folklordan qaynaq alıb gəlmiş milli
bədii ənənələrə söykənirdi. Əlbəttə, folklora belə müraciət heç