Nizami Tağısoy
258
Romanda uğurlu və koloritli cizgilərlə verilmiş obrazlardan
biri Ölməzdir. Ölməz son dərəcə bacarıqlı, iradəli və cəsur qa-
dındır. Aul məktəbində min bir əziyyətlə para qazanan Ölməz
özünü müdafiə etməyə qadirdir. O, onun ləyaqətini ayaq altı-
na atmaq istəyən varlı kişinin qurbanına çevrilmək əvəzinə öz
hüquqlarının müdafiəsi üzərində düşünür, nişanlısının yapon
müharibəsindən qayıdacağını səbrsizliklə gözləyir.
M.Bayçorovun «Böyük Qaraçayda» romanının süjet xəttində
və problematikasında, onun aparıcı obrazlarının təsvirində bir sıra
ənənəvilik olsa da, müəllif əvvəlki yazıçıların əsərlərinin mövzu
və ideyalarını kor-koranə təkrar və təqlid etmək yox, əksinə qara-
çaylıların zəngin milli məişətini, həyat tərzini, psixologiyasını Şi-
mali Qafqazda yaşayan digər xalqlardan fərqli cəhətləri və xalq
həyatının mənzərələrini yaratmağa müvəffəq olmuşdur.
5.4. Dair Kubanovun roman yaradıcılığında epik
zaman və obrazları səciyyələndirmə ustalığı
D.Kubanovun «Dağlarda səs» romanının kompozisiyasında
çoxplanlı süjet xətləri vardır ki, onlar abreklər (Biynöger, Badi-
mat, İbrahim, Kanamat), varlılar (Kiyamət), knyazlar (Kanşau-
biy və Əlmirzə), əfəndi (Məhəmməd Əmin), kasıb ailələri (Əh-
məd Həsənbəy, Mələxan), çar məmurları və nökərləri (Bəymirzə,
Taubiy, Mazan), polis (Matay və Kaytuk) satqınlar (Cangöz və
Tokal), jandarm zabiti (Reyzer), pristavlar (Afanas və Larin) və
digərlərindən ibarətdir (30).
Romanın süjet quruluşunda özlərində dağlıların ən mühüm
xüsusiyyətlərini əks etdirən qəhrəman abreklərin obrazı aydın şə-
kildə əks etdirilmişdir. Eyni zamanda ilk Qaraçay romanı kimi
burada Kanamat obrazının bir sıra xüsusiyyətləri digər Şimali
Qafqaz romanları üçün də nümunə kimi göstərilməyə layiqdir.
Qaraçay ədəbiyyatı
259
S.Akaçi yeva haqlı olaraq qeyd edir ki, Kanamat qaraçaylılar için-
də ənənələri əks etdirən ilk mütərəqqi yeni inqilabçı nümunəsidir
(1,35). Romanda həyatda əllərindən hər şeyi çıxmış, min bir məh-
rumiyyətlərə düçar olmuş, mənəvi cəhətdən gücü tükənməyən
abreklərin dostluğa sadiq olub, kasıblara dayaq durmağı bacaran
insanların ədalət uğrunda istismarçılara qarşı mübarizəsi əksini
tapmışdır. Eyni zamanda əsərdə incəliyi, nəcibliyi, qayğıkeşliyi
ilə sevməyi bacaran dağlı qadınlarının da obrazı koloritli yer
tutmaqdadır. Onların sırasında sürgünə göndərilmiş ərinin qisa-
sını almağa hazır olan Taycan, dul qadın Mələxan (onun əri zin-
danda ölmüş, uşaqları abrekliyə qoşulmuş, özü də zindana atıl-
maqla uzun müddət tənha yaşamağa məcbur olmuşdur), Əlmirzə
knyazın qurbanına çevrilmiş gözəl-göyçək Nəzifət (o, öz sevgilisi
Biynögerə sadiq olmaqla, Kuban çayında həyatını qeyb etməyi
üstün tutmuşdur), təvazökarlığı ilə seçilən Nəzifətin rəfiqəsi Lay-
dan və başqaları vardır.
Romanda bir-birinə qarşı dayanmış iki hərbi düşərgə haqqın-
da söhbət gedir. Onlar əməkçi xalqa qarşı dayanmış knyaz Kan-
şaubiy, starşina, Bəymirzə, Taubiy və Mazan, partizan dəstələri,
dəstə komissarı Dobrınin, partizan dəstəsi komandiri Sanin, dağ-
lılar qrupu Sahib, Kanamat, Şahmirzə, Taulan, Osman, İsmayıl,
Böyük və Kiçik Qaraçay aullarının mübarizəsini istiqamətlən-
dirənlər və başqalarından ibarətdir.
Düşmən düşərgəsi romanda lakonik, eyni zamanda qabarıq
və hərtərəfli xarakterizə olunmuşdur. D.Kubanov onların daxili
aləmini açmaqla, həyatda yeniliyə qarşı çıxdıqlarını uğurlu təsvir
etmişdir.
Böyük Vətən Müharibəsi mövzusuna həsr olunmuş Qaraçay
nəsri nümunələri sırasında Dair Kubanovun «İki zaman» («Эки
заман») (26) romanını qeyd etməyə də ehtiyac vardır. Harun
Boqatıryovun və Hənəfi Ebzeyevin əsərləri kimi bu roman da
avtobioqrafik xarakterlidir. Müəllifin özü BVM-nin iştirakçıla-
Nizami Tağısoy
260
rından olmuşdur. Onun hərbi taleyi romanın baş qəhrəmanı Na-
zir Batırovun taleyi ilə eynidir. Üç kitab, altı hissədən ibarət olan
D.Kubanovun bu romanında Qaraçay ərazisində və Böyük Vətən
Müharibəsi gedən rayonların işğalı zamanı bəzi hadisələrin əsl
mahiyyəti (həm ön, həm də arxa cəbhədə) açılıb göstərilməklə,
müharibənin əsərin çoxsaylı personajlarının taleyində və mənəvi
həyatında yeri və rolu təsvir obyektinə çevrilmişdir.
Romanın birinci hissəsi əsərin baş qəhrəmanın - Nazir Ba-
tırovu müharibə ərəfəsində təsvir edir. Müəllif onun hərbi məktəb
kursantı, buraxılış imtahanlarını verib hərbi xidmət yerinə gön-
dərildiyini, məzuniyyət alıb gənc zabit dostu Xukrikovla birgə
doğma vətəni Kislovodska getməsini, orada onun Bela adlı qızla
tanış olmasını, bir-birini ürəkdən sevməsini, hər iki sevgililərin
valideynlərinin bundan xoşbəxt olmasını, Nazirin öz hərbi hissə-
sinə qayıtmasını, artilleriya batareyasında xidmətini, uzun müd-
dət Nazirin sevgilisindən məktub almamasını, Belanın nəyə görə
susmasını, kimlərin onların sevgisinə həsəd aparıb pisliyə çalış-
masını və s. kimi məqamları detalları ilə təsvir edir. D.Kubano-
vun «İki zaman» romanı çoxsaylı obrazlar qalereyası ilə zəngin-
dir. Onlar Belanın anası Nurxan, Toxtar qoca, onun qızı Kanitat,
Belanın qardaşı Yunis, Toxtar qocanın oğlu Əhməd, Rəşid, Mər-
can, Vasya Ryabunov, Tarabukin, düşmən ordusunun komandanı
Paulyüs və başqalarından ibarətdir.
Nazir Batırova və onun nişanlısı Belaya həsəd aparanlar az
deyil. Bunlar ilk növbədə Toxtar qoca və onun qızı Kanitatdır.
Onlara elə gəlir ki, 1937-ci ildə Kanitatın ərinin təsdirləndirilərək
tutulmasında o vaxtlar NKVD-də işləyən Belanın qardaşı Yuni-
sin «rolu» olmuşdur. Bununla belə onlar Belanı Əhmədə nişanla-
maqla Əhmədi əsgərlikdən qurtarmağa çalışırlar. Lakin Belanın
Nazirlə nişanlanmasından xəbər tutduqda, onlar nişanlıların xoş-
bəxtliyinə mane olmaq haqqında düşünürlər.
Romanın ikinci kitabında Qaraçay işğal dövründə təsvir edi-
Dostları ilə paylaş: |