Qaraçay ədəbiyyatı
261
lir. İşğal ərəfəsində insanlar özlərini müxtəlif cür aparırlar. Bir
qrup insanlar əlinə silah alıb partizanlığa keçərək faşistlərlə fəal
mübarizə aparır, Yunis, Loğman partizan dəstələri ilə əlaqələndi-
rici rolunu oynayaraq müxtəlif tapşırıqlar yerinə yetirirlər. Toxtar,
oğlu Əhməd, qızı Kanitat isə satqınlıqla məşğul olaraq istismar-
çılara müxtəlif cür yardım etməyə çalışırlar. Nazir döyüş dostları
ilə birgə Rovno şəhəri yaxınlığındakı düşərgəyə hərbi əsirlər gəti-
rirlər. Nazir əldən düşərək, yaralanır. Müəllif əsir düşərgələrində-
ki dözülməz həyat şəraiti və məişətini təsvir edir. Eyni zamanda
o, Toxtarın, Əhmədin və Kanitatın Nazir və Bela ilə bağlı qara
fikirlər «axtarış»ında olduğunu da təsvir etməyi yaddan çıxarmır.
Bu arada Kislovodsk düşmən tapdağından azad edilir. Digərləri
ilə birgə Nurxan və Bela doğma şəhərə qayıdırlar. Bununla belə
onlar Yunisun döyüşdə öldürüldüyündən xəbərsizdirlər. Yalnız
sonralar Nurxan oğlunun məhv olduğundan xəbər tutur. Eyni za-
manda Kanitatın atası və qardaşı da faşistlər tərəfindən öldürülür.
Lakin bu heç də Kanitat üçün dərs olmamışdır. O, yenə də düş-
mənçiliyini davam etdirməkdədir. Küçədə Nazirin dostu Əlixa-
novu görən Kanitat özünü Belanın yaxın qohumu kimi qələmə
verir və Əlixanov ona Nazirin əsir düşdüyünü, NKVD-yə və Be-
laya məktub yazaraq onun vətən xaini olduğunu söyləyir. Xoşbət-
likdən hər şey dəyişir, birazdan Nazir üçgünlük məzuniyyət alıb
Kislovodska qayıdır. Belanı və onun ailəsini burada görmür. «İki
zaman» romanının ikinci kitabında əksini tapmış hadisələr 1942-
1943-cü illəri əhatə edir.
Romanın üçüncü kitabı Nazirin Cənub cəbhəsində, Sevasto-
polda və Belarusiyadakı döyüşlərdə iştirakına həsr olunmuşdur.
Eyni zamanda burada Belanı ailəsinin və Nazirin Qaraçayın azad-
lığında iştirak etdikləri göstərilir. A.Qarayeva yazır: «Romanın
başlıca süjet xəttində Nazirlə Belanın qarşılıqlı münasibətlərinin
əks etdirildiyini görürük. Bu da əsərin kompozisiyasının ikiplan-
lılığını göstərir: Nazirin taleyini, onun orduda xidmətini, Vətən
Nizami Tağısoy
262
müharibəsi cəbhələrində döyüşlərdə iştirakı, onun əsirlikdə ol-
ması fəsilləri Belanın taleyi, onun ailəsinin və Nazirin ailəsinin
Qaraçaydakı təsvir olunan fəsillərlə əvəzlənir. Belə kompozisiya-
ya görə də müəllif BVM dövrünün həyat mənzərələrini yaradır»
(22,111).
Bəs roman nə üçün «İki zaman» adlandırılmışdır? Əsərdə iki
zaman romanda təsvir olunan hadisələrə görə dinc, əmin-amanlıq
zamanı ilə müharibə zamanını əks etdirir. Bundan başqa əsərin
adının başqa bir mənası keçmiş həyatla gələcək həyatın mahiyyə-
tini açmağa tuşlanmışdır.
Romanda təsvir olunmuş obrazlar, müxtəlif qruplardan olan
personajlar onların səciyyəvi xüsusiyyətlərini açmaq baxımından
maraqlı materiallar verir.
Müəllif romanın baş qəhrəmanları Nazir və Belanın port-
ret xarakteristikasını son dərəcə ifadəli vasitələrlə təsvir edir.
Məsələn, Nazir «hamar ağ alınlı», «sıx dalğalı saçlı», «cəsur
baxışlı», «qartal kimi sürətli və cəld», «xəndəkdən çıxarkən uçan
quş» kimi təsvir edilir (26,14). Belanın isə biz aşağıdakı portret
xüsusiyyətlərini görür və oxuyuruq: «Başında saçlarından tut-
muş ayağının ucuna qədər bir dənə də olsun qüsur yoxdur, şəkil
kimi gözəl bir qızdır», «qara gözəl və uzun qaşları», «ağappaq
qar kimi alnı», «iri böyük qapqara məxmər kimi gözləri», «uzun
kirpikləri», «ağappaq yumşaq əlləri», «qalın uzun saçları» vardır
(28,59-69). Belə portret xarakteristikası həm də qəhrəmanların
digər xüsusiyyətlərində - onların nitqinin gözəlliyində, özlərinin
davranışında, qarşılıqlı münasibətlərində və s. əks olunur. Bəzən
müəllifin baş qəhrəmanlara olan sevgisi həddən artıq diqqət
mərkəzinə düşür. Bu isə öz növbəsində romanda təqdim olunmuş
bəzi xarakterlərin tipikliyini bir qədər şübhə altına alır. Lakin
bütün bunlara baxmayaraq, D.Kubanov cəbhə şəraitinin zəngin
və mürəkkəb realist mənzərəsini yarada bilir. O, oxucuları mü-
haribənin məşəqqətlərinə, ölüm-itiminə, qan-qadasına, əzab və
Qaraçay ədəbiyyatı
263
məhrumiyyət lərinə dərindən inandırır. «İki zaman» romanının
əksər səhifələri Nazir və Belanın həyatının əsas epizodlarını çev-
rələyir. Romanın epizodlarında qəhrəmanların hədsiz-hüdudsuz
düşüncələri, fikir və duyğuları, arzu və istəkləri əks olunmuşdur.
Lakin bəzən bütün bunlar müəllif tərəfindən olduqca uzun-uza-
dı təsvirlərlə oxucuya çatdırılır. Əsərin belə süjet – kompozisiya
quruluşu həm də onun kəmkəsirlərindən xəbər verir. Romanda
müharibə dövründə gedən tarixi hadisələrin mürəkkəbliyindəki
və dramatiz mindəki sünilik və sevgi intriqaları bəzən o qədər
uzadılır ki, müəllif qəhrəman ların psixoloji xarakteristikasını, on-
ların mənəviyyatındakı təkamülü heç də bütün hallarda yetərincə
açmağa nail ola bilmir. D.Kubanov qəhrəmanlarının obrazlarını
mükəmməl təqdim etmək istəyi ilə onların güc, hiss və sarsıntı-
larına daha böyük məna verməyə çalışır. Bununla belə müharibə
illərinin zəngin həyat materialı heç də bütün hallarda D.Kuba-
nov tərəfindən ustalıqla verilmir. Lakin qeyd etməyə ehtiyac var-
dır ki, D.Kubanov Belanın anası Nurxan xanım obrazını olduq-
ca böyük ustalıqla yaradaraq onu fərdiləşdirə bilmişdir. Müəllif
Nurxanı ailə başçısı, ailənin qoruyucusu və ən başlıcası ana kimi
xarakterizə edə bilmişdir. Romanda bu obraz emosional-hissi
zənginliyi, məsuliyyəti, evdə qarşılıqlı hörmət mühiti yarada bil-
mə, qızının yaxın rəfiqəsi və məsləhətçisi kimi olmaqla, xalqının
adət-ənənələrinə hörmətlə yanaşan, formalist münasibətlə barış-
mayan bir qadın – ana kimi səciyyələndirilir. Nurxanın xarakteri
digər insanlarla münasibətində, özünün davranış manerasında və
düşüncəsində açılır. Milli xüsusiyyətləri ilə seçilən Nurxan ro-
manda insanlıq ideyasının daşıyıcısı kimi humanist xarakteri ilə
oxucu qarşısında dayanır. Bəlkə də müsbət qəhrəmanlar qalere-
yasında Nurxan müəllifin ən uğurlu yapdığı obrazdır. Çünki ro-
manın kompozisiyasında əsərin ideya-məzmun xüsusiyyətlərini
onun lakonikliyi və təbii təsvir vasitələri ilə verə bilmə D.Kuba-
novun böyük müvəffə qiyyəti hesab olunmalıdır.
Əsərdəki iki obrazlar qrupu ilə yanaşı, orada həm də bir sıra
Dostları ilə paylaş: |