Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə31/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   27   28   29   30   31   32   33   34   ...   137

 
80 
Низами Гянджеви),Сокровищница тайн. Тегеран, 1988.  
7.
 
 رارسلاا نزخم, یا هجنگ یماظن ميکح

  
 زيياپ:مهدزناش پاچ
۳۱۳۱
 \\Тегеран, 1393. 
8.
 
http://www.almaany.com/ar/dict/ar-ar/  –  يناعملا  سوماق  -  يبرع  يبرع  مجعم   
(толковый словарь на арабском языке) 
9.
 
http://www.islamnews.ru/koran/?syra=2&ayts=255& 
10.
 
http://www.islamnews.ru/koran/?syra=2&ayts=255&aytp 
11.
 
http://www.islamnews.ru/koran/?syra=35&ayts=41&aytp 
12.
 
http://www.islamnews.ru/koran/?syra=35&ayts=41&aytp 
13.
 
http://www.islamnews.ru/koran/?syra=59&ayts=23&aytp 
14.
 
Коран. Перевод  И. Ю. Крачковского, 1990.  
15.
 
http://www.islamnews.ru/koran/?syra=59&ayts=23&aytp 
16.
 
Кныш  А.Д.  Учение  Ибн  ‘Араби  в  поздней  мусульманской  традиции. 
Суфизм в контексте мусульманской культуры,  Москва; «Наука»,1989. 
17.
 
http://www.islamnews.ru/koran/?syra=62&ayts 
18.
 
http://www.islamnews.ru/koran/?syra=62&ayts
 
 
Vəfa Hacıyeva 
 
QURAN VƏ NİZAMİ GƏNCƏVİNİN 
“SİRLƏR XƏZİNƏSİ” 
 
Xülasə 
 
Dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin  (XII  əsr)  “Sirlər 
xəzinəsi”  poemasında  öz  dövrünün  ədəbi  ənənəsinə  uyğun  olaraq,  qəsidə  janrında 
qələmə aldığı  Allahın güc və mərhəmətini zikr edən “Münacat” (Uca və mərhəmətli 
Allah ilə gizli söhbətlər)  mistik əhval-ruhiyyəli  bölümündə  şairin dünyagörüşünün 
dini-mistik  aspekti  bariz  şəkildə  təzahür  edir  və  şair-mütəfəkkirin  “Əhl-e  tovhid”, 
“Əhl-e mə’rifət” olduğu anlaşılır. Allahın “Əsma-ül-hüsna” (“gözəl isimlər”) və ona  
mənsub  1001  məşhur  sifətləri  (epitetləri)    Nizami  düşüncə  sistemini  əks  etdirən 
onomastik məkan kimi məhz bu fəsildə ön plana çıxır. 
 
Vafa Hajiyeva 
 
THE KORAN AND NIZAMI GANJAVI’S  
“TREASURY OF MYSTERIES” 
 
Summary 
 
The great Azerbaijani poet and thinker Nizami Ganjavi (in the XII Century) 
in  the  poem  of  "Treasury  of  Mysteries",  accordance  to  the  literary  tradition  of  his 
time,  had  penned  in  the  genre  of  the  ode,  in  the  entitled  "Munajat"  (secret 
conversation) which is in mystical mood and remembranced God's power and mercy 
is  reflected  religious-mystical  aspect  of  the  poet's  outlook  clearly.  It  is  understood 
that  poet-thinker  was  "Ahl-e  tovhid"  (Monotheism)  and  "Ahl-e  ma’rifa" 
(knowledge). 


 
81 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Təranə ABDULLAYEVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
 
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN HEKAYƏLƏRİ
 
 
Açar sözlər: M.Ə.Rəsulzadə, bədii yaradıcılıq, portret, hekayə, publisistika 
Key words: M.A.Rasulzadeh, artistic creativity, portrait, story, publicity 
Ключевые слова: М.Э.Расулзаде, художественное творчество, портрет, 
рассказ, публицистика
 
 
M.Ə.Rəsulzadə irsinin böyük əksəriyyətini ictimai-siyasi məqa-
lələr  və  elmi-fəlsəfi  araşdırmalar  əhatə  edir.  Ömrünü  vətəninin,  mil-
lətinin azadlığı  yolunda məşəl kimi  yandırmış bu mütəfəkkir, son nə-
fəsinə  qədər  Azərbaycanın  müstəqilliyi  naminə  çalışmışdır.  M.Ə.Rə-
sulzadənin  iki  yüz  əllidən  çox  publisistik  yazısını,  “Azərbaycan  şairi 
Nizami”,  “Əsrimizin  Siyavuşu”,  “Çağdaş  Azərbaycan  ədəbiyyatı”, 
“Çağdaş Azərbaycan tarixi”, “Qafqaziya türkləri”, “Azərbaycan Cüm-
huriyyəti” və digər bu kimi tarixi, ədəbi, ictimai-siyasi, fəlsəfi əsərləri 
əhatə edən müxtəlif səpkili  yaradıcılığını ümumi bir xətt – millətinin 
böyüklüyünü  ilk  növbədə  özünə  aşılamaq  və  onun  müstəqilliyinin, 
əsrlər öncəki tarixinin möhtəşəm dönəmlərinə münasib xoşbəxt istiq-
balının  təntənəsini  xalqı  ilə  birlikdə  yaşamaq  eşqilə  fəaliyyət  göstər-
mək və bu yolu həyat amalına çevirmək məqsədi birləşdirir. 
Bildiyimiz kimi, M.Ə.Rəsulzadə yaradıcılığa şeirlə başlamışdır. 
Amma elə yaradıcılığının ilk dövrlərindən zamanın ab-havasına uyğun 
və daha çevik, daha real görünən publisistik janra üstünlük vermişdir. 
Lakin  ictimai  həyatın  bütün  cəhətlərinə,  vətənin,  millətin  problemlə-
rinə  həssaslıqla  yanaşan,  öz  düşüncə  süzgəcindən  keçirib  mürəkkəb 
məsələlərə cavab tapmağa çalışan M.Ə.Rəsulzadə, qoyulan məsələnin 
təqdimatında  ifadə  tərzinin,  oxucuyla  ünsiyyət  üsulunun  məqsədə-
müvafiq  variantlarını  da  tapmağı  bacarmışdır.  Bu  baxımdan  “Şərqi-
Rus”, “Tərəqqi”, “Təkamül”, “İqbal”, “Şəlalə”, “Dirilik”, “Açıq söz”, 


 
82 
“Azərbaycan”,  “İrani-nou”,  “Türk  yurdu”,  “Yeni  Qafqaziya”,  “Odlu 
yurd”,  “Azəri”,  “Bildiriş”,  “Azərbaycan  yurd  bilgisi”  (İstanbul),  “İs-
tiqlal”, “Qurtuluş” (Berlin), “Qafqaz” (Paris), “Azərbaycan” (Ankara), 
“Yoldaş”  ,”İrşad”,  “Füyuzat  “,  “Türk  yurdu”  və  s.  mətbuat  orqanla-
rında dərc olunan yazıları fikrimizi təsdiqləməyə əsas verir. M.Ə.Rə-
sulzadə  həllinə  çalışdığı  məsələləri  əksərən  bədii-publisistik  biçimdə 
təqdim etməklə yanaşı, dərc olunduğu mətbuat orqanının ümumi fikir 
atmosferinə,  ideoloji  qayəsinin  ovqatına  uyğunlaşdırır  və  bütün  mə-
qamlarda  mövzunu  əsas  məqsədə,  milli  özünüdərk,  istiqlal,  haqq  uğ-
runda mübarizə hərəkatının yüksəlişi ideyasının ifadəsinə yönəldirdi. 
Maraqlıdır ki, M.Ə.Rəsulzadənin nəsr yaradıcılığında da bu cə-
hət  özünü  gizlətmir.  Müəllifin  bütün  xüsusiyyətlərilə  tam  bir  hekayə 
janrına uyğun əsəri haqqında danışmaq çox çətindir. Çünki əldə olan 
“Bəbir  xan”,  “Qəzetəçi  Seyyid”,  “Bir  qocanın  müsibəti”,  “İşsiz”, 
“Uşaqlıq  xatirəsi”,  “Vəsiyyətnamə”,  “Nə  acı  bir  gülüş,  nə  dəhşətli 
istehza”, “Ürək dağlanır”, “Şər  arvadlar”,  “Xatirə”, “Körpü həmmal-
ları”, “Yol təəssüratı” kimi hekayə və esse janrına uyğun gələn yazı-
ları konkret ideoloji məsələnin təqdimatının  yardımçı tərəfi, publisis-
tik  mövzunun  tərkib  hissəsi  kimi  qələmə  alınmışdır.  “M.Ə.Rəsulza-
dənin  bir  çoх  publisistik  yazıları  da  kəskin  süjetinə,  formasına,  yazı 
tərzinə  görə  bədii  əsəri  хatırladır  və  bunların  müəyyən  qismi  qeyd-
şərtsiz nəsr nümunəsi kimi səciyyələndirilməlidir. Təsadüfi deyildir ki
bu  xüsusiyyətləri  əsas  tutan  bəzi  tədqiqatçıların  yazılarında  M.Ə.Rə-
sulzadə Azərbaycan mühacirət nəsrinin aparıcı şəхsiyyəti kimi təqdim 
olunur” [1, s. 122]. Belə yazılar, eyni zamanda maarifçi səciyyə daşı-
maqla daha çox lirik-psixoloji ovqata kökləndirilmiş, müəyyən situasi-
yalarda  obrazların  xarakterik  cəhətlərinin  ifadəsi  üzərində  qurulmuş-
dur.  İdeya  və  məzmun  baxımından  sosial-ictimai  həyatın  müxtəlif 
problemlərini  əhatə  edən  bu  cür  kiçikhəcmli  əsərlərin  qəhrəmanları 
əksərən yazıçının müasiri olduğu dövrün kiçik adamlarıdır. Yazıçı hə-
yatın dibinə çökdürülmüş bu cür personajları oxucusuna təqdim edər-
kən  hər  situativ  variantın  özünə  müvafiq  təsvirini  yarada  bilir.  Eyni 
zamanda  qəhrəmanın  portret  cizgiləri  obyektiv  dəqiqliklə  işləndiyin-
dən  oxucunun  münasibətinin  müəyyənləşməsində  müəllif  müdaxilə-
sinə ehtiyac qalmır. “Sənət əsərlərində portret insan surətlərinin canlı, 
görümlü çıxmasına, xarakterlərin daha  yaxşı  açılmasına xidmət  edir” 
[2, s. 181]. M.Ə.Rəsulzadənin hekayə janrında işlədiyi əsərlərin əksə-
riyyətində  yazıçının  irəli  sürdüyü  problem  konkret  bir  portretin  əha-
təsində bədii həllini tapır və burada məsələ ancaq zahiri cəhətlərin təs-
viri  ilə  bitmir,  yazıçı,  eyni  zamanda  qəhrəmanın  bu  zahiriliyin  arxa-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə