Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə127/131
tarix01.11.2017
ölçüsü2,47 Mb.
#7736
1   ...   123   124   125   126   127   128   129   130   131

 

396


reallıqdan yazanda janr kimi siyasi pamflet və  həcvlərdən də 

yararlanmışdır. 

X.R.Ulutürkün milli xarakteri sosial gerçəkliyin üzvi hissəsi 

olub, ondan nəşət alan, xalqın inam ve taleyində ümumiləşib 

özündə türkçülüyü, vətənçiliyi, azərbaycançılıq və Azərbaycan 

istiqlalını təzahür etdirən tarixi şəxsiyyət xarakteridir. 

Xəlil Rza filologiya elmləri doktoru, ədəbiyyatşünas və  ədəbi-

tənqidçi kimi milli ədəbiyyatın ciddi problemlərinə  həm  ədəbi-

nəzəri, həm də poetik səviyyədə münasibət bildirmişdir. Alimin 

klassik və müasir poetik irs, habelə, Türk, Qafqaz, Pribaltika, 

Slavyan, Avropa ölkələri  ədəbiyyatının örnəkləri ilə bağlı ciddi 

fikir mövqeyi olmuşdur. Onun H.Cavid, Ə.Cəfər,  Şəhriyar, 

M.Cəlil, R.Rza, S.Rüstəm, B.Vahabzadə, M.Araz, Qabil, S.Tahir, 

N.Həsənzadə,  Əli Kərim, H.Arif, C.Novruz, Ə.Kürçaylı, N.Xəzri, 

T.Bayram, Anar, A.Abdulla, S.Rüstəmxanlı, F.Sadıq, F.Mehdi, 

Z.Vəfa, Hidayət, M.Əliyev, A.Babayev, Z.Yaqub, R.Duyğun, 

H.Razi, M.Gülgün, N.Rəfibəyli, A.Aslanov, Ş.Əkbərzadə, 

D.Gədəbəyli, 

Şövkət xanım, R.Hüseynov, F.Məmmədli, 

R.İsmayıllı, İ.Kəbirli, F.Kərimli, Rübail və başqalarına olan ədəbi-

tənqidi münasibəti onların  əsərlərinin millilik və  bəşərilik 

keyfiyyətlərindən irəli gəlmişdir. 

Ədəbiyyatşünas-alim geniş  mənada  ədəbiyyatımızın  ənənə, 

novatorluq, realizm, müasirlik, milli xarakter və  bədii forma 

məsələlərindən danışmışdır. Bunu eyni zamanda bədii nəsrlə: 

İ.Şıxlı, M.Hüseyn, Ə.Cəfərzadə,  İ.Hüseynov, Anar, Y.Səmədoğlu 

ilə bağlı ədəbi-tənqidi məqalələrinə də aid edirik. 

Xəlil Rza əlyazmalarının böyük bir qismi ümumtürk 

mədəniyyəti ilə  əlaqəlidir. Həmin yazılar  əsasən qarşılıqlı 

münasibət zəminində olub, böyük və qüdrətli türk sənətkarlarından 

bəhs edir. Tofiq Fikrət, Rza Tofiq, Əbdülhaqq Hamid, Namiq 

Kamal, Nazim Hikmət, Məqsud 

  



 

397


Şeyxzadə, Abdulla Arif, Cəlal Kəmal, Abay Kunanbayev, Muxtar 

Auezov, Sədrəddin Ayni, Abdulla Tukay, Məhdimqulu, Qaysın 

Quliyev, Aybək, Qafur Qulama müraciət edəndə də məhz bir cəhət 

- türkçülük və turançılıq Xəlil Rza Ulutürk yaradıcılığında bir 

ideya, bir məfkurə olmuşdur. T.Fikrətin 100 illiyi ərəfəsində “Türk 

xalqının vicdanı”, M.Şeyxzadəyə həsr olunmuş “Sənət və istedadın 

qələbəsi”, “Sənətkar  şöhrətinin sirri”, “Böyük sənət xəzinəsi”, 

Abdulla Arif haqqında “Dostluq nədən başlanır”s Abaydan bəhs 

edən “Abay poeziyası Azərbaycan dilində”, Muxtar Auezovdan 

danışan “Bədii söz nəhəngi”, Sədrəddin Aynidən danışan “Ədəbi-

elmi qəhrəmanlıq”, Abdulla Tukay haqqında “Məşələ çevrilmiş 

həyat”, Məhdimquludan bəhs edən “Türkmənlərin poeziya günəşi”, 

Qaysın Quliyevdən söz açan “Poeziyaya tapşırılmış ürək” və başqa 

məqalələrində mövcud gerçəklik türk düşüncə  və  təfəkküründə 

ifadə olunmşdur. 

X.R.Ulutürkün məqalələrinin geniş hissəsi mədəni  əlaqələrdən 

bəhs edir. Mədəniyyətlərin yaxınlaşmasında Aleksandr Blokun 

həyat və yaradıcılığından bəhs edən “Milli rus şairi”, Konstantin 

Simonovdan söz açan “Çoxşaxəli yaradıcılıq, Taras Şevçenkolan 

bəhs edən “Ukrayna mədəniyyətinin günəşi”, Yevgeni 

Yevtuşenkodan danışan “Yevtuşenko poeziyası”, 

A.Voznesenskidən bəhs edən “Rus şairi Andrey Voznesenski”, 

V.Luqovskoydan danışan “Vladimir Luqovskoyun sənət 

qəhrəmanlığı” məqalələri Slavyan - Azərbaycan xalqları 

mədəniyyət  əlaqələrinin inkişafında mənəvi rol oynamışdır. 

Habelə, Pribaltika xalqları  mədəniyyətindən bəhs edən məqalələri 

Azərbaycanla Baltikyanı ölkələr arasında  ədəbi  əlaqələrin ifadəsi 

güclü olmuşdur. Alim rus, tatar, latış, eston, litva, türk, fars, ərəb, 

özbək, qazax, qırğız, türkmən, Dağıstan xalqları  ədəbiyyatı 

haqqında da qiymətli məqalələr yazmışdır. 

X.Rza tərcümə ədəbiyyatının görkəmli nümayəndəsi- 

  

 



  


 

398


dir. O, tərcüməçilik sənətinin bədii-nəzəri məsələləri ilə ardıcıl 

məşğul olmuşdur. Tərcüməçi həm Azərbaycan klassik 

poeziyasının, həm də  bəşər bədii fikrinin ən görkəmli 

nümayəndələrini dilimizə çevirmişdir. Tərcümədən yüksək bədii 

keyfiyyət tələbi Xəlil Rzanın sənət missiyası olmuşdur. 

X.R.Ulutürk publisistik fəaliyyətində XX əsrin 50-ci illərində 

başlamışdır. O, ədəbi-elmi-bədii mündəricəli yazıların 

nümunələrini yaratmışdır. Xəlil Rzanın publisistikasına güclü 

milli-mənəvi dəyərlər xasdır.  Şairanəlik, güclü, bədiiyyat, yurd, 

insan sevgisinin tərənnümü onun bədii məziyyətləridir. 

X.R.UIutürkün 80-ci illərin sonlarından başlayaraq, yazdığı 

məqalələri siyasi mövzudadır. Siyasi publisistika onun 

yaradıcılığında xüsusi kəsər və bədii siqlət gətirmişdir. 

Elmi-tarixi memuar yaradıcılığı  Xəlil Rza Ulutürkün adı ilə 

bağlıdır. O, bu sahədə  ədəbi fəaliyyətə 1962-ci ildən başlamış  və 

ömrünün axırınadək davam etdirmişdir.  Şairin elmi-tarixi 

memuarlarında da millilik və xalqçılıq məsələləri güclü olmuşdur. 

Xəlil Rza Azərbaycanın, bütün türk dünyasının qüdrətli 

sənətkarı, ulu türküdür. Türkçülük, azərbaycançılıq, vətənçilik, 

xalqçılıq, istiqlalçılıq məfkurəsi onun çoxcəhətli fəaliyyətinin 

əsasıdır. Buna görə  də istiqlalçılığın, turançılığın tanrısalı olan 

X.R.Ulutürkü müdrik və nurani Dədə Qorqud misalında dərk 

edirik. Dərk edirik ki, sanki milyon illər yaşı olan X.R.Ulutürk 

müasir zəmanəmizdə türk əllərinin dədəsi, ulusu və piranisidir. O 

da  əlində qopuzu, dilində yanar sözü ilə türk yurdlarını, türk 

ellərini qarış-qarış  gəzməyində, nəfəslərinə  nəfəs verməyindədir. 

“X.Rza bu günün və  gələcək dövrlərin  şairidir. Çünki onun 

təravətli poeziyası doğma xalqın ürəyinə  həkk olunmuşdur. 

Nəsillər ötdükcə, öz mübariz ruhu ilə insanları  sərvaxt olmağa, 

Vətən torpağını, azadlıq və istiqlaliyyəti  




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə