291
yişikliklərini əhatə edirlər. UMC1447 və UMC2359 praymerləri
fenotip variasiyasının 25 %-ini doğrultmaqla STI indeksini
kodlaşdıran xromosom məkanlarında yerləşmişdir. UMC1447
və UMC2359 praymerləri, 6.03, 9.03 lokuslarda yerləşirlər.
Bu tədqiqatın nəticələrinə diqqət yetirdikdə demək olar ki,
ümumiyyətlə dən məhsuldarlığını kodlaşdıran genlər 9, 10,
1, 4 və 5-ci xromosomlar üzərində yerləşirlər (Cədvəl 5.19).
UMC1862, UMC1719, UMC1447, UMC2359 və UMC1432
markerləri başqa markerlərdən daha çox quraqlığa davamlı-
lığı kodlaşdıran məkanlarda yerləşmişlər. Beləliklə, dən məh-
suldarlığını artırmaq üçün qarğıdalı hibridlərinin seçimində
bu markerlərdən istifadə etmək olar. L. Dubey və əməkdaşla-
rı quraqlığa dözümlülük baxımından SSR markerlərini mü-
əyyənləşdirmək üçün apardıqları tədqiqatda isti iqlimə məx-
sus 24 qarğıdalı xəttində quraqlıq stresi şəraitində fərqli
reaksiya ilə qarşılaşmışlar. Onlar belə nəticəyə gəlmişlər ki,
BNLG1866 (lokus 1.03), DUPSSR12 (lokus 1.08), UMC1042
(lokus 2.07), UMC1056 (lokus 5.03), DUP13 (lokus 7.04),
UMC1069 (lokus 8.08), UMC1962 (lokus 10.03), BNLG1028
(lokus 10.06) və UMC1344 (lokus 10.07) markerləri quraqlığa
həssas və dözümlü xətlərdə, quraqlığa bağlı markerlərdir [179].
Bizim tədqiqatda tam suvarılan şəraitdə, UMC2359
markeri, 6.05 lokusunda yerləşir və dən məhsuldarlığı ilə
əlaqədardır. Halbuki, quraqlıq stresi şəraitində UMC2359,
UMC1432, UMC1862, UMC1719 praymerləri, uyğun ola-
raq, 9.07, 10.02, 1.11 və 4.10 (4.11) lokuslarında yerləşirlər
və dən məhsuldarlığı ilə əlaqədardırlar. Əvvəlki tədqiqatlarda
QTL xəritələri ilə müəyyənləşdirilmişdir ki, dən məhsuldarlığı
üçün müxtəlif ekoloji şəraitdə QTL-in sayı və ya təsiri fərq-
lidir. Məsələn, Y.N. Xiao və əməkdaşlarının araşdırmalarında
tam suvarılan şəraitdə dən məhsuldarlığına aid edilən iki QTL
292
(QTLs- two putative) müəyyənləşdirilmiş və bu gen məkan-
ları 1 və 9-cu xromosom üzərində yerləşmişlər. Bu iki QTL,
dən məhsuldarlığının təqribən 21 faiz fenotip dəyişikliklərini
həyata keçirir. Halbuki, quraqlıq stresi şəraitində 9-cu xromo-
som üzərində yerləşən yalnız bir QTL müəyyənlıəşdirilmişdir
ki, bu da, fenotip variasiyasının təqribən 13.8 %-ni təşkil edir
[171]. J.M. Ribaut və əməkdaşları tərəfindən isti iqlimə
məxsus qarğıdalı üzərində aparılan başqa bir tədqiqatda dən
məhsuldarlığı ilə bağlı QTL-in aydınlaşdırılmasında üç rejimdə,
yəni tam suvarılan, mülayim və şiddətli stres şəraitlərində, uyğun
olaraq, 5, 4 QTL müəyyənləşmişdir [328].
Cədvəl 5.19
Dən məhsulu və quraqlığa tolerantlıq indeksiləri ilə
informativ markerləri üçün ardıcıl reqressiya modelin
regressiya əmsalı (b), R
2
, uyğunlaşdırılan R
2
(R
-2
)
və P dəyəri
Əlamətlər
Primerlər
Bin yeri
b
R
2
R
-2
P dəyəri
YP
UMC2359
9.07
0.389
0.151
0.128
0.014
YS
UMC2359
9.07
0.30
0.38
0.33
0.00
YS
UMC1432
10.02
0.46
0.41
0.36
0.00
YS
UMC1862
1.11
0.30
0.50
0.44
0.02
YS
UMC1719
4.10-11
0.25
0.63
0.56
0.04
TOL
NC133
2.05
0.491
0.281
0.240
0.002
SSI
NC133
2.05
0.485
0.299
0.259
0.002
MP
UMC1447
5.03
0.431
0.136
0.112
0.006
MP
UMC2359
9.07
0.357
0.259
0.217
0.021
STI
UMC1447
5.03
0.405
0.116
0.091
0.010
STI
UMC2359
9.07
0.369
0.248
0.205
0.018
YP: suvarılan şəraitdə dən məhsulu, YS: quraqlıq şəraitində dən məhsulu,
TOL: tolerantlıq indeksi, SSI: stresə həssaslıq indeksi, MP: orta məhsul-
darlıq indeksi, STI: stresə davamlılıq indeksi
293
Halbuki, H.A.S. Agrama və E.M. Mounir öz tədqiqatında
quraqlığa dözümlülükdə təsiredici xromosom məkanlarının 8,
6, 5, 3, 1-ci xromosomlar üzərində yerləşdiyini müəyyən et-
mişlər. Məhsuldarlıq üçün qəbul edilən beş QTL müəyyən-
ləşdirdirilmişdir [95].
Bu araşdırmanın nəticələri ilə Y.N. Xiao və əməkdaş-
larının apardıqları tədqiqatın nəticələrinin oxşarlığına baxma-
yaraq, fərqliliklərin mövcudluğu da diqqət çəkir [409]. Qarğı-
dalıda dən məhsuldarlığı bir kəmiyyət əlaməti olduğu üçün
çox sayda genlərlə idarə olunur. Bu üzdən belə təsəvvür ya-
ranır ki, dən məhsuldarlığının formalaşmasında da çoxlu xro-
mosom məkanları iştirak edir. Ədəbiyyat məlumatlarının təh-
lili və əvvəlki aparılan işlər yuxarıda çıxarılan nəticələrin doğ-
ru olduğunu təsdiqləyir [129, 328, 409]. Həmçinin bu araşdır-
mada və əvvəlki tədqiqatlarda tam suvarılan və quraqlıq stresi
şəraitlərində dən məhsuldarlığı ilə bağlı markerlər bir-birin-
dən fərqlənirlər. Bu barədə demək olar ki, müxtəlif suvarma
rejimlərində genlərin tənzimlənməsi və izahı bir-birindən
fərqlənir.
Tam suvarılan şəraitdə, dən məhsuldarlığı ilə mənalı bağ-
lılıq göstərən markerlərin heç birinin, qıça sırasında dənin sa-
yı, qıça dəninin sıra sayı, qıça dəninin ümumi sayı, qıçanın sa-
çaqlarının aşkar olunmasına lazım olan günlərin sayı və dənin
dolma sürəti əlamətləri arasında informativ markerlər tapılma-
mışdır. Halbuki, dən məhsuldarlığı ilə bağlı olan UMC2359
markeri 1000 dənin kütləsi, məhsulun yetişməsinə lazım olan
günlərin sayı və dənin uzunluğu əlamətləri ilə bağlı olmuşdur.
Quraqlıq stresi şəraitdə, dən məhsuldarlığı ilə mənalı bağlılıq
göstərən markerlərin heç biri qıça sırasında dənin sayı, qıçada
dəninin ümumi sayı, qıçanın saçaqlarının aşkar olunmasına la-
zım olan günlərin sayı və dənin dolma dövrünün müddəti əla-
Dostları ilə paylaş: |