Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə86/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   82   83   84   85   86   87   88   89   ...   101

 
291 
yişikliklərini əhatə edirlər. UMC1447 və UMC2359 praymerləri 
fenotip  variasiyasının  25  %-ini  doğrultmaqla  STI  indeksini 
kodlaşdıran xromosom məkanlarında yerləşmişdir. UMC1447 
və  UMC2359  praymerləri,  6.03,  9.03  lokuslarda  yerləşirlər. 
Bu  tədqiqatın  nəticələrinə  diqqət  yetirdikdə  demək  olar  ki, 
ümumiyyətlə  dən  məhsuldarlığını  kodlaşdıran  genlər  9,  10, 
1, 4 və 5-ci xromosomlar üzərində yerləşirlər (Cədvəl 5.19). 
UMC1862, UMC1719, UMC1447, UMC2359  və UMC1432 
markerləri  başqa  markerlərdən  daha  çox  quraqlığa  davamlı-
lığı kodlaşdıran məkanlarda yerləşmişlər. Beləliklə, dən məh-
suldarlığını  artırmaq  üçün  qarğıdalı  hibridlərinin  seçimində 
bu markerlərdən istifadə etmək olar. L. Dubey və əməkdaşla-
rı  quraqlığa  dözümlülük  baxımından  SSR  markerlərini  mü-
əyyənləşdirmək  üçün apardıqları  tədqiqatda  isti  iqlimə məx-
sus  24  qarğıdalı  xəttində  quraqlıq  stresi  şəraitində  fərqli 
reaksiya  ilə  qarşılaşmışlar.  Onlar  belə  nəticəyə  gəlmişlər  ki, 
BNLG1866 (lokus 1.03), DUPSSR12 (lokus 1.08), UMC1042 
(lokus  2.07),  UMC1056  (lokus  5.03),  DUP13  (lokus  7.04), 
UMC1069 (lokus 8.08), UMC1962 (lokus 10.03), BNLG1028 
(lokus  10.06)  və  UMC1344  (lokus  10.07)  markerləri  quraqlığa 
həssas və dözümlü xətlərdə, quraqlığa bağlı markerlərdir [179]. 
Bizim  tədqiqatda  tam  suvarılan  şəraitdə,  UMC2359 
markeri,  6.05  lokusunda  yerləşir  və  dən  məhsuldarlığı  ilə 
əlaqədardır.  Halbuki,  quraqlıq  stresi  şəraitində  UMC2359, 
UMC1432,  UMC1862,  UMC1719  praymerləri,  uyğun  ola-
raq,  9.07,  10.02,  1.11  və  4.10  (4.11)  lokuslarında  yerləşirlər 
və dən məhsuldarlığı  ilə əlaqədardırlar. Əvvəlki tədqiqatlarda 
QTL xəritələri ilə müəyyənləşdirilmişdir ki, dən məhsuldarlığı 
üçün  müxtəlif  ekoloji  şəraitdə  QTL-in  sayı  və  ya  təsiri  fərq-
lidir. Məsələn, Y.N. Xiao və əməkdaşlarının araşdırmalarında 
tam suvarılan şəraitdə dən məhsuldarlığına aid edilən iki QTL 


 292 
(QTLs-  two  putative)  müəyyənləşdirilmiş  və  bu  gen  məkan-
ları  1  və  9-cu  xromosom  üzərində  yerləşmişlər.  Bu  iki  QTL, 
dən  məhsuldarlığının  təqribən  21  faiz  fenotip  dəyişikliklərini 
həyata keçirir. Halbuki, quraqlıq stresi şəraitində 9-cu xromo-
som üzərində yerləşən yalnız bir QTL müəyyənlıəşdirilmişdir 
ki, bu da, fenotip variasiyasının təqribən 13.8 %-ni təşkil edir 
[171].  J.M.  Ribaut  və  əməkdaşları  tərəfindən  isti  iqlimə 
məxsus  qarğıdalı  üzərində  aparılan  başqa  bir  tədqiqatda  dən 
məhsuldarlığı  ilə  bağlı  QTL-in  aydınlaşdırılmasında  üç  rejimdə, 
yəni tam suvarılan, mülayim və şiddətli stres şəraitlərində, uyğun 
olaraq, 5, 4 QTL müəyyənləşmişdir [328].  
  
 Cədvəl 5.19 
 
Dən məhsulu və quraqlığa tolerantlıq indeksiləri ilə 
informativ markerləri üçün ardıcıl reqressiya modelin 
regressiya əmsalı (b), R
2
, uyğunlaşdırılan R
2
 (R
-2
)  
və P dəyəri 
           
Əlamətlər 
Primerlər 
Bin yeri 

R
2
 
R
-2
 
P dəyəri 
YP 
UMC2359 
9.07 
0.389 
0.151 
0.128 
0.014 
YS 
UMC2359 
9.07 
0.30 
0.38 
0.33 
0.00 
YS 
UMC1432 
10.02 
0.46 
0.41 
0.36 
0.00 
YS 
UMC1862 
1.11 
0.30 
0.50 
0.44 
0.02 
YS 
UMC1719 
4.10-11 
0.25 
0.63 
0.56 
0.04 
TOL 
NC133 
2.05 
0.491 
0.281 
0.240 
0.002 
SSI 
NC133 
2.05 
0.485 
0.299 
0.259 
0.002 
MP 
UMC1447 
5.03 
0.431 
0.136 
0.112 
0.006 
MP 
UMC2359 
9.07 
0.357 
0.259 
0.217 
0.021 
STI 
UMC1447 
5.03 
0.405 
0.116 
0.091 
0.010 
STI 
UMC2359 
9.07 
0.369 
0.248 
0.205 
0.018 
 
YP: suvarılan şəraitdə dən məhsulu, YS: quraqlıq şəraitində dən məhsulu, 
TOL: tolerantlıq  indeksi, SSI:  stresə həssaslıq indeksi, MP:  orta məhsul-
darlıq indeksi, STI: stresə davamlılıq indeksi  


 
293 
Halbuki, H.A.S. Agrama və E.M. Mounir öz tədqiqatında 
quraqlığa dözümlülükdə təsiredici xromosom məkanlarının 8, 
6,  5,  3,  1-ci  xromosomlar  üzərində  yerləşdiyini  müəyyən  et-
mişlər.  Məhsuldarlıq  üçün  qəbul  edilən  beş  QTL  müəyyən-
ləşdirdirilmişdir [95].  
Bu  araşdırmanın  nəticələri  ilə  Y.N.  Xiao  və  əməkdaş-
larının  apardıqları  tədqiqatın nəticələrinin oxşarlığına baxma-
yaraq, fərqliliklərin mövcudluğu da diqqət çəkir [409]. Qarğı-
dalıda  dən  məhsuldarlığı  bir  kəmiyyət  əlaməti  olduğu  üçün 
çox  sayda  genlərlə  idarə  olunur.  Bu  üzdən  belə  təsəvvür  ya-
ranır ki, dən məhsuldarlığının formalaşmasında da çoxlu xro-
mosom  məkanları  iştirak edir. Ədəbiyyat məlumatlarının təh-
lili və əvvəlki aparılan işlər yuxarıda çıxarılan nəticələrin doğ-
ru olduğunu təsdiqləyir [129, 328, 409]. Həmçinin bu araşdır-
mada və əvvəlki tədqiqatlarda tam suvarılan və quraqlıq stresi 
şəraitlərində  dən  məhsuldarlığı  ilə  bağlı  markerlər  bir-birin-
dən  fərqlənirlər.  Bu  barədə  demək  olar  ki,  müxtəlif  suvarma 
rejimlərində  genlərin  tənzimlənməsi  və  izahı  bir-birindən 
fərqlənir. 
Tam suvarılan şəraitdə, dən məhsuldarlığı ilə mənalı bağ-
lılıq göstərən markerlərin heç birinin, qıça sırasında dənin sa-
yı, qıça dəninin sıra sayı, qıça dəninin ümumi sayı, qıçanın sa-
çaqlarının aşkar olunmasına lazım olan günlərin sayı və dənin 
dolma sürəti əlamətləri arasında informativ markerlər tapılma-
mışdır.  Halbuki,  dən  məhsuldarlığı  ilə  bağlı  olan  UMC2359 
markeri 1000 dənin  kütləsi, məhsulun yetişməsinə  lazım olan 
günlərin sayı və dənin uzunluğu əlamətləri ilə bağlı olmuşdur. 
Quraqlıq stresi şəraitdə, dən məhsuldarlığı  ilə mənalı bağlılıq 
göstərən markerlərin heç biri qıça sırasında dənin sayı, qıçada 
dəninin ümumi sayı, qıçanın saçaqlarının aşkar olunmasına la-
zım olan günlərin sayı və dənin dolma dövrünün müddəti əla-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə