Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə87/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   83   84   85   86   87   88   89   90   ...   101

 294 
mətləri  üçün  informativ  markerlər  aşkar  edilməmışdır.  Hal-
buki, dən məhsuldarlığı ilə bağlı olan UMC1719 markeri qıça 
dəninin sıra sayı, 1000 dənin kütləsi və məhsulun yetişməsinə 
lazım olan  günlərin sayı əlamətləri  ilə bağlı marker olmuş  və 
həm  də  dən  məhsuldarlığı  ilə  bağlı  olan  UMC2359  markeri 
dənin  dolma  sürəti  əlamətinə  də  bağlı  marker  müəyyən  edil-
mişdir (Cədvəl 5.19). Bu nəticələr göstərir ki, qıça dəninin sı-
ra sayı, 1000 dənin  kütləsi, məhsulun  yetişməsinə  lazım olan 
günlərin sayı, dənin dolma dövrünün müddəti və dənin dolma 
sürəti dən məhsuldarlığı ilə bağlı ən mühüm əlamətlərdir. Tar-
la  şəraitində  də  qıça  dəninin  sıra  sayı,  1000  dənin  kütləsi, 
məhsulun  yetişməsinə  lazım  olan  günlərin  sayı,  dənin  dolma 
dövrünün müddəti və dənin dolma sürəti kimi əlamətlərin baş-
qa əlamətlərlə müqayisədə qarğıdalının dən məhsuldarlığında 
daha böyük rolu vardır. 
Bizim tədqiqatlar göstərmişdir ki, qarğıdalı hibridləri ara-
sında  müəyyən  müxtəliflik  mövcuddur  ki,  bu  müxtəlifliklər-
dən  seleksiya  proqramlarında  uğurla  istifadə  etmək  olar. 
Həmçinin, bu tədqiqatın nəticələri göstərirdi ki, qarğıdalı hib-
ridlərinin qruplaşdırılmasını  və  genetik müxtəlifliyini araşdır-
maq üçün SSR markerlərindən  istifadə etmək olar  və əlamət-
lərin dolayı yolla markerlər vasitəsilə seçilməsi, ilkin informa-
siyanın  verilməsində  faydalı  ola  bilər.  Əlbəttə  markerlər  və 
müxtəlif  əlamətlər  arasındakı  bağlantılıq  əlaqələrinin  müəy-
yənləşdirilməsində F2 (Second filial-  İkinci nəsil), DH (Dou-
bled  haploid  -  İkiqat  haploid)  və  RIL  (Recombinant  inbred 
line-Rekombinant xalis xətt)-in hazırlanmasına ehtiyac vardır. 
Bu  populyasiyalar  əsasında  bağlılıq  xəritələri  hazırlanmış  və 
daha  sonra  xromosom  üzərində  bu  əlamətləri  idarə  edən  mə-
kanlarının  yerləri  müəyyənləşdirilmişdir  [291].  Bu  tədqiqat-
dan əldə olunmuş  informasiya  əlverişli primerlərin seçilməsi-


 
295 
nə kömək etməklə bağlantılı xəritələrinin hazırlamasında fay-
dalı  olacaqdır.  Müxtəlif  xromosomlar  üzərində  SSR  marker-
lərin  yerlərini  müəyyənləşdirmək  və  o  xromosomlardakı  ya-
banı  qarğıdalı  növlərinə  aid  əlverişli  əlamətlərin  olmasını 
aydınlaşdırmaqla, onlardan gələcək seleksiya işlərində istifadə 
etmək olar. Beləliklə də, yabanı növlərin xromosomları ilə on-
ların əvəz edilmiş bəzi xromosomları yeni təsərrüfat xətlərinin 
yaranmasına gətirib çıxara bilər. Həqiqətən R² miqdarı yüksək 
olan markerləri sıralamaqla, yabanı növlərdə əlverişli  əlamət-
ləri  kodlaşdıran  genləri tapmaq olar  və  korrelyasiyası  yüksək 
olan  markerlərlə  həmin  əlamətlərin  xəritəsinin  təkmilləşdiril-
məsinə  ümid  etmək  olar  [324].  Belə  düşünülür  ki,  bu  tədqi-
qatda  müəyyən  olunmuş  bəzi  markerlərdən  dən  məhsuldarlı-
ğını artırmaq və quraqlığa davamlı formaları seçmək üçün in-
formativ  markerlər  kimi  istifadə  edilə  bilər.  Bu  markerləri 
başqa germplazmalarda tətbiq etmək, onları STS markerlərinə 
çevirməklə seçim imkanlarını artırmaq olar. Bu nəticələr gös-
tərir  ki,  əgər  çoxlu  praymerlərdən  istifadə  olunarsa,  məhsul-
darlıq  və  quraqlığa  davamlılıq  əlamətləri  ilə  korrelyasiyası 
yüksək  olan  markerlərin  müəyyən  edilməsinə  ümid  etmək 
olar.  Gələcək  tədqiqatlarda  5.19-cu  cədvəldə  təqdim  olunan 
praymerlərdən  istifadə  etmək  və  habelə  quraqlığa  dözümlü-
lüklə yaxın əlaqədə olan və xüsusi molekulyar texnologiyanın 
köməyi  ilə  ayrılmış  genom  hissələrindən  molekulyar  tədqi-
qatlarda, o cümlədən QTL analizində  istifadə oluna bilər. Bu 
üsul vasitəsilə qarğıdalıda quraqlığa davamlılıq əlamətini yax-
şılaşdırmaq üçün əlverişli imkanlar əldə edilə bilər. 
 
  
         


 296 
ƏDƏBİYYAT 
 
1.
 
Abbasov M.Ə. Diploid və tetraploid buğda növ və növmüxtəlif-
liklərinin  duzluluq  stresinə  davamlılığının  ilkin  fizioloji  diaqnostikası  / 
Azərbaycan Aqrar Elmi, 2007. s.125-127       
2.
 
Abbasov M.Ə.  Buğdanın quraqlığa davamlılığının tarla şərai-
tində öyrənilməsi, AKTA-nın elmi əsərləri, Gəncə, 2007, s.17-20 
3.
 
Abbasov M.Ə. Diploid və tetraploid buğda  genotiplərinin qu-
raqlıq  və  duzluluq  streslərinə  davamlılığı  və  tolerantlığın  fizioloji-ge-
netik  əssasları.  Biologiya  elmləri  namizədi  dissertasiyası,  Bakı,  2008, 
186 s  
4.
 
Abbasov M.Ə.Əliyev R.T. Buğda növ və növmüxtəlifliklərin-
də  genetik  yaxınlığın  RAPD  markerləri  ilə  öyrənilməsi  //  Azərbaycan 
Milli Elmlər Akademiyasının xəbərləri, Biologiya elmləri seriyası, 2007, 
№ 5-6, s.100-108  
5.
 
Abışeva X.Ş. Quraqlıq stresinin təsirindən buğda genotiplərində 
baş verən dəyişmələr və bu dəyişmələrə fitohormonların təsiri. AMEA 
Botanika İnstitutunun Elmi Əsərləri, 2007, XVII cild, s.265-268 
6.
 
Axundova E.M. Ekoloji Genetika. Bakı, 2004, 264 s 
7.
 
Babayev M.Ə. Kompleks təsərrüfat qiymətli əlamətlərə  malik 
olan  yeni  sortların  yaradılmasında  seleksiya  məqsədi  üçün  payızlıq 
arpanın yeni sortnümunələrindən başlanğıc materialın seçilməsi // Azər-
baycan Aqrar Elmi, 2004, № 4-6, s.288-291 
8.
 
Babayev M.Ə. Azərbaycanın yerli arpa sortnümunələrinin aq-
robioloji  xüsusiyyətləri  və  onların  seleksiyada  əhəmiyyəti.  Kənd  təsər-
rüfatı elmləri namizədi dissertasiyasının avtoreferatı, Bakı, 2009, 19s  
9.
 
Əkpərov  Z.İ.  Genetik  Ehtiyatların  toplanması,  mühafizəsi  və 
tədqiqinin  perspektivləri  /  Biomüxtəlifliyin  Genetik  Ehtiyatları.  I  Bey-
nəlxalq Elmi Konfrans. Bakı, Azərbaycan, 27-28 İyun, 2006, s.13 
10.
 
Əliyev  R.T.  Bitkilərin  stres  amillərə  davamlılığının  fizioloji 
metodlarla  diaqnostikası.  Genetik  Ehtiyatlar  İnstitutunun  elmi  əsərləri, 
Bakı-2009, I cild, s. 504-512 
11.
 
Əliyev R.T., Hacıyeva Ş.I., Cavadova L.H. Stres faktor-
ların  təsirindən  genomun  struktur-funksional  dəyişkənlikləri  və 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə