Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə85/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   81   82   83   84   85   86   87   88   ...   101

 288 
tədqiqatlar göstərmişdir ki, genin həm additiv və həm də do-
minant təsiri quraqlıqla əlaqədar əlamətləri kontrol edir [131, 
215, 301].   
Quraqlığa dözümlülüyün tədqiqi üçün genetik müxtəlif-
liyinin  azlığı,  mühit  amilləri  ilə  quraqlığın  mürəkkəb  qarşı-
lıqlı təsiri və səmərəli seçim texnikasının olmaması, quraqlı-
ğa  davamlılıqla  əlaqədar  keçmişdə  əldə  edilmiş  nailiyyətlə-
rin əhəmiyyətini xeyli azaltmışdır [264, 327, 404]. Molekul-
yar  markerlərə  tam  bağlı  olan  quraqlığa  davamlılıq  genləri-
nin müəyyənləşdirilməsi və xromosom üzərində onların yeri-
nin  tapılması  seleksiya  işində  genlərin  klonlaşdırılmasında 
və  markerlər  vasitəsilə  seçim  aparılmasında  mühüm  röl  oy-
nayır. Çünki, quraqlıq  stresi  genetik  variasiyanın və  irsiliyin 
azalmasına  səbəb  olur.  Ona  görə  də,  belə  şəraitdə  quraqlığa 
davamlılıq  üçün  klassik  üsulun  seçimi  lazımı  səmərə  ver-
məyəcəkdir. Lakin genotip  əsasında DNT markerləri vasitəsi-
lə  seçim  edilərsə, bu  seçimin səmərəliliyi  artacaqdır. Son za-
manlar  molekulyar  genetik  nailiyyətlər  seleksiya  işində  sadə 
və  mürəkkəb  implantasiya  əlamətlərinin  seçimi  və  müəyyən-
ləşdirilməsində geniş imkanlar yaratmışdır [175]. Genlərin ye-
rinin  müəyyən  edilməsi  və  nişanlaması  ətrafında  aparılmış 
tədqiqatlarda, əlamətə nəzarət edən genlərin sayı və gen xəri-
təsindəki  məkanı  haqqında  məlumat  verilmişdir.  Mikrosatel-
litlərin  müxtəlifliyi,  çoxluğu,  geniş  yayılması  bütün  qarğıdalı 
genomlarında,  tam  bir  qarğıdalı  genetik  xəritəsini  yaratmaq 
üçün istifadə edilir [96]. 
Tam  suvarılan  şəraitdə,  qarğıdalıda  dən  məhsulu  üçün 
təqribən  148  QTL  müəyyənləşdirilmişdir.  Halbuki,  quraqlıq 
stresi  şəraitində  daha  az  QTL,  yəni  təqribən  20  QTL  müəy-
yənləşdirilmişdir  [220].  Həm  dən  məhsulu  və  həm  də  quraq-
lığa dözümlülüyün fizioloji istiqamətinin mürəkkəbliyinə bax-


 
289 
mayaraq, dən məhsuldarlığını və quraqlığa dözümlülüyü kod-
laşdıran xromosom sahələrinin müxtəlif quraqlıq stresi şərait-
lərində müəyyənləşdirilməsinə ehtiyac vardır. 
Əlaqəli  gen  balansının  olmaması  səbəbindən  informativ 
markerlərin müəyyənləşdirilməsi fəsilə  və fərdlər səviyəsində 
mümkün olmuşdur [274]. Tam suvarılan və quraqlıq stresi şə-
raitlərində dən məhsuldarlığı, digər tədqiq olunan əlamətlər və 
quraqlığa  tolerantlıq  indeksləri  ilə  əlaqədar  xromosom  hissə-
lərinin  və  informativ  SSR  markerlərin  müəyyənləşdirməsi 
üçün ardıcıl reqressiya üsulundan istifadə edilmişdir.  
Tam  suvarılan  şəraitdə  tədqiq  olunan  əlamətlər  arasında 
dənin dolma sürətindən başqa (o heç bir  informativ markerdə 
müşahidə edilməmişdir), qalan digər əlamətlər üçün ən azı bir 
informativ  marker  müşahidə  olunmuşdur.  Bu  tədqiqatda  ən 
çox informativ marker xlorofil “a”-nın miqdarında (7 informativ 
marker) müşahidə edilmişdir. Ən az informativ marker dən məh-
sulu,  qıça  sırasında  dənin  sayı,  qıça  dəninin  sıra  sayı,  xlorofil 
“b”-  nin  miqdarı  əlamətləri  ilə  bağlı  olan  markerdir.  Bunlarda 
cəmi bir ədəd informativ marker aşkar edilmişdir (Cədvəl 5.19). 
Tədqiqatda  istifadə  olunan  12  marker  arasında  UMC2359  və 
PHI031 praymerləri, 8  əlamətin  informativ  markerı  kimi  müəy-
yən  edilmişdir.  UMC2359  praymeri  tədqiq  olunan  praymerlər 
arasında  ən  yüksək  polimorfizmə  sahibdir.  Quraqlıq  stresi 
şəraitində  tədqiq  olunan  əlamətlər arasında dənin  dolma  dövrü-
nün müddəti  əlamətindən başqa, heç bir  informativ  marker mü-
şahidə edilməmiş, qalan əlamətlərdə ən azı bir informativ marker 
müşahidə  olunmuşdur.  Tədqiqatda  istifadə  olunan  12  marker 
arasında UMC1719 praymerin 6 əlamət üçün informativ marker 
olduğu  müəyyən  edilmişdir.  Bir  çox  əlamətin  genetik  yolunda 
bir  praymerin  yerləşməsi  genlərin  pleyotropik  xüsusiyyətlərinə 
görə  ola  bilər.  Tədqiq  olunan  praymerlər  arasında  UMC1719 


 290 
praymeri  polimorfizmin  miqdarı  yüksək  olan  praymerlərdəndir. 
Bu  üzdən  genetik  müxtəlifliyinin  tədqiqində  UMC1719  və 
UMC2359  praymerləri  ən  əhəmiyyətli  praymerlərdən  sayılmış-
dır.  Deməli,  gələcək  tədqiqatlarda  onlardan  daha  çox  istifadə 
etmək  olar.  İnformativ  markerlərin  sayı,  tam  suvarılan  şəraitdə 
dən  məhsulu,  qıçada  dənin  sayı,  qıça  sırasında  dənin  sayı,  qıça 
dəninin  sıra  sayı,  1000  dənin  kütləsi, qıçanın  saçaqlarının  aşkar 
olunmasına  lazım  olan  günlərin  sayı,  məhsulun  yetişməsinə 
lazım  olan  günlərin  sayı,  dənin dolma müddəti  və  dənin dolma 
sürəti üçün uyğun olaraq 0, 4, 4, 2, 3, 1, 1, 1 və 1, quraqlıq stresi 
şəraitində isə, uyğun olaraq 4, 0, 4, 3, 1, 2, 1, 2 və 4 olmuşdur.  
Alınan nəticələrə əsasən demək olar ki, UMC2359 pray-
meri  tam  suvarılan  şəraitdə  dən  məhsuldarlığı  ilə  əlaqədar-
dır. Bu praymer 9-cu xromosom üzərində və 9.09-cu lokusda 
yerləşir  və  bu  şəraitdə  məhsuldarlığın  fenotip  variasiyasının 
təqribən  15  %-ini  yerinə  yetirir.  Halbuki,  quraqlıq  stresi  şə-
raitində  dörd  praymer  (UCM2359,  UMC1432,  UMC1862, 
UMC1719)  dən  məhsuldarlığı  ilə  əlaqədardır.  Bu  dörd  pray-
mer uyğun olaraq, 9.07, 10.02, 1.11 və 4.10 lokuslarında yer-
ləşir  və bu  şəraitdə məhsuldarlığın fenotip  variasiyasının təq-
ribən 63 %-ini yerinə yetirirlər (Cədvəl 5.19). 
TOL, SSI indeksləri məhsuldarlıq potensialı ilə müqayi-
sədə  daha  çox  bitkinin  davamlılıq  mexanizminə  və  genotip-
lərin  həssaslığına  bağlıdırlar.  Əlaqədar  praymer  hər  iki  in-
dekslə NC133 praymeridir. Bu praymer uyğun olaraq, 28  və 
30  faiz  SSI,  TOL  indeksləri  genetik  dəyişikliklərini  yerinə 
yetirə  bilirlər.  NC133  praymeri  2-ci  xromosom  üzərində  və 
2.05 lokusda yerləşir. TOL, SSI indekslərin əksinə olaraq MP, 
STI  indeksləri  məhsuldarlıq  potensialı  ilə  əlaqədardır. 
UMC1447, UMC2359 praymerlərinin MP indeksi ilə əlaqədar 
olduqları müəyyənləşmişdir. Bu iki primer 26 faiz Mp indeksi də-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə