Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə83/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   79   80   81   82   83   84   85   86   ...   101

 282 
M.M. Hefny müəyyən etmişdir ki, stres şəraiti ilə müqayisədə 
adi  şəraitdə  genetik  variasiyanın  komponenti  və  irsilik  əm-
salının  yüksək  olması  bu  tədqiqatın  nəticələri  ilə  uyğun  gəlir 
[215]. Ümumiyyətlə  xüsusi  irsilik  əmsalının qiymətinin aşağı 
olmasının  səbəbi  qeyri-additiv  variasiyasının  tədqiq  olunan 
əlamətlərin  idarə  edilməsində  daha  çox  rolunun  olması  ilə 
bağlı ola bilər.   
 
5.5. Suvarılan və quraqlıq stresi şəraitində xətlərin  
     ümumi və xüsusi kombinasiya qabiliyyətinin 
qiymətləndirilməsi 
 
Xətlər  və  testerlərin  ÜKQ-nin  qiymətləndirilməsi  və  on-
ların  faydalı  kombinasiyalarının  müəyyənləşdirilməsi  istiqa-
mətində  aparılmış  işlərin  nəticələri  5.17-cı  cədvəldə  göstəril-
mişdir. Xətlər  və testerlərdə bir çox  əlamətlər üçün ÜKQ ba-
xımından  əhəmiyyətli  fərqlər  görünür.  Əksər  tədqiqatçılar  oxşar 
nəticələr  əldə  etmiş  və  xətlərin  seçimində  ümumi  kombinasiya 
qabiliyyətindən  istifadə  etmışlər  [155,184].  Bundan  başqa,  suva-
rılan şəraitdə yüksək kombinasiya qabiliyyətinə malik olan xətlər, 
quraqlıq  şəraitində  oxşar  kombinasiya  qabiliyyəti  göstərməyə  də 
bilər.  R.  Choukan,  A.  Esmaili  və  əməkdaşları  da  öz  tədqiqat-
larında belə nəticəyə gəlmişlər ki, xətlər yüksək və adi əkin sıxlığı 
şəraitlərində, araşdırılan  əlamətlər üçün oxşar ÜKQ  göstərmirlər. 
Yüksək  sıxlıqda  xətlərinin  kombinasiya  fərqi  adi  sıxlıqdan  daha 
çoxdur [155, 184]. 
Ümumi kombinasiya qabiliyyəti analizi göstərir ki, xətlər ara-
sında olan  kombinasiya fərqi  suvarılan şəraitdə quraqlıq  şəraiti  ilə 
müqayisədə daha yüksəkdir. Həmçinin, şəraitdən asılı olaraq xətlə-
rin  kombinasiya  qabiliyyəti  də  müxtəlif  olmuşdur.  Məsələn,  dən 
məhsulu baxımından L8 xətti suvarılan şəraitdə müsbət və əhəmiy-


 
283 
yətli ÜKQ təsirinə malikdir, ancaq quraqlıq şəraitində bu xətt mənfi 
və  əhəmiyyətsiz  ÜKQ  təsirinə  malik  olmuşdur.  L1,  L11  və  L18 
xətlərində  ümumi  kombinasiya  qabiliyyəti  suvarılan  şəraitdə 
müsbət  və  əhəmiyyətli,  quraqlıq  şəraitində  mənfi  və  ya  əhə-
miyyətsizdir. L17 xətti hər iki şəraitdə müsbət və əhəmiyyətli ümu-
mi kombinasiya qabiliyyətinə malikdir. Bu səbəbdən hər iki şərait-
də dən məhsulunu artırmaq  istiqamətində onun  seçilməsi əlverişli 
ola bilər. Ümumi kombinator cəhətindən L2, L4, L13, L14 xətləri-
nin ümumi  kombinasiya qabiliyyətləri suvarılan şəraitdə mənfi  və 
əhəmiyyətli,  stres  şəraitində  isə əhəmiyyətsiz olmuşdur. Ümumiy-
yətlə, tam suvarılan şəraitdə L8, L11, L17 və stres şəraitində L15, 
L16,  L17  xətlərin  dən  məhsulu  ilə  bağlı  ümumi  kombinasiya 
qabiliyyəti müsbət və əhəmiyyətli olmuşdur (Cədvəl 5.17).  
Suvarılan  şəraitdə,  testerlər  arasında  ümumi  kombinasiya 
qabiliyyəti baxımından əhəmiyyətli fərqlər vardır, halbuki, quraqlıq 
şəraitində  bu  cəhətdən  2009-ci  ildə  testerlər  arasında  olan  fərqlər 
əhəmiyyətsiz  və  2010-ci  ildə  əhəmiyyətlidir.  5.17-ci  cədvəldən 
göründüyü kimi, suvarılan şəraitdə T1 testeri, xətlərlə müsbət kom-
binasiya qabiliyyəti göstərmiş, bu səbəbdən T1 testeri dən məhsulu 
artımına səbəb olmuş, T2 testeri isə əks effektə malikdir.  
 
Cədvəl 5.17 
 
Qarğıdalıda dən məhsulu baxımından suvarılan və quraqlıq 
şəraitində valideynlərin ümumi kombinasiya qabiliyyətinin 
(ÜKQ) qiymətləndirilməsi 
 
Xətlərin ÜKQ 
Suvarılan şərait 
Quraqlıq şəraiti
i
 
2009-cu 
il 
2010-cu 
il 
2009-cu il 
2010-cu il 
gL1 
0.59
*
 
0.41
**
 
0.35 
ns
 
0.52
 **
 
gL2 
-0.73
**
 
-0.56
**
 
0.22 
ns
 
0.22
 ns
 
gL3 
-1.35** 
-0.76** 
-0.67** 
-0.08 ns 


 284 
Cədvəl 5.17-nin davamı 
 
gL4 
-0.74
**
 
-0.58
**
 
0.05 
ns
 
0.25
 ns
 
gL5 
0.34ns 
-0.66** 
-0.41* 
-0.44* 
gL6 
-0.16ns 
-0.24 ns 
0.09 ns 
-0.08 ns 
gL7 
-0.15ns 
-0.27 ns 
-0.16 ns 
-0.05 ns 
gL8 
1.34** 
1.11** 
-0.67** 
-0.42* 
gL9 
-0.18 ns 
0.49* 
-0.08 ns 
0.28 ns 
gL10 
0.30 ns 
0.30 ns 
-0.21 ns 
-0.20 ns 
gL11 
0.78** 
0.82** 
-0.15 ns 
0.24 ns 
gL12 
0.46 ns 
0.97** 
0.11 ns 
-0.15 ns 
gL13 
-0.49* 
-0.68** 
-0.04 ns 
-0.03 ns 
gL14 
-0.60* 
-1.02** 
-0.22 ns 
-0.41 ns 
gL15 
0.07ns 
-0.27 ns 
0.51** 
-0.07 ns 
gL16 
-1.02** 
-0.76** 
0.50** 
0.10 ns 
gL17 
0.97** 
0.47* 
0.58** 
0.24 ns 
gL18 
0.55* 
1.21** 
0.21ns 
0.10 ns 
SE (gi) 
0.25 
0.22 
0.19 
0.19 
SE (gi-gj) 
0.35 
0.31 
0.27 
0.2 
Testerlərin ÜKQ 




gT1 
0.40
**
 
0.35
**
 
0.09 
ns
 
0.23
**
 
gT2 
-0.40
**
 
-0.35
**
 
-0.09 
ns
 
-0.23
**
 
SE (gi) 
0.08 
0.073 
0.06 
0.063 
SE (gi-gj) 
0.12 
0.103 
0.09 
0.089 
 
 
** və * uyğun olaraq 1% və 5% ehtimallıqla mənalı; ns- mənasız 
 
 
Dən məhsuluna aid xüsusi kombinasiya qabiliyyəti anali-
zinin nəticələri cədvəl 5.18- də verilmişdir. Suvarılan şəraitdə, 
L1×T1, L4×T1 və L8×T1 hibridlərinin XKQ təsiri müsbət və 
əhəmiyyətli, L1×T2, L4×T2 və L8×T2 hibridlərinin XKQ tə-
siri isə mənfi və əhəmiyyətli olmuşdır. 
    


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə