Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə84/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   80   81   82   83   84   85   86   87   ...   179

171 

 

kiçik yaĢayıĢ məntəqələrində 1-2, nisbətən iri yaĢayıĢ məntəqələrində isə ən azı 4-5 



xırman  olub.  Erkən  orta  əsrlərə  aid  belə  xırman  yerlərindən  biri  Qəbələ  rayonu 

ərazisində  «Xırmantəpə»  adı  ilə  mövcuddur  [141,  87].  Daha  bir  xırman  yeri 

Ġsmayıllı  rayonunun  Talıstan  kəndi  ərazisində  «Xırman  bağı»  adı  ilə  məlumdur. 

Xatırladaq  ki,  70-ci  illərin  əvvəllərində plantaj  Ģumu  çıxarılarkən  «Xırman  bağı» 

adlanan  ərazidən  V-VII  əsrlərə  aid  çoxsaylı  iri  təsərrüfat  küpləri  üzə  çıxmıĢdır 

[407, 418]. Deyilənlərə təkcə onu əlavə edək ki, həm Xırmantəpə, həm də Xırman 

bağı  adı  ilə  məlum  olan  qədim  xırman  yerləri  coğrafi  baxımdan  da  taxılın 

döyülərək  külək  vasitəsilə  sovrulması  üçün  olduqca  əlveriĢli  yerlərdir.  Arxeoloji 

tədqiqatlar zamanı Albaniyanın ilk orta əsr yaĢayıĢ məntəqələrində içərisində taxıl 

və  ya  taxıl  məhsulları  saxlanılan  çoxsaylı  iri  təsərrüfat  küpləri  və  quyular  aĢkar 

edilmiĢdir.  Yuxarıda  artıq  qeyd  etdiyimiz  kimi,  bu  küplərin  əksəriyyəti  yaĢayıĢ 

evlərinin və yardımçı binaların içərisində, döĢəməyə basdırılmıĢ vəziyyətdə aĢkar 

edilib.  Bir-birinin  yanında  basdırılmıĢ  bir  neçə  iri  təsərrüfat  küpü  əslində  anbar 

funksiyası daĢıyırdı. Bu cür anbar qalıqları Mingəçevir, Qəbələ, ġamaxı, Qalagah 

və Qırlartəpə qazıntılarından da məlumdur. Məsələn, 1948-ci il qazıntıları zamanı 

Mingəçevirdəki 2 saylı  yaĢayıĢ  yerindən yan-yana düzülmüĢ və ağzı gil qapaqlar 

və dəyirman daĢı parçaları ilə örtülmüĢ 6 ədəd iri təsərrüfat küpü tapılıb. Hansı ki, 

onlardan bir neçəsinin içərisində taxıl və  un qalıqları olduğu qeydə alınıb. Orada, 

həmçinin,  xam  torpaqda  qazılmıĢ  bir  neçə  təsərrüfat  quyusu  da  aĢkara  çıxarılıb. 

Onlardan birində darı qalıqları aĢkar edilib [227, 72]. ġəhərin məbədlər sahəsindəki 

konusĢəkilli  quyudan  isə  15  kiloqramadək  un  götürülmüĢdür.  Quyunun  divarı 

hamar  Ģirələndiyindən  1500  il  ötməsinə  baxmayaraq  orada  saxlanılan  un torpağa 

qarıĢmamıĢdır  [227,  74].  Xatırladaq  ki,  içərisində  un  saxlanılan  bu  cür  quyular 

Mingəçevirin 3 saylı yaĢayıĢ yerində də aĢkar edilib [227, 74]. 

Albaniyanın digər əraziləri  kimi,  Girdiman abidələrində  də taxılın  emalına 

xidmət edən çoxsaylı maddi-mədəniyyət qalıqları əldə olunmuĢdur. Bunlar əsasən 

qayıqvari,  oval  və  dairəvi  formalı  dən  daĢları,  habelə  əl  dəyirmanına  aid 

qalıqlardır.  Qalagahda,  Qırlartəpədə,  Kənd  yerində,  Bəyimli  qalasında,  Həsən 

bəyin  yerində,  KələĢ  və  Yekəxanada  bu  qəbildən  olan  tapıntılara  az  qala  hər 

addımda rast gəlinir. 

Arxeoloji  ədəbiyyatdan  bəlli  olduğu  kimi,  Azərbaycan  ərazisində  ilk  dən 

daĢı  qalıqları  Mingəçevirin  1  saylı  yaĢayıĢ  yerinin  Eneolit  dövrünə  aid  mədəni 

təbəqəsindən  tapılıb  [289,  30].  Maraqlıdır  ki,  bizim  eranın  ərəfəsinədək  həyatın 

davam etdiyi həmin yaĢayıĢ yerinin üst mədəni təbəqəsindən də bu cür dən daĢları 

tapılıb. Onların əksəriyyəti qayıqvari, az bir qismi isə oval və ya dairəvi formalıdır. 

2  və  3  saylı  yaĢayıĢ  yerlərindən  tapılan  dən  daĢları  isə  dairəvi  və  ya  oval 

formadadır. OvalĢəkilli dən daĢlarının əksəriyyətinin uzunluğu təqribən 60 sm, eni 

35  sm,  dairəvi  formalı  dən  daĢların  diametri  isə  40  sm-dir.  Həm  oval,  həm  də 

dairəvi dən daĢlarının qalınlığı 3-10 sm-dir. [227, 70]. 



172 

 

Arxeoloq  R.M.Vahidov  görkəmli  geoloq,  akademik  M.QaĢqayın  rəyinə 



əsaslanaraq  Mingəçevirdən  tapılmıĢ  müxtəlif  formalı  dən  daĢlarının  Ġsmayıllı 

rayonunun Qalacıq kəndi yaxınlığındakı Qabbro cinsli daĢ yatağından gətirildiyini 

güman  edir  [227,  70].  ArayıĢ  üçün  bildirək  ki,  bu  yataq  qədim  Girdiman 

ərazisində,  Göyçay  çayı  sahilində  yerləĢir.  Hansı  ki,  həmin  yataqdan  tədarük 

olunmuĢ  müxtəlif  formalı  dən  daĢlarına  Girdiman  hövzəsinin  ilk  orta  əsr 

abidələrində  daha  çox  təsadüf  olunubdur.  Qalagah,  KələĢ,  Həsən  bəyin  yeri, 

Qırlartəpə  və  Bəyimli  qalasında  aparılan  tədqiqatlar  zamanı  əldə  olunan  maddi-

mədəniyyət qalıqları içərisində bu cür nümunələr xüsusilə çoxluq təĢkil edir. 

Fikrimizcə, əl dəyirmanları dairəvi formalı dən daĢlarının təkmilləĢdirilmiĢ 

forması  hesab  edilə  bilər.  Baxmayaraq  ki,  akademik  T.Ə.Bünyadov  ilk  əl 

dəyirmanının hələ Erkən Dəmir dövründə, su ilə iĢləyən dəyirmanların isə e.ə. III-

II əsrlərdə meydana gəldiyini ehtimal edir [39, 50-56]. Lakin bu ehtimallar hələlik 

arxeoloji materialla təsdiqlənməyib. Əl dəyirmanlarına aid ən qədim nümunələr isə 

Yaloylutəpə və ġamaxıdan tapılıb [438, 44; 639, 215-216]. Yaloylutəpədən məlum 

olan əl dəyirmanına aid alt və üst daĢın diametri 40 sm-dir. Onun üst daĢı alt daĢa 

nisbətən  daha  nazikdir.  Alt  daĢın  orta  hissəsində  birləĢdirici  ox  üçün  nəzərdə 

tutulan  kiçik  deĢiyi  var.  Üst  daĢın  orta hissəsindəki  deĢik  isə həm  birləĢdirici  ox 

üçün,  həm  də  dən  tökülməsi  üçündür.  Bundan  əlavə,  üst  daĢın  kənarına  yaxın 

hissəsində  əlcək  yeri  üçün  nəzərdə  tutulan  daha  bir  deĢiyi  var.  Təbiidir  ki,  taxıl 

məhsullarının emalında bu cür əl dəyirmanlarından istifadə olunması, əl əməyinin 

yüngülləĢdirilməsi və əmək məhsuldarlığının artırılması istiqamətində irəliləyiĢ idi 

[227, 71; 310, 121]. 

Tədqiqatçıların  fikrincə,  Azərbaycan  ərazisində  ilkin  olaraq  Eneolit 

dövründən  etibarən  taxıl  məhsullarının  emalına  baĢlanıb.  Bu  məqsədlə  əvvəlcə 

qayıqvari,  daha  sonra  oval  və  dairəvi  formalı  dən  daĢlarından,  nəhayət,  III-IV 

əsrlərdən baĢlayaraq əl dəyirmanlardan istifadə edilib. Diqqəti çəkən odur ki, yeni 

Ģəraitdə istehsalın təkmilləĢməsinin göstəricisi olan əl dəyirmanları ilə eyni vaxtda 

dən  daĢlarından  da  əvvəlki  kimi  yenə  də  geniĢ  istifadə  olunduğu  müĢahidə 

edilməkdədir. Bunu istisnasız olaraq bütün ilk orta əsr abidələrində təsadüf edilən 

müxtəlif formalı, çoxsaylı dən daĢları təsdiq edir. 

Ġlk orta əsrlər dövründə Girdiman ərazilərində çörəkbiĢirmə sənətinin təĢkili 

və  onun  texnologiyası  barədə  hələlik  kifayət  qədər  təsəvvür  yoxdur.  Düzdür,  bu 

məqsədlə təndirlərdən istifadə olunduğu məlumdur. Bəyimli qalasında öyrənilən II 

qazıntı sahəsində, 1,4 m dərinlikdə, VI əsrin sonu - VII əsrin əvvəlinə aid mədəni 

təbəqədə  aĢkar  edilmiĢ  təndir  qalığı  buna  sübutdur.  Həcmcə  o  qədər  də  böyük 

olmayan  bu  təndir  xam  torpaq  üzərində  əlçim  üsulu  ilə  tikilib  [60,  217].  Ətrafı 

müasir təndirxanalarda olduğu kimi, çiy kərpiclə döĢənib. Görünür, indinin özündə 

də  Girdiman  hövzəsinin  yaĢayıĢ  məntəqələrində  geniĢ  yayılan  təndirxanalar  hələ 

ilk orta əsrlərdən mövcud  olub. Lakin təndir qalıqlarına az təsadüf olunması onu 

deməyə  əsas  verir  ki,  bəhs  edilən  dövrdə  Ģəhərlərdə  və  Ģəhər  tipli  iri  yaĢayıĢ 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə