Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə39/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   35   36   37   38   39   40   41   42   ...   179

80 

 

Mehranilər sülaləsinin banisi Mehran tərəfindən əsası qoyulmuĢ Mehrəvan 



Ģəhərinin  qalıqlarının  aĢkara  çıxarılması  Girdiman  abidələrinin  öyrənilməsi 

yolunda yeni mərhələ kimi dəyərləndirilməlidir. Belə ki, 2003-cü ildə bu sətirlərin 

müəllifinin rəhbərliyi ilə Ağsu-Ġsmayıllı ekspedisiyası tərəfindən Ağsu rayonunun 

Bəyimli kəndi ərazisindəki Torpaqqalada aparılan ilkin kəĢfiyyat qazıntıları zamanı 

orada  VI-IX  əsrlərə  aid  möhtəĢəm  Ģəhər  yeri  olduğu  müəyyənləĢdirilmiĢdir.  Bu 

abidə həm dövrü, həm də coğrafi koordinatları etibarı ilə Mehrəvan Ģəhərinə çox 

uyğundur [51; 57; 59]. 

70-80-ci illərdə arxeoloq F.V.Qədirov tərəfindən Qəbələ və Oğuz rayonları 

ərazisində öyrənilmiĢ bir sıra arxeoloji və memarlıq abidələri də Girdiman tarixinin 

araĢdırılması baxımından böyük əhəmiyyət kəsb edir. 

 

YAġAYIġ YERLƏRĠ 

 

BəĢəriyyət öz mövcudluğunun uzun bir tarixi dövrünü mağara və digər təbii 



sığınacaqlarda  keçirib.  Lakin  zaman  keçdikcə  insanlar  tədricən  təbii  Ģəraiti  də 

özlərinə  uyğunlaĢdırmağı  öyrəniblər.  Beləliklə,  istidən,  soyuqdan,  yağıĢdan, 

qardan, küləkdən, çovğundan qorunmaq naminə ilkin koma və sığınacaqlar tikmək 

ideyası meydana gəlibdir. Təbiidir ki, ətraf mühitlə davranmaq təcrübəsi artdıqca, 

koma  və  sığınacaqlar  da  tədricən  sayca  artmıĢ,  keyfiyyətcə  daha  da 

təkmilləĢmiĢdir.  Bu  zəmində  köçərilik  yavaĢ-yavaĢ  oturaq  həyatla  əvəz 

olunmuĢdur.  Ġlkin  oba  və  düĢərgələr  belə  yaranmıĢdır.  Onlar  da  öz  növbəsində 

böyüyərək, artaraq kəndlərə, Ģəhərlərə çevrilmiĢdir. 

Antik  və  erkən  orta  əsrlər  dövrü  planetin  bir  çox  yerlərində  olduğu  kimi, 

Azərbaycan  ərazisində  də  yeni-yeni  Ģəhərlərin  və  Ģəhərtipli  iri  yaĢayıĢ 

məntəqələrinin  təĢəkkülü  və  inkiĢafı  ilə  səciyyəvi  olmuĢdur.  Əsasən  çayların 

sahilində,  karvan  yollarının  üstündə  ilkin  feodal  qəsri  kimi  meydana  gələn  bu 

yaĢayıĢ  məntəqələri  tədricən  böyüyərək  Ģəhristan  və  rabbadan  ibarət  çoxĢaxəli 

infrastrukturu ilə seçilən mühüm sənət, mədəniyyət və ticarət mərkəzlərinə çevrilib 

[626,  240].  Hansı  ki,  onlardan  bir  qisminin  adı  qədim  və  orta  əsr  mənbələrində 

çəkilir. Lakin yeri-yurdu bilinməyən, barəsində yazılı mənbələrdə heç bir məlumat 

olmayan  yaĢayıĢ  məntəqələri  qat-qat  daha  çox  olub.  Təbiidir  ki,  həmin  yaĢayıĢ 

məntəqələrinin əksəriyyətinin qalıqları bu və ya digər dərəcədə dövrümüzə qədər 

gəlib  çıxmıĢdır.  Məlum  olduğu  kimi,  Azərbaycan  arxeoloqları  uzun  illər  ərzində 

əsasən  tarixi  mənbələrdə  adı  çəkilən  və  koordinatları  göstərilən  Qəbələ,  Gəncə, 

Beyləqan, Mingəçevir, ġamaxı, Bərdə, Bakı, ġabran, Naxçıvan kimi iri Ģəhərlərin 

arxeoloji  cəhətdən  öyrənilməsi  ilə  məĢğul  olublar.  Ölkənin  ictimai-iqtisadi  və 

mədəni-siyasi həyatında önəmli yeri olan bir çox digər yaĢayıĢ yerlərinin arxeoloji 

cəhətdən  tədqiqi  isə  unudulmuĢdur  [180,  74].  Həyatın  qısa  və  ya  uzunmüddətli 

davam  etməsindən  asılı  olaraq  həmin  yaĢayıĢ  məntəqələrində  bir  və  ya  bir  neçə 

mədəni təbəqə formalaĢmıĢdır. Yazılı mənbələrdə adı xatırlanmayan bu tip yaĢayıĢ 




81 

 

yerlərinin  demək  olar  ki,  əksəriyyəti  təbii  dağıntılar,  yaxud  da  tikinti  və  ya 



təsərrüfat iĢləri zamanı üzə çıxıbdır. 

Beləliklə, əsrlər boyu tariximizi özündə yaĢadan Ģəhər və Ģəhər tipli yaĢayıĢ 

məntəqələrinin  heç  olmazsa  bir  qismi  barədə  bu  gün  artıq  nisbətən  daha  ətraflı 

söhbət açmaq imkanları var. Söhbət Girdiman vilayətinin ilk orta əsr abidələrindən 

gedir. Onların öyrənilmə tarixi, dövrü və xarakterik xüsusiyyətləri barədə hələlik 

aĢağıdakıları bildirmək olar. 

 

QIRLARTƏPƏ 

 

Ağsu-Ġsmayıllı ekspedisiyasının Nüydi  və  Uzunboylar abidələrindən sonra 

Dağlıq ġirvan ərazisində tədqiq etdiyi ən möhtəĢəm abidə Ağsu rayonunun Qırlar 

kəndi  yaxınlığında  yerləĢən  və  Ģərti  olaraq  Qırlartəpə  adlandırılan  çoxtəbəqəli 

abidədir [196, 1-3; 560; 561; 563]. Orada Eneolit dövründən baĢlayaraq eramızın 

V əsrinədək, təqribən 7 min il ərzində intensiv həyat olduğu müəyyən edilmiĢdir. 

O,  antik  və  erkən  orta  əsrlərə  aid  çoxsaylı  abidələr  kompleksinin  əhatəsində  - 

ġamaxı ilə Qəbələni birləĢdirən və xalq arasında qədim «poçt yolu» kimi tanınan 

magistral yolun üstündə yerləĢir. 

ġirvanın həm aran, həm də dağlıq əraziləri Qırlartəpədən çox aydın görünür. 

Oradan baxanda Ģimalda Basqal, Sulut, Mücü kəndləri, Fit və Niyal dağları, Ģərqdə 

Muğanlı,  qədim  ġamaxı  və  Gülüstan  qalası,  qərbdə  Qəbələyədək  olan  geniĢ 

ərazilər, cənubda isə Ağsu və Kürdəmir rayonlarının ərazilərini özündə birləĢdirən 

ġirvan düzü sanki ovuc içərisindəki kimi görünür. 

Ağsuçayla  Qırlartəpə  arasındakı  yastana  yerli  əhali  arasında  «Bədbinə» 

deyirlər. Təqribən 8-10 hektara qədər sahəni əhatə edir. 70-ci illərdə üzüm əkmək 

məqsədilə  plantaj  edilərkən  oradan  e.ə.  I  minilliyin  sonlarına  və  eramızın 

əvvəllərinə  aid  zəngin  maddi-mədəniyyət  qalıqları  üzə  çıxıb.  Yerli  sakinlərin 

məlumatına  görə  Bədbinədən  daha  çox  keramika  və  metal  məmulatı  tapılıb. 

Yastanın ayrı-ayrı yerlərində tikinti qalıqlarının mövcudluğundan xəbər verən daĢ 

topaları qeydə alınmıĢdır. Bütün bunlar isə orada təqribən 2000 ilə yaxın tarixi olan 

yaĢayıĢ yeri və nekropol olduğundan xəbər verir [196]. 

80-ci  illərin  əvvəllərində  Muğanlı-Ġsmayıllı  yolu  çəkilərkən  Qırlartəpəyə 

bitiĢik ərazilərdən çoxsaylı qədim maddi-mədəniyyət nümunələri üzə çıxmıĢdır. O 

zaman təpənin arxa tərəfindən keçən yol yerində təqribən 0,8-1 m dərinlikdə 15-ə 

yaxın qəbir qeydə alınmıĢdır. Həmin qəbirlərin demək olar ki, hamısından zəngin 

maddi-mədəniyyət  qalıqları  əldə  olunmuĢdur.  Qəbir avadanlığı içərisində  e.ə.  II-I 

əsrlərə  və  yeni  eranın  I  əsrinə  aid  edilən  çeĢidli  keramika  və  metal  məmulatı 

üstünlük  təĢkil  edir.  Silahların  və  döyüĢ  ləvazimatının  çoxluğu  xüsusilə  diqqəti 

cəlb  edir.  Xatırladaq  ki,  Qırlartəpə  ətrafındakı  qəbir  abidələrində  antik  dövrdə 

Albaniya  ərazisində  istifadə  edilən  demək  olar  ki,  bütün  silah  növlərinin 

nümunələri  tapılıb.  Əfsuslar  olsun ki,  Ġsmayıllı-Muğanlı  yolunun tikintisi zamanı 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə