Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə40/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   36   37   38   39   40   41   42   43   ...   179

82 

 

üzə çıxan qiymətli tapıntıların xeyli qismi qeydiyyata alınmadan ayrı-ayrı Ģəxslər 



tərəfindən  mənimsənilibdir.  Məsələn,  1981-ci  ildə  838  saylı  yol  tikinti  idarəsinin 

Gəncədən olan iĢçiləri tərəfindən bir neçə belə qiymətli tapıntının aparıldığı barədə 

məlumat  yayılmıĢdı.  Yalnız  ekspedisiya  rəhbərliyi  iĢə  qarıĢdıqdan  və  uzun-uzadı 

yazıĢmalardan sonra Gəncə polisi tərəfindən 2 ədəd gümüĢ camın və bir ədəd saxsı 

qabın  tapılaraq  Tarix  Ġnstitutunun  arxeologiya  və  etnoqrafiya  bölməsinə 

qaytarılması təmin olundu [50, 54-55]. 

Qırlartəpə ətrafındakı ilk orta əsr abidələrindən ən çox diqqət çəkəni «Kənd 

yeri»  abidəsidir.  Yerli  sakinlər  oraya  «Pəldahar»  da  deyirlər.  ġimal  tərəfdən 

Ağsuçay  dərəsinə  düĢən  sərt  qayalıq  və  meĢəli  yamaclarla  həmsərhəddir.  Yaz 

aylarında Pəldahar meĢələrində çoxlu pəl yetiĢir. Fikrimizcə, «pəl» və fars dilində 

«qaya»  mənasını  bildirən  «dahar»  sözlərinin  birləĢməsindən  əmələ  gələn 

«Pəldahar» toponimi də elə bu zəmində yaranmıĢdır. 

Pəldaharın ən hündür və həm də axar-baxarlı nöqtəsi qaya yanındakı yastan 

yeridir.  Orada  çoxlu  tikinti  qalıqları  olduğu  müĢahidə  edilir.  ġumlanarkən  üzə 

çıxan yonulmuĢ daĢlardan vaxtilə tikintidə istifadə olunduğu Ģübhə doğurmur [198, 

10-11].  Pəldaharda  təqribən 200 m  uzunluğunda  köbər  yeri  var.  Zahiri əlamətləri 

etibarı  ilə  daha  çox  qədim  arx-bənd  yerini  xatırladır.  Doğrudur,  Qırlartəpə  və 

Pəldahar ətrafında içməli su mənbəyi olan bulaqlar kifayət qədərdir. Lakin, həmin 

bulaqlar  bol  sulu  olmadıqlarından  onlar  təsərrüfat  və  istehsalat  ehtiyacları  üçün 

yetərli  ola  bilməzdi.  Odur  ki,  yerli  əhali  təsərrüfat  və  istehsalatda  iĢlətmək 

məqsədilə  kənardan  su  gətirmək  zorunda  olub.  Fikrimizcə,  Pəldahar  ərazisindəki 

köbər  yeri  də  məhz  mənbəyini  Ağsuçaydan  götürən  həmin  bənd-arxın  qalıqları 

kimi izah olunmalıdır. 

Müxtəlif  vaxtlarda  taxıl  və  üzüm  əkmək  məqsədilə  Ģum  edilərkən  «Kənd 

yeri»ndə  çoxlu  maddi-mədəniyyət  qalıqları  üzə  çıxıb.  ġum  yerində  daha  çox  iri 

təsərrüfat  küplərinin  qırıqlarına  təsadüf  olduğu  bildirilir.  Tapıntılar  içərisində 

müxtəlif  ölçülü  və  müxtəlif  formalı  saxsı  qablara  məxsus  qulplara  və  həmin 

qabların ağzının kənarlarının  qırıqlarına  xüsusilə  tez-tez rast  gəlinir  [196,  2].  Bu 

tapıntılar  eramızın  III-V  əsrlərində  orada  kənd  tipli  iri  yaĢayıĢ  məntəqəsi 

olduğundan  xəbər  verir.  Hansı  ki,  həmin  dövrdə  Qırlartəpədə  də  intensiv  həyat 

olub. Odur ki, həmin abidələri ayrılıqda deyil, kompleks halda təqdim etmək daha 

düzgün olardı. 

Qırlartəpənin  qərb  və  Ģimal  tərəfi  uzun  illər  ərzində  Ģumlanaraq  əkilib. 

Abidənin  cənub  və  Ģərq  tərəfi  yamac  və  kolluqdan  ibarətdir.  Üstünün  mərkəzi 

hissəsi çökərək cama bənzəyən bu təpənin hündürlüyü 6 m, uzunluğu 40 m, eni isə 

18 m-dir. 80-ci illərədək onun təbii təpə olduğu güman edilirdi. Lakin, 1982-ci ilin 

tədqiqatları zamanı Ağsu-Ġsmayıllı arxeoloji ekspedisiyası tərəfindən təpənin qərb 

kənarındakı  siçan  və  porsuq  yuvalarının  kənarında  müxtəlif  maddi-mədəniyyət 

nümunələrinin,  o  cümlədən  keramika  fraqmentlərinin,  kömür  və  kül  qalıqlarının 

olduğu müəyyənləĢdirilib [196, 1-2]. Bunlar, əlbəttə, Qırlartəpənin təbii deyil, süni 




83 

 

təpə  olduğunu  düĢünmək  üçün  yetərli  dəlillər  idi.  Odur  ki,  orada  3x5  m  ölçüdə 



ilkin yoxlama qazıntısı qoyulub. 1982-ci il mövsümündə qazıntını xama çatdırmaq 

mümkün  olmasa  da,  hər  halda  Qırlartəpənin  çoxtəbəqəli  abidə  olduğu 

müəyyənləĢdirilib. Oradan tapılan zəngin maddi-mədəniyyət nümunələri və tikinti 

qalıqları əsasında bəlli olub ki, eramızın I minilliyinin ortalarınadək Qırlartəpədə 

intensiv həyat olub (I tablo, Ģək.1). 

1983-cü il mövsümündə Qırlartəpədə tədqiqatlar ötən ildən yarımçıq qalmıĢ 

yoxlama  qazıntısını  geniĢləndirməklə  davam  etdirilib.  Əvvəlcə  16x16  m  sahədə 

qazıntı  aparılıb.  Sonra  həmin  sahə  Ģimala  doğru  daha  8  m  geniĢləndirilərək 

qazıntının ümumi sahəsi 384 kv.m-ə çatdırılıb (I tablo, Ģək.2). Qazıntıya baĢlanan 

ilk  anlardan  etibarən  əldə  olunan  zəngin  və  rəngarəng  maddi-mədəniyyət 

nümunələri  içərisində  keramika,  metal  və  sümük  məmulatı  üstünlük  təĢkil  edib. 

Tapıntılar içərisində IV-V əsrlər üçün səciyyəvi olan çoxsaylı nümunələrlə yanaĢı, 

Dəmir, Tunc, hətta, Eneolit dövrünə aid əĢyalara və istehsal qalıqlarına da təsadüf 

olunub. Bütün bunlar isə orada Eneolit dövründən baĢlayaraq eramızın V əsrinədək 

intensiv həyat olduğuna dəlalət edir. Abidənin üst təbəqəsindən hicri tarixlə 771-ci 

ildə kəsilmiĢ ġirvanĢahlara məxsus mis sikkənin tapılması onu deməyə əsas verir 

ki,  Qırlartəpədə  V  əsrdən  sonra  da həyat  davam  etmiĢdir.  Lakin,  sonrakı  dövrdə 

həyat intensiv olmadığından, orada orta əsrlərə aid mədəni təbəqə yaranmamıĢdır. 

Görünür, V əsrdən sonrakı dövrdə o, yaĢayıĢ yeri və istehsal mərkəzi funksiyasını 

itirərək,  sadəcə  ġamaxı  ilə  Qəbələni  birləĢdirən  ticarət  yolu  üzərində  dayanacaq-

stansiya funksiyası daĢımıĢdır. 

Qazıntıda  dərinlik  0,3-0,4  m-ə  çatdırıldıqda  təpənin  Ģimal-qərb  tərəfində 

yonulmuĢ çay daĢından hörülmüĢ tikinti qalıqları qeydə alınıb (IV tablo). Tədqiqat 

iĢləri  davam  etdirilərkən  Ģimal  və  cənub  tərəflərdə  də  yonulmuĢ  çay  daĢından 

hörülmüĢ  divar  qalıqları  olduğu  qeydə  alınıb.  Bunlar  bir-biri  ilə əlaqəli  olan  yan 

divarlar  idi.  Həm  də  bu  divarlar  Ģərqə  doğru  qazıntı  sahəsindən  kənara  doğru 

davam edirdi. Qazıntı dərinə düĢdükcə yan divarlara perpendikulyar olan daha bir 

neçə divar qalıqları da üzə çıxıb. Lakin, təpənin mərkəzi hissəsinə yaxın yerlərdə 

hələ  ki,  divar  qalıqları  olduğu  gözə  dəymirdi.  Ümumiyyətlə,  yan  divarlara  yaxın 

nöqtələrə nisbətən mərkəzi hissədə mədəni təbəqə özünün rənginə və xarakterinə 

görə  də  fərqlənirdi.  Belə  ki,  yan  divarlara,  xüsusən  də  Ģimal  və  qərb  divarlarına 

yaxın yerlərdə mədəni təbəqədə müĢahidə olunan yanmıĢ torpaq və kül qalıqlarına 

mərkəzi  hissədə  rast  gəlinmirdi.  Orada,  təbəqə  demək  olar  ki,  bütünlüklə  qara 

torpaqdan ibarət idi. Bu isə təpənin Ģimal və qərb istiqamətdə olan yan divarlarına 

yaxın  nöqtələrdə  əsasən  istehsal  ocaqlarının  cəmləĢdiyini  ehtimal  etməyə  əsas 

verirdi.  Yan  divarlara  perpendikulyar  olan  divar  qalıqları  isə  hələ  ki,  təpənin 

mərkəzi  hissəsinə  gedib  çatmırdı.  Görünür,  təpənin  mərkəzi  hissəsi  çökərkən 

həmin  divar  qalıqları  da  nisbətən  dərinə  çöküb.  Oradakı  qara  torpaqdan  ibarət 

təbəqə də, məhz bu cür düĢünməyə əsas verirdi. Bu, əgər həqiqətən belədirsə, onda 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə