Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə43/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   39   40   41   42   43   44   45   46   ...   179

88 

 

Qırlartəpə materiallarının böyük bir qrupu əsasən dəmirdən, qismən də mis 



və gümüĢdən hazırlanmıĢ əmək alətlərindən, məiĢət və bəzək əĢyalarından, habelə, 

silahlardan  ibarət  metal  məmulatıdır  (XV  tablo,  Ģək.  6-15,  16,  17).  Metaldan 

hazırlanmıĢ  əmək  aləti  və  məiĢət  əĢyalarından  dəmir  qayçı,  bıçaq,  biz  və  qıyığı, 

bəzək əĢyalarından gümüĢ sancağı (XV tablo, Ģək.6), mis məmulatı içərisində üzük 

və  sırğaları,  silah nümunələrindən  isə  ox  ucluğunu  misal  göstərmək  olar.  Həmin 

tapıntılardan  yalnız  gümüĢ  sancağın  ölkəyə  kənardan  gətirildiyi  güman  edilir. 

Metaldan olan digər tapıntıların isə əsasən yerli istehsal nümunələri olduğu Ģübhə 

doğurmur. Bu qəbildən olan tapıntılar içərisində bir ədəd dəmir ox ucluğu xüsusilə 

maraq doğurur. Onun tiyəsinin uzunluğu 6 sm, eni 1-1,5 sm, saplağının uzunluğu 

isə  5  sm-dir.  Nisbətən  uzun  və  iti  saplağı  var.  Tiyəsi  ilə  saplağının  arası  kort 

formasındadır.  Uc  hissəsi  üçbucaqvari  formada  olmaqla  çapacağa  bənzəyir  (XV 

tablo,  Ģək.13).  Xatırladaq  ki,  buna  bənzər  ox  ucluqları  Qırlartəpəyə  yaxın  olan 

abidələrdən  də  bəllidir.  Analoji  nümunələrə  Azərbaycandan  çox-çox  uzaq  olan 

məmləkətlərdə  də  təsadüf  olunub.  Məsələn,  tədqiqatçı  Y.S.Xudyakovun  fikrincə, 

belə ox ucluqlarına uzaq Zabaykalye və Çitada tez-tez rast gəlmək mümkündür. O, 

bəhs edilən ox ucluqlarının 22 nümunəsi barədə məlumat dərc edib [650]. Buradan 

belə bir qənaətə gəlmək olar ki, qeyd olunan ox ucluqları həm Qafqazda, həm də 

Sibir çöllərində məskunlaĢan qədim türk tayfalarına mənsub olmuĢdur. 

Mütəxəssislərin fikrincə, Qırlartəpədə aĢkar edilən xırda və nisbətən yumru 

sapand daĢına bənzəyən, yaxud da üçbucaqvari formada iti tilli, ucu ĢiĢ daĢlar yerli 

sakinlər  tərəfindən  özünü  müdafiə  sistemini  qurmaq  məqsədilə  tədarük  olunub. 

Məlum olduğu kimi, Qırlartəpə tikinti kompleksində baĢlıca olaraq asanlıqla qəlpə 

verən,  çəkiclə  istənilən  formada  sındırılması  asan  olan  qaya  daĢlarından  istifadə 

olunub.  Lakin,  sınmağa  deyil,  daha  çox  ovulmağa  meyilli olan  əhəngdaĢı tərkibli 

xırda, yumru və iti tilli daĢlar isə tikintidə istifadə oluna bilməzdi. Əslində, həmin 

daĢlar tikintidən deyil, oradakı anbar-arakəsmələrdən tapılmıĢdır. Sözsüz ki, yumru 

və  kəsici  daĢların  bir  yerdə,  topa  Ģəklində  aĢkar  edilməsi  də  təsadüfi  hal  kimi 

dəyərləndirilə  bilməz.  Bu  amilləri  nəzərə  alaraq  tədqiqatçılar  onlardan  daha  çox 

sapand daĢı kimi istifadə olunduğunu güman edirlər. 

Tədqiqatlar zamanı əldə olunan daĢ alətlər içərisində qayıqvari formalı dən 

daĢları və onların qırıqlarına xüsusilə tez-tez təsadüf olunubdur. Bu isə onu göstərir 

ki, yerli sakinlər əvvəlki tarixi dövrlərdə olduğu kimi, ilk orta əsrlərdə də müxtəlif 

növ ərzaq məhsullarını üyütmək məqsədi ilə bu cür dən daĢlarından geniĢ istifadə 

ediblər. 

Qırlartəpədə cəmi bir ədəd ĢüĢə qab parçası tapılıb [198, 14]. Həmin tapıntı 

son  dərəcə  kiçik  olduğundan  onun  hansı  qaba  uyğun  gəldiyini  müəyyən  etmək 

mümkün olmamıĢdır. Əlbəttə, bu fraqmentin özü Qırlartəpə abidəsinin xarakteri və 

təyinatı  barədə  düĢünmək  istiqamətində  bəzi  ehtimallar  söyləməyə  kömək  edir. 

Sözsüz  ki,  orada  Albaniya  cəmiyyətinin  yüksək  təminatlı  zümrəsi  cəmləĢmiĢ 

olsaydı, onda o dövrün saray məiĢətinin göstəricisi olan nəfis ĢüĢə qabların olması 




89 

 

bir  növ  zərurət  idi.  Çünki,  erkən  orta  əsrlərdə,  yəni,  ĢüĢə  məmulatının  yeni 



yayıldığı  vaxtlarda  o  daha  çox  məhz  dəbdəbəli  saray  məiĢətinin  göstəricisi  idi. 

Buradan da belə bir nəticəyə gələ bilərik ki, IV-V əsrlərdə Qırlartəpədə saray həyat 

tərzi mövcud olmayıb. 

Beləliklə,  aparılan  geniĢmiqyaslı  arxeoloji  tədqiqatların  nəticələrinə 

əsaslanaraq  deyə  bilərik  ki,  III-V  əsrlərdə  Qırlartəpədə  intensiv  həyat  olub.  IV 

əsrin ortalarında orada yonulmuĢ çay daĢından və ağac konstruksiyalardan istifadə 

etməklə təqribən 1000 kv.m sahəni əhatə edən nəhəng tikinti kompleksi inĢa edilib. 

Qırlartəpə  tikinti  kompleksi  hər  Ģeydən  öncə  məhz  özünün  memarlıq  quruluĢu 

etibarı ilə saray və ya məbəd tipli kompleks hesab edilə bilməz. Yəni, orada saray 

və  ya  məbəd  əzəməti  duyulmur.  Onun  Albaniyada,  yaxud  da  qonĢu  ərazilərdə 

tikilmiĢ  antik  dövr  və  ilk  orta  əsrlərə  aid  saray  və  məbəd  tipli  komplekslərə 

bənzərliyi  barədə  söhbət  belə  ola  bilməz.  Qırlartəpə  tikinti  kompleksini  dövrün 

digər saray və məbəd tipli abidələrindən fərqləndirən mühüm əlamətlərdən biri də, 

çoxsaylı  irili-xırdalı  otaq-arakəsmələrdən  ibarət  olmasıdır.  Hansı  ki,  həmin  otaq-

arakəsmələrin  bir  qismindən  uzun  müddət  anbar  kimi  istifadə  olunmuĢdur. 

Ġçərisində müxtəlif növ ərzaq məhsullarının saxlandığı iri təsərrüfat küpləri bunu 

qəti Ģəkildə təsdiq edir. Tədqiqatlar göstərir ki, Qırlartəpə tikinti kompleksinin qərb 

kənarında uzun müddət keramika istehsalı və metaliĢləmə sənəti ilə məĢğul olunub. 

Orada aĢkar edilmiĢ kürə qalıqları, istehsal tullantıları, istehsal alətləri və nəhayət, 

davamlı istehsal olduğunu təsdiqləyən yanıq torpaq və kül təbəqəsi bunu bir daha 

təsdiq edir. Arxeoloji tədqiqatlar zamanı oradan tapılan sümükiĢləmə və toxuculuq 

sənəti ilə bağlı maddi-mədəniyyət qalıqları, xüsusilə də əmək alətləri və istehsalat 

tullantıları isə Qırlartəpənin həm də müvafiq sənət sahələri üzrə mərkəz olduğuna 

dəlalət  edir.  Nəhayət,  bütün  bunlar  yekun  olaraq  onu  söyləməyə  əsas  verir  ki, 

Qırlartəpə  təqribən  eramızın  IV-V  əsrlərində  bir  sıra  mühüm  sənət  sahələrinin 

cəmləĢdiyi  nəhəng  istehsalat  mərkəzi  olub.  Çox  güman  ki,  orada  Girdiman 

feodallarının  müxtəlif  sənətkarlıq məmulatlarına  dair hərbi-iqtisadi  sifariĢləri  icra 

olunurmuĢ. Fikrimizcə, Mehranilərin gəliĢi, beləliklə də yerli feodalların fəal siyasi 

səhnədən kənarlaĢdırılması ilə Qırlartəpə də süqut etmiĢdir. 

 

QƏBƏLƏ 

 

Miladdan  əvvəl  IV  əsrdən  baĢlayaraq  ölkənin  iqtisadi,  siyasi  və  mədəni 



həyatında mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı 

çəkilən  Qəbələ  Albaniyanın  ilk  paytaxt  Ģəhəri  olub.  Alban  hökmdarlarının  baĢ 

iqamətgahı orada yerləĢirdi. I əsr müəllifi Böyük Plininin «Təbiət tarixi» əsərində 

«Kabalaka»  [34,  25],  II  əsr  müəllifi  Klavdi  Ptolemeyin  «Coğrafiya  dərsliyi» 

əsərində «Xabala» [206, 24] kimi adı çəkilən Qəbələnin adı orta əsr mənbələrində 

də  tez-tez  xatırlanır  [31,  7-8].  Bununla  belə,  qədim  və  orta  əsr  müəlliflərinin 

məlumatları  əsasında  tərtib  olunmuĢ  xəritələrə  əsasən,  Qəbələnin  dəqiq  yerini 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə