Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə46/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   42   43   44   45   46   47   48   49   ...   179

94 

 

tanınan  ərazidə  olduğunu  güman  edir.  Əlbəttə,  bu  mülahizələrlə  qeyd-Ģərtsiz 



razılaĢmaq  qeyri-mümkündür.  Yəni,  «Yanıq  yer»də  və  «ġərif  açığı»nda  sadəcə 

olaraq  saxsı  məmulatı  istehsal  olunub.  ġəhərin  dulusçuluq  məmulatı  istehsalının 

bütünlüklə  həmin  yerdə  cəmləĢdiyini  də  söyləmək  doğru  olmazdı.  Çünki,  digər 

yerlərdə,  o  cümlədən  qala  divarları  daxilində,  yəni,  həm  Səlbirdə,  həm  də  Qala 

ərazisində bir neçə yerdə kürə qalıqları, istehsal ocaqları, çoxsaylı istehsal çıxarları 

tapılıb.  Bu,  o  deməkdir  ki, dulusçuluq məmulatı istehsalı həm  Ģəhərin  içərisində, 

həm də ətraf ərazilərdə mövcud olub. Ehtimal ki, kərpic, kirəmit və su tüngləri qala 

divarlarından  kənarda,  daha  doğrusu,  bilavasitə  gil  ehtiyatlarına  yaxın  ərazilərdə 

cəmləĢib.  MəiĢət  keramikası  isə  daha  çox,  məhz  Ģəhərin  içərisindəki 

emalatxanalarda istehsal olunub və elə oradakı kürələrdə də biĢirilib. Bütün bunlar 

isə dulusçuluq istehsalı sahəsində dərin ixtisaslaĢma olduğundan xəbər verir. 

Arxeoloji materialların təhlili göstərir ki, ölkənin paytaxtı olmaq statusunu 

itirəndən  sonrakı  dövrdə  Qəbələnin  dünyanın  bir  çox  ölkələri  və  iri  ticarət 

mərkəzləri  ilə  mədəni-iqtisadi  əlaqələrinin  miqyası  da  nəzərə  çarpacaq  dərəcədə 

geniĢlənib.  ġəhər  xarabalıqlarında  və  onun  ətrafında  aparılan  tədqiqatlar  zamanı 

tapılmıĢ  çoxsaylı  sikkələr,  Çindən,  Ġrandan,  Roma  imperiyasından  gətirilmiĢ 

rəngarəng  çeĢidli  maddi-mədəniyyət  nümunələri  də  bunu  təsdiq  edir.  Məsələn, 

Qəbələ  və  onun  ətrafından  indiyədək  bir  neçə  pul  dəfinəsi  tapılıb.  Onların  xeyli 

hissəsi  Sasanilər  dövrünə  (226-551-ci  illər)  aid  pullardır.  Məsələn,  1964-cü  ildə 

Qəbələ  Ģəhəri  xarabalıqlarından  2-3  km  cənub-qərbdə  taxıl  əkmək  üçün  yer 

Ģumlanarkən içərisində Sasani  Ģahı II Bəhramın (276-293-cü illər) adına kəsilmiĢ 

gümüĢ draxmalar olan nadir dəfinə tapılmıĢdır. Maraqlıdır ki, 200 ədəd sikkədən 

ibarət olan bu dəfinədə Sasani pulları ilə yanaĢı, Parfiya hökmdarı Qotarsın (41-51-

ci  illər),  Roma  imperatorları  Otonun  (69-cu  il),  Vaspasianın  (69-79-cu  illər), 

Trayanın (98-117-ci illər) və Adrianın (117-138-ci illər) denariləri də olduğu qeydə 

alınmıĢdır  [31,  18-19,  34-35].  Bu  tapıntılar  əlbəttə,  III  əsrin  sonu  -  IV  əsrin 

əvvəllərində  Albaniyanın  Ġran  və  Roma  imperiyası  ilə  ticarət  əlaqələrində 

Qəbələnin  fəal  iĢtirakından  xəbər  verir  [572,  181-183].  Daha  bir  dəfinə  Ģəhər 

xarabalıqlarının  yaxınlığında  yerləĢən  Tovla  kəndinin  cənub  tərəfində  tapılıb. 

Əfsuslar  olsun  ki,  təsərrüfat  iĢləri  zamanı  təsadüfən  üzə  çıxmıĢ  bu  dəfinədəki 

pulların  əksəriyyəti  əldən-ələ  keçərək  itirilmiĢdir.  Həmin  pullardan  əldə  edilərək 

tədqiq olunan nümunələr isə Sasani hökmdarları adından VI əsrdə zərb olunub. 

Göründüyü  kimi,  IV-VII  əsrlərdə  Qəbələnin  ticarət  əlaqələrində  daha  çox 

Sasani  pullarından  istifadə  olunub.  VIII  əsrdən  baĢlayaraq  Ģəhərin  ticarət 

dövriyyəsində ərəb pullarının da xüsusi çəkisinin artdığı müĢahidə olunur. Səlbirdə 

aparılan  arxeoloji  qazıntılar  zamanı  tapılmıĢ  ərəblərə  məxsus  çoxsaylı  gümüĢ  və 

mis pullar bunu təsdiq edir. Xatırladaq ki, Qəbələ və onun ətrafından yerli pullar da 

tapılmıĢdır. Bu isə Qəbələnin Albaniyanın digər Ģəhərləri və Ģəhər tipli iri yaĢayıĢ 

məntəqələri ilə olan qızğın ticarət əlaqələrinin mövcudluğuna dəlalət edir. 



95 

 

Qəbələ  qazıntıları  zamanı  dünyanın  ən  müxtəlif  ölkələrində  istehsal 



olunmuĢ  məiĢət  və  bəzək  əĢyalarına  da  təsadüf  olunmuĢdur.  Bütün  bunlar  ona 

dəlalət  edir  ki,  paytaxtın  Bərdəyə  köçürülməsi  heç  də  Qəbələnin  ölkənin  əsas 

Ģəhəri olmaq funksiyasını itirməsinin nəticəsi kimi izah oluna bilməz. Əksinə, həm 

yazılı  mənbələr,  həm  də  arxeoloji  tədqiqatların  nəticələri  Qəbələnin  V  əsrdən 

sonrakı  dövrdə  də  intensiv  inkiĢafından,  ölkənin  iqtisadi,  mədəni  və  siyasi 

həyatında  onun  daha  fəal  iĢtirakından  xəbər  verir.  Elə  isə  paytaxt  hansı  zərurət 

nəticəsində ölkənin əsas Ģəhərindən aran ərazidə yerləĢən Bərdəyə köçürülüb? Bizə 

belə gəlir ki, bu, hər Ģeydən öncə Mehranilərin gəliĢi, Girdiman vilayətinin hərbi-

siyasi cəhətdən güclənməsi və faktiki olaraq onun Sasani Ġranından asılı olmaması 

ilə əlaqədar olmuĢdur. Gəlin, tarixə nəzər salaq. V əsrin II yarısında Albaniya artıq 

Sasani  imperiyasının  nüfuz  dairəsinə  daxil  idi.  Ermənistan  və  Ġberiya  ilə 

müqayisədə  o,  nisbətən  daha  müstəqil  siyasət  yeritsə  də,  hər  halda  Sasani 

mərzbanları tərəfindən idarə olunurdu. Belə bir vaxtda Ģah Xosrovun intiqamından 

qorxan Mehran böyük bir qüvvə ilə Albaniyaya gələrək Mehrəvan adlı Ģəhər salıb. 

Bunun ardınca Girdiman vilayətinin yuxarı əyalətlərinin sahibi olan 12 əyanı hiylə 

ilə öz yanına dəvət edərək onları qılıncdan keçirib [120, 101]. Təbiidir ki, Sasani 

hökmdarı özü Mehranilərə yazılı Ģəkildə tam sərbəstlik verdiyindən, onların yerli 

əyanlara  bu  cür  divan  tutmasına  qarĢı  çıxa  bilməzdilər.  Bununla  belə,  Sasanilər 

Mehranilərin  getdikcə  daha  da  güclənməsinin  və  yeni-yeni  ərazilər  ələ 

keçirməsinin  məntiqi  nəticəsi  olaraq,  bütövlükdə,  mərzbanlığa  nəzarəti  də  əldən 

vermək niyyətində deyildilər. Hadisələrin inkiĢafı isə buna doğru gedirdi. Odur ki, 

belə  bir  Ģəraitdə  mərzbanlığın  mərkəzini  Qəbələdən  Bərdəyə  köçürmək  Sasanilər 

üçün  yeganə  düzgün  çıxıĢ  yolu  ola  bilərdi.  Çünki,  Bərdə  imperiyanın mərkəzinə 

daha yaxın idi. Qəbələ isə Mehranilərin demək olar ki, lap əlinin altında idi. Orta 

əsr  mənbələrində  konkret  məlumat  olmasa  da,  tarixi  ədəbiyyatda  paytaxtın 

Qəbələdən  Bərdəyə  V  əsrin  II  yarısında  köçürüldüyü  bildirilir.  Lakin  bu  fikirdə 

olan  müəlliflər  unudurlar  ki,  V  əsrin  II  yarısında  paytaxtın  əvəzlənməsi  üçün  elə 

bir ciddi siyasi amil mövcud deyildi. Ona görə də ölkənin paytaxtının məhz 630-cu 

ildə Qəbələdən Bərdəyə köçürüldüyünə dair A.M.Qarabağlının mülahizələri daha 

inandırıcı görünür [132]. 

Paytaxtın  Bərdəyə  köçürülməsi,  əslində  Girdiman  ərazisində  sərbəst 

hökmranlıq  edən  Mehranilərin  əl-qolunu  daha  da  açmıĢ  oldu.  Odur  ki,  onlar 

tədricən Göyçay çayının qərb sahilində olan ərazilərin, daha sonra isə Türyançay 

hövzəsinin  torpaqlarını  da  ələ  keçirdilər.  Beləliklə,  nəinki  təkcə  Qəbələ  Ģəhəri, 

bütövlükdə Qəbələ mahalı onların təsir dairəsinə düĢdü. Qəbələ və Oğuz rayonları 

ərazilərindəki  bir  sıra  toponimlər  də  həmin  yerlərin  Mehranilər  nəslindən  olan 

feodalların Ģəxsi mülkləri olduğunu düĢünməyə əsas verir. Buna misal olaraq Oğuz 

rayonundakı  Vardanlı  kəndini  göstərmək  olar.  Fikrimizcə,  «Vardanlı»  toponimi 

Vardanın  kəndi,  Vardanın  mülkü  mənasını  bildirir  [54,  158].  Mehranilərin 

hökmran olduğu Girdiman vilayətinin güclənərək əslində dövlət içərisində dövlətə 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə