Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə45/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   41   42   43   44   45   46   47   48   ...   179

92 

 

ġəhərin Qala hissəsinin müdafiə divarları elə ilk baxıĢdan möhtəĢəmliyi ilə 



diqqəti  cəlb  edir.  Bu  günə  qədər  özünün  ilkin  görkəmini  saxlamıĢ  olan  cənub 

divarları  xüsusilə  daha  əzəmətlidir  (XVII  tablo).  Qalanın  əsas  qapısı  da  cənub 

tərəfdəndir.  Qapı  yerinin  sağında  və  solunda  olan nəhəng bürclər  demək  olar  ki, 

tam  salamat  vəziyyətdə  qalmaqdadır  (XVIII  tablo).  Yalnız bəzi  yerlərdə  bünövrə 

hissəsini möhkəmləndirmək məqsədilə ötən əsrin ortalarında orada müəyyən bərpa 

iĢləri aparılmıĢdır. Qala divarlarının bünövrə hissəsi dördkünc formada yonulmuĢ 

iriölçülü  tuf  daĢlardan,  yuxarı  hissəsi  isə  müxtəlifölçülü  biĢmiĢ  kərpiclərdən 

istifadə  olunmaqla  hörülüb.  Tikintidə  30x30x6-7  sm  ölçülü  kərpiclər  üstünlük 

təĢkil edir. Ġ.P.ġeblıkinin yazdığına görə, ümumiyyətlə, Qalanın cənub divarlarının 

tikintisində  ölçülərinə  görə  fərqlənən  15 növ  kərpicdən  istifadə  olunub  [664,  90-

94].  Qalanı  tikən  ustalar  biĢmiĢ  kərpiclərin  ölçü  və  düzülüĢ  müxtəlifliyindən 

məharətlə istifadə etməklə sözün əsl mənasında nadir memarlıq nümunəsi yarada 

bilmiĢlər.  Zəngin  və  rəngarəng  memarlıq  üslubu  qala  bürclərində  daha  aydın 

görünür. Yeri gəlmiĢkən deyək ki, qalanın cənub divarında 4 bürc qalıb. Onların 

hamısı yarımdairəvi formadadır. Bürclərin hündürlüyü təqribən 10-14 m, diametri 

6-8  m,  divarlarının  qalınlığı  isə  4  m-dir.  Qala  bürclərində  70  cərgəyədək  biĢmiĢ 

kərpicdən istifadə olunduğu bildirilir. 

Qalanın  qərb  tərəfində  müdafiə  divarlarının  yerüstü  qalıqları  yalnız  bəzi 

yerlərdə  bilinir.  ġərq  tərəfdə  isə  Govurluçay  qala  divarlarını  bütünlüklə  yuyub 

aparmıĢdır.  Yalnız  Ģimal-Ģərq  küncdə  nəhəng  yarımdairəvi  bürcün  qalıqları 

mövcuddur.  Məlumat  üçün  bildirək  ki,  80-ci  illərin  ortalarında  F.V.Qədirov 

qalanın  cənub  divarlarını  arxeoloji  cəhətdən  öyrənməyə  cəhd  göstərmiĢdir.  Onun 

qala  darvazası  ətrafında  aparmıĢ  olduğu  qazıntılar  zamanı  çoxsaylı  küp  qəbirləri 

aĢkar edilmiĢdir. Bununla belə F.V.Qədirov qala divarların tikilmə tarixi barəsində 

inandırıcı fikir söyləyə bilməmiĢdir. 

Qəbələ  Ģəhərinin  xarabalıqlarında  arxeoloji  tədqiqatlar  aparılarkən,  orada 

antik dövrə və ilk orta əsrlərə aid çoxlu yaĢayıĢ binaları, ictimai binalar və istehsal 

ocaqları  üzə  çıxarılmıĢdır.  1960-cı  ildə  Qalanın  Ģərq hissəsində,  Govurlu  çayının 

sahilində Ö.ġ.Ġsmizadə tərəfindən tədqiqatlar aparılarkən ilk orta əsrlərə aid daha 

bir  neçə  tikinti  qalığı  aĢkar  edilib.  1961-ci  ildə  S.M.Qazıyevin  rəhbərliyi  ilə 

Qalanın  mərkəzi  hissəsində  açılan  nəhəng  ictimai  bina  da  indiyədək  Qəbələ 

qazıntılarından  bəlli  olan  nəhəng  tikinti  qalıqlarından  hesab  edilir.  Binanın 

bünövrəyə  yaxın  hissələri  iriölçülü  yonulmuĢ  əhəng  daĢından,  üst  hissəsi  isə 

kvadrat - formalı biĢmiĢ kərpiclərdən istifadə olunmaqla inĢa edilib. Ö.ġ.Ġsmizadə 

və  S.M.Qazıyev  tərəfindən  aĢkar  edilən  həmin  tikinti  qalıqlarının  IX  əsrə  aid 

olduğu güman edilir. 

Keçən əsrin 50-ci illərindən digər müsəlman respublikalarında olduğu kimi, 

Azərbaycanda da orta əsr Ģəhərlərinin abadlığı ilə bağlı problemlərin öyrənilməsinə 

diqqət  artıb  [66;  282;  315;  318].  Bu  mənada  Qəbələdə  aparılan  tədqiqatlar  da 

Ģəhərin  su  təchizatını  öyrənmək  baxımından  maraq  doğurur.  Məsələn, 




93 

 

S.M.Qazıyev Səlbir ərazisində tədqiqatlar apararkən orada bir neçə yerdə su arxları 



aĢkar  etmiĢdir  [129,  28].  ġimal-cənub  istiqamətində  olan  belə  bir  arxın  eni  və 

dərinliyi 40 sm-dir. O, kvadratformalı biĢmiĢ kərpicdən səliqə ilə hörülüb. Arxın 

içərisinə  bir-birinə  geydirilmiĢ  saxsı  su  tüngləri  düzülüb.  Tünglərin  uzunluğu  42 

sm, diametri dar tərəfində 10, enli tərəfdə isə 16 sm-dir. S.M.Qazıyev tərəfindən 

Səlbirin  Ģərq  tərəfində,  Govurlu  çaya  yaxın  hissədə  daha  bir  su  arxının  qalıqları 

aĢkar edilib. Uzunluğu 10 m, eni 40, dərinliyi isə 45 sm olan bu arx Ģəhər ərazisini 

qərb  tərəfdən  kəsərək  Govurluçay  istiqamətində  uzanır.  S.M.Qazıyev  tərəfindən 

Səlbirdə  yanları  12  sıra  kərpiclə  hörülmüĢ  daha  bir  arx  qeydə  alınmıĢdır. 

22x22x4,4  sm  ölçüdə  biĢmiĢ  kərpiclə hörülmüĢ  bu  arxın uzunluğu  10 m,  eni  40, 

dərinliyi isə 45 sm-dir. 

Qəbələdə  su  təchizatına  xidmət  edən  qurğuların  qalıqları  Govurlu  çayının 

yuyaraq  dərin  uçquna  çevirdiyi  Ģərq  tərəfdə  daha aydın müĢahidə  edilir.  Oradakı 

çoxsaylı su tüngləri, kərpicdən hörülmüĢ arx və quyu yerləri də Ģəhərin su təchizatı 

Ģəbəkəsi barədə təsəvvür yaradır. Arxeoloji qazıntılar zamanı əldə olunan maddi-

mədəniyyət nümunələri içərisində də saxsı tünglər çoxluq təĢkil edir. Maraqlıdır ki, 

qazıntılar  zamanı  su  xətlərinin  ayrıcında  istifadə  edilən  üçkünc  və  ya  dördkünc 

qablar  da  tapılıb.  Yəni,  tüngləri  həmin  qablara  geydirməklə  su  xətti  müxtəlif 

istiqamətlərə yönəldilib [296, 82-105; 298, 45-49; 311, 455-456]. 

Yazılı  mənbələrdə  də  Qəbələnin  su  təchizatı  barədə  məlumatlara  rast 

gəlirik.  Məsələn,  Bədr  ġirvani  XV  əsrin  I  yarısında  Qəbələdə  olarkən,  oradakı 

çarhovuza 42 beytdən ibarət Ģeir həsr etmiĢdir [212, 51]. Ətrafdan bolsulu çayların 

axması və yaxın ərazilərdə çoxsaylı Ģirin sulu bulaqlar olması da əlbəttə ki, Ģəhərin 

su  təchizatı  probleminin həllində  müsbət  rol  oynamıĢdır.  Hansı  ki,  yerli  sakinlər 

həmin  çayların  suyundan  indi  də  suvarma  məqsədilə,  bulaqlardan  isə  içməli  su 

mənbəyi kimi geniĢ istifadə edirlər. 

Qəbələ  antik  dövrdə  olduğu  kimi,  ilk  orta  əsrlərdə  də  çox  mühüm 

sənətkarlıq  mərkəzi  olaraq  qalmaqda  idi.  Arxeoloji  qazıntılar  zamanı  tapılmıĢ 

zəngin maddi-mədəniyyət nümunələri orada daĢiĢləmə, metaliĢləmə, sümükiĢləmə, 

ağaciĢləmə, dulusçuluq, ĢüĢə istehsalı, zərgərlik, boyaqçılıq, dabbağlıq, toxuculuq 

və bir sıra digər sənət sahələrinin geniĢ inkiĢafından xəbər verir. Görünür, Qəbələ 

regionun mərkəzi kimi, həm də ətraf yaĢayıĢ məntəqələrinin əhalisinin sənətkarlıq 

məhsullarına olan ehtiyaclarını ödəyirmiĢ. 

Qəbələdə  tikinti-abadlıq iĢlərinin  miqyası  həmiĢə  böyük  olub.  Təbiidir  ki, 

bu  məqsədlə  istifadə  olunan  kərpic,  əhəng,  kirəmit,  üzlük  material,  metal  və 

xarratlıq  məmulatı  Ģəhərin  özündə  və  yaxud  da  ətrafında  istehsal  olunurdu. 

Qəbələnin  sənətkarlıq  məhəlləsinin  yeri  barədə  Ö.ġ.Ġsmizadə,  Q.M.Əhmədəv  və 

F.V.Qədirov 

tərəfindən 

müxtəlif 

mülahizələr 

söylənilib. 

Məsələn, 

Q.M.Əhmədovun  fikrincə,  Ģəhərin  sənətkarlar  məhəlləsi  Govurlu  çayının  sol 

sahilində, «Yanıq yer» adı ilə bəlli olan ərazidə yerləĢib [31, 48]. F.V.Qədirov isə 

sənətkarlar  məhəlləsinin  oradan  bir  qədər  Ģərqdə  yerləĢən,  «ġərif  açığı»  adı  ilə 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə