Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə49/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   45   46   47   48   49   50   51   52   ...   179

100 

 

divardan  ibarətdir.  Biri  digərindən  təqribən  1,2-1,5  m  məsafədə  olan  bu  divarlar 



bir-birinə  paralel  olmaqla  pilləvari  formada  tikilərək,  arası  torpaqla  doldurulub 

(XXVI tablo). Bu isə nəticə etibarı ilə həm divarların, həm də valın möhkəmliyinə 

təminat  yaradıb.  Qala  divarlarının  tikintisində  əsasən  42x35x15  sm  ölçülü  və 

tərkibində  saman  qatıĢığı  olan  çiy  kərpic  nümunələrindən  istifadə  olunmuĢdur. 

Ehtimal  ki,  həmin  kərpiclər  kənar  yerdə  deyil,  məhz  qala  divarlarının  çöl  tərəfi 

boyunca  qazılaraq  xəndək  vəziyyətinə  salınan  ərazinin  torpağından  kəsilmiĢdir. 

Xatırladaq ki, tərkibində saman qatıĢığı olan bu cür çiy kərpiclər daha çox Sasani 

dövrünün arxitekturası üçün səciyyəvi olubdur [262; 320, 5]. 

Bəyimli  qalasında  axtarıĢlar  zamanı  ekspedisiya  üzvlərinin  diqqətini  cəlb 

edən  bir  ədəd  daĢ  sütun  altlığının  elmi  əhəmiyyəti  barədə  də  danıĢmağa  dəyər. 

Qalanın  ətrafındakı  əkin  yerindən  tapılan  həmin  sütun  altlığı  yerli  sakinlərin 

dediyinə görə, 70-ci illərdə ərazi plantaj edilərkən üzə çıxıb və sahəni təmizləmək 

məqsədi ilə onu kənara tullayıblar. Hündürlüyü 45 sm olan sütun altlığı nisbətən 

yumĢaq tərkibə malik məsaməli daĢdan yonulub. Alt hissədə eni 75 sm, üst hissədə 

isə 65 sm-dir (XXXIV tablo, Ģək. 6; XXXVI tablo, Ģək. 1-3). Xatırladaq ki, forma 

etibarı ilə Qəbələdən tapılmıĢ antik dövrə aid daĢ sütun altlıqlarına oxĢardır [310, 

99].  Fərq  burasındadır  ki,  bu  tapıntı  Qəbələdən  məlum  olan  nümunələrlə 

müqayisədə  bir  qədər  kobud  hazırlanıb.  Bu  cür  əzəmətli  daĢ  sütun  altlıqlarından 

adətən  iri  ictimai  binalarında  spesifik  arxitektura  elementi  kimi  istifadə  olunub. 

Yerli sakinlərin verdiyi məlumata görə, Bəyimli kəndinin Ģimal-qərbindəki «Uzun 

dərə» adlı yarğanda bu cür iri və qismən də məsaməli təbii daĢ ehtiyatı mövcuddur. 

Bəyimli  qalasında  aparılmıĢ  ilkin  arxeoloji  tədqiqatlara  əsasən  aĢağıdakı 

nəticəyə gəlmək olar: 

1.

 



Ətrafının  ilk  orta  əsr  Ģəhərləri  üçün  səciyyəvi  olan  möhtəĢəm  qala 

divarları ilə möhkəmləndirilməsi və içərisində ən azı bir neçə əsr ərzində intensiv 

həyat  olması,  külli  miqdarda  istehsal  qalıqları,  təsərrüfat  və  məiĢət  vasitələri 

tapılması  faktı  deməyə  əsas  verir  ki,  Bəyimli  qalası  Azərbaycanın  ilk  orta  əsr 

Ģəhərlərindən biri olub. 

2.

 



Aparılan  yoxlama  qazıntıları  nəticəsində  müəyyən  olunmuĢdur  ki, 

Bəyimli  qalası  birtəbəqəli  abidədir.  Orada  Ģəhər  həyatı  təqribən  VI  əsrin 

əvvəllərində  baĢlanıb,  IX  əsrin  əvvəllərində  isə  həyat  dayanıb.  Üst  qatda  biĢmiĢ 

kərpic  nümunələrinin  çoxluğu,  tək-tək  Ģirli  qab  fraqmentlərinin  tapılması  və 

nəhayət, ilk müsəlman qəbirlərinin mədəni təbəqəni kəsməsi bunu tam təsdiq edir. 

BaĢqa  sözlə,  Bəyimli  qalasında  həyatın  baĢlaması  xronoloji  baxımdan 

Mehranilərin Albaniyaya gəlməsi dövrünə, burada həyatın dayanması isə Albaniya 

ərazilərinin  Xilafət  orduları  tərəfindən  istilasının  baĢa  çatdığı  dövrə  təsadüf  edir. 

Deməli,  Bəyimli  qalası  məhz  Mehranilər  dövründə  əsası  qoyulan  Azərbaycan 

Ģəhərlərindən birisidir. 

3.

 

Fikrimizcə,  Bəyimli  qalası  əhatə  etdiyi  xronoloji  çərçivə  və  coğrafi 



koordinatları  etibarı  ilə  daha  çox  Mehrəvan  Ģəhərinə  uyğun  gəlir  [59].  Məlum 


101 

 

olduğu  kimi,  orta  əsr  mənbələrində  adı  çəkilən  Mehrəvan  Ģəhərinin  əsası 



Mehranilərin Albaniyaya gəliĢi zamanı qoyulub [120, 101]. 

4.

 



Maraqlıdır  ki,  Mehrəvan  və  Girdiman  Ģəhərlərinin  adı  istisna  olaraq 

ancaq sırf ilk orta əsr mənbələrində, yaxud da bilavasitə ilk orta əsrlərə dair tarixi 

mənbələrdə çəkilir. Sonrakı dövrlərə aid mənbələrdə isə ümumiyyətlə onların adı 

çəkilmir. Bu da sözsüz ki, daha çox orada həyatın kəsilməsi ilə əlaqədar ola bilərdi. 

Görünür, Mehranın vəfatından sonra Mehrəvan adı tədricən unudularaq yerləĢdiyi 

vilayətin, yaxud da sahilində olduğu çayın adına uyğun olaraq «Girdiman» adı ilə 

tanınıb.  Akademik  Z.M.Bünyadov  Girdimanı  «orta  ölçüdə  olan  ikinci  kateqoriya 

Ģəhərlər, yəni, qapalı Ģəhərlər» sırasına daxil edib. Onun fikrincə, «əldən-ayaqdan 

uzaq olan yerdə, əsas ticarət yollarından kənarda yerləĢən bu Ģəhər sənətkarlıq və 

ticarət mərkəzi olmaqdan savayı, hərbi dəstələrin saxlandığı qala olub» [43, 142]. 

Görkəmli mənbəĢünas alim, akademik N.M.Vəlixanlının fikrincə, yerli hakimlərin 

hərbi  dəstələri  ilə  yanaĢı,  onların  iqamətgahı  da  məhz  Girdiman  Ģəhərində 

yerləĢirmiĢ  [24,  47].  S.P.Tolstov  əl-Məsudiyə  istinadən  Orta  Asiya  ərazisində  də 

Girdiman adlı Ģəhər olduğunu bildirir [626, 232]. Deyilənlərə onu da əlavə edək ki, 

Bəyimli  qalasının  mövcudluğu  ilə,  Mehrəvan  haqqındakı  mənbə  məlumatları  da 

xronoloji  baxımdan  üst-üstə  düĢür.  Əksinə,  Bəyimli  qalasında  həyat  kəsildikdən 

sonra  Mehrəvan  haqqında  məlumatlar  da  tədricən  yoxa  çıxır.  Bunlar 

təsadüfdürmü? 

5.

 

Nəhayət, Girdiman çayı sahilində, Girdiman feodalları olan Mehranilərin 



Albaniyada siyasi hakimiyyətə nəzarət etdikləri dövrə aid daha bir möhtəĢəm Ģəhər 

yeri  olduğunun  müəyyənləĢdirilməsi,  fikrimizcə,  həm  də  bütövlükdə  Girdiman 

vilayətinin  Albaniyanın  qərbində,  yaxud  da  Ģimal-qərbində  deyil,  məhz  ġirvan 

ərazisində 

lokalizəsi  ilə  bağlı  söylənilən  mülahizələrin  daha  inandırıcı  olduğuna  dair  yeni 

sanballı sübut kimi dəyərləndirilə bilər [54, 152-163]. 

 

QALAGAH 

 

Bu  abidə  Ġsmayıllı  rayonu  ərazisində,  eyni  adlı  kəndin  cənub  tərəfində 



yerləĢir. Xatırladaq ki, e.ə. I minilliyin ortalarından bizim eranın ortalarınadək olan 

minillik  dövrü  əhatə  edən  bir  sıra  çox  mühüm  maddi-mədəniyyət  abidələri,  o 

cümlədən  Mollaisaqlı,  ġıxdərə  təpəsi,  QıĢlaq,  Hacıhətəmli,  Vəng,  Sultankənd  və 

Balik abidələri də coğrafi ədəbiyyatda Alazan-Həftəran, yaxud da Ġvanovka yaylası 

kimi  tanınan  bu  ərazidə  yerləĢir.  Bu  abidələrin  demək  olar  ki,  hamısı  ərazidə 

təsərrüfat iĢləri görülərkən təsadüfən üzə çıxıb. 

Ötən əsrin 30-cu illərində Y.A.Paxomov tərəfindən Qalagah ərazisində ilkin 

arxeoloji tədqiqatlar aparılmıĢdır [575]. O, 1935-38-ci illərdə M.V.Baxmutova ilə 

birlikdə  Qalagah  və  onun  yaxınlığında  yerləĢən  Sultankənd  ətrafında  küp 

qəbirlərinin varlığını müəyyənləĢdirərək onları tədqiq etmiĢdir [572]. Xatırladaq ki, 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə