Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə50/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   46   47   48   49   50   51   52   53   ...   179

102 

 

Y.A.Paxomov öz hesabatında həmin ərazilərdə təknə qəbirlərin olduğunu da yazır. 



Təəccüblüdür  ki,  həm  Mollaisaqlı,  həm  də  Qalagahda  tədqiqatlar  aparan  Y.A. 

Paxomov  bu abidələr arasındakı zaman fərqini hiss etməyərək, onların hər ikisini 

e.ə I - bizim eranın I əsrlərinə aid edib [190, 2; 558, 61-70]. 

Qalagah  abidəsində  əsaslı  tədqiqatlar  1963-cü  ildən  baĢlayaraq  arxeoloq 

F.L.Osmanov  tərəfindən  aparılıb.  O,  yerli  sakinlərin  məlumatları  əsasında  kənd 

ətrafındakı  əraziyə  baxıĢ  keçirərkən  xeyli  yerüstü  material  toplayıb.  Kənddən 

təqribən  2  km  cənub-Ģərqdə,  iki  dərə-yarğan  arasında  yerləĢən  təqribən  30 

hektarlıq  ərazidə  maddi-mədəniyyət  qalıqlarına  çox  təsadüf  edildiyinə  görə 

F.L.Osmanov  tərəfindən  məhz  orada  ilkin  olaraq  yoxlama  qazıntısı  qoyulmuĢdur 

[190, 35]. Xatırladaq ki, yerli sakinlərin «Cmanaxod» adlandırdığı həmin ərazidə 

vaxtı ilə Ģəhər olduğu bildirilir [190, 34]. Yoxlama qazıntıları zamanı, təqribən 0,5 

m  dərinlikdə  təknə  qəbirlərə  aid  qalıqlar  olduğu  aĢkar  edilib.  Qazıntı  davam 

etdirilərkən  uçurumun  kənarına  yaxın  yerdə  qırmızı  və  bozumtul  rəngli  gil  qab 

fraqmentlərinə  də  təsadüf  edilib.  Həmin  tapıntılarla  bir  yerdə  nazikdivarlı  kiçik 

ĢüĢə qab parçaları da tapılmıĢdır. Ġri və xırda küp qalıqlarına xüsusilə çox təsadüf 

olunub. Yeri gəlmiĢkən, ekspedisiya rəisinin qeydlərində daha bir ciddi məqama da 

toxunulub.  O,  yazır:  «GörüĢüb,  söhbət  etdiyimiz  adamlar  bizə  bildirdilər  ki, 

Qalagah və Sultankənddə yaĢayan ermənilər bu ərazilərdən tapılan bütün qiymətli 

maddi-mədəniyyət  nümunələrini  Ġrəvana  göndərirlər.  Erməni  alimləri  isə  guya 

həmin  tapıntıların  tarixini  öyrənirlər».  Deyilənlərə  görə,  hətta,  Ġrəvandan  olan 

tarixçi-alimlər  özləri  də  ara-sıra  gələrək  bu  yerlərə  baxıb,  onlar  haqqında  kitab 

yazmaq üçün material toplayıb. Əfsuslar olsun ki, uzun illər ərzində təkcə Qalagah 

erməniləri, yaxud da Ġrəvandan Qalagaha gələrək orada «axtarıĢ» aparan ermənilər 

deyil,  bütövlükdə  erməni  tarixçiləri  və ideoloqları  bu  cür  çirkin  və  saxta  yollarla 

özlərinə tarix yaratmağa çalıĢıblar. Özü də ermənilərin əsas strateji hədəflərindən 

biri  məhz  qədim  Girdiman  əraziləri  olub.  Yəni,  hələ  XIX  əsrlərin  sonlarından 

baĢlayaraq onların Girdiman hövzəsi abidələrində kəĢfiyyat-axtarıĢ iĢləri apardığı, 

folklor nümunələri topladığı və nəhayət, bütün bunları «erməniləĢdirərək» müxtəlif 

yerlərdə çap etdirdikləri bəllidir [634, 1-25]. 

F.L.Osmanov tərəfindən Qalagahda arxeoloji tədqiqatlar 1964-cü ildə daha 

geniĢ  miqyasda  davam  etdirilib.  Bu  məqsədlə  ilkin  olaraq  «Cmanaxod» 

adlandırılan  qədim  yaĢayıĢ  yerinin  cənub  hissəsinə  nisbətən  yaxın  yerdə  5x5  m 

ölçüdə qazıntı sahəsi seçilib. Daha sonra həmin sahə geniĢləndirilərək 10x10 kv.m-

ə çatdırılıb. Təqribən 40 sm dərinliyə qədər içərisində müxtəlif saxsı qabların xırda 

fraqmentləri müĢahidə olunan qara torpaq qatı qeydə alınıb. Qazıntıda dərinlik 45 

sm-ə  çatdırıldıqda  oradan  bir  neçə  ədəd  ĢüĢə  qab  fraqmentləri  tapılıb.  Tədqiqat 

davam  etdirilərkən  bu  materiallarla  eyni  səviyyədə  bir  ədəd  gildən  hazırlanmıĢ 

insan  bütü  aĢkar  edilib.  Və  nəhayət,  Qalagahda  ilk  dəfə  olaraq  çay  daĢından 

hörülən və eni 45 sm təĢkil edən divar qalıqlarının mövcud olduğu müəyyən edilib. 

Sahənin  kənarları  təbii  uçqun  nəticəsində  dağıdıldıqdan  tikinti  qalıqlarını  tam 




103 

 

izləmək  mümkün  olmamıĢdır.  II,  III  və  IV  kvadratlarda  iĢ  davam  etdirilərkən 



təqribən 1,6-1,7 m dərinlikdə 18 ədəd quyu yeri aĢkar edilib. Dərinliyi təqribən 1 m 

olan bu quyuların ağız hissəsinin diametri 80-90 sm, dib hissəsinin diametri isə 40-

50  sm-dir.  Quyu  yerlərinin  demək  olar  ki, hamısında  ağac çürüntüsünün  qalıqları 

olduğu müĢahidə edilib. Quyular hamısı xam torpaqda qazılıb. Onlar həm məsafə, 

həm  də  istiqamət  baxımından  bir-biri  ilə  əlaqəlidir.  Görünür,  bu  ərazidə  ağac 

dirəklər üstündə inĢa edilmiĢ nəhəng tikinti olub. Ehtimal ki, orada aĢkar edilmiĢ 

həm  daĢ  divar  qalıqları,  həm  də  ağac  dirəklər  üzərində  olan  bina  vahid  tikinti 

kompleksinə  aiddir.  F.L.Osmanov  bəhs  edilən  tikintinin  yerli  sakinlərə  məxsus 

yaĢayıĢ evi olduğunu  ehtimal  edir. Onun fikrincə, tikintinin orta hissəsi boyunca, 

sıra ilə basdırılmıĢ sütunlar üzərinə ağac tirlər atılmaqla binanın üstü örtülüb [190, 

36].  Xatırladaq  ki,  Girdiman  hövzəsinin  istər  qədim,  istərsə  də  müasir 

arxitekturasında  ağac  sütunları  olan  daĢ  binalara  çox  təsadüf  olunur.  Bu  cür 

sütunlar adətən, daĢ binaların ya içərisində, yaxud da qarĢı hissəsində olur. Birinci 

halda  onlar  F.L.Osmanovun  ehtimal  etdiyi  kimi,  nisbətən  enli  binaların  üstünü 

örtməyə  xidmət  edir.  Ġkinci  halda  isə  bu  cür  dirəklər  vasitəsilə  daĢ  binalar 

qarĢısında  iri  talvarlar  tikilir.  Hansı  ki,  həmin  talvarlar  altında  adətən  mətbəx, 

anbar, sənətkar emalatxanaları və bu kimi köməkçi tikililər olur. Qalagahda aĢkar 

edilmiĢ  iri  ağac  dirəkləri  olan  tikinti  də  çox  güman  ki,  qarĢısında  talvar  olan  iri 

tikinti olub. Hansı ki, həmin tikintinin Ģimal küncündə diametri 2,2 m olan dairəvi 

formalı  torpaq  döĢəmə  qalıqları  aĢkar  edilib.  Qeyd  olunan  döĢəmə  qalıqlarının 

kənarları  bir  qədər  hündür  olması  ilə  diqqəti  cəlb  edir.  Torpaq  döĢəmə 

təmizlənərkən  orada  çoxlu  kül  və  kömür  qalıqları aĢkar  edilib.  Oradan, həmçinin 

uzun müddət yüksək hərarət altında yanaraq qızarmıĢ suvaq parçaları da tapılıb. Bu 

tapıntılar isə qeyd olunan binanın Ģimal tərəfində çox güman ki, mətbəx funksiyası 

daĢıyan  otaq  yeri  olduğundan  xəbər  verir.  Otaq-mətbəxin  Ģimal  küncündə  isə 

Ģaquli  vəziyyətdə  basdırılan  iri  təsərrüfat  küpü  aĢkar  edilmiĢdir  [190,  35-36]. 

Hündürlüyü 70, ağzının diametri 34, oturacağın diametri 23 sm olan bu küpün ağzı 

yastı daĢla kip örtülüb. Artıq Qırlartəpə qazıntılarından məlum olduğu kimi, anbar 

və ya mətbəxlərdə Ģaquli vəziyyətdə yerə basdırılmıĢ bu cür küplərdə adətən ərzaq 

məhsulları  saxlanılırdı.  Elə  Qalagahda  tədqiq  olunmuĢ  otaq-anbar  yerində  aĢkar 

edilmiĢ təsərrüfat küpünün içərisində də taxıl qalıqları olduğu müəyyənləĢdirilib. 

30-cu  illərdə  Y.A.Paxomov,  60-cı  illərdə  isə  F.L.Osmanov  tərəfindən 

aparılmıĢ  arxeoloji  tədqiqatlar  zamanı  Qalagahda  aĢkar  edilmiĢ  tapıntılar  Qafqaz 

Albaniyası  ərazisində  qədim  dəfn  adətlərinin,  xüsusilə  də,  geniĢ  yayılmıĢ  küp 

qəbirləri  mədəniyyətinin  tədqiqi  baxımından  çox  əhəmiyyətlidir.  Oradan  tapılan 

keramika  məmulatı  özünün  çeĢid  müxtəlifliyi,  forma  yeniliyi  və  nəhayət,  bədii-

texniki  və  texnoloji  xüsusiyyətləri  baxımından  qonĢuluqdakı  antik  dövr 

abidələrinin materiallarından əsaslı Ģəkildə fərqlənir [XXXVII-XXXVIII tablolar]. 

Məsələn,  antik  dövr  abidələrində  daha  çox  yayılan  yüksək  keyfiyyətli 

süddanbiçimli qablara Qalagah materialları içərisində təsadüfi hallarda rast gəlinir. 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə