118
hissəsi isə Kiçik Qalacıq adı ilə tanınır [140, 57]. Onlar arasında uzunluğu təqribən
100, eni 40, dərinliyi isə 25 m olan xəndək var.
S.M.Qazıyevin məlumatına görə, 50-60-cı illərdə Böyük Qalacığın ətrafında
iri çiy kərpiclə hörülmüĢ bürc və divar qalıqları olub [140, 59].
TərkəĢ abidəsi barəsində hələ, 1926-cı ildə D.B.ġərifov tərəfindən məlumat
nəĢr olunub [660, 7]. Ötən əsrin 20-ci illərində o, TərkəĢ ərazisində kəĢfiyyat
axtarıĢları apararkən orada bir ədəd dulus kürəsinin olduğunu qeydə alıb [660, 7].
TərkəĢdə ilkin arxeoloji qazıntı 1966-cı ildə F.V.Qədirov tərəfindən
aparılmıĢdır [448, 16]. O, Böyük Qalacığın cənub-Ģərq tərəfində abidənin dövrünü
müəyyən etmək məqsədilə yoxlama qazıntısı qoyub və oradan VI-VIII əsrlərə aid
maddi-mədəniyyət nümunələri əldə edib. 1970-71-ci illərdə F.V.Qədirov
tərəfindən orada tədqiqatlar yenidən davam etdirilib [138, 116]. Bu zaman həm
Böyük, həm də Kiçik Qalacıqda yoxlama qazıntısı qoyulub. Böyük Qalacığın
Ģimal-Ģərq tərəfindəki qazıntı sahəsində 2,2 m qalınlığında üst mədəni təbəqə
öyrənilərkən, orada təqribən 25 sm qalınlığında «lal» təbəqə qeydə alınıb. Qazıntı
davam etdirilərkən «lal» təbəqənin altında 1,5 m qalınlığında olan ikinci mədəni
təbəqə aĢkar edilmiĢdir. Maraqlıdır ki, ikinci mədəni təbəqənin altında da qalınlığı
40 sm olan daha bir «lal» təbəqə, onun altında isə qalınlığı 20 sm təĢkil edən
üçüncü mədəni təbəqə olduğu müəyyən edilmiĢdir. KəĢfiyyat axtarıĢları davam
etdirilərkən, orada müxtəlif istiqamətlərdə olan tikinti qalıqları üzə çıxmıĢdır.
Bunlar əsasən yonulmamıĢ çay daĢı və palçıqla hörülmüĢ divar bünövrələridir.
Göründüyü kimi, Böyük Qalacıq çoxtəbəqəli abidədir. Orada bir-birindən
«lal» təbəqələrlə ayrılan üç mədəni təbəqə mövcuddur. Bu, onu göstərir ki, həmin
ərazi zaman-zaman sel-su altında qalıb. Elə bu səbəbdən də orada həyat müvəqqəti
olaraq dayanıb. Lakin, müəyyən zaman fasiləsindən sonra yenidən məskunlaĢıb.
Arxeoloji tədqiqatlar nəticəsində Kiçik Qalacıqda təqribən 2 m qalınlığı
olan cəmisi bir mədəni təbəqə aĢkar edilmiĢdir [140, 61]. Oradan əldə edilən
maddi-mədəniyyət qalıqları Böyük Qalacığın üst mədəni təbəqəsinin materialları
ilə eyniyyət təĢkil edir.
F.V.Qədirovun ehtimalına görə, Türyançay dərəsindən Kiçik Qalacığa gizli
yeraltı yol olub [140, 61-62]. Rəvayətə görə, orada hətta mağaralar olduğu
bildirilir. Bu mülahizələrlə bağlı təkcə onu demək istərdik ki, mağara düĢərgələri
ümumiyyətlə, Böyük Qafqazın cənub ətəklərindəki ərazilər üçün xarakterik deyil.
Qala və Ģəhərlərə, o cümlədən TərkəĢə Türyançay dərəsindən gizli yol olması isə
təbiidir. Hərbi əməliyyatlar zamanı əhalinin ərzaq və sursatla təminatı baxımından
bu, olduqca vacib amil idi. Təbiidir ki, uzunmüddətli mühasirələr zamanı bunsuz
müdafiəni təĢkil etmək olmazdı.
TərkəĢdə aparılmıĢ tədqiqatlar zamanı toplanmıĢ maddi-mədəniyyət
nümunələrinin əksəriyyətini Ģirsiz saxsı məmulatı təĢkil edir. Onlar antik dövr
nümunələri ilə müqayisədə xeyli kobuddur. Tapıntılar içərisində Ģirli qab
119
nümunələrinə təsadüf olunmaması onu göstərir ki, TərkəĢdə ən geci VIII əsrdə
həyat kəsilmiĢdir.
TərkəĢin keramika məmulatı F.V.Qədirov tərəfindən 3 qrupa bölünmüĢdür:
1) iri qum qarıĢığı olan nümunələr; 2) xırda qum qarıĢığı olan nümunələr; 3) narın
gildən hazırlanan nümunələr [140, 63-64].
TərkəĢ yaĢayıĢ yerində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan
maddi-mədəniyyət nümunələrinin təhlili əsasında belə qənaətə gəlmək olar ki,
orada eramızın III əsrindən baĢlayaraq VIII əsrin ortalarınadək, daha doğrusu
Böyük Qalacıqda III-VIII əsrlərdə, Kiçik Qalacıqda V-VIII əsrlərdə fasilələrlə
həyat olmuĢdur [140, 68].
KƏLƏġ
Ġsmayıllı-Qəbələ yolundan cənubda, Göyçay və Vəndamçay dərəsinin
qovuĢduğu yerdə «KələĢ» adı ilə bəlli olan ilk orta əsrlərə aid yaĢayıĢ yeri təqribən
50 hektara yaxın ərazini əhatə edir [141, 36]. Adı A.Bakıxanovun «Gülüstani-
Ġrəm» əsərində xatırlanan [32, 174, 179, 183, 185] bu yaĢayıĢ yeri Ģimaldan cənuba
doğru getdikcə daralaraq Göyçay və Vəndam çaylarının birləĢdiyi yerdə üçbucaq
forması alıb. Abidə Ģərq, qərb və cənub tərəflərdən dik dərələrlə, Ģimal tərəfdən
uzunluğu 180 m, eni 20 m, hündürlüyü isə bəzi yerlərdə 5-10 m olan möhtəĢəm
valla əhatə edildiyindən, bir növ təbii qala vəziyyətindədir. Görünür, elə buna görə
də xalq arasında bu əraziyə həm də «Qala yeri» deyirlər.
F.V.Qədirov tərəfindən 70-ci illərin sonu - 80-ci illərin əvvəlində orada
kəĢfiyyat axtarıĢları aparılıb. Tədqiqatlar nəticəsində əldə olunan maddi-
mədəniyyət nümunələri içərisində Ģirli və Ģirsiz keramika nümunələrinin çoxluq
təĢkil etdiyi bildirilir. Tapıntılar içərisində iri təsərrüfat küplərinin, novçalı bardaq
və tava tipli gil qab nümunələrinin fraqmentləri, habelə, düzbucaqlı formasında
olan kirəmit parçaları və müxtəlif formalı qulplar qeydə alınıb. Mütəxəssislərin
fikrincə, bu tapıntılar analoji cəhətdən Mingəçevirin və Küngüt qalasının ilk orta
əsr materiallarına daha çox uyğun gəlir. Maraqlıdır ki, abidənin cənub tərəfində ilk
orta əsrlər, Ģimal tərəfində isə X-XI əsrlər üçün səciyyəvi olan keramika
nümunələri qeydə alınıb [141, 36]. Ehtimala görə, KələĢdə təqribən VI əsrin
ortalarından baĢlayaraq XI əsrədək həyat olub. Tapıntılardan göründüyü kimi,
abidənin Ģimal hissəsi ilə müqayisədə cənub tərəfdə, yəni, Göyçay və Vəndam
çaylarının qovuĢduğu əraziyə yaxın yerdə həyat daha erkən sönüb. Həmin sahədən
Ģirli keramika nümunələrinin tapılmaması o deməkdir ki, təqribən VIII əsrin
ortalarından etibarən orada həyat olmayıb.
F.V.Qədirovun yazdığına görə, «KələĢ Göyçay dərəsi keçidinin istehkam
xarakterli arxeoloji abidələr kompleksinə daxildir» [141, 37]. Əlbəttə, bu fikirlə
qeyd-Ģərtsiz razılaĢmaq qeyri-mümkündür. Ona görə ki, bu abidə sadəcə olaraq
dövrünün mühüm yaĢayıĢ məntəqələrindən biri olub. Bir də ki, Qafqaz dağ