134
vilayətdə Ġran körfəzi sahilinə yaxın olan yerdəki Diqdan qalasından sonra ən yaxĢı
möhkəmləndirilmiĢ qaladır» [225, 8].
Bəzi tədqiqatçılar elə güman edirlər ki, Niyal qalası guya tarixi mənbələrdə
adı çəkilən Girdiman qalasıdır. Əlbəttə, bu cür düĢünmək üçün müəyyən əsaslar
var. Birincisi, Niyal qalası, yuxarıda artıq qeyd olunduğu kimi Girdiman çayının
sahilindədir. Ġkincisi, o, tikilmə tarixi baxımından Girdiman qalasına uyğun gəlir.
Lakin bunlar kifayət edirmi ki, Niyal qalasının məhz Girdiman qalası olduğunu
söyləyək? Bizcə yox! Birincisi, ona görə ki, Girdiman qalası orta əsr alban tarixçisi
M.Kalankatuklunun təsvirindən göründüyü kimi, sadəcə qala deyil, qala-Ģəhər
olub. Hansı ki, Niyal qalası barəsində bu sözləri demək olmaz. Çünki, onun ərazisi
olduqca kiçikdir. Ġkincisi, M.Kalankatuklunun məlumatına görə, Girdiman qalası
ərazisində Girdiman hökmdarı CavanĢir tərəfindən olduqca dəbdəbəli Allah evi -
məbəd tikilib. Niyal qalası ərazisində isə belə bir möhtəĢəm tikintinin olduğu
barədə ümumiyyətlə, danıĢmağa belə dəyməz. Nəhayət, ən ciddi arqument odur ki,
«Hüdud əl-aləm»də Niyal qalası ilə Girdiman qalasının adı yanaĢı çəkilir. Deməli,
onları eyniləĢdirmək üçün əsas yoxdur.
Əzəmətliliyi, mühəndis-texniki həlli və memarlıq quruluĢu baxımından
Niyal qalasının Azərbaycanın erkən orta əsrlər dövrünün möhtəĢəm müdafiə qala-
istehkamları arasında özünəməxsus yeri var. Çox ehtimal ki, bu qala irandilli
əhalinin Girdiman hövzəsində məskunlaĢdırıldığı dövrdən bir qədər sonra, təqribən
VII-VIII əsrlərdə tikilib.
LaicanĢahın hərbi düĢərgəsinin, xəzinəsinin və zindanının da yerləĢdiyi
Niyal müdafiə qalası olmaqdan əlavə, həm də müĢahidə məntəqəsi funksiyası
daĢıyıb. Bir daha qeyd edək ki, cənubda Kür çayınadək, qərbdə Qəbələyədək,
Ģərqdə isə ġamaxıyadək olan geniĢ ərazilər oradan çox yaxĢı görünür. Bu isə yerli
feodallar üçün ətraf ərazinin müĢahidəsi və qalanın müdafiəsinin təĢkili
baxımından çox əhəmiyyətli idi.
FĠT QALASI
Girdiman hövzəsinin mühüm hərbi-strateji əhəmiyyət kəsb edən müdafiə
tikililərindən birisi də Fit dağının zirvəsində yerləĢən qaladır. Bu qala dağın adına
uyğun olaraq Fit qalası adlanır [50, 217-247]. Fit dağı cənubdan və Ģərqdən Haram
dərəsi, qərbdən Niyal dağ silsiləsi, Ģimaldan BaĢ suayrıcı, cənub-qərbdən isə Mücü
çayına baxan sıldırım qayalıqlarla əhatə olunub. Ġlk vaxtlar bu yerlərə ov etməyə
və ya giləmeyvə tədarükünə gələn qədim insanlar, müəyyən zaman keçdikdən
sonra orada özünə sığınacaq və istehkamlar yaratmalı olublar. Erkən orta əsrlər
dövründə xaricdən olan basqın və hücumların artması ilə ətrafdakı yaĢayıĢ
məntəqələrinin əhalisinin dağlara, o cümlədən Fitə çəkilməsi prosesi həyati
zərurətə çevrilib. Bax, elə o zamandan yerli sakinlər tərəfindən Fit dağında ilkin
müdafiə sədləri yaranıb.
135
Fit qalasına əsas yol Haram dərəsi tərəfdən çıxır. Oraya ancaq piyada və ya
atla çıxmaq mümkündür. Dağın Ģərq yamacında, Haram çayının yatağından
təqribən 250-300 m yüksəkdə iri daĢlardan tikilmiĢ siklop tikililərinə bənzəyən
sədd-divar izləri qalmaqdadır. Dağın zirvəsində isə az qala hər addımda tikinti
izlərinə rast gəlinir. Bütün bunlar isə Fit qalasının qədim tarixindən xəbər verir.
Fit dağı, Fit Ģəhəri və Fit qalası ilə bağlı əfsanə və həqiqətlərin xeyli hissəsi
A.P.Fituni tərəfindən toplanaraq çap olunub [633, 75-140]. A.P.Fituninin yazdığına
görə, Xarasov və Lahıc zonasının qədim əhalisi barəsində məlumatları ilk dəfə
1914-cü ildə professor Lopatinski Bakı məktəblərindən birində müəllim iĢləyən
Arsen Balayana söyləyib. O, da öz növbəsində Fituniyə təklif edib ki, qıĢ tətili
günlərində həmin yerlərə birlikdə səfər etsinlər. Fituninin bildirdiyinə görə,
A.Balayan bu vaxt Albaniya tarixini yazmaqla məĢğul idi. Lakin son anda
xəstələndiyindən, o, səfərdən imtina edir. Beləliklə, bu yerlərin əhalisinin dilini,
məiĢətini öyrənmək, folklor nümunələrini toplamaq, abidələri ilə tanıĢ olmaq
məqsədilə Fituni 1915-ci ildə Fit qalasında olub [633, 75]. Əfsuslar olsun ki, həm
A.P.Fituni, həm də digər erməni müəllifləri Fit haqqındakı əfsanələri təhrif etmək
və saxtalaĢdırmaq yolu ilə onların ermənilərə mənsub olduğunu əsaslandırmağa
çalıĢıblar [408]. A.P.Fitunin 1927-ci ildə nəĢr etdirdiyi məqaləyə daxil etdiyi
həmin əfsanələri bəzi ixtisarlarla oxuculara təqdim edirik:
Birinci əfsanə. Qədim zamanlarda ġirvanda məĢhur olan bir gözəl olub. O,
yaxĢı ney və məftunedici fit çalmaqla mahir olan ġirvan çobanlarından birinə aĢiq
olubmuĢ. Sürü onun fiti ilə hərəkət edərmiĢ. Çobanın fiti sürünün otlaması, suya
getməsi, axĢamlar örüĢdən qayıtması üçün bir növ siqnal olardı. Çoban da ġirvan
gözəlinə bərk aĢiq olubmuĢ. Sən demə, Ģah da ġirvan gözəlini ələ keçirmək
iĢtahasına düĢübmüĢ. Bu məqsədlə də Ģah ġirvan gözəlini yüksək dağ zirvəsində
tikdirdiyi qalaya saldırır. Çoban bundan çox əzab çəkir və qərara alır ki, nə yolla
olursa olsun sevgilisini qaladan çıxararaq Ģahın gözündən uzaq yerdə birlikdə gizli
yaĢasınlar. Bu məqsədlə çoban qalayçı paltarı geyərək qala qarĢısına gəlir, özünün
mahnılarını oxumağa və fitdə çalmağa baĢlayır. ġirvan gözəli bu melodiyanı eĢidən
kimi anlayır ki, sevgilisi onu xilas etməyə gəlib. O, dərhal qaladan qaçaraq çobana
qovuĢur. Sevgililər hasardan təzəcə aralanıbmıĢlar ki, Ģahın əyanları onlara çatır və
belə bir ədəbsizlik etdiyinə görə, çobanı öldürərək təpənin üstündə basdırırlar.
Deyilənlərə görə, o vaxtdan həmin təpə «Qanlı təpə» adını daĢıyır.
Əfsanəyə görə, elə o vaxtdan çobanın fitinin sədaları qayalara hopub. Odur ki,
oradan ötənlər həmiĢə nə isə fit səsi eĢidirlər. Elə buna görə də həmin dağa Fit
dağı, oradakı qalaya isə Fit qalası deyirlər [633, 111-112].
Əfsanəyə əlavə olaraq bildirək ki, Fit dağında həqiqətən də «Qanlı təpə» və
«Qanlı qaya» adlı yer var.
A.P.Fituni təqdim olunan əfsanənin daha bir variantını da çap etdirib. Orada
deyilir ki, xan qızı bir çobana aĢiq olubmuĢ. Atası isə onu çobana verməyə razı
deyilmiĢ. Bu biabırçılıqdan xilas olmaq üçün xan qızını qalaya saldırır və daimi