136
nəzarətdə saxlayır. Bundan xəbər tutan çoban xəlvəti qala qarĢısına gələrək orada
oxumağa və fit çalmağa baĢlayır ki, sevgilisi çıxsın. Lakin qız oradan çıxmağa
macal tapmamıĢ, xan öz əli ilə onu da, çobanı da öldürür. Əfsanəyə görə, o vaxtdan
etibarən bu dağlarda xatirə olaraq çobanın əbədi fit səsi eĢidilməkdədir.
Ġkinci əfsanə. A.P.Fituninin çap etdiyi ikinci əfsanədə deyilir ki,
Makedoniyalı Ġsgəndər Dəmir qapı Dərbəndi keçərək ġirvana gəlib (yeri gəlmiĢkən
deyək ki, A.P.Fituninin bununla əlaqədar ayrıca məqaləsi var) [632]. Onun ilk
dayanacaq yeri Fit dağı olub. O, buradan qızıl borular vasitəsi ilə ətraf yerlərə
siqnal verib. Ġsgəndərin gəliĢinə qədər belə bir fikir var imiĢ ki, guya həmin dağda
bu dünyaya mənsub olmayan adamlar yaĢayır və oraya çıxmaq olmaz. Guya Fit
dağına kim çıxsaymıĢ, geri qayıtmazmıĢ. Lakin Ġsgəndər öz gəliĢi ilə bu fikrin
yanlıĢ olduğunu sübuta yetirib. Əfsanədə deyilir ki, Ġsgəndər öz siqnalı ilə ölkənin
bütün sakinlərinə bildirib ki, o, dünyanın hakimidir və gəlib ki, bu yerlərdə də hamı
ona itaət göstərsin. Böyük də, kiçik də, ayaq üstə duran hər kəs onu duz-çörəklə
qarĢılamalı - yalnız bu yolla xilas ola bilərlər, itaət göstərməyənlər doğranacaq.
Beləliklə, Ġsgəndər Fit dağında düĢərgə salaraq orada mayak tikdirib.
Oranın ilk sakinləri isə Ġsgəndərin əsgərləri və bir də Midiya ölkəsindən alınmıĢ
əsirlər olub [633, 115-116].
Əlbəttə, bu əfsanədə deyilənlərin elmi həqiqətdən çox-çox uzaq olduğunu
ciddi Ģəkildə əsaslandırmağa bizcə, lüzum yoxdur. Təkcə onu demək kifayətdir ki,
Ġsgəndər və onun ordusu heç vaxt Azərbaycanda olmayıb. Nizami Gəncəvi onu
xəyalən Bərdəyə ona görə gətirib ki, onun fonunda ağıllı və tədbirli Azərbaycan
hökmdarı NüĢabənin obrazını yarada bilsin. Bir də ki, Ġsgəndər Azərbaycana gələsi
olsaydı belə (yuxarıdakı əfsanədə deyildiyi kimi) Ģimaldan, Dərbənd qapılarından
deyil, cənubdan gəlməli idi. Nəhayət, Ġsgəndər elə fatehlərdəndir ki, onun demək
olar ki, hər addımı, hər döyüĢü qələmə alınıb. Odur ki, ümumdünya tarixində onun
hamıya məlum yürüĢlərinin marĢrutunda dəyiĢiklik etmək cəhdi ən azı naĢılıq kimi
qiymətləndirilə bilər. Hərçənd ki, bu yolu tutanlar, Ġsgəndəri Azərbaycana
«gətirənlər» də var [50, 222-223].
Üçüncü əfsanə. Fit dağıyla bağlı əfsanələrdən biri 1888-ci ildə Tiflisdə
çıxan «Exo» adlı həftəlik erməni qəzetinin 35-ci sayında çap olunub [633, 116].
«ġirvan qızı» adı ilə çap olunmuĢ bu əfsanə beĢ il sonra, yəni, 1893-cü ildə Tiflisdə
ayrıca kitabça Ģəklində çapdan çıxmıĢdır. Erməni dilində nəĢr edilən və 28
səhifədən ibarət olan bu kitabçanın müəllifi A.Zəkəryandır. A.P.Fituninin
yazdığına görə, «ġirvan qızı» adlı kitabçanın ona gəlib çatmıĢ nüsxəsi 15-ci
səhifədən baĢlanır. Fit dağının zirvəsi, ġirvan əyaləti, Pirsaat çayı kitabçada poetik
surətdə təsvir olunub. Orada, həmçinin, Ġran ĢahənĢahının (adı göstərilmir) böyük
hökmdar kimi təsviri verilib, hansı ki, o, qayaların baĢında, yəni Fitin zivəsində
ġirvan qızı üçün qala tikdirib. Qala və onun bürcləri hündür diĢ-diĢ divarlarla əhatə
olunub və s. Ġran ĢahənĢahının qorxusundan bu yerlərdən quĢ da cəsarət edib
uçmazmıĢ. ġirvan qızı Takui orada saxlanılırmıĢ [633, 116]. Həm də hökmdar qala
137
üçün buranı bilərəkdən seçmiĢdi ki, qoy, ġirvan qızı pəncərədən baxanda bütün
ġirvanı, onun düzlərini, məscid və minarələrini görə bilsin. ġirvan qızı guya
oradan, hətta «müqəddəs Stepanosun qülləsini və yarıuçuq vəziyyətdə olan
monastrı da görürmüĢ».
ġahənĢah ġirvan qızını sevgilisi Sandrodan ayırmaqla özü onun
məhəbbətinə can atıb. Lakin qız inadla etiraz edib və bildirib ki, cəlladlar onun
sevgilisini parça-parça doğrayanda bir daha heç kəsə könül verməyəcəyinə and
içib. ġahənĢah ona saysız-hesabsız var-dövlət vəd edib. Vəd edib ki, onu padĢah
arvadı edəcək, dünyanın hökmdarlığını ona verəcək, lazım gələrsə, hətta onun
xatirinə Ġslam dinini danıb xristianlığı qəbul etməyə də hazırdır. Lakin ġirvan qızı
bütün bunları rədd edib. Belə olduqda ĢahənĢah onu ölümlə hədələyib. ġirvan qızı
bildirir ki, o, ölümə də hazırdır, qoy tezliklə onu parça-parça doğrasınlar, onsuz da
o biri dünyada sevgilisi Sandro onu gözləyir. Qəzəblənən Ġran Ģahı cəlladları
çağırır və ġirvan qızını aparmağı əmr edir. ġahın son sözü bu olur:
- Di get, öz Sandronun yanına!
Bundan sonra Ģah özünü çox pis hiss edir. O, xəstələnir, hər yerdə və hər
zaman ġirvan qızını axtarır. Onu nə müharibə, nə qələbə maraqlandırırdı. Hökmdar
olduğunu belə unutmuĢdu. Ölüm döĢəyində ikən ġirvan qızının qana boyanmıĢ
obrazı onun gözləri önünə gəlir. O, harada öldürüldüyünü və harada dəfn edildiyini
öz əlləri ilə Ģaha göstərir.
Əfsanəyə görə, Fit dağında, qaya baĢında tənha bir qəbir var. Üzərində
qaralmıĢ ağac xaç olan bu qəbir ġirvan qızının qəbridir.
Tarixən belə bir əfsanənin olub-olmadığını demək çətindir. Lakin burası
gün kimi aydındır ki, A.Zəkəryan onu çapa hazırlayarkən, o ki var
erməniləĢdirmiĢdir. Ondan 40 il sonra həmin əfsanə üzərinə qayıdan A.P.Fituninin
də ləyaqəti və mənliyi çatmayıb ki, A.Zəkəryanın qondarmalarına heç olmasa
münasibət bildirsin. Axı, A.P.Fituni savadsız adam deyildi və tarixi də pis bilmirdi.
Azərbaycanın digər yerlərində olduğu kimi, ġirvanda da ermənilərin çox-çox
sonralar məskunlaĢdığını da yəqin ki, bilməmiĢ deyildi. Lakin bunları bilə-bilə
abidələrimizi və onlarla bağlı xalq əfsanələrini bilərəkdən erməniləĢdirilməsində o
da iĢtirak edib [50, 224-225].
Dördüncü əfsanə. Bəri baĢdan deyək ki, A.P.Fituninin fikrincə, bu əfsanə
də erməni əfsanəsidir [633, 111-115]. Lakin əfsanənin çap olunmuĢ mətnindən belə
bir nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Əfsanədə deyilir ki, qədim
zamanlarda, ilanların dövləti idarə etmək qüdrəti olduğu vaxtda uzaq ölkələrdən
birində Fit-ġahmar adlı ilan çarlıq edirmiĢ. Onun orduları bütünlüklə qızılı köynək
geymiĢ gürzələrdən ibarət imiĢ. Bir çox ölkələri istila edən Fit-ġahmar ġamaxıdakı
Gülüstan qalasını da tutmaq fikrinə düĢür. Qalanı Gülüstan Xanım-Xatın adlı
pəhləvanın tabeliyində olan qara köynəkli ilanlar müdafiə edirmiĢ. Gülüstan
Xanım-Xatının təsvirə gəlməz gözəlliyə malik 40 nəfər ayüzlü qızdan ibarət heyəti
varmıĢ. Fit-ġahmar özünün ən yaxĢı qüvvələrini səfərbər edərək ġirvana hücum