140
Dəniz səviyyəsindən 1324 m yüksəklikdə olan bu ərazi ilə tanıĢlıq zamanı,
orada çay daĢından hörülmüĢ qala divarları və dördkünc formalı bürc qalıqları
olduğu müəyyən edilmiĢdir. Maraqlıdır ki, Xirəkidən Ģimaldakı meĢə və dağlardakı
keçidlərdə də bu cür tikinti qalıqları müĢahidə olunmaqdadır. Özü də həmin tikinti
qalıqları memarlıq üslubu və inĢaat texnikası baxımından daha çox Azərbaycanın
digər ərazilərindəki ilk orta əsr müdafiə istehkamlarına bənzəyir. Xatırladaq ki,
təbii dağıntılar və təsərrüfat iĢləri zamanı Sulut yaxınlığındakı Sərsürə kəndi
ərazisindən də ilk orta əsrlər dövrü üçün xarakterik olan maddi-mədəniyyət
nümunələri tapılmıĢdır. Xirəkidən Ģərqdə «Seyfi» adı ilə məlum olan ərazidən və
Kalva kəndi yaxınlığından da antik dövrə və ilk orta əsrlərə aid təsadüfi tapıntılar
əldə olunduğu barədə məlumat var. Təsadüfi deyildir ki, Xirəkidəki tikinti
qalıqlarından aĢağıda, yerli sakinlər tərəfindən «Qala altı» adlandırılan ərazidə yer
sürüĢməsi və təsərrüfat iĢləri zamanı ilk orta əsrlər dövrünə aid keramika, silah və
bəzək nümunələri tapılmıĢdır. Mütəxəssislər tərəfindən VI-VII əsrlərə aid edilən
həmin tapıntılar içərisində gildən hazırlanmıĢ ağzı büzməli su qabları, dəmirdən
nizə ucluğu və tunc bilərziklər də vardır.
Maraqlıdır ki, Xirəkidə meĢə örtüyü altında olan yerlərdə tikinti qalıqları
nisbətən daha yaxĢı qalıbdır. MeĢə örtüyü olmayan açıq yerlər və qayabaĢı
ərazilərdəki tikintilər barəsində isə bu sözləri demək olmaz.
Xirəkidə bir çox yerlərdə qala divarlarının iri, dördkünc formalı bürclərlə
möhkəmləndirildiyi aydın görünür. Bəzi yerlərdə isə istehkam ikiqat qala divarları
ilə möhkəmləndirilib. Əfsuslar olsun ki, sonralar ərazidən otlaq və ya əkin məqsədi
ilə istifadə edilərkən bu yerlərin daĢı təmizlənərək qala divarlarının qalıqları olan
yerə tökülmüĢdür. Beləliklə də, oradakı tikinti qalıqlarının guya ki, daĢ qalaqları
olduğu təsəvvürü yaranmıĢdır.
Xirəkidə əldə olunmuĢ tapıntılar təqribən 1600-1700 il bundan öncə həmin
ərazidə yaĢayıĢ məskəni olduğundan xəbər verir. Maraqlıdır ki, 1280-1349-cu
illərdə yaĢamıĢ coğrafiyaĢünas alim Həmidullah Qəzvini «Nüzhət ül-qülub»
(«Ürəklərin əyləncəsi») əsərində «Xirək» adlı yer barəsində məlumat verilir. O,
yazır: «Xirək Bərdənin yay otlağı olmuĢdur. Bura qəĢəng və səfalı yer olub, bulaq
sularına, yaĢıl çəmənliklərə, yaxĢı ovçuluq Ģəraitinə malikdir. Bərdə əhalisi yayda
oraya yollanır, qıĢda isə Ģəhərə qayıdır» [646]. Göründüyü kimi, ərəb müəllifinin
bu qeydləri Xirəkiyə həqiqətən çox uyğun gəlir. Yəni, mənbədə deyildiyi kimi,
Xirəkinin də qəĢəng və səfalı yerləri, geniĢ otlaqları, yamyaĢıl çəmənlikləri,
ovçuluq üçün əlveriĢli Ģəraiti və nəhayət, sərin sulu bulaqları vardır. Xirəkidəki
«DüĢmən bulaq», «Govur bulaq», «Nənə bulaq» və «Kor bulaq» adı ilə tanınan su
mənbələri orada mövqe tutmaq və ya daimi olaraq yaĢamaq üçün əbədi həyat
mənbəyi olub.
Xirəki və relyef etibarı ilə ona uyğun olan əlçatmaz ərazilərdə əhalinin
məskunlaĢma dinamikası və onun tarixi barədə yuxarıda ümumi Ģəkildə məlumat
vermiĢdik. Bəli, həqiqətən eramızın I minilliyinin əvvəllərində Qafqaz Albaniyası,
141
o cümlədən də Girdiman ərazisindəki yaĢayıĢ məntəqələrində əhalinin
məskunlaĢma dinamikasında kifayət qədər əhəmiyyətli dəyiĢikliklər baĢ verib. Son
onilliklər ərzində aparılmıĢ arxeoloji tədqiqatların nəticələri bunu söyləməyə əsas
verir. Yəni, eramızın əvvəllərində Alazan-Həftəran yaylasının bir çox antik dövr
yaĢayıĢ məskənlərində həyat kəsilir və onun davamı olaraq bir qədər Ģimal
ərazilərdə, daha doğrusu, Böyük Qafqazın Cənub yamacındakı dağlıq və yaxud da
dağətəyi ərazilərdə yeni-yeni yaĢayıĢ məskənləri və müdafiə istehkamları meydana
gəlir. Xirəki də məhz həmin dövrdə meydana gələn yaĢayıĢ yeri və istehkamlardan
biridir. Yəni, o vaxta qədər Alazan-Həftəran yaylasında məskunlaĢmıĢ insanlar
hansısa ekstremal Ģərait ucbatından özünün daimi yaĢayıĢ yerini buraxaraq dağlara
çəkilmiĢ və orada yeni yaĢayıĢ məskənləri salaraq ətrafını da müdafiə istehkamları
ilə möhkəmlətmiĢlər.
Fikrimizcə, əhalinin kütləvi Ģəkildə arandan dağa və ya dağətəyi ərazilərə
köçməsini labüd edən ən mühüm ekstremal səbəb, o dövrdə cənubdan Sasanilərin,
Ģimaldan isə köçəri tayfaların Albaniyaya yönələn ardı-arası kəsilmək bilməyən
basqın və hücumları ola bilərdi. Bu hücumlardan təngə gələn yerli əhali sadəcə
olaraq Arandan və karvan yollarından uzaq olan əlçatmaz ərazilərə köçməklə
canını qurtarmağa cəhd göstərib. Həmin dövrdə dağlarda və dağətəyi ərazilərdə
meydana gələn çoxsaylı müdafiə tikililəri buna sübutdur.
Beləliklə, əgər yerli əhalinin dağlara çəkilərək yeni-yeni məskənlər salması
daha çox Sasani hücumları ilə əlaqədar idisə, dağ keçidlərinin bərkidilməsi isə
köçəri tayfaların Ģimaldan olan basqın və yürüĢlərindən müdafiə olunmaq məqsədi
güdürdü. Əfsuslar olsun ki, Albaniya ərazisində ilkin olaraq eramızın I minilliyinin
ortalarından etibarən baĢlayan bu tendensiya sonralar da, həm də daha geniĢ
miqyasda davam edib. Beləliklə də, Xirəki yaxınlığında, o cümlədən Niyal və Fit
dağlarında bir-birinin ardınca yeni-yeni yaĢayıĢ yerləri və müdafiə istehkamları
meydana gəlmiĢdir.
BAYRAMKOXA QALASI
Göyçay dərəsindən qərbdə, KələĢ düzündən cənubda, Kilsədağ məbədi
yaxınlığında olan bu abidə ərazisində olduğu kəndin adı ilə Bayramkoxa qalası
adlanır (LXV tablo). Abidənin yerləĢdiyi ərazi həm də, «Təpələr», yaxud da
«Yeddi təpə» adı ilə məlumdur [141, 33]. 1972-ci ildə F.V.Qədirov tərəfindən
orada ilkin arxeoloji tədqiqat iĢləri aparılmıĢdır. Məhz həmin qazıntılar nəticəsində
müəyyənləĢdirilmiĢdir ki, oradakı təpələr əslində, qalanın ayrı-ayrı bürclərinin
qalıqlarıdır. 45x42x 10 sm ölçülü çiy kərpiclə hörülmüĢ qala bürclərinin
qalıqlarının hündürlüyü 5-6 m, diametri isə 15 m-dir. Hər tərəfdə 3 bürc olmaqla,
cəmi 8 bürcü var.
Qala quruluĢ etibarı ilə kvadrat formasındadır. Onun tərəflərinin uzunluğu
90 m, ümumi uzunluğu isə 360 m-dir. Bürclər arası hissədə qala divarları daha çox