Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə69/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   65   66   67   68   69   70   71   72   ...   179

140 

 

Dəniz səviyyəsindən 1324 m yüksəklikdə olan bu ərazi ilə tanıĢlıq zamanı, 



orada  çay  daĢından  hörülmüĢ  qala  divarları  və  dördkünc  formalı  bürc  qalıqları 

olduğu müəyyən edilmiĢdir. Maraqlıdır ki, Xirəkidən Ģimaldakı meĢə və dağlardakı 

keçidlərdə də bu cür tikinti qalıqları müĢahidə olunmaqdadır. Özü də həmin tikinti 

qalıqları memarlıq üslubu və inĢaat texnikası baxımından daha çox Azərbaycanın 

digər  ərazilərindəki  ilk  orta  əsr  müdafiə  istehkamlarına  bənzəyir.  Xatırladaq  ki, 

təbii  dağıntılar  və  təsərrüfat  iĢləri  zamanı  Sulut  yaxınlığındakı  Sərsürə  kəndi 

ərazisindən  də  ilk  orta  əsrlər  dövrü  üçün  xarakterik  olan  maddi-mədəniyyət 

nümunələri tapılmıĢdır. Xirəkidən Ģərqdə «Seyfi» adı ilə məlum olan ərazidən və 

Kalva kəndi yaxınlığından da antik dövrə və ilk orta əsrlərə aid təsadüfi tapıntılar 

əldə  olunduğu  barədə  məlumat  var.  Təsadüfi  deyildir  ki,  Xirəkidəki  tikinti 

qalıqlarından aĢağıda, yerli sakinlər tərəfindən «Qala altı» adlandırılan ərazidə yer 

sürüĢməsi və təsərrüfat iĢləri zamanı ilk orta əsrlər dövrünə aid keramika, silah və 

bəzək  nümunələri  tapılmıĢdır.  Mütəxəssislər  tərəfindən  VI-VII  əsrlərə  aid  edilən 

həmin  tapıntılar  içərisində  gildən  hazırlanmıĢ  ağzı  büzməli  su  qabları,  dəmirdən 

nizə ucluğu və tunc bilərziklər də vardır. 

Maraqlıdır  ki,  Xirəkidə  meĢə  örtüyü  altında  olan  yerlərdə  tikinti  qalıqları 

nisbətən  daha  yaxĢı  qalıbdır.  MeĢə  örtüyü  olmayan  açıq  yerlər  və  qayabaĢı 

ərazilərdəki tikintilər barəsində isə bu sözləri demək olmaz. 

Xirəkidə  bir  çox  yerlərdə  qala  divarlarının  iri,  dördkünc  formalı  bürclərlə 

möhkəmləndirildiyi aydın görünür. Bəzi yerlərdə isə istehkam ikiqat qala divarları 

ilə möhkəmləndirilib. Əfsuslar olsun ki, sonralar ərazidən otlaq və ya əkin məqsədi 

ilə istifadə edilərkən bu yerlərin daĢı təmizlənərək qala divarlarının qalıqları olan 

yerə  tökülmüĢdür.  Beləliklə  də,  oradakı  tikinti qalıqlarının guya  ki,  daĢ  qalaqları 

olduğu təsəvvürü yaranmıĢdır. 

Xirəkidə əldə olunmuĢ tapıntılar təqribən 1600-1700 il bundan öncə həmin 

ərazidə  yaĢayıĢ  məskəni  olduğundan  xəbər  verir.  Maraqlıdır  ki,  1280-1349-cu 

illərdə  yaĢamıĢ  coğrafiyaĢünas  alim  Həmidullah  Qəzvini  «Nüzhət  ül-qülub» 

(«Ürəklərin  əyləncəsi»)  əsərində  «Xirək»  adlı  yer  barəsində  məlumat  verilir.  O, 

yazır: «Xirək Bərdənin yay otlağı olmuĢdur. Bura qəĢəng və səfalı yer olub, bulaq 

sularına, yaĢıl çəmənliklərə, yaxĢı ovçuluq Ģəraitinə malikdir. Bərdə əhalisi yayda 

oraya  yollanır,  qıĢda isə  Ģəhərə  qayıdır»  [646].  Göründüyü  kimi,  ərəb  müəllifinin 

bu  qeydləri  Xirəkiyə  həqiqətən  çox  uyğun  gəlir.  Yəni,  mənbədə  deyildiyi  kimi, 

Xirəkinin  də  qəĢəng  və  səfalı  yerləri,  geniĢ  otlaqları,  yamyaĢıl  çəmənlikləri, 

ovçuluq  üçün  əlveriĢli  Ģəraiti  və  nəhayət,  sərin  sulu  bulaqları  vardır.  Xirəkidəki 

«DüĢmən bulaq», «Govur bulaq», «Nənə bulaq» və «Kor bulaq» adı ilə tanınan su 

mənbələri  orada  mövqe  tutmaq  və  ya  daimi  olaraq  yaĢamaq  üçün  əbədi  həyat 

mənbəyi olub. 

Xirəki  və  relyef  etibarı  ilə  ona  uyğun  olan  əlçatmaz  ərazilərdə  əhalinin 

məskunlaĢma dinamikası və onun tarixi barədə yuxarıda ümumi Ģəkildə məlumat 

vermiĢdik. Bəli, həqiqətən eramızın I minilliyinin əvvəllərində Qafqaz Albaniyası, 




141 

 

o  cümlədən  də  Girdiman  ərazisindəki  yaĢayıĢ  məntəqələrində  əhalinin 



məskunlaĢma dinamikasında kifayət qədər əhəmiyyətli dəyiĢikliklər baĢ verib. Son 

onilliklər ərzində aparılmıĢ arxeoloji tədqiqatların nəticələri bunu söyləməyə əsas 

verir.  Yəni,  eramızın əvvəllərində  Alazan-Həftəran  yaylasının  bir  çox  antik  dövr 

yaĢayıĢ  məskənlərində  həyat  kəsilir  və  onun  davamı  olaraq  bir  qədər  Ģimal 

ərazilərdə, daha doğrusu, Böyük Qafqazın Cənub yamacındakı dağlıq və yaxud da 

dağətəyi ərazilərdə yeni-yeni yaĢayıĢ məskənləri və müdafiə istehkamları meydana 

gəlir. Xirəki də məhz həmin dövrdə meydana gələn yaĢayıĢ yeri və istehkamlardan 

biridir.  Yəni,  o  vaxta  qədər  Alazan-Həftəran  yaylasında  məskunlaĢmıĢ  insanlar 

hansısa ekstremal Ģərait ucbatından özünün daimi yaĢayıĢ yerini buraxaraq dağlara 

çəkilmiĢ və orada yeni yaĢayıĢ məskənləri salaraq ətrafını da müdafiə istehkamları 

ilə möhkəmlətmiĢlər. 

Fikrimizcə, əhalinin  kütləvi  Ģəkildə  arandan  dağa  və  ya  dağətəyi  ərazilərə 

köçməsini labüd edən ən mühüm ekstremal səbəb, o dövrdə cənubdan Sasanilərin, 

Ģimaldan  isə  köçəri  tayfaların  Albaniyaya  yönələn  ardı-arası  kəsilmək  bilməyən 

basqın  və  hücumları  ola  bilərdi.  Bu  hücumlardan  təngə  gələn  yerli  əhali  sadəcə 

olaraq  Arandan  və  karvan  yollarından  uzaq  olan  əlçatmaz  ərazilərə  köçməklə 

canını  qurtarmağa  cəhd  göstərib.  Həmin  dövrdə  dağlarda  və  dağətəyi  ərazilərdə 

meydana gələn çoxsaylı müdafiə tikililəri buna sübutdur. 

Beləliklə, əgər yerli əhalinin dağlara çəkilərək yeni-yeni məskənlər salması 

daha  çox  Sasani  hücumları  ilə  əlaqədar  idisə,  dağ  keçidlərinin  bərkidilməsi  isə 

köçəri tayfaların Ģimaldan olan basqın və yürüĢlərindən müdafiə olunmaq məqsədi 

güdürdü. Əfsuslar olsun ki, Albaniya ərazisində ilkin olaraq eramızın I minilliyinin 

ortalarından  etibarən  baĢlayan  bu  tendensiya  sonralar  da,  həm  də  daha  geniĢ 

miqyasda davam edib. Beləliklə də, Xirəki yaxınlığında, o cümlədən Niyal və Fit 

dağlarında  bir-birinin  ardınca  yeni-yeni  yaĢayıĢ  yerləri  və  müdafiə  istehkamları 

meydana gəlmiĢdir. 

 

BAYRAMKOXA QALASI 

 

Göyçay  dərəsindən  qərbdə,  KələĢ  düzündən  cənubda,  Kilsədağ  məbədi 

yaxınlığında  olan  bu  abidə  ərazisində  olduğu  kəndin  adı  ilə  Bayramkoxa  qalası 

adlanır  (LXV  tablo).  Abidənin  yerləĢdiyi  ərazi  həm  də,  «Təpələr»,  yaxud  da 

«Yeddi  təpə»  adı  ilə  məlumdur  [141,  33].  1972-ci  ildə  F.V.Qədirov  tərəfindən 

orada ilkin arxeoloji tədqiqat iĢləri aparılmıĢdır. Məhz həmin qazıntılar nəticəsində 

müəyyənləĢdirilmiĢdir  ki,  oradakı  təpələr  əslində,  qalanın  ayrı-ayrı  bürclərinin 

qalıqlarıdır.  45x42x  10  sm  ölçülü  çiy  kərpiclə  hörülmüĢ  qala  bürclərinin 

qalıqlarının hündürlüyü 5-6 m, diametri isə 15 m-dir. Hər tərəfdə 3 bürc olmaqla, 

cəmi 8 bürcü var. 

Qala quruluĢ etibarı ilə kvadrat formasındadır. Onun tərəflərinin uzunluğu 

90 m, ümumi uzunluğu isə 360 m-dir. Bürclər arası hissədə qala divarları daha çox 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə